ABŞ-İsrail hərbi müdaxilə QƏRARI VERİB: İran qaça bilməyəcək

İran ABŞ münasibətlərində yaranmış gərginlik getdikcə dərinləşir.

Turkustan.info bildirir ki, sabiq maliyyə naziri Fikrət Yusifov ABŞ-İran münasibətlərindəki son vəziyyəti dəyərləndirib. F.Yusifov hesab edir ki, İran rəsmləri yersiz hədə-qorxunun faydasız olduğunu və vəziyyətin gerçəkdən ciddi şəkil aldığını dərk etməyə başlayıblar:

“Son günlər onların davranışında yumşalmanın əlamətləri görünməyə başlasa da, ortada olduqca təhlükəli bir vəziyyət yetişməkdədir. Hesab edirəm ki, ABŞ – İsrail cütlüyü İrana qarşı hərbi əməliyyata başlamaq qərarını artıq veriblər. Əgər, bu qərar verilibsə, o halda İranın hər hansı bir formada yumşalması hərbi müdaxilənin qarşısını ala bilməyəcək. İran hərbi münaqişədən nə qədər qaçmağa çalışsa da, onu bu münaqişəyə zorla çəkəcək yollar tapılacaq”.

Sabiq nazir qeyd edib ki, bundan öncə ABŞ bir çox ölkələrə, o cümlədən İraqa, Əfqanstana da müxtəlif bəhanələrlə hərbi müdaxilə edib:

“Əgər, hərbi münaqişə baş verərsə, bu regionda ölçüsü olmayan humanitar fəlakət yaradacaq. Unutmayaq ki, güclü iqtisadiyyatı və kifayət qədər böyük maliyyə resursları olan ölkəmiz 30 ilə yaxındır ki, bir milyona qədər qaçqınlarımızın problemlərini hələ tam çözüb qurtara bilməyib. İranda 80 milyon insan yaşayır ki, bunun da yarsına qədəri azərbaycan türkləri – yəni bizim qardaşlarımızdır”.  /REDAKTOR.AZ/

490 Baxılıb