Ramil Usubovdan növbəti təyinat

Daxili işlər orqanlarında daha bir təyinat olub.
Turkustan.info Unikal.org-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Elvin Rizvanov Yevlax Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.
Xəbəri Yevlax Rayon Polis Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Yevlax Rayon Polis Şöbəsinin xidmət üzrə keçmiş rəis müavini polis polkovnik-leytenantı Atif Həsənov Ağcabədi Rayon Polis Şöbəsi rəisinin xidmət üzrə müavini təyin edilib.