Ça. İyl 23rd, 2019

Sumqayıtda “Sazlı sözlü şəhərim” adlı aşıq müsabiqəsinin I turu keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt şəhərinin 70 illik yubiley tədbirləri çərçivəsində “Sazlı sözlü şəhərim” adlı aşıq müsabiqəsinin I turu keçirilib.

Müsabiqədə  Bülbül adına Uşaq İncəsənət Məktəbi, F.Əmirov adına Uşaq Musiqi Məktəbi, S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin şagirdləri, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, 4 saylı Diyarşünaslıq klubu, Dostluq Mədəniyyət evininin özfəaliyyət kollektivlərinin üzvləri, eyni zamanda, həvəskar saz ifaçıları iştirak edərək instrumental və vokal aşıq havalarını ifa ediblər.

İfaları ilə yüksək bal toplayan iştirakçılar Ə.Kərim adına Poeziya klubunun direktoru, şair  İbrahim İlyaslı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri Qənirə Mehdixanlı, Aşıq Kəmalə Qubadlı, Aşıq Elməddin Məmmədlidən ibarət münsiflər heyətinin qərarı ilə II tura vəsiqə qazanıblar.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti