Rusiyanın kosmik sirlərini daşıyan məmur ölkədən qaçıb – Sensasiyalı olay

Rusiyanın Roskosmos kosmik agentliyinin rəsmisi Yury Yaskin ölkədən qaçıb. Bu arada onun rəhbəri olduğu peyk və ballistik raket tədqiqatları mərkəzində audit və təftişlər aparılır.

Rusiya mediasının yazmasına görə, Roskosmos apreldə Yaskini rəsmi səfərə göndərib və o geri qayıtmayıb. Roskosmosun Kosmik Texnologiya üzrə Tədqiqat İnstitutunun rəsmiləri mərkəzin baş direktoru Yaskinin xaricə gedəndən sonra istefa verdiyini təsdiqləyib.

Yaskin 1993-cü ildən institutda işləyib, 2012-ci ildən onun rəhbəri idi 2019-cu ilin əvvəlindən Rusiya rəsmiləri institutda 14 audit və təftiş başladıb. Hazırda Yaskinin harada olduğu bəlli deyil. Ancaq “Kommersant” qəzeti onun bu yaxınlarda Yunanıstanda göründüyünü yazıb.