C. İyl 19th, 2019

Azərbaycanda üçəm doğuldu – Heydər, İlham, Arif

Respublika Perinatal Mərkəzində üçəm dünyaya gəlib.

Mayın 10-da ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır. Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub.

Üçəmlərə mərhum Prezident Heydər Əliyevin ad günündə dünyaya gəldiyi üçün ailə onlara Heydər, İlham və Arif adlarını verib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır.

Bu, ananın ikinci hamiləliyidir. (moderator.az)