Be. İyn 17th, 2019

Gün: May 17, 2019

Milli Qəhrəmana həsr olunmuş “Bir elin Şahları” filminin təqdimatı keçirilib – FOTOLAR

Mayın 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında “Salnaməfilm” studiyasında çəkilmiş, Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürov haqqında “Bir elin Şahları” sənədli filminin təqdimatı keçirilib.

Tədbiri ictimai birliyin sədr müavini Həbib Misirov açaraq qəhrəmanın şərəfli həyat və döyüş yolu haqqında ətraflı məlumat verib. Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə Azərbaycan torpaqlarının bütövlüyü və azadlığı uğrunda canını fəda etmiş qəhrəman övladlarımız haqqında filmlərin gənc nəslin hərbi vətənpərvərlik ruhunda formalaşmasındakı rolundan danışıb. 

Tədbirdə filmin ssenari müəllifi Qorxmaz Şıxəliyev, rejissoru Vəli Səyyadi, Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov, şair, fəlsəfə doktoru Adil Cəmil, şair Zakir Fəxri, polkovnik Balay Nəsibov çıxış ediblər.

Sonra “Bir elin Şahları” filmi nümayiş olunmuş və maraqla qarşılanıb.

 

Milli Qəhrəmanın qardaşı Malik Şükürov çıxış edərək ailəsi adından filmin yaradıcı heyətinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Qarabağda Koçaryana görə Paşinyandan narazılıq artır- Eks-prezidentin zaminə buraxılmaması separatçıları qəzəbləndirib

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının lideri Bako Sahakyanın Ermənsitanın keçmiş prezidenti Robert Koçaryana dair həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə xahişindən danışıb.

Paşinyan deyib ki, Sahakyan bu barədə açıq bəyanat verməmişdən əvvəl onunla məsləhətləşib. Baş nazir bu məsələyə müdaxilə etməyəcəyini bildirib:

“O mənə bu barədə öz müraciətindən bir gün əvvəl məlumat vermişdi. Mənəvi nöqteyi-nəzərdən mən buna normal yanaşıram. Lakin siyasi yöndən baxanada bəzi suallar ortaya çıxır. Əgər mən orda kimisə zaminə çıxarmaq istəsəydim Qarabağ məhkəməsi buna necə baxardı?”

Nikol Paşinyan habelə Kocharian-la bağlı situasiyanın Dağlıq Qarabağ sakinləri arasında Ermənistan baş nazirinə inamsızlıq yaradacağına dair ehtimalları da rədd edib. Paşinyan deyib ki, ola bilsin, onun Qarabağda, Ermənistanda olduğundan daha böyük dəstəyi var.

Bundan bir qədər əvvəl, 9 may ərəfəsində Qarabağ separatçılarının indiki və keçmiş liderləri Bako Sahakyan və Arkadi Qukasyan şəxsən Yerevan məhkəməsinə gəlmiş, zaminliklə bağlı ərizəni təqdim etmişdilər.

Onlar bu ərizədə hazırda Ermənistanda 1 mart 2008-ci hadisələri ilə bağlı mühakimə edilən Robert Koçaryan barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyirdilər.

Sahakyan və Qukasyanın Yerevan ədliyyəsinə hər biri 500 min dram (10 min dollar) olmaqla zaminpulu ödədikləri də xəbər verilir. Bugünlərdə Qarabağın başqa bir separatçı lideri Aşot Qulyan demişdi ki, Qarabağda Koçaryanın həbsdən azad olunmasına dəstək var.

Lakin Qarabağın erməni liderlərinin belə mövqeyi Ermənistanın siyasi dairələrində birmənalı qəbul edilmir.

Koçaryan faktiki olaraq 2008-ci ildə Ermənistanda dövlət çevrilişi etməkdə ittiham olunur. Ondan başqa bu iş üzrə həm də keçmiş müdafiə naziri, Bakı Ali Hərbi Məktəbinin məzunu (1979-1983), əslən şuşalı Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin keçmiş qərargah rəisi Yuri Xaçaturyan və baş nazirin keçmiş müavini Armen Gevorkyan da keçirlər.

Məhkəmə Koçaryana dair qətimkan tədbiri barədə qərarını mayın 18-də elan etməlidir.

 

Qənirə Paşayeva: “Keşikçidağ abidəsi ilə bağlı iddiaları əsassızdir”

Millət vəkili Q.Paşayeva bu gün MM-də Gürcüstandakı bəzi siyasi və dini nümayəndələrin  Keşikçidağ abidələri ətrafında yaratmaq istədikləri heç bir tarixi əsası olmayan gərginlik və onun strateji Azərbaycan – Gürcüstan münasibətlərinə mənfi təsiri barədə danışıb.

Millət vəkili Q.Paşayeva Keşikçidağ abidələri ilə bağlı əsassız ittihamlarla çıxış edən Gürcüstanın bəzi din və siyasət nümayəndələrinin açıqlamalarına etirazını bildirib. Millət vəkili bildirib ki, onların əməllərinə, açıqlamalarına Gürcüstan rəsmiləri və milət vəkilləri dərhal  reaksiya verməlidir və iki ölkə arasında münasibətlərə zərər verən  bu kimi addımların qarşısı alınmalıdır:

“Azərbaycan Gürcüstanla münasibətlərə həmişə həssas yanaşır, böyük önəm verir və onun  ərazi bütövlüyünə də hər zaman hörmətlə yanaşır. Gürcüstanda Azərbaycanın ərazi bütövlüyünə qarşı bəzi qüvvələr tərəfindən səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir və bu kimi açıqlamalar sadəcə Azərbaycan-Gürcüstan əlaqələrinə zərər vurur və biz buradan öz etiraz səsimizi ucaldırıq. Azərbaycanın ərazi bütövlüyünə sayğı göstərilməsi bizim üçün ən vacib məsələdir. Keşikçidağ tarixi mədəniyyət abidəsi Azərbaycan tarixinin bir parçası olaraq bizim üçün  çox dəyərlidir və bütün tarixi mənbələr də Gürcüstanda bəzi qüvvələrin səsləndirdiyi iddiaların əsassız olduğunu ortaya qoyur. Gürcüstanda Azərbaycan əleyhinə fəaliyyət göstərən və iki ölkə arasında münasibətlərin pozulması üçün çalışan qüvvələrin fəallaşmasının Gürcüstan rəsmiləri və siyasi dairələri qarşısını almalıdır, çünki Azərbaycan üçün Gürcüstan ilə münasibətlərin inkifaşı nə qədər önəmlidirsə, Gürcüstan üçün də Azərbaycanla münasibətlərin inkişafı daha da önəmlidir”.

Azərbaycanda ŞOK! – Həkim ikinci dəfə sünnətə gələn uşağı qıza çevirdi – VİDEO

Azərbaycanlı uşaq cərrahı Toğrul Ömərov qəribə əməliyyat icra edib. Belə ki, valideyn 10 aylıq “oğlunu” sünnət etdirmək üçün həkimə müraciət edib. 

Turkustan.info Redaktor.az-a istinadən xəbər verir ki, həkim müayinə zamanı uşağın daxili orqanlarının qadın orqanları ilə eyni olduğunu müəyyən edib. 

Valideynlərin razılığından sonra həkim tərəfindən uğurlu əməliyyat həyata keçirilib. Nəticədə “oğlan” qıza çevrilib.

“Böyük İpək Yolu” 30 ölkənin nümayəndəsini Bakıya topladı

Bu gün Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin 3-сü toplantısı öz işinə başlayıb. Tədbirin əsas məqsədi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının gələcək fəaliyyət strategiyasını müəyyənləşdirmək, təşkilatın daxili məsələlərini müzakirə etmək, ümumi fəaliyyətini qiymətləndirmək, İpək Yolu üzərində yerləşən digər xalqların mədəni irsinin təbliğində, mədəniyyətlərarası dialoqun inkişafında müsbət rolunu artırmaq, gənclərin ittifaqın fəaliyyətində rolunu gücləndirməkdir.

İclasda İttifaqa daxil olan 30 ölkədən – Albaniya, Azərbaycan, Banqladeş, Misir, Gürcüstan, Yunanıstan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Moldova, Türkiyə, İspaniya, Rusiya, İsrael, Ukrayna, Tunis, Mərakeş, İordaniya, Bolqarıstan, Çin, Özbəkistan, Polşa, Pakistan, Macarıstan, İndoneziya, İtaliya, Portuqaliya, Litva, Şri Lankadan 33 gənclər təşkilatının nümayəndəsi iştirak edir.

Mayın 19-dək davam edəcək tədbirdə İttifaqın siyası sənədlərinin qəbul edilməsi, İttifaqın beynəlxalq əməkdaşlıq üzrə siyasətinin müəyyənləşdirilməsi, gənclər siyasəti və təşkiılatın strateji fəaliyyəti ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. Tədbirdə işçi qrupların paralel müzakirə sessiyaları təşkil olunacaq və həmin sessiyalarda qeyd olunan məsələlər daha detallı nəzərdən keçiriləcək. Toplantı çərçivəsində İttifaqın İdarə heyətinə seçkilər keçiriləcək və növbəti 3 il üçün prioritet məsələlər müəyyənləşdiriləcək.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə keçirilən toplantının açılış mərasimində Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, Prezident Administrasiyasının Gənclər və idman siyasəti şöbəsinin məsləhətçisi Aydan Kərimli, eləcə də yerli gənclər təşkilatlarının sədrləri iştirak edib.

Qeyd edək ki, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı 2012- ci ildə təsis olunub. İpək Yolu üzərində fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətini koordinasiya edən, ümumi maraqlarını təmsil edən və qoruyan beynəlxalq qeyri-kommersiya təşkilatın əsas məqsədi və fəaliyyət dairəsi mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, eləcə də İpək Yolu ölkələri arasında davamlı inkişaf üçün gənclərin potensialından istidafə etməklə vahid platforma yaratmaqdır. İttifaqa hazırda İpək Yolu üzərində yerləşən və ona qonşu olan 30 ölkədən gənclər təşkilatları üzvdür.

Şimali Kiprin “BRT” televiziyası Ermənistanın işğalçılıq siyasəti barədə veriliş yayımlayıb

Turkustan.info xəbər verir ki, proqram Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin (AKDC) təşəbbüsü ilə hazırlanıb. AKCD-dən verilən məlumata görə, “Gündəm” verilişinin aparıcısı, Şimali Kiprin tanınmış telejurnalisti Aziz Qaraəziz tərəfindən hazırlanan proqramın qonağı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu olub. O.Həsənoğlu bildirib ki, təcavüzkar Ermənistan bəzi xarici qüvvələrin təhriki və dəstəyi ilə Azərbaycan ərazisinin 20 faizini işğal edib. Bütün dünya bu işğaldan xəbərdardır. Bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətinə kəskin etiraz etsələr də, Azərbaycan torpaqları hələ də işğaldan azad olunmayıb. Bu gün ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalan bir milyondan çox vətəndaşımız var. 1994-cü il mayın 12-də Bişkek protokolu ilə tərəflər arasında atəşkəs sazişi imzalansa da, Ermənistan tərəfi bu günə qədər bu razılaşmanın şərtlərinə əməl etməyib, əksinə, işğalçı tərəf hər gün Azərbaycan tərəfinə atəş açmaqda davam edir. Sözügedən protokolun imzalanmasından 25 il keçir. Proqramda tamaşaçılara Şuşanın işğalı ilə bağlı da məlumat verilib. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin bütün səylərinə baxmayaraq, Ermənistan hökumətinin münaqişənin sülh yolu ilə həllini əngəllədiyi bildirilib.

Diqqətə çatdırılıb ki, təcavüzkar tərəf Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumları davam etdirir. Azərbaycan xalqı Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdardır, eyni zamanda, öz ata-baba torpağını heç kimə güzəştə getmək niyyəti yoxdur.

O.Həsənoğlu deyib ki, Azərbaycan xalqı öz Prezidenti ilə həmrəydir. Ölkədəki sabitliyin və inkişafın əsasını xalq-iqtidar birliyi təşkil edir.

Azərbaycanda yol polisi içkili vəziyyətdə qəza törətdi – DYP MAŞINI İLƏ – VİDEO

Dövlət Yol Polisinin Gəncə-Qazax avtomagistralının 9-cu tağımının komandiri Aqil Məmmədov qəzaya düşüb.
Turkustan.info “Yenicag”a istinadən xəbər verir ki, o, 99-YP-910 dövlət nömrə nişanlı xidməti avtomobilini içkili vəziyyətdə idarə edib.
Qəza nəticəsində maşına ciddi ziyan dəyib. Aqil Məmmədov isə ağır bədən xəsarətləri ilə Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib.

Ukraynada azərbaycanlıların qanlı “razborkası” – FOTO

Ukraynanın Jitomir şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları mayın 15-də Korostışevski rayonu Kamennıy Brod kəndində öldürülən azərbaycanlının qətlinin üstünü açıblar.

Bu barədə “Seqodnya” nəşri yazır.

Məlumata əsasən, polislər cinayətkar qruplaşmanı zərərsizləşdiriblər. 

Azərbaycan vətəndaşının başçılıq etdiyi qruplaşma Kamennıy Brod kəndində üç nəfəri qətlə yetirib, 2016-cı ildə isə onlardan biri Jitomir kafesində kişini güllələyib.

Jitomirsk vilayəti üzrə Baş Milli Polis İdarəsinin rəhbəri Vyaçeslav Peçenenko bildirib ki, qətli təşkilatçısı 2018-ci ildə digər qətl hadisəsinə görə saxlanılan Azərbaycan vətəndaşıdır.

“Onun saxlanılmasından üç il keçməsinə baxmayaraq hələ də hökm oxunmayıb. O, özü isə məhkəmənin müəyyən etdiyi girov pulunu ödəyərək rahat şəkildə şəhərimizin küçələrində gəzir”, – V.Peçenenko deyib.

İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb

İranın yaxınmənzilli raketləri ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Fars körfəzindəki gəmilərini məhv edə bilər. Bu bəyanatı  Hüquq və parlament işlərinə görə məsuliyyət daşıyan SEPAH komandiri, general  Məhəmməd Saleh Cokar verib.

Reuters-in məlumatına görə, iranlı general ABŞ-ın yeni müharibəyə girişmək istəməyəcəyindən əminliyini ifadə edib.

New York Times qəzeti isə yazıb ki, Ağ Ev ABŞ kəşfiyyatının  göndərdiyi görüntülərdən çox narahat olub. Bu görüntülərdə İran raketlərinin tam döyüş hazırlığına gətirildiyi aydın görünür.

Qeyd edək ki, ABŞ HDQ-nin iki hərbi gəmisi – “USS McFaul” və “USS Gonzales” Fars körfəzi sularında üzür. Bu hərbi gəmilərdən hər biri 90 “Tomahawk”  tipli qanadlı raket və  digər siniflərdən olan raketlərlə təchiz edilir.

İranla ABŞ arasında münasibətlər  Ağ Evin Tehrana qarşı sanksiyalar tətbiq etməsi ilə gərginləşməyə başlayıb. /oxu.az/

Rusiya Avropa Şurasına qayıdır – Nümayəndə heyəti Assambleyanın iyundakı sessiyasına qatılacaq

Avropa Şurasının xarici işlər nazirləri Rusiyanın təşkilata qayıtmasına yol açan razılaşma əldə ediblər. Bu o deməkdir ki, Rusiya yəqin iyunda parlament assambleyasının iclasına qatıla biləcək.

Britaniya, Polşa, Gürcüstan, Estoniya, Latviya və Litvanın dəstəklədiyi Ukrayna razılaşmanın qarşısını ala bilməyib.

“Bu gün baş verənlər yekundan əvvəlki addımdır”, – Avropa Şurasının sözçüsü Daniel Holtgen deyib. Onun sözlərinə görə, bundan sonra parlament assambleyası nazirlərin qərarlarını nəzərə almalı olacaq və Rusiyanın iyunda yeni təyinatların seçilməsi prosesində iştirakından ötrü daxili qaydaları dəyişmək məsələsinə qərar verəcək.

“Rusiya bildirib ki, parlament assambleyasına qayıdan, onların hüquqları bərpa olunan kimi rüsumlarını ödəyəcəklər və buna bəyanata şübhə etməyə əsasımız yoxdur”, – o vurğulayıb.

Moskvanın səsvermə hüququ 2014-cü ildə Ukraynanın Krım yarımadası ilhaq olunandan sonra alınıb.

Rusiya rəsmiləri Avropa Şurasından çıxmaqla hədələyirdi. Bu halda sıravi rusiyalılar Avropa İnsan Hüquqları Məhkəməsinə çıxışı itirmiş olacaqdılar. Bu məhkəmə Rusiyanın ədliyyə sisteminə inamı itirənlər üçün vacib alətə çevrilib.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov səsverməni alqışlayıb, Rusiyanın illik ödəniş haqqı daxil olmaqla öhdəliklərini yerinə yetirəcəyini təsdiqləyib. Rusiya səsvermə hüququ alınandan sonra quruma ödənişləri dayandırmışdı.

Lavrov deyib ki, Rusiya Avropa Şurasının humanitar məsələlərin həllinə, eləcə də Rusiyanın ədliyyə sisteminin təkmilləşdirilməsinə “müsbət töhfəsi”ni dəyərləndirir.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, Rusiya Avropa Şurası ilə əməkdaşlığa hazırdır, ancaq qurumun qərarvermə mexanizmində “bərabər söz sahibi” olmalıdır. Ukraynanın Xarici işlər naziri Finlandiyada keçirilən toplantıda iştirakını təxirə salmışdı, çünki Rusiyayla bağlı müsbət səsvermə gözlənirdi.

Ukraynanın Avropa Şurasındakı təmsilçisi Dmitro Kuleba tvitində yazıb ki, Ukrayna və daha beş ölkə addımım əleyhinə səs verib. O, Avropa Şurasının qərarını “uzunmüddətli tərəfdaşı” xilas etməyə yönəlik “sinik diplomatiya”nın nəticəsi adlandırıb. Fransa və Almaniya Rusiyanı milyonlarla sıravi rusiyalının mənafeyi naminə quruma qaytarmağa çağırırdılar.

Almaniyanın Xarici işlər naziri Heiko Maas toplantıdan öncə deyib ki, Rusiyanı kənarda saxlamaq “maraqlarımıza uyğun deyil”.

Tramp geri çəkildi, qərarın icrası 6 aylıq təxirə salındı

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqında və Yaponiyada istehsal olunan avtomobillərin və onların ehtiyat hissələrinin idxalına 25 faizlik rüsumun tətbiqini 180 gün təxirə salıb.

“Bloomberg” agentliyi xəbər verir ki, bu qərar avtomobil sənayesinin “ABŞ-ın milli təhlükəsizliyi üçün çox vacib olduğu” barədə Ticarət Nazirliyinin məruzəsinin tədqiqindən sonra qəbul olunub.

ABŞ prezidenti “avtomobil və bəzi ehtiyat hissələrinin idxalı ilə bağlı milli təhlükəsizliyə təhdidin aradan qaldırılması üçün” ticarət nümayəndəsi Robert Laythayzerə Avropa İttifaqı və Yaponiya ilə danışıqlar təşkil etməyi tapşırıb.

Prezident Donald Tramp ötən ilin iyun ayında ABŞ-ın Avropa İttifaqından gətirilən avtomobillərə 20 faiz idxal rüsumu tətbiq edəcəyini bildirmişdi. O, həmçinin ölkənin ticarət nazirinə avtomobil idxalının ABŞ-ın milli təhlükəsizliyinə təhdidi və idxalın vergiyə məruz qalınması perspektivləri barədə təhqiqata başlamağı tapşırmışdı.

“ABŞ-İran savaşı olmayacaq, savaşlar dönəmi bitib” – Türk icmalçısının TƏHLİLİ

İran və Fars körfəzi ölkələri arasında gərginliyin sürətlə artması, əlbəttə, ABŞ-İran xətti üzrə gərginliyin davamıdır. İndi hamı həyəcanlanıb: Fars körfəzində qaynar münaqişə alovlanacaq? İran səudlarla vuruşacaq? İş ABŞ və Tehran savaşına qədər gedib çıxar?

Əlüstü cavab verək: bütün bunlara fikir verməyin. Axı çoxlu səbəb var ki, qaynar savaş alovlanmasın.

Savaşlar dönəmi bitib

Hər şeydən qabaq, biz dövlətlər arasında qaynar savaşlar dövründə yaşamırıq. Hələ bir neçə ay qabaq “Şimali Koreya və ABŞ arasında nüvə savaşı qopacaq” nidaları səslənirdi. Bəs nəticəsi nə oldu? Məsələ yoluna qoyuldu. Əlbəttə, Trampın “əvvəlcə Amerika” prinsipi də bunda rol oynadı. Onu ABŞ-ın xaricdə vəsait və enerji xərclərinin mümkün qədər məhdudlaşdırmaq və diqqətin iç problemlərə toplamaq  narahat edir. O buna görə də Yaxın Şərqdə yenidən hərbi güc cəmləməyi lap sonda arzulayır.

Yeri gəlmişkən, Tramp məhz buna görə bir yandan Tehrana qarşı ard-arda sanksiya qoyur və hərbi gəmiləri Fars körfəzinə yığır, o biri yandan açıq deyir: “Mənə zəng edin!” Bu, zarafat deyil, Tramp dörd gün qabaq bildirib: “İran sıradakını etməlidir: qoy mənə zəng etsinlər, oturaq, danışaq və ədalətli saziş bağlayaq. Biz İrana ziyan vurmaq istəmirik”. İran zəng etsin deyə Tramp İsveçrə telefonunun nömrəsini verib! Bununla bağlı aydındır ki, Tramp Tehranı yalnız iqtisadi və diplomatik həmlələrlə dizüstə qoymaq cəhdini davam etdirəcək. 

***

Hətta Vaşinqton daxilən hazır deyil. Prezidentin özü savaş variantına qarşı çıxdığı bir vaxtda ən yaxın çevrəsindəki “qırğılar”, hamıdan qabaq təhlükəsizlik üzrə müşavir Bolton (2003-cü ildə İraqa müdaxilənin arxasında durub) onu buna itələyirlər. Yekunda nə alındığının örnəyini Venesuelada gördük: heç nə.

***

İranın da vuruşmağa gücü yoxdur. İranlılar sanksiya yükündən əziliblər. Ruhaninin iki gün əvvəlki “tezliklə bizdə İraq-İran savaşı dönəmindəkindən daha ağır problemlər ola bilər” bəyanatı bu gücsüzlüyün aydın örnəyidir. Buna görə də İran da bundan sonra yalnız “Hizbullah”, Yəməndə husilər, ya da İraq-Suriyada şiə qruplarının əliylə cavab verəcək.

Beynəlxalq balanslar da İranın xeyrinədir. Tramp bir il qabaq İranla nüvə sazişindən çıxanda Avropa Birliyi (AB) sazişin saxlanması uğrunda təkidlə çıxış edib. AB xarici işlər nazirləri lap bu günlərdə Brüsselə yığışıb və bəyanat veriblər: “Biz sazişi qətiyyətlə dəstəkləyirik”. Pompeo məhz bu görüş vaxtı Brüsselə qəfil səfər edib və bu, fikir ayrılığına görə ABŞ-ın narahatlığını göstərir. Özü də İran onların arasındakı bu fikir ayrılıqlarından çox gözəl yararlanır.

***

Putinin İran barədə Trampla gizli sazişi beynəlxalq balansların daha bir dayağını yaradır. Pompeo keçən gün, mayın 14-də Rusiyaya gedib və Putinlə görüşüb. Bu, iki ölkə arasında 2018-in iyulundan bəri belə yüksək səviyyəli ilk görüşdür.

Səbəb sıradakıdır: Rusiya və İran əvvəllər bir cəbhədə Əsədin arxasında durub. Amma Putin Suriyada öz maraqlarına zəmanət aldıqda Tehran ona gərək olmadı. Əslində, Putin İranın Suriyadakı təsirindən son dərəcə narahatdır. Hətta ötən ay mətbuatda məlumat gedib ki, Putin İranı Suriyadan uzaqlaşdırmaq haqda İsrailin baş naziri Benyamin Netanyahu ilə anlaşıb. Bu, Trampa bəlli olmaya bilməz. Və, budur, Pompeo indi Rusiyaya uçur və mahiyyətcə bu gizli anlaşmanı faş  edir.

Bütün bunlara Çini əlavə edin. Pompeo Rusiyada yerə enməzdən qabaq çinli həmkarı orada idi. Yəqin ki, Çin XİN başçısı “İndi mən də bu mənzərədəyəm və mənsiz heş nəyə nail olmazsınız” deməkdən ötrü Rusiyaya gəlib.

***

Bir sözlə, yaşadığımız dünya nə birqütblü, nə də ikiqütblüdür. Güc mərkəzləri getdikcə çoxalır. Hələ qeyri-dövlət qrupları da nəzərə alınsa, aydın olur ki, bu güc bölgüsündə bu qədər çox amillə nə Tramp, nə də iki dövlət düşünüdüyü kimi – tutuşmağa başlayar.

Deməli, İran üçün təhlükə keçib. Amma tam deyil. Bir yandan sanksiyalar, o biri yandan Suriyada baha oturan savaş… O, hansısa bir anda dirənə bilməz və əlüstü geri çəkilməyə başlayar. Amma bu, rejimin dəyişilməsinə qədər gedərmi? Baxarıq.

Vərda Özər Milliyet, tərcümə Strateq.az-ındır.

Tacir Şahmalıoğludan efirdə ŞOK SÖZLƏR: “Tellinin hər yerini yeyərəm” – VİDEO

Müğənni Tacir Şahmalıoğlunun “5/5” verilişində aşıq Telli Borçalı haqda dediyi sözlər müzakirələrə səbəb olub.

Turkustan.info-nun məlumatına görə, aparıcı Zaur Kamal sənətçiyə həkim paltarı geyindirib və böyük ekranda müğənnilərin fotolarını göstərərk, ona “Cərrah olsaydın, onun harasın kəsərdin” sualını ünvanlayıb.

Tellinin şəkli gələndə isə Tacir “Bunu verənə şükür. Bunun “kıtır-kıtır” hər yerin kəsərəm. Onu başdan-ayağa yeyərəm. Tellinin gözəlliyi odur ki, elə özüdür da” cavabını verib.

Şahmalıoğlunun bu sözlərinə studiyada olan hamı gülüb.  /Axşam.az/

Arvadı ruhi xəstə, oğlu qumarbaz – Siyavuş Aslan haqda 10 MARAQLI FAKT

Turkustan.info “Kulis”ə istinadən Xalq artisti Siyavuş Aslanla bağlı 10 maraqlı faktı təqdim edir:

1. Siyavuş Aslan həyatında yalnız bir qadını sevib: həyat yoldaşı Ofeliya Aslan! Musiqili Komediya Teatrında işləyən cütlük, elə orda da tanış olur, bir-birlərini sevirlər. Ancaq elçilkdə qızı vermirlər. Siyavuş Aslan qızı qaçırdır.

2. Sonralar Ofeliya Aslan xəstələnir, ruhi xəstəxanaya düşür. Bu fakt cütlüyün ayrılmasına səbəb olur. Onlar ayrılsalar da teatrın arxasındakı bir evdə yaşayırdılar. Siyavuş müəllim ömrünün sonunacan onu çox sevib və rəhmətə gedəndə çox sarsılıb.

3. Siyavuş Aslan ata kimi də xoşbəxt deyildi. Oğlu Çingiz Aslan haqqında yaxşı olmayan xəbərlər dolaşırdı, mətbuat yazırdı. O, atasının “Xətai” metrosu yaxınlığındakı evini qumara qoymuşdu. Siyavuş müəllim bu hadisə ilə bağlı yaxın dostlarından birinə bunları deyib: “Pis vəziyyətdə evə gəlmişəm. Gördüm, binanın qabağında bizim bahalı mebelləri maşına yığırlar. Soruşuram, bunu hara aparırsınız? Deyir, oğlun bunları bizə satıb – 3 min manata. Çıxardıb pulunu qaytarıb yola saldım”.

4. Çox mərd və alicənab xasiyyətləri olub. Gənc aktyor Sərdar Rüstəmov deyir: “Təxminən 2002-2003-cü illər idi. Teatrdan 8-9 “şirvan” maaş alırdım. Özüm də kirayədə qalırdım. Bu pulla həm dolanmalı, həm də kirayə pulunu verməliydim. Bəzən elə olurdu ki, teatrdan aldığım maaşı alıb bütünlüklə bufetə olan borcumu ödəyirdim. Günlərin birində bufetdən yenə nəsə alırdım. Bufetçi Ağabəy dedi ki, bacıoğlu, borcun altı “şirvan”ı keçib. Həmin vaxt Siyavuş əmi də bufetdə idi. Qalxdı ayağa, soruşdu ki, nə məsələdir? Ağabəy dedi, filan qədər borcu var. Çıxartdı borcumu verdi, sonra da dedi, indi yediyinin də pulunu çıx.

 

5. Gənc həmkarları ilə həddən artıq mülayim davranar, onların problemləri ilə maraqlanar, hətta bir çox hallarda onların problemləri üçün nüfuzundan istifadə edərək məmurların yanına gedərdi.

6. Ümummilli lider Heydər Əliyevlə görüşdə heç kimin ağlına gəlməyən və bəlkə də heç kimin etmədiyi bir xahiş edib: istedadlı gənclərə təqaüd verin, teatrı tərk etməsinlər!

7. Yaxın dost olduqları Hacıbaba Bağırovun ona xəyanət etdiyi, teatra rəhbər gəlmək üçün arxasından iş çevirdiyi bildirilir. Siyavuş Aslan buna görə neçə illik dostundan küsərək Akademik Milli Dram Teatrına gedib və ömrünün sonunacan Hacıbaba Bağırovu dindirməyib.

8. “Bəyin oğurlanması” filmində rejissor Vaqif Mustafayev ifa canlı alınsın deyə aktyor Muxtar Maniyevə Siyavuş Aslanı o bilmədən həqiqətən şillə ilə vurmasını tələb edib. Çəkiliş alınıb, amma bu hərəkətinə görə Siyavuş müəllim Vaqif Mustafayevdən küsüb və onu heç vaxt bağışlamayıb. Beləliklə V. Mustafayevin sonrakı filmlərində rol almaq şansını itirib.

9. O, bayağı bir filmə də çəkilib: Sərxan Kərəmoğlunun “Adam ol!” filminə. Və sonra peşman olduğunu bildirib.  

 

10. Həyatda çox ciddi və zarafatı sevməyən adam olub. Yaxın dostları belə onunla olduqca sayğılı və ehtiyatlı davranıblar.

Tramp ABŞ-İran müharibəsi ilə bağlı İLK DƏFƏ danışdı

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla yaşadığı gərginliyə dair açıqlama verib.

Ağ Ev rəhbəri bir jurnalistin “cənab prezident, müharibəyəmi gedirik” sualını “ümid edirəm, olmaz” sözləri ilə cavablandırıb.

İran Silahlı Qüvvələrinin İnqilab Keşikçiləri Korpusunun Parlamentlə Münasibətlər Komitəsinin sədr müavini Məhəmməd Saleh Yokar Trampın açıqlamasına sərt reaksiya verib: “Qısamənzilli raketlərimiz belə ABŞ-ın bölgədəki döyüş gəmilərini vurmağa kifayət edər. ABŞ insan qüvvəsi və sosial şərtlər baxımından çətin vəziyyətdədir”.

Qeyd edək ki, ABŞ-la İran arasında gərginlik Vaşinqtonun ötən il Hərtərəfli Birgə Fəaliyyət Planından təktərəfli formada çıxıb və İrana nüvə fəaliyyətinə görə sanksiya tətbiq etməsi ilə başlayıb. (publika.az)

“Rəqəmlərə yenidən baxılmalıdır” – Deputat təhsil qanunundan danışdı

“Biz bu gün “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” Qanuna dəyişiklik edirik. Təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsinə görə dövlət rüsumu müəyyənləşdiririk”.

Turkustan.info xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, əlbəttə, kimsə özəl müəssisəsi yaradırsa, bundan qazanc götürməyi də nəzərdə tutur: 

“Ancaq gəlin, nəzərə alaq ki, burada söhbət təhsildən gedir. Məhz buna görə də təhsil müəssisəsinə akkreditasiyaya görə dövlət rüsumunun tətbiqinə diqqətlə yanaşmağı təklif edirəm. Hesab edək, bir sahibkar istəyir ki, təhsil müəssisəsi açsın. Nəyə görə ondan akkreditasiya üçün pul tutulmalıdır? Axı bu adam vəsaitini hansısa şadlıq sarayı açmağa deyil, təhsilə yönləndirir. Prinsipcə onun istəyi bəşəridir. Düşünürəm ki, hər hansı dövlət rüsumundan ümumiyyətlə söhbət getməməlidir. Sadəcə nəzarət edilməlidir ki, keyfiyyətli təhsil olsun və mövcud qanunvericilikdən irəli gələn tələblər gözlənilsin. Buna da nəzarəti təbii müvafiq dövlət qurumları edəcək.

Digər tərəfdən, əgər akkreditasiya ilə bağlı dövlət rüsumu tətbiq edilirsə, hesab edirəm ki, qanun layihəsindəki rəqəmlər günümüzlə adekvat deyil. Rəqəmlər 3-15 min manat arası dəyişir. Bu, həddən artıq çoxdur. Onların müəyyənləşməsində nələr, hansı parametrlər əsas götürülür, məlum deyil. Yəni layihənin 32-1.8 bəndində göstərildiyi kimi, təhsil fəaliyyətini həyata keçirən digər qurumlar nə üçün akkreditasiyaya görə 15 min manat ödəməlidirlər? Heç olmasa, bu rəqəmlərə yenidən baxılsın. Deyəcəklərim bu qədər”.  /Cebhe.info/

Qənirə Paşayeva kəndlərdəki yeni məhəllələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Millət vəkili Q.Paşayeva MM-in bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilməsi ilə bağlı layihədə Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan yüksək dövlət rüsumu dərəcələrinin nəzərdə tutulmasına etirazını bildirib, bununla bağlı həmkarlarının fikirlərini dəstəklədiyini deyib və 32-1 bəndinin, yəni yüksək səviyyəli rüsumları özündə əks etdirən maddənin layihədən çıxarılması ilə bağlı təklifləri dəstəkləyib: “Bu rüsumlar sahibkarlardan çox vətəndaşın cibindən çıxarılmağa başlanacaq, bu isə insanlarımız arasında narazılığa gətirib çıxaracaq. Cənab Prezident tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn çox saylı sosial proqramlar, layihələr keçirilir ki, insanlarımızın həyat səviyyəsinə müsbət təsiri olsun. Belə bir şəraitdə bu səviyyədə rüsumlar doğru qəbul edilə bilməz. Mən kənd rayonlarından birini təmsil edirəm. Məsələn, rayonda, kəndlərdə uşaq bağçaları çatışmır. Dövlət bağçalarının səviyyəsi də o qədər də yaxşı deyil. Bağçaların bəziləri təmir olunsa da, təmir və şəraitin yaxşılaşmasını gözləyən bağçaların sayı çoxdur. Biz bir sıra təşkilatlara, xeyriyyəçi şəxslərə müraciət edirik ki, bağçalara dəstək olsunlar. İş adamlarına çağırış edirik ki, rayonlarda, kəndlərdə özəl uşaq bağçaları açsınlar. Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan yüksək dövlət rüsumu dərəcələri olmadan belə bölgələrdə özəl bağçaların açılması çox zəifdir, indi belə bir rüsumlar olarsa, bu, tamamilə zəifləyəcək, rayonlarda, kəndlərdə özəl bağçalar, peşə müəssisələri açmaqda sahibkarlar maraqlı olmayacaqlar. Bu rüsumlardan sonra kim gedib rayonlarda, kəndlərdə bağçalar açacaq? Rentabelli deyil deyəcəklər. Cənab Prezidentin yürütdüyü siyasət ondan ibarətdir ki, bölgələrimizdə, rayonlarda məktəbəqədər özəl müəssisələr açılsın, sayı daha da artsın və dövlətin bu sahədəki yükü bir az azalsın. Amma bu şərtlərdən, bu rüsumlardan sonra sahibkarların bölgələrdə, rayonlarda məktəbəqədər özəl təhsil müəssisələrini açmalarını gözləmək çox çətin olacaq. Əgər indi rüsumlar olmadan bölgələrdə, rayonlarda məktəbəqədər özəl təhsil müəssisələrin açılması prosesi çox zəif gedirsə, rüsumlar olandan sonra bu sahədə hər hansı irəliləyişi düşünmək belə mümkün deyil. Layihədə göstərilən rəqəmlər çox yüksəkdir və bu rüsumlar Bakıdakı bəzi özəl bağçaların qiymətlərinə əsaslanaraq deyil, bütün respublika, rayonların vəziyyəti nəzərə alınaraq təyin olunmalıdır.” Millət vəkili Q.Paşayeva çıxışında təmsil etdiyi Tovuz rayonunun kəndlərində qazla təminat məsələsinə də toxunub. Millət vəkili deyib: “Cənab Prezident son müşavirəsində Azəriqaz İB-yə əhalinin qazla təminatının yaxşılaşdırılması, verilən təbii qazın keyfiyyətinin, təzyiqin yaxşılaşdırılması və s. ilə bağlı tapşırıqlar verib. Təmsil etdiyim Tovuz rayonunda Sovet dövründə evlərə qaz borusu çəkilib və əhali verilən təbii qaza uyğun ödəməni həyata keçirir. Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70%-80% təbii qazla təmin olunub, 20-30% yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. Yeni evlərdə yaşayan insanlarımız veriləcək təbii qaza görə ödəməni həyata keçirməyə hazırdır, lakin onların məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna çox insanın kəndlərdə maddi gücü çatmır. Üstəlik prosedurlar özü də asan deyil, çətindir. Ona görə də boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edirlər. Eyni kənddə əhalinin bir hissəsinin təbii qazdan istifadə edib, bir hissəsinin edə bilməməsi kəndlərimizdə xeyli sayda insanlarımızın problemidir və onlar bu vəziyyətdən narazılıq edir və xahiş edirlər ki, bu məsələyə qısa zamanda baxılsın və onlara dəstək olunsun. Cənab Prezidentin insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğını nəzərə alaraq, insanlarımız inanır ki, bu məsələ cənab Prezidentə çatdırılarsa, dövlət başçımız insanlarımızın bu istiqamətdə üzləşdiyi problemin həlli istiqamətində də addımların atılması üçün tapşırıqlar verəcək və məsələ qısa zamanda həll olunar. Onlar millət vəkili olaraq bu məsələnin Milli Məclisdə qaldırmağımızı və müvafiq qurumlara bu məsələnin yaxın zamanlarda həll etməyə çağırmağımızı xahiş edirlər. Müvafiq qurumlarımıza yaxın zamanlarda minlərlə insanın problemi olan bu məsələyə xüsusi diqqət ayırmağa çağırırıq və ümid edirəm ki, insanlarımızın adından səsləndirdiyim bu məsələ yaxın zamanlarda öz müsbət həllini tapa biləcək. “

Azərbaycanda banka 100 min manat qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək

Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.

Turkustan.info xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.

Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyatı banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xiyam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.  /Report/

Azərbaycan toy adətlərindən nələri ixtisar etmək lazımdır? – VİDEOSORĞU

Azərbaycanda ən çox müzakirə olunan məsələlərdən biri də toylarımızdakı israfçılığın aradan qaldırılmasıdır. Həmçinin, iki gəncin ailə qurması vəsiləsilə qohum olacaq tərəflərin bir-birinin üzərinə ağır şərtlər qoyması, oğlan evinin alçağı bahalı zinət əşyaları, 4-5 min manat qiymətində olan qızıl dəstləri, bahalı toy maşını, gəlinlik, qız evinin verəcəyi bir neçə otaqlıq mebel, elektronika və digər məişət əşyaları valideynləri ciddi şəkildə çətinliyə salır.

Eyni zamanda, toya qədərki və toydan sonrakı bir çox mərasimlər var ki, artıq insanlar onları da evdə deyil, restoran və şadlıq saraylarında keçirməyə üstünlük verir.

Nəticədə gənclərin xoşbəxtliyi üçün xərclənən pullar daha çox toy mafiyasının, şadlıq evləri sahiblərinin cibinə axır. Hətta vəziyyət o həddə çatır ki, hər iki tərəf, o cümlədən, gənc ailə toydan sonra illərlə kredit ödəmək məcburiyyətində qalır.

Bəs, vətəndaşlar necə düşünür, hansı toy adətlərini ixtisar etmək olar?

Turkustan.info bildirir ki, musavat.com bu sualla bağlı paytaxt sakinləri arasında sorğu keçirib.

Respondentlərin maraqlı cavablarını təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

 

İran beynəlxalq gücləri nüvə sazişini qorumağa çağırdı – Zərif Çində səfərdədir

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Çin, Rusiya və digər tərəfdaşları 2015-ci il nüvə sazişini qorumaqdan ötrü “konkret addım” atmağa çağırıb. Birləşmiş Ştatlar bir il öncə sazişdən çıxıb. Zərif mayın 17-də Pekinə gedib. O, çinli həmkarı Vang Yi ilə görüşməlidir.

Vaşinqton ötən ilin mayında sazişdən çıxaraq İrana sanksiyaları bərpa edib. Tehran isə ötən həftə bildirib ki, saziş çərçivəsindəki bəzi öhdəliklərinin icrasını dayandırır və məqsədi qalan tərəfləri İranı sanksiyalardan qorumağa məcbur etməkdir.

“İqtisadi əlaqələr normallaşdırılmalıdır”

“İndiyədək beynəlxalq ictimaiyyət sazişi xilas etmək əvəzinə bəyanatlar verib. Hansı praktik addımın atılmalı olması tamamilə aydındır: İranla iqtisadi əlaqələr normalaşdırılmalıdır. Sazişdə bu məsələ aydın göstərilib”, – IRNA agentliyi Zərifə istinadla yazır.

Zərif Çindən öncə Yaponiya və Hindistanda olub. Bu ayın əvvəlində ABŞ administrasiyası Çin, Yaponiya, Hindistan və daha altı neft idxalçısına sanksiyalardan möhləti uzatmayıb. Üstəlik, Vaşinqton Yaxın Şərqdə hərbi iştirakını gücləndirir, İrandan “təhdid” siqnallarının gəldiyini iddia edir. İran isə iddiaları rədd edib.

Zərif Tokioda demişdi ki, gərginliyin azaldılması üçün Birləşmiş Ştatlarla danışıq “imkanı yoxdur”.

Trampın fikrincə, bu saziş İranın nüvə silahları hazırlamasını önləməyə yetərli deyil, İranın raket proqramını, Tehranın regiondakı yaraqlılara “dəstəyini” əhatələmir. İran yaraqlıların fəaliyyətini dəstəkləmədiyini deyir, nüvə proqramının sırf mülki enerji məqsədi daşıdığını bildirir.

Azərbaycanda ŞOK HADİSƏ – 10 yaşlı uşaq özünü asdı

Bu gün günorta saatlarında Neftçala rayonunun 2-ci Mayak kəndində 10 yaşlı uşaq özünü asıb.

2009-cu ildə anadan olmuş uşağı atası heyvanları suvarmaq üçün mal tövləsinə göndəridiyi zaman gec qayıtdığını görüb, arxasınca yollanarkən uşağın özünü tövlədən asdığının şahidi olub.

Uşağı dərhal asıldığı ipdən açan ata onu Neftçala Mərkəzi Rayon Xəstəxanasına çatdırdığından, həyatını xilas etmək mümükün olub.

Hazırda oğlanın vəziyyəti orta-ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın həyatına təhlükə sovuşsa da, onun beyn oksigen çatışmazlığından əziyyət çəkdiyi deyilir.

Hələlik hadisənin hansı şəraitdə və nə səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır. (virtualaz.org)

Azərbaycanda xəstəxanada qalmaqal: Növbəti körpə ölümü – Təfərrüat

Azərbaycanda növbəti dəfə doğuş zamanı körpə ölüb.

Turkustan.info xəbər verir ki, hadisə Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Əsədova Mülayim Varis qızının qeysəriyyə əməliyyatından sonra dünyaya gətirəcək əkiz körpələrindən biri ölüb. Onun ailəsi hadisədə həkim-ginekoloq Lalə Kamalı günahlandırır.

Ailənin sözlərinə görə, əməliyyatdan öncə M.Əsədova müayinədən keçib və körpələrin vəziyyətinin yaxşı olduğu bildirilib. Lakin doğuşdan sonra qız uşağı ölü doğulub, oğlan uşağı isə sağ qalıb.

“Mülayim əməliyyata gec götürüldüyünə görə, uşaqlardan biri öldü. Həkim Bakıya gedib, buradakılara tapşırıb ki, özü gəlməyənədək xəstə əməliyyata alınmasın. Pul ona qalmayacaq axı… Mülayimin sancıları, ağrıları olduğuna görə, baş həkimə etiraz etdik ki, onu başqası əməliyyat etsin. Narazılığımızdan sonra əməliyyata alındı, amma uşaqlardan biri öldü”, – körpəsi ölən ananın yaxınları iddia edir.

Hazırda xəstəxanada M.Əsədovanın ailəsi ilə xəstəxananın işçiləri arasında münaqişənin davam etdiyi bildirilir.  /Minval.info/ 

Putin Rusiyanın əsas silahını AÇIQLADI

Lazer silahı bütövlükdə XXI əsr ərzində Rusiya ordusunun hərbi potensialını müəyyənləşdirəcək.

Lenta.ru-nun məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin hərbçilərlə keçirdiyi iclasda bildirib.

Putin iclasda “Peresvet” lazer kompleksi və “Kinjal” hipersəs aviasiya raket kompleksinin praktiki sınaqlarının keçirilməsi perspektivlərini nəzərdən keçirməyi təklif edib.

Xatırladaq ki, “Peresvet” və “Kinjal”ı, həmçinin, “Poseydon” sualtı aparatı, nüvə mühərriki olan “Burevestnik” qanadlı raketini Putin 2018-ci ilin mart ayında təqdim etmişdi. (oxu.az)

“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək – FOTO

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti eşitmə məhdudiyyətli gənclər arasında keçirilən futzal üzrə ənənəvi “Yaz turniri”nə növbəti dəfə dəstək göstərib.

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman sarayında keçirilmiş futzal turnirində “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları mübarizə aparıb.

Turnirin nəticəsi olaraq, “Azəri” komandası birinci, “Şimşək” komandası ikinci, “Zirvə” komandası isə üçüncü yeri tutub. “Azəri” komandasının üzvü Rabil Şabanov ən yaxşı qapıçı, “Şimşək”dən Ümid İbrahimov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Azəri” komandasının üzvü Rəvan Muxtarlı olub.

Özünün genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Bakcell şirkəti Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərməyə və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirməyə davam edəcək.

 

 

Onun yazdıqları şeir deyil, Tanrının pıçıltısıdır…

Onun yazdıqları şeir deyil, Tanrının pıçıltısıdır…

Ona nə gəlirsə qeybdən gəlir- o, SÖZü söyləmir, ağızdan doğur…
Ruhuna yaşıldan pay düşüb- Tanrının sevdiyi rəngdir, hara çəkərsə ora canlanar…
Onun gözlərinə hər adam baxa bilməz- baxışların qərq olduğu dəryadır…
Onun da hamı kimi tərcümeyi halı var- tərcümeyi halı olmayan bircə Allahdır…

-Adı Ramiz, təxəllüsü Rövşən. 1946-cı il dekabrın 15-də Bakıda dünyaya gəlib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1978-ci ildə Moskvada iki illik kinorejissorluq kursu keçib. “Azərbaycanfilm” film studiyasının baş redaktoru olub…

Amma bu tərcümeyi hal ona heç lazım da deyil. O, öz tərcümeyi halını çiyinlərində gəzdirir. Yaxşı əməlləri sağ, pisləri isə solda…
Eşitsəniz ki, ölüb, inanmayın- öləndən sonra da yaşayanlardandır…
Q, odur- onu Allah da yaxşı tanıyır…
Onun yazdıqları şeir deyil, Tanrının pıçıltısıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Bakı metrosu gecə saat 04:00-dək işləyəcək

Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçiriləcəyini nəzərə alaraq, “Bakı Metropoliteni” QSC oyunun keçiriləcəyi tarixlərdə – mayın 29-30-da gücləndirilmiş rejimdə işləyəcək.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarlarının ayrılması nəzərdə tutulub.

Bununla yanaşı, oyunun keçirilməsi üzrə təşkilat komitəsinin müraciətinə əsasən, “Bakı Metropoliteni”nin rəhbərliyi futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər edəcək. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

Sərnişinlərə yüksək səviyyədə mədəni xidmət göstərilməsi və onların məmnunluğu məqsədilə may ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi ehtimal olunan stansiyalarda könüllülər əcnəbilərə bələdçilik edəcək. Üzərinə “Ask me” yazılmış xüsusi geyimlərdə olacaq könüllülər müvafiq qaydada təlimatlandırılaraq hər biri yaddaş kitabçaları ilə təmin olunacaqlar.

ADAU-da Gəncə-Startap günləri başldı

ASAN İnnoland, Startap Azərbaycan, Azərbaycan Beynəlxalq Bankı, SİNAM şirkətlərinin təşkilatçılığı ilə keçirilən ənənəvi Startap günləri bu gün öz işinə başlayıb.

Gəncədə yerləşən universitetlərin (ADAU, GDU və UTECA) tələbələri üçün nəzərdə tutulan Gəncə-Startap günləri 2019-a yenə də Azərbaycan Dövlət Aqrar Universiteti ev sahibliyi edir. May ayının 17-18-də keçiriləcək  tədbirin açılış mərasimi bu gün ADAU-nun Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin zalında olub.

Tədbiri giriş sözü ilə ADAU-nin Tədris işləri üzrə prorektoru Anar Hətəmov açıb, qonaqları salamlayıb, iştirakçı universitetlərin tələbələrinə uğur arzulayıb, müasir iqtisadiyyat şəraitində innovasiya, o cümlədən startapların əhəmiyyətindən, universitetdə ideyası olan gənclər üçün yaradılan şəraitdən danışıb. A. Hətəmov son illərdə universitetin istər maddi-texniki təminatı və insan resurslarının inkişafı barədə də məlumat verib, innovativ ideyası, startap layihələri olan tələbələr üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Sonra Startap Azərbaycan şirkətinin rəhbəri Osman Gündüz bütün iştirakçıları salamlayıb, yaradılan şərait üçün minnətdarlıq etdib, bildirib ki, artıq ikinci dəfədir  Gəncə-Startap günləri məhz ADAU-da təşkil edilir və bu təbii ki buradakı maddi-texniki bazanın və göstərilən qonaqpərvərliyin nəticədir. O. Gündüz yarışmanın formatı haqqında da məlumat verib, bildirib ki, bu il əvvəlki tədbirdən fərqli olaraq hər universitet üzrə qalib olan komandaların yekun forumu keçirilməsi nəzərdə tutulub.

Daha sonra ASAN İnnoland, Azərbaycan Beynəlxalq Bankı, SİNAM şirkətlərinin nümayəndələri, həmçinin Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinin nümayəndələri çıxış edib, iştirakçılara uğurlar arzulayıb. Çıxış edənlər ADAU-da yaradılan şəraitin digər universitetlərdən müsbət istiqamətdə çox fərqləndiyini vurğulayıblar.

Tədbirin ikinci günü Aqrobiznes və idarəetmə fakültəsində 321 saylı auditoriyada olacaq.

İlbər Ortaylıya tarixçilərimizdən SANBALLI CAVAB: “Bu, türk ruhu və ideyasına ziddir”

Dilavər Əzimli: “İlbər Ortaylının həmin dövr üzrə mütəxəssis olmaması dərhal özünü büruzə verir. Dünyanı silkələyən, İslam qaydalarına əməl edən, Türk törəsini müqəddəs sayan insan terror edərdimi?”
Faiq Ələkbərli:“ Ortaylının Qərb təfəkkürünün təsiri altında Əmir Teymuru aşağılaması qəbuledilməzdir. Özü də bunu “Türkün qızıl dövrü” adlı kitabda yazmaq əsl türk tarixçisinə yaraşmaz”
Bir müddət əvvəl Bakı Kitab Mərkəzində tanınmış Türkiyəli tarixçi-yazar, professor İlbər Ortaylının Azərbaycan dilinə tərcümə olunmuş “Türklərin qızıl dövrü” kitabının təqdimat mərasimi olub və müəlliflə görüş keçirilib. Professorun qələmə aldığı “Türklərin qızıl dövrü” kitabında türk dünyasının böyük fatehlərindən biri olan Əmir Teymuru “terrorçu” kimi təqdim edib. Kitabın “Əmir Teymur və Teymurilər” adlı bölməsində bu ifadələr yer alıb: “Osmanlının müharibə və fəth metodu ilə Teymurun hərbi fəaliyyəti arasında bir müqayisə aparıldığı zaman fərqlər açıq-aydın görünür. Məsələn, Teymurun terrordan istifadə edərkən bivec davranması…”.
İ.Ortaylının böyük türk hökmdarı Əmir Teymuru “terrorçu” adlandırması bir sıra tarixçilərin sərt etirazına səbəb olub.
Tarixçi-alim Dilavər Əzimli “Şərq”ə açıqlamasında bu adamın son çıxışları ilə özünü biabır etdiyini deyib. Tarixçinin sözlərinə görə, belə yanaşmalar ümumtürk birliyinə ciddi zərbə vurur: 
“Hesab edirəm ki, bu cür ifadələr Türk dünyasının tanınmış tarixçisi kimi təqdim edilən İlbər Ortaylının nüfuzuna ciddi xələl gətirir. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ “TEAS Press” nəşriyyat evinə məxsusdur. Bəs bu nəşriyyat hara baxıb? Belə çıxır ki, Əmir Teymur həqiqətən də “terrorçu” olub?! Ayıbdır, vallah!. İlbər Ortaylının həmin dövr üzrə mütəxəssis olmaması dərhal özünü büruzə verir. Ortaylı daha çox osmançılıq mövqeyindən çıxış edir. Əmir Teymura qarşı bu cür ifadəni qəbuledilməz hesab edirəm”.
D.Əzimli vurğulayıb ki, dövr üzrə mütəxəssis olmayanlar belə yazıları və açıqlamaları ilə Turan ideyasına ziyan verirlər:
 “Məsələn, bu yaxınlarda Türkiyədə yaşayan azərbaycanlı alim Nəsib Nəsibov öz çıxışında həmişəki kimi Şah İsmayılı hədəfə alaraq aşağıladı. Qəribədir ki, Türkiyənın nüfuzlu tarixçisi Tufan Gündüz Şah İsmayılı türk dünyasının böyük fatehi kimi təqdim edir, Nəsib Nəsibov isə onu aşağılayır. Məsələnin kökündə dayanan odur ki, Tufan Gündüz orta əsrlər üzrə tarixçidir, Nəsib Nəsibov isə XX əsrin əvvələrini tədqiq edib. Bu mənada İlbər Ortaylı da orta əsrlərə münasibətdə bu cür səhvlərə yol verməkdədir. Əmir Teymur haqqında mənfi yazanların hamısı ona nifrət edənlərdi. Əmir Teymurun tarixçilərinin, heç olmasa Cüveyninin xronikasını oxumaq lazımdır. Dövrün salnamələri var, məktublar var. Dünyanı silkələyən, İslam qaydalarına əməl edən, Türk törəsini müqəddəs sayan insan terror edərdimi?”.
AMEA-nın aparıcı elmi işçisi, türkoloq-alim Faiq Ələkbərli də “Şərq”ə açıqlamasında deyib ki, İlbər Ortaylının bu fikri nəinki yanlış, həm də çox təhlükəlidir: 
“Bu onu göstərir ki, Türkiyəli tarixçilər hələ də Qərb təfəkkürlü tarixçilikdən qurtula bilməyiblər. XX əsrin əvvəllərində böyük Azərbaycan Türk mütəfəkkirləri Əli bəy Hüseynzadə, Hüseyn Cavid yazırdılar ki, avropalılar bəzi başkəsən, qaniçən, əxlaqsız krallarını, hökmdarlarını qəhrəman kimi qələmə verib heykəllərini ucaltdıqları halda, bizlər Əmir Teymuru, Atillanı, Çingiz xanı, Uzun Həsəni, Alp Arslanı və başqa Türk xaqanlarını vəhşi, qaniçən kimi təqdim etməyə davam edirik. Şübhəsiz, bu gün Əmir Teymur haqqında Ortaylının yazdığı Qərb tarixi təfəkkürünün məhsuludur. Ancaq artıq heç kəsə sirr deyil ki, Qərb tarixçiliyi Türk tarixinin təhrifi və inkarı üzərində qurulub. Belə ki, Qərb tarixçilərinə görə, Türk xalqları və onun hökmdarları barbardırlar. Belə olduğu təqdirdə, Ortaylının həmin təfəkkürün təsiri altında Əmir Teymuru aşağılaması qəbuledilməzdir. Özü də bunu “Türkün qızıl dövrü” adlı kitabda yazmaq əsl türk tarixçisinə yaraşmaz. Ortaylı bilməlidir ki, Türk tarixinin qızıl dövründən biri də Əmir Teymur dövrüdür, Teymurilər dövrüdür. Əmir Teymur öz dövlətini Turan adlandırıb, bütün Türk dünyasının hökmdarı olub”.
Alim əlavə edib ki, əgər Ortaylını bu məsələ ilə bağlı rahatsız edən Əmir Teymurun Osmanlı dövləti və onun sultanı İldırım Bəyazid üzərində qələbəsidirsə, o bilməlidir ki, bu hadisədə birtərəfli suçlama doğru deyil:
“Yəni bütün hallarda Əmir Teymuru “terrorçu”, “bivec” kimi qələmə vermək Türk ruhuna ziddir. O zaman Ortaylı, özbək qardaşlarımıza nə cavab verəcək? Bizə nə cavab verəcək? Ortaylı unutmamalıdır ki, Qərb tarixçiliyində bəzi Osmanlı sultanları haqqında da xoşagəlməz, qəbuledilməz fikirlər var. Ancaq biz Osmanlı sultanlarına qarşı atılan ittihamları rədd edirik. Eyni şəkildə Əmir Teymuru, Uluq bəyi, Şeybanini, Məhəmməd Xarəzmi, Sultan Mahmudu, Məlikşahı və başqalarını da özümüzə doğma hesab edirik. Türkün qızıl dövrünə yanaşma bunu tələb edir”.(moderator.az)

Diqqətli olun: Xərçəng xəstəliyini geyinə bilərsiniz

Geyim alarkən diqqətli olun! – Xərçəng xəstəliyinə tutula bilərsiz

Son dövrün ən çox yayılmış xəstəliklərindən biri də xərçəngdir. Məlumdur ki, bu  xəstəlik daha çox irsi yolla və mütəmadi zərərli qidalardan istifadə etməklə yaranır.

Turkustan.info-nun məlumatına görə, aparılan araşdırmalar nəticəsində məlum olub ki, xərçəng xəstəliyinin yaranmasında qidalardan başqa geyimlərimiz də rol oynayır. İstər qış aylarında, istərsə də yay aylarında hər kəs rəngli geyimlərdən isifadə edir. Əgər bu geyimlər beynəlxalq standartlara cavab vermirsə və keyfiyyət baxımından aşağıdırsa, bu zaman parçanın istehsalında istifadə edilən kimyəvi maddələr xərçənglə yanaşı, bir çox xəstəliyə gətirib çıxarır. Düzdür, geyimlərdəki toksinlərin xəstəlik yaratması qəti sübut olunmasa da, onların tərkibində istifadə edilən boyaq maddələrinin zərərli olduğu məlumdur.

Azo – geyimlərin rənglənməsində istifadə edilən boyaq maddəsidir. Bu boyaq maddələri geyimlərdən başqa tikinti sənayesindən də istifadə edilir. Bütün günü bu kimyəvi maddələrlə işləyən fəhlələrdə xərçəng xəstəliyinin yaranma riski daha çox olur. Belə ki, onlarda ən çox sidik kisəsi xərçənginin yaranma riski yüksəkdir.

Mütəxəssislər geyim alarkən alıcıları diqqətli olmağa çağırır. Əgər seçdiyiniz geyim daha çox parlaq və rənglidirsə, bu o deməkdir ki, həmin geyimdə azo boyaq maddəsi daha çox istifadə olunub. Araşdırma nəticəsində məlum olub ki, bu hal daha çox qadın geyimlərində rast gəlinir.

Bəs hansı geyimləri almalıyıq?

Geyim alarkən təkibində daha çox pambıq olan, kətan, ipək və digər təbii parçalara üstünlük verilməlidir.

Elinanın anasından Prezidentə MÜRACİƏT

162 nömrəli tam orta məktəbdən özünü ataraq intihar edən Elina Hacıyevanın anası Sevil Hacıyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Turkustan.info lent.az-a istinadən həmin müraciəti olduğu kimi təqdim edir:

“Azərbaycan Respublikasının Prezidenti

Cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Bildiyiniz kimi Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü –qızım Hacıyeva Elina Ədalət qızı 04 may 2019-cu il tarixdə təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən ona qarşı edilən qısnamalara dözməyərək özünü atmışdır. 06 may 2019-cu il tarixdə 1 saylı Kliniki Tibbi Mərkəzdə həkim etinasızlığı səbəbindən övladım vəfat etmişdir.

Nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma), 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Bakı şəhəri Prokurorluğu tərəfindən cinayət işi başlanmış və iş üzrə ibtidai istintaq aparılır.

Cənab Prezident, KİV-də yayılan məlumata görə işi birbaşa öz nəzarətinizə götürmüsünüz. Buna görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu məlumat mənə verildikdə işin obyektiv və ədalətli araşdırılacağına əminliyim yarandı. Lakin hal-hazırda istintaqın gedişatından narazıyam. Hüquqşünas olmasam da bilirəm ki, işin nəticəsi əsasən iş üzrə təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən asılıdır. Yalnız obyektiv ekspert rəyi övladımın ölümündə həkimlərin səhvinin olub olmaması, məktəb direktorunun vaxtında təcili tibbi yardım çağırmamasının övladımın ölümünə təsir göstərib-göstərməməsi və digər mühüm hallara aydınlıq gətirə bilər.

Onu da qeyd edim ki, mən Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən mənə ödənişsiz yardımın göstərilməsi üçün 3 vəkillə təmin edilmişəm. Vəkillərimdən ilk tələbim o oldu ki, ekspertizada müstəqil ekspert iştirak etsin. Vəkillərim də ekspertizanın tam şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə zərər çəkmiş şəxs Hacıyeva Elina Ədalət qızının intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə təyin edilmiş komisyon məhkəmə-tibbi ekspertizasını keçirən ekspertlər komissiyasının tərkibinə məhkəmə-tibbi eksperti, tibb elmlər doktoru Məmmədov Vüqar Qurban oğlunun cəlb edilməsi barədə vəsatətlə Bakı şəhər Prokurorluğuna müraciət etdilər. Vəsatətdən bir neçə gün sonra vəkillərim mənə zəng edərək sevincli halda bildirdilər ki, vəsatətimiz təmin edilib.

Artıq ürəyim rahat idi ki, gəlinən nəticədən asılı olmayaraq obyektiv rəy veriləcək. Lakin 1 həftədən sonra yoldaşım Seymur bəy müstəntiqlə görüşəndə ona bildirildi ki, Vüqar Məmmədovun həmin komissiyada iştirakı zəruri deyil. Beləliklə də vəsatətimiz rədd edildi.

Vəsatət indiyə qədər rəsmi formada vəkillər tərəfindən alınmamışdır. Onlara hələ ki, qərarın imzalanmamış versiyası verilib. Həmin qərarı məktuba əlavə edirəm.

Cənab Prezident! Axı nəyə görə? Hansı səbəbə görə Vüqar Məmmədov işə ekspert kimi cəlb edilmir?! Onun rəy vermək səlahiyyətini təsdiq edən sənədlər vəkillərim tərəfimdən toplanılıb və müstəntiq Emin Cəlilova təqdim edilmişdir. Mənim və vəkillərim tərəfindən təklif edilmiş və peşəkarlığına inandığımız şəxsin ekspert kimi cəlb edilməsi nəyə yaxud kimə maneəçilik törədəcəkdi?

Əksinə, əgər araşdırma nəticəsində həkim səhvinin olmaması müəyyən edilsə və bu rəy bizim təklif etdiyimiz ekspert tərəfindən də təsdiq edilsə, bu hal artıq kiminsə rəyə şübhə ilə yanaşmasının qabağını almayacaqdımı?!

Təklif etdiyimiz ekspert adi və sıravi bir həkim deyil ki, onun iştirakı lüzumsuz hesab edildi. Axı o şəxs məhkəmə-tibbi eksperti, Azərbaycan Tibb Universitetinin məhkəmə təbabəti kafedrasının professoru, tibb elmlər doktoru, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının professoru, Dünya Tibbi Hüquq Assosiasiyasının vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının vitse-prezidenti, Amerika Məhkəmə Təbabəti Assosiasiyasının fəxri üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə ekspert şurasının üzvü, dünya miqyaslı alimdir.

İstənilən halda, vəkillərimin mənə bildirdiyi kimi cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. Nə səbəbə vəkillərimin verdiyi vəsatət rədd edilir, niyə dünya miqyaslı alimin o komissiyada iştirakı kimisə narahat edir? Əvvəllər ekspertizanın rəyinə şübhə ilə yanaşırdımsa, vəsatətim rədd edildiyinə görə artıq nəticənin qərəzli olacağına əminəm. Bilirəm ki, bu iş nəzarətinizdədir və işin gedişatını izləyirsiniz. Ona görə şəxsən Sizin diqqətinizə çatdırıram ki, mənim ilk və çox vacib vəsatətim rədd edilib, digərlərinə isə hələ münasibət bildirilməyib!

Sizə gedən istintaqdan narazı olduğumu bildirirəm. Və bu boş fikir deyil, faktla deyirəm ki, bizim əsas vəsatətimiz rədd edilib, digərlərinə hələ münasibət yoxdur.

Hörmətli, Prezident! Xahiş edirəm ki, inandığım şəxsin həmin komissiyaya cəlb edilməsində bizə köməklik edəsiniz. Hazırda vəkillərim müstəntiqin qərarından şikayət hazırlayırlar. Lakin əminəm ki, Sizin nəzarətiniz olmasa, şikayəti də vəsatətin aqibəti gözləyir. Ana fəryadına biganə qalmayacağınıza əminəm!”.

ABŞ-ın hücum planı 3 ay əvvəldən HAZIR İMİŞ: İrana hücum buradan başlanacaq

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstək verdiyi PKK/YPG terror təşkilatı Suriyada Fərat çayının qərbində yerləşən İran dəstəkli terrorçu qruplaşmalara hücum edəcək.

Terrorçular artıq hücum planı hazırlayır.

PKK Suriyanın Deyr-əz-Zor bölgəsinə aid Şıxeyl ilçəsində İŞİD ilə mübarizə bəhanəsi ilə əməliyyat başlatmış və 200 hektarlıq ərazini yandırmışdı. Yerli qaynaqların verdiyi məlumata görə, PKK bu yolla şəhərin şərqində nəzarəti ələ keçirdikdən sonra şəhərin qərbindəki İran dəstəkli qruplaşmalara hücum edəcək. Koalisiya qüvvələri 3 ay boyunca PKK/YPG-yə bu əməliyyat üçün Əyn İsa bölgəsində və “Ömər” neft sahəsində təlimlər keçib. Təşkilat bölgədəki ərəb tayfalarını düşmənə qarşı istifadə edə bilmək üçün tərəfinə çəkməyi də planlaşdırıb.

Qeyd edək ki, İraq-Suriya sərhəd xəttində yerləşən və Fərat çayının iki yerə böldüyü Deyr-əz-Zor şəhərinin şərqində ABŞ dəstəkli PKK/YPG, qərbində isə bəşər Əsəd rejimi və müttəfiqi olan İran dəstəkli terrorçu qruplar yerləşib.

Ərəb tayfaları şəhərdə aprelin 25-dən bəri PKK/YPG-yə qarşı etiraz aksiyaları təşkil edir.(publika.az)

Yeni QHT yaradıldı – “Yaşıl Dünya”ya jurnalist rəhbərlik edəcək – FOTO

Azərbaycanda yeni qeyri-hökumət təşkilatı yaradılıb. Yeni təşkilat “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyi adlanır. 
Bu barədə Bakının Xətai rayonunda yerləşən “İbn Sina” Təlim Tədris mərkəzində baş tutan toplantıda məlumat verilib. Toplantıda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov, “İbn Sina” Təlim Tədris mərkəzinin rəhbəri Əfqan İsmayılov, 117 saylı orta məktəbin müəllimi Kamal Hacıyev, “Cümhuriyət” qəzetinin redaktoru, jurnalist Elman Cəfərli, sahibkar Şamxal Muradov, Xətai rayonu N.Tusi küçəsinin sakinləri Mirəli Mirsucayev, Şahin İsayev və digər şəxslər iştirak edib. 
Qeyd edək ki, ictimai birliyin sədri jurnalist Elman Cəfərlidir. 
E.Cəfərli deyib ki, ictimai birliyin məqsədi Bakı şəhərində və ümumilikdə ölkə ərazisində ekoloji problemlərin öyrənilməsi, yaşıllıqların qorunmasında vətəndaş təşəbbüslərinə dəstək verilməsi, bəzi işbazların həyata keçirdiyi “yaşıl soyqırıma” qarşı ictimai müqavimətin təşkil edilməsidir. İctimai birlik ətraf mühitin qorunmasında tədqiqatların aparılmasına kömək edəcək, ekoloji problemlərin həlli sahəsində xarici ölkələrin müsbət təcrübəsini öyrənəcək, ətraf mühitin mühafizəsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə təklif və dəstək verəcək. 
Birlik aktual ekoloji problemlərlə bağlı ictimai müzakirələr təşkil edəcək, bu sahədə araşdırmalar aparacaq. (modern.az)

 

Daha bir saytın adı “Reketlər siyahısı”na salına bilər

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. 
Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.

Komissiya ilk olaraq Bakı şəhər sakini, kiçik sahibkar Nurtəkin Məmmədovanın “Baku.WS” Xəbər Portalına qarşı şikayətini araşdırıb. Şikayətçinin sayt barədə iradları və bu iradların  qarşılığı olaraq irəli sürdüyü tələblər uyğunsuz sayılıb. Məsələ  baxılmamış saxlanılıb. 

İclasda Bakı şəhər sakini Cavanşir Rüstəmovun “Milletinsesi.info”, “Teref.az” və “Teref.info” saytlarına qarşı şikayəti də araşdırılıb. Tərəflər şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəliblər.

Müzakirə edilən növbəti məsələ Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ramiz Quliyevin “Milliyol.az” və “Bizimxeber.az” saytlarına qarşı şikayəti olub. Şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəlinib.

Ağdaş rayon sakini, fərdi sahibkar Məhəmməd Əliyevin “Media-Press.org” saytı barədə  şikayətində ciddi ittihamlar yer aldığından və sayt təmsilçisi hərəkətləri barədə arqumentlər təqdim etmədiyindən, məsələ geniş araşdırılmaq üçün  MŞ-nin “Reket jurnaistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib. (modern.az)

Prezidentin açılışını etdiyi zavodun rəhbəri nələr vəd etdi?

Ötən gün ölkə Prezidenti İlham Əliyev Pirallahı Sənaye Parkında “Diamed” şpris istehsalı zavodunun açılışını etdi. Azərbaycanda ilk şpris zavodu olan bu müəssisə Parkın rezidenti kimi qeydiyyata alınan Diamed Co MMC tərəfindən inşa edilib. İnvestisiya dəyəri 9,5 milyon manat olan bu layihəyə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib.

Turkustan.info zavodun təsisçisi Aytən Quliyevanın Axar.az-a müsahibəsini təqdim edir:

– Aytən xanım, dünən Prezidentin açılışını etdiyi “Diamed” şpris istehsalı zavodunun özəlliyi və hədəfi nədir?

– Əvvəla onu deyim ki, “Diamed” şpris istehsalı zavodu Azərbaycanın şprisə olan bütün təlabatını ödəyəcək, idxala son veriləcək. Bu, bir il ərzində görəcəyimiz əsas işdir. Növbəti ildən isə yaxın ölkələrə – artıq Gürcüstan, Rusiyadan sifarişlər də almışıq – şpris ixrac edəcəyik.

Zavodun ikinci əsas hədəfi ondan ibarətdir ki, bir ildən sonra digər plastik malların istehsalına başlanılacaq.

Özəlliyi isə odur ki, zavod çox müasir üslubdadır və istehsal etdiyi məhsullar keyfiyyətlidir. Zavod Almaniya və İsveçrəyə məxsus yüksək keyfiyyətli texnalogiyalarla təmin olunub. Burada ən yüksək səviyyəli şpris istehsal olunur ki, Azərbaycan bazarında bu keyfiyyətdə olan şprisin biri 1 manatdır. Azərbaycanda alman aptekləri var, bilirsiniz. Bizim zavodun istehsal etdiyi keyfiyyətdə şprisi Bakıda ancaq alman aptekləri satır. Yaxın günlərdə bütün apteklərdə həmin keyfiyyətdə və ondan daha yüksək keyfiyyətə məxsus şprislər daha münasib qiymətə satılacaq.

Zavodumuz əhalini tam keyfiyyətli və təhlükəsiz məhsulla təmin edəcək. Bizim üçün təhlükəsizlik və keyfiyyət çox önəmlidir.

– Zavodda neçə növ şpris istehsalı nəzərdə tutulub?

– Hələlik zavodumuzda 4 növ şprisin istehsalı nəzərdə tutulub. Bunlar da əsasən 2, 5, 10 və 20 qramlıq şpirislərdir.

– İldə nə qədər şpris istehsal edə biləcəksiniz?

– Hazırda zavodda sterillik işi aparılır. Bir neçə gündən sonra zavodumuz tam olaraq işə düşəcək. Hələlik bir növbə və 50 işçi ilə işə başlayacağıq. Yaxın gələcəkdə 3 növbəli iş rejiminə keçərək 150 milyon ədəd şpris istehsal edəcəyik.

– Zavodun işə başlaması həm də yeni iş yerlərinin açılması deməkdir. Bununla nə qədər yeni iş yeri açılmış olacaq?

– Sesiyim kimi, hazırda 50 işçi ilə işə başlamışıq. Ancaq bir neçə günə zavod tam fəaliyyətə başlayacaq və yeni işçilər cəlb ediləcək və işçilərimizin sayı 150 nəfərə çatacaq. Zamanla işçilərin sayı artacaq.

– Dediniz ki, zavodun avadanlıqları Almaniya və İsveçrədən gətirilib. Bəs, xammal?

– Xammal da İsveçrənin “İnyot” şirkıtinə məxsusdur. İynələr isə Yaponiyanın “Mitu” şirkətindən gəlib. Qeyd etdiyim bu iki şirkət dünyada ən yüksək səviyyəli və keyfiyyətli şirkətlərdir.

Zavodumuzda köməkçi avadanlıqlarımız da var. Onlar isə İngiltərə və Türkiyəyə məxsusdur.

Onu da deyim ki, belə bir zavod Azərbaycana çox lazım idi və mən sevinirəm ki, ölkəmizdə belə bir önəmli zavodun işə başlamasında mən də iştirak etdim.

 

“Keşikçidağ” Azərbaycanındır, güzəştə getməməliyik! – Parlamentdə MÜZAKİRƏ

Milli Məclisinin bu gün keçirilən plenar iclasında Gürcüstan-Azərbaycan sərhəddində yerləşən “Keşikçidağ”la bağlı məsələ qaldırılıb
Deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu daim davam etməlidir. O, vurğulayıb ki, ölkələrimizin dostluğu tarixi ənənəyə söykənir: 
“Bu, bizim üçün də önəmli məsələdir, yolumuz Gürcüstandan keçir. Bizim suverenliyimiz daxilində gürcülərə imkan verdik, bir sıra gürcü xalqının nümayəndələri “pasxa” bayramını keçirirlər. Onlar isə “Keşikçidağ”da aksiya keçirərək Azərbaycanın dövlət müstəqlliyi əleyhinə şüarlar səsləndirdilər. Qanunu ciddi şəkildə pozdular, bizi təhqir etdilər. Biz gürcü siyasi xadimlərinə izah etməliyik ki, bu nə məsələdir. Həmin abidə VI əsrdə tikilib, alban abidəsidir. XI, XII əsrdə qurucu Davidin və Tamaranın dövründə gürcü provaslav dininə aid olub, bu gün də gürcü ortodoksal kilsəsinə aiddir. Olsun, amma bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora bizim torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir. Biz tarixən torpaqlarımızı Rusiyanın istəyi ilə Gürcüstana və Ermənistana paylamışıq, indi də “Keşikçidağ”da güzəştə getməməliyik”. 
Deputat Fərəc Quliyev gərginliyin aradan qaldırılmasın vacibliyini vurğulayıb. Bəyan edib ki, “Keşikçidağ” Azərbaycan ərazisidir. 
Deputat Qənirə Paşayeva isə qeyd edib ki, həmin abidə “Keşikçidağ” adlandırılmalıdır. Çünki Azərbaycana məxsusdur: “Tarixi abidələr bizim üçün çox həssasdır. İnanırıq ki, bu məsələ Azərbaycanın maraqları çərçivəsində həll ediləcək”. 

Vəhşi it özünü ölülüyə vurdu, aslanın əlindən qurtuldu – VİDEO

Kaftara bənzər it hiyləgərliyi sayəsində dişi aslanın dişləri arasından qurtulub.

Zimbabvenin Hvanqa Milli Parkında baş vermiş maraqlı hadisəni turistlər lentə alıb.

Bələdçi ziyarətçiləri antilop leşini yeyən vəhşi itlərin sürüsünün olduğu yerə gətirib. Gözlənilmədən yırtıcılara dişi aslan hücum edib. O, itlərdən birini ələ keçirərək, dişləri arasına alıb.

Vəhşi it hərəkəti tam dayandıraraq, əllərini aşağı sallayıb və özünü ölülüyə vurub. Qəfildən aslanın diqqətini başqa bir it çəkib və şikarını buraxaraq o birinin dalınca qaçıb. Özünü ölülüyə vurmuş it isə fürsətdən istifadə edərək, aradan çıxıb. (oxu.az)

SON DƏQİQƏ – Prezident bu icra başçılarını İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Siraqəddin Cabbarovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edirik:

Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nazim İsmayılovun Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Azərbaycanda könüllülük hərəkatında YENİLİK – Pensiyaçılara XOŞ XƏBƏR

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzində “Gümüşü Könüllü” proqramına start verilib.

Proqram pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstək məqsədi daşıyır. Belə ki, proqram çərçivəsində yaşlı vətəndaşların 1 saylı DOST mərkəzində könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur. Mərkəz gənclərlə yanaşı, yaşlı nəslin də könüllülük fəaliyyətinə imkan yaradır.

“Gümüşü Könüllü” proqramına qoşulmaq istəyən pensiyaçılar DOST mərkəzində (Yasamal r., İ.Qutqaşınlı küç. 86) müraciət formasını doldurmaqla və ya http://bit.ly/2LGsf80 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. (modern.az)

Mahir Emrelidən atasına GÖZDAĞI – FOTO

Atası Anar Mədətovun başqa qadınla ailə qurmasına sərt reaksiya verərək soyadını Emreli kimi dəyişdirən “Qarabağ” futbolçusu Mahirin İnstaqramda paylaşdığı foto maraqla qarşılanıb.

Futbolçu dayısı Bəxtiyar Emreli ilə birgə çəkdirdiyi fotosuna belə bir qeyd də yazıb: “Sən güləndə həyat gözəldir”.

Qeyd edək ki, Mahir Emreli bir neçə gün öncə jurnalistlərə açıqlamasında soyadını dəyişdirməsinə aydınlıq gətirmişdi: “Babamın soyadı Emrelidir. O, yarı avar, yarı azərbaycanlıdır. Onun soyadını özümə götürmüşəm. Bu soyad məndən başqa bir də dayım oğlundadır. Növbəti mövsümdən formamda “Mədətov” yox, sadəcə “Mahir” yazılacaq”. (teleqraf.com)

Ukraynada siyasi BÖHRAN: Parlament koalisiyası dağıldı – Radanın buraxılması…

“Xalq Cəbhəsi” fraksiyası Ukrayna Ali Radasındakı koalisiyadan çıxdığını bəyan edib.

Bunu Ali Radanın bu gün keçirilən iclasında fraksiyanın rəhbəri Maksim Burbak bildirib.

“Biz mövcud koalisiyadan çıxdığımızı, 17 may 2019-cu ildən etibarən onun işində iştirakımızı dayandırdığımızı bəyan edir və günün çağırışına uyğun olaraq yeni koalisiya formalaşdırılması təşəbbüsü ilə çıxış etdiyimizi bildiririk”, – deyə Ali Radanın iclası zamanı fraksiyanın rəhbəri deyib.

Beləliklə, “Xalq Cəbhəsi” fraksiyası Vladimir Zelenskinin parlamenti buraxmaq imkanını bloklayıb. Yeni parlament çoxluğu formalaşdırmaq üçün deputatların 30 gün vaxtı var. Bu müddət başa çatdıqda isə artıq V.Zelenskinin parlamenti buraxmaq səlahiyyəti olmayacaq.

Ukraynada növbəti parlament seçkisi bu ilin oktyabrında keçirilməlidir. Prezident Ali Radanı növbəti seçkiyə ən azı 6 ay qalanadək buraxa bilər. Bu tarix mayın 27-də başa çatır.

Bir neçə gün öncə Ali Radanın spikeri Andrey Parubi də parlamenti buraxmaq üçün heç bir əsas olmadığını bildirmişdi.

Qeyd edək ki, hazırda Ali Radada “Petro Poroşenko Bloku” ilə “Xalq Cəbhəsi” fraksiyasının yaratdığı koalisiya mövcud idi. (teleqraf.com)

“Neft çıxaranda təhlükəli deyildi, “Arsenal” gələndə təhlükəli oldu?” – Siyavuş Novruzov

Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Ziyafət Əsfərov deputatlara irad tutub.

Vitse-spiker deputatları qanun layihəsi və gündəlikdə müzakirə edilən məsələlər haqqında danışmağa dəvət edib.

Z.Əsgərov bildirib ki, fürsətdən istifadə edib, gündəlikdə olan qanun layihələrindən kənara çıxmaq düzgün deyil: “Neçə ilin deputatısınız, fikirlərinizi sosial şəbəkələrdə, mətbuatda çatdıra bilərsiniz. Milli Məclisdə isə qanun layihələrinə dəyişikliklər müzakirə olunmalıdır”.

Vitse-spikerin bu iradına komitə sədri Siyavuş Novruzov etiraz edib.

YAP icra katibinin müavini bildirib ki, elə sözlər var ki, deputatlar onu sosial şəbəkələrdə deyil, burada deməlidir. Onun sözlərinə görə, ölkəmizin ərazi bütövlüyü ilə bağlı Brüsseldə aparılan danışıqlarda Azərbaycana təzyiqlər olub: “Biz belə məsələləri ortaya qoymalıyıq. İdman oyununu da siyasətə qatırlar. Böyük Britaniyanın ən böyük şirkəti Azərbaycanda on illərdir ki, işləyir. Azərbaycanda neft çıxaranda bura təhlükəli deyildi, amma “Arsenal” komandası gələndə təhlükəli olur? Biz bu məsələləri deməliyik. Niyə Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi olduğu halda, belə ədalətsiz fikirlər səsləndirilir? Deyirlər ki, Azərbaycanın hava məkanında yük daşınmasında problemlər var. Azərbaycan üzərindən NATO-nun yükləri Əfqanıstana daşınanda problem yox idi. Ancaq iki ingilis komandası Bakıya gələndə təyyarə reyslərinin gediş-gəlişi vaxtında olmur, havada problem yaranır. Erməni diasporu sapı özümüzdən olan baltalara 5 manat verib, bizə qarşı istifadə edirlər”.

Komitə sədri deyib ki, Azərbaycana qarış qüvvələr eyni vaxtda hərəkətə keçiblər. Onun fikrincə, bunun düyməsi eyni yerdən sıxılıb: “Azərbaycan cəmiyyəti Prezidentin siyasətini dəstəkləyir. Biz sinəmizi qabağa verib, elə dövlətlərə, siyasətçilərə, idman təşkilatlarına cavab verməliyik. Belə məsələləri pərdələmək olmaz. Azərbaycanda xalqla iqtidar birliyi var”. (teleqraf.com)

Bu foto Ermənistanı silkələdi – Qarabağdan İrəvana doğru uzanan MÜHARİBƏ

Ermənistanda keçmiş prezident Robert Koçaryanın məhkəməsində Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin keçmiş “rəhbəri” Arkadi Qukasyan və indiki “rəhbəri” Bako Saakyan da iştirak ediblər.

Məhkəmə Koçaryanın həbs olunacağı təqdirdə Qukasyan və Saakyanın da cinayət məsuliyyətinə cəlb edə bilər.
Hər iki separatçı Koçaryanın keçmiş silahdaşıdır və onlar keçmiş prezidentin azad olunması üçün Nikol Paşinyana müraciət ediblər. Hətta bu məsələyə görə hazırda daxili qarşıdurma yaşanır.
Onların məhkəməyə gəlişi bu kontekstdə diqqət çəkir. Ən maraqlı məqam isə məhkəməyə şahid kimi gəlsələr də, Qukasyanla Saakyan Koçaryanla eyni sırada – müttəhim kürsüsündə əyləşib. Bu görüntülər Ermənistanda ciddi müzakirələrə səbəb olub.
“Lragir” saytı yazır ki, bu mənzərə ölkəni silkələdi.
“Qarabağın üç “prezidenti” müttəhim kürsüsündə əyləşmişdi. Doğrudur, yalnız Koçaryan ittiham olunurdu, lakin foto çox şey haqqında danışırdı. Saakyanla Qukasyanın bu addımı cəmiyyətdə müzakirələrə səbəb oldu. Rəsmi dairələr bildirirlər ki, bu siyasi addım deyil, sadəcə olaraq, dostluq əlaqələrinə söykənən humanist dəstəkdir. Lakin cəmiyyət bunu birmənalı qarşılamır. Çünki keçmiş hakimiyyətin gələcək parlament və prezident seçkilərində geridönüş etmək üçün Qarabağda platforma yaratmağa çalışdığı haqqında informasiyalar var. İctimaiyyət ikiyə bölünüb: bir cəbhə hesab edir ki, “qəhrəmanları” (Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş şəxslər – red.) mühakimə etmək olmaz, digər cəbhə isə bu şəxslərin Qarabağ müharibəsindən istifadə edəcək hakimiyyətə gəldiyi və ölkəni talan etdikləri fikrini irəli sürür. Bəzi ekspert dairələri Ermənistan və Qarabağ arasında heç bir parçalanmanın olmadığını dilə gətirsələr də, real mənzərə siyasi müharibənin başlandığını göstərir”, – deyə sayt yazıb. (publika.az)

Dünyanın ƏN SİRLİ kitabının şifrələri açıldı – Qadınlarla bağlı ŞOK FAKTLAR – FOTO

Dünyanın ən sirli kitabı kimi qəbul edilən “Voyniç əlyazması”nın şifrələri açılıb.

Araşdırmalardan sonra 1912-ci ildə polşalı kitab taciri Uilfred M. Voyniç tərəfindən tapılan kitabın 15-ci əsrə aid olduğu ortaya çıxıb.

Kitab bu günə qədər Alan Turinq kimi məşhur şifrə ustaları tərəfindən araşdırılsa da onun məzmunu tam anlaşılmamışdı. 1404-1438-ci illər arasında yazıldığı düşünülən “Voyniç əlyazması” buna görə dünyanın ən sirli kitabı kimi tarixə düşmüşdü. Çox sayda mütəxəssis əlyazmanın anlaşılmaz olduğunu söyləsə də, Briston Universitetinin doktoru Cerard Çeşir 2 həftə ərzində kitabdakı sirli mətnlərin şifrələrini açmağı bacarıb.

O, ölü dil olan Proto Latın dilindən istifadə edib. Araşdırmaçı yazıdakı simvolları bu dildəki kəlimə və hərflərlə qarşılaşdırıb. Doktor əlyazmada qadınların düşüncə tərzi, cinsi məsələlər, fiziki və ruhani təmizlənmə və valideyn olmaq kimi mövzuların yazıldığını üzə çıxarıb.

Qeyd edək ki, Proto Latın dili portuqal, ispan, fransız, italiyan, rumın və katalon dillərinin anası hesab edilir. (publika.az)

 

 

Deputat radarlardan ŞİKAYƏTLƏNDİ – “Lazım olmayan yerlərdə…”

“Təhlükəsizliyimizi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq”.

Bu sözləri deputat  Hikmət Babaoğlu “Yol hərəkəti qaydaları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

 O bildirib ki, bu qanuna kosmetik dəyişikliklər edilməməli, bütövlükdə yeni yanaşma olmalıdır: 

“Təhlükəsizliyimizi təmin edən bu sahəni yeni qaydalarla nizamlamalıyıq. Məsələn, əvvəlcə qanun qəbul etmişdik ki, sürücü avtomobil idarə edərkən üzərində sürücülük vəsiqəsi yoxdursa, bu müxtəlif cərimələrin tətbiq olunmasına gətirib çıxarmırdı. Bu gün Azərbaycanda elektron hakimiyyət yaradılır. Bütün hüquqi münasibətlər elektron internet sistemi üzərindən qurulur. Belə olanda sürücünün üzərində sürücülük vəsiqəsinin olub olmamasının yol polisi üçün nə fərqi var? Onlar xüsusi vasitə ilə bunu dəqiqləşdirə bilərlər. Bu süni maneədir”.

Babaoğlu deyib ki, qanun bu sahənin təhlükəsizliyinin təmin edilməsi üçün olmalıdır: 

“Amma biz nə edirik? Bəzi hallarda lazım olmayan yerlərdə də radar dediyimiz xüsusi qurğunu yerləşdiririk. Beləliklə, bu hal da sürücülərdə kütləvi mənfi emosiya doğurur və idarəetmədə təhlükəli hallar yaranır. Nəticə etibari ilə təhlükəsizlik əvəzinə təhlükəli vəziyyət yaradırıq. Ona görə də bu sahədə yeni qanunlar təhlükəsizliyiə xidmət etsin”. (modern.az)

“İzahlı dilçilik terminləri lüğəti” ətrafında QALMAQAL: Plagiatlıq olub? – AMEA-dan AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər bölmələrində Nəsimi adına Dilçilik İnstitutununda hazırlanmış “İzahlı dilçilik terminləri lüğəti” ətrafında sosial şəbəkələrdə gedən materiallarla əlaqədar məsələyə münasibət bildirilib.

Qeyd olunub ki, “İzahlı dilçilik terminləri lüğəti” Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova və institutun digər 5 nəfər əməkdaşı – filologiya üzrə fəlsəfə doktorları Svetlana Novruzova, Natəvan Hüseynova, İradə Abdullayeva və Şəbnəm Həsənli-Qəribova tərəfindən bir neçə il ərzində Nəsimi adına Dilçilik İnstitutunda hazırlanıb. Kitabın baş redaktorları akademik İsa Həbibbəyli və akademik Möhsün Nağısoyludur. Eyni zamanda, “İzahlı dilçilik terminləri lüğəti”nin çapa tövsiyə olunmasına tanınmış dilçi alimlər  akademik Nizami Cəfərov və Əməkdar elm xadimi, professor Qəzənfər Kazımov rəy veriblər.

Humanitar və İctimai Elmlər bölmələrinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib:
“Sosial şəbəkələrdə “İzahlı dilçilik terminləri lüğəti”nin plagiat olması haqqında ardıcıl olaraq yazan və ona qarşı müəyyən təzyiqlərin olduğunu bildirən filologiya  elmləri doktoru İdris Abbasov 2015-ci ildə Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri və 2017-ci ildə AMEA-nın professoru seçilərkən kitabın titul səhifəsində adları qeyd olunan alimlər həmkarlarına səs vermiş, o cümlədən də İsa Həbibbəyli onun özünün də iştirak etdiyi Rəyasət Heyətinin iclasında ona səs verməklə bərabər, həm də çıxış edərək müsbət münasibətini bildirmişdir.

Akademiya mühitində müxtəlif nəşrlərə diqqəti cəlb etmək, həmin nəşrlərin aktuallığını artırmaq məqsədi ilə Elmlər Akademiyalarının prezidentlərinin, vitse-prezidentlərinin, akademik-katiblərinin, tanınmış akademiklərinin adlarının kitablarda ideya müəllifi, redaksiya şurasının sədri, baş redaktor kimi yazıldığı hallara dair elmi mühitin təcrübəsindən çoxlu sayda misallar gətirmək mümkündür. İsa Həbibbəyli də “İzahlı dilçilik terminləri lüğəti”ndə adının baş redaktorlardan biri kimi yazılması haqqında kitabın nəşr olunduğu vaxtdan sonra məlumat alsa da, buna etiraz etməmişdir. Akademik İsa Həbibbəyli adının baş redaktorlardan biri kimi qeyd edilməsini həm də son vaxtlarda bir qədər geridə qalan, yenidən canlanmağa başlamış lüğətçilik işini təşviq etmək, bu sahəyə diqqəti artırmaq mənasında məqbul qarşılamışdır.

Heç şübhəsiz, nə baş redaktorlar, nə də kitaba rəy vermiş tanınmış dilçi alimlər redaktorluq və rəyçilik funksiyalarını icra edərkən “İzahlı dilçilik terminləri lüğəti”ndə plagiat olacağı barədə düşünməmişlər. Eyni zamanda, nəinki ixtisasca ədəbiyyatçı olan baş redaktorlardan birinin, hətta lüğətçilik üzrə ciddi mütaliəsi, elmi təcrübəsi və Azərbaycanda çap olunmuş lüğətlərə ixtisaslı mütəxəssis səviyyəsində dərindən bələdliyi olmayan qrammatika mütəxəssisi olan dilçi alimin də redaktə prosesində kitabda plagiat faktını tapıb üzə çıxarması çətindir.

Bundan başqa, kitabda adları qeyd olunan baş redaktorların və rəyçilərin hər biri öz sahəsində kifayət qədər tanınmış şəxslər olduğundan onların bilərəkdən lüğətdəki plagiat faktını dəstəkləmələrini bəyan etmək həqiqətə uyğun ola bilməz. Bunun əksini  iddia edənlər “Nə üçün?” sualına düşünülmüş cavab verməlidirlər.

Kitabın ətrafında qaldırılan şişirdilmiş maliyyə məlumatları da tam əsassızdır. Əldə olunmuş məlumata görə “İzahlı dilçilik terminləri lüğəti”nin çapı üçün 1200 (bir min iki yüz) manat vəsait xərclənmişdir. Lüğətdən yalnız 100 ədəd çap olunmuş, yaranmış mübahisəli məqamlara görə həmin kitabların bir çoxu paylanılmamışdır.

“İzahlı dilçilik terminləri lüğəti”nin müqəddiməsində 1939-cu ildən bu nəşrin çap olunduğu 2018-ci ilə qədər Azərbaycanda ayrı-ayrı müəlliflər tərəfindən hazırlanıb nəşr edilmiş bu tipli lüğətlərin hər biri haqqında məlumatlar verilmiş, kitabın sonunda lüğətdə istifadə edilmiş 28 ədəbiyyatın, o cümlədən əvvəlki izahlı dilçilik lüğətlərinin adları və müəllifləri ayrıca qeyd olunmuşdur. Bundan başqa, tərtibçilər son ayların müzakirələri proseslərində “İzahlı dilçilik terminləri lüğəti”ndə özlərindən əvvəlki lüğətlərdən istifadə etdiklərini, bunsuz lüğətlərin yaradılmasının qeyri-mümkün olduğunu etiraf edirlər. Bununla belə, Humanitar və İctimai Elmlər Bölmələri belə hesab edir ki, “İzahlı dilçilik terminləri lüğəti”ndə və bu qəbildən olan digər nəşrlərdə ilk növbədə ciddi elmi prinsiplərə əməl etmək və mübahisələrə yer qoymamaq üçün müqəddimədə özünəqədərki lüğətlərdən bəhs edilərkən onlardan istifadə haqqında  daha açıq şəkildə yazmaq, lazım gələrsə mənbələri qeyd etmək, hətta əvvəlki illərin lüğətlərinin müəlliflərinə minnətdarlıq ifadə etmək zəruridir.

Qeyd olunmuşdur ki, bir neçə ay əvvəl – 17 dekabr 2018-ci il tarixdə akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilmiş AMEA-nın Humanitar və İctimai Elmlər Bölmələrinin birgə yığıncağında da “İzahlı dilçilik terminləri lüğəti” onu hazırlamış tərtibçilər qrupunun iştirakı ilə geniş müzakirə olunmuş, yaradıcı heyətin zəhməti ilə bərabər, bu qəbildən olan çatışmazlıqlar da onların nəzərinə çatdırılmış, məhdud sayda çap olunmuş kitabın təkmilləşdirilmiş yeni nəşrinin hazırlanmasına, nəzərə çarpdırılan məsələlərə əməl edilməsinə dair müvafiq tapşırıqlar verilmiş, qərar qəbul olunmuşdur.

Bizdə olan məlumata görə artıq “İzahlı dilçilik terminləri lüğəti”nin təkmilləşdirilmiş yeni variantı üzərində tamamlanma işləri gedir və həmin nəşrin tərtibçilərin öz vəsaiti hesabına kitab halında nəşr edilməsi tövsiyə olunmuşdur.

Bütün bunlarla bərabər, Humanitar və İctimai Elmlər Bölməsi AMEA-nın prezidentinə məsələyə bir daha aydınlıq gətirmək və müvafiq qərarlar qəbul etmək barədə müraciət etmişdir.

Hesab edilir ki, “İzahlı dilçilik terminləri lüğəti” ətrafında yaranmış gərgin mübahisələr nəinki dilçi alimlər və lüğətçilər, bütünlükdə Humanitar və İctimai Elmlər Bölmələrinin, digər bölmələrin də əməkdaşları üçün ciddi dərs olmalı, bundan ciddi nəticə çıxarılmalıdır.

Məsələnin əsil mahiyyəti bundan ibarətdir. Ona görə də artıq iddialara son qoymaq, Azərbaycan dilinin qrammatikası elmini və lüğət işini daha da inkişaf etdirmək üçün birlikdə səy göstərmək lazımdır. (modern.az)

“Biz xalqa nə qədər “can” desək də, onlar bizə “azar” deyəcək” – Tahir Kərimli

“Biz xalqa nə qədər “can” desək də, onlar bizə “azar” deyəcək. Amma xalqımız bilməlidir ki, onları yoldan çıxaran müxalifət bizi gözdən salır”.

Bunu deputat Tahir Kərimli parlamentdəki çıxışında deyib.

O xatırladıb ki, Şuşa işğal olunanda, az qala hamı intihar həddinə gəlmişdi: 

“Ancaq Paşinyan kimi əxlaqsız biri Şuşada nə cür hərəkət edir? Nə qədər buna dözməliyik?  Kim bizə torpağımızı almağa qoymur? Açıqlansın, bilək. Fransamı, Rusiyamı, masonmu qoymur?! Nə vaxta kimi bizi təhqir edəcəklər?

Ömür boyu atasına xain çıxan erməni bizə yanıq verir. Nə qədər səbr etməliyik? Allah bu səbri bizə verməsin. Hər sahədə bizi gözdən salmaq istəyirlər. Biz də müxalifət olmuşuq. Müxalifətçiliyi də kişi kimi edərlər, özgəsinin atına minməklə etməzlər. Bizi az təhqir edin. Biz də sizin kimi Vətəni, torpağı sevirik”.

Azərbaycanlı politoloq Vaşinqtonun Türkiyə niyyətini İFŞA ETDİ “ABŞ-ın hədəfində olan şey…”

Donald Tramp hökuməti Türkiyəyə “Rusiyadan qəti şəkildə S-400 almayın” deyir, “Patriot”u isə satmaq niyyətində deyil.

Bəs ABŞ nə etmək istəyir?

Məsələnin siyasi şərhini Türkiyənin Qərhrəmanmaraş Südçü İmam Universitetinin Siyasət və Beynəlxalq Münasibətlər Fakültəsinin professoru Toğrul İsmayıl verib.

Politoloq bildirib ki, ABŞ-ın S-400-lərə görə Ankaraya təzyiq göstərməsinin bir neçə səbəbi var: “Daha əvvəl rahib Enderyu Bransonun həbsi ilə bağlı iqtisadi təzyiqlər edildi. O zaman niyyət baş tutmadı. Bu dəfə S-400 sistemləri vasitəsilə təzyiqlər davam etdi. Suriya böhranında Türkiyə ilə Rusiyanın münasibətlərinin yaxınlaşması məsələsi ABŞ-ı dərindən narahat edən mövuzlardan biridir. ABŞ-ın hədəfində olan şey Türkiyə-Rusiya münasibətlərini pozmaq və Rusiyadan uzaqlaşdırmaq. ABŞ “Patriot”u satmadı, Türkiyə də S-400-ə üz tutdu. Düşünürəm ki, ABŞ-ın S-400 təzyiqinin səbəbi siyasi məsələdir.

Türkiyənin havadan müdafiə sisteminə ehtiyacı var. Türkiyə NATO ölkəsi olsa da, öz ehtiyacını alyansdan kənar ölkələrlə də qarşılaya bilər. Sadəcə sistemlər NATO-ya inteqrasiya edilməz. Türkiyə də bunu müdafiə edir”.

Toğrul İsmayıl qeyd edir ki, S-400 beynəlxalq razılaşmadır: “Razılaşmanın Türkiyə tərəfindən ləğv olunması və ya təxirə salınması iqtisadi baxımdan böyük zərbə olar. Bundan başqa, olayın prestij tərəfi də var. Türkiyə ABŞ-ın təzyiqi ilə razılaşmadan imtina edərsə, imicinə ciddi xələl gətirə bilər. ABŞ özü həm olduqca bahalı olan sistemlərini satmır, həm də Türkiyənin başqa ölkədən sistem tədarük etməsinə qarşı çıxır. ABŞ-ın Türkiyəyə bu mövzuda “sən bundan imtina et, mən sənin bütün zərərini qarşılayaram” formatında alternativ təklif etməsi lazımdır. O da yoxdur”. (publika.az)

İlham Əliyev: İşğalçıya kifayət qədər təzyiq göstərilmir

Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir.

Bunu Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: “Biz beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə qarşılıqlı dəstək göstəririk. Bu qarşılıqlı dəstək bizim əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsəlman ölkələrinin dəstəyi bizim üçün çox əhəmiyyətlidir. Bildiyiniz kimi, Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağı və onun ətrafında yerləşən 7 rayonu uzun illərdir işğal altında saxlayır. Bu münaqişə və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Bu, beynəlxalq hüququn pozulmasıdır. Baxmayaraq, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etmişlər, əfsuslar olsun ki, işğalçı dövlətə lazımi təzyiqi göstərmirlər. BMT Təhlükəsizlik Şurası – dünyanın ali orqanı 4 qətnamə qəbul edib və bu qətnamələrdə göstərilir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Ancaq bu qətnamələr kağız üzərində qalıb və bu, ikili standartların təzahürüdür”.

Prezident vurğulayıb ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və Azərbaycanın ərazi bütövlüyü tam beynəlxalq dəstək alıbdır. Ancaq işğalçıya kifayət qədər təzyiq göstərilmir. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi birmənalıdır. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Beynəlxalq təşkilatlarda bizə göstərilən dəstəyə görə müsəlman ölkələrinə bir daha təşəkkürümü bildirirəm”.

Bakıda sürücü piyada keçidində insanları BELƏ VURDU – Dəhşətli GÖRÜNTÜLƏR/VİDEO

Bakıda dəhşətli piyadavurma hadisəsi baş verib.

Hadisənin görüntülərini DİN-in təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Videodan belə aydın olur ki, digər nəqliyyat vasitələri piyada keçidindən yolu keçən piyadalara yol vermək üçün dayanasalar da, ağ rəngli avtomobilin sürücüsü yüksək sürətlə hərəkəti davam etdirir.

Nəticədə keçiddən keçən bir neçə sərnişini vurur. Onlardan iki qadın daha ağır zərbəyə tuş gəldiyi üçün biri yerindəcə keçinib. Digər qadın isə hadisə yerində olan şəxslər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Videodan o da aydın olur ki, yüksək sürətlə hərəkət edən avtomobil hətta yol ayrıcında keçdikdən sonra BakuBus avtobusuna çırpılaraq dayanıb. Hadisə ilə bağlı araşdırmalar gedir.

Ümid edirik ki, bu video digər sürücülərə ibrət olacaq. Piyada keçidinə yaxınlaşan zaman sürəti azaltmağı unutmayacaq. Hadisənin maraqlı tərəfi odur ki, keçiddən bir yox bir neçə piyada eyni vaxtda keçir. Ola bilməz ki, sürücü bunlardan hansısa birini görməsin. Belə fikir yaranır ki, sürücü sükan arxasında ya içkili, ya diqqəti yayınıb, keçə biləcəyini zənn edərək sürəti artırıb.(avtosfer.az)

Görüntüləri təqdim edirik:

Şirkətlərə qarşı YENİ CƏZA- Məcəllə dəyişdi

Azərbaycanda təyyarədəki sərnişinlərlə bağlı məlumatı təqdim etməyən şirkətlər cəzalanacaq.
Milli Məclisin bu gün keçirilın plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. 
Məcəllənin 295-ci (Aviasiya təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması) maddəsinə iki yeni bənd əlavə edilir. 
Əlavədə qeyd olunur ki, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisinin sərnişinlərinə dair nəzərdə tutulan məlumatların biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500 məbləğində, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir. 
Bundan başqa, daşıyıcılar tərəfindən Azərbaycan ərazisinə enəcək və tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair nəzərdə tutulan məlumatların hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış, habelə hava gəmisinin ekipajının tərkibi dəyişdikdə, həmin məlumatlar dəyişiklik edildikdən sonra hər bir halda hava gəmisi yola düşənədək müvafiq icra hakimiyyəti orqanına verilməməsinə görə vəzifəli şəxslər 1 500, hüquqi şəxslər isə 3 000 manat məbləğində cərimə edilir. 
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.  (moderator.az)

“Bu layihəni hazırlayanlar niyə cənab Prezidentin siyasətinə zidd gedirlər?” – Parlamentdə ETİRAZ

Milli Məclisdə özəl təhsil müəssisələri ilə bağlı təklif olunan rüsumlar etiraz doğurub.

Deputat Musa Quliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib:

“Prezident İlham Əliyev 2019-cu ili sosial müdafə, rifah ili elan etdiyi halda rüsumlar artırılır. Bu, cənab Prezidentin siyasətinə ziddir. Təhsil və səhiyyə dövlətin vətəndaş qarşısında konstitusion öhdəliyidir. Təhsil dövlətin xüsusi sosial layihəsidir. Bunun özəl və ya dövlət təhsil müəssisəsi olması fərq etməz. Onların hər ikisinə dövlətin dəstəyi olmalıdır. Qanunvericiliyə təkilif olunan dəyişikliyə əsasən, akkreditasidan keçmək üçün məktəbəqədər təhsil müəssisələri 3 000 manat, ümumtəhsil müəssisələri 5 000 manat, məktəbdənkənar təhsil müəssisələri 7 000 manat, peşə təhsili müəssisələri 10 000 manat, orta ixtisas təhsili müəssisələri 15 000 manat, ali təhsil müəssisələri 20000 manat, əlavə təhsil müəssisələri 15000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr də 15 000 manat dövlət rüsumu ödəməlidir. Bu rüsum elə bilirsiniz sahibkardan alınacaq? Həmin rüsum sahibkardan alınmayacaq, öz övladını orada oxutdurmaq isyətən valideyndən alınacaq”.

M.Quliyev daha sonra etirazını bu cür ifadə edib:
“Bu layihəni hazırlayanlar niyə cənab Prezidentin siyasətinə zidd gedirlər? Bu, araşdırılmalıdır. Akkreditasiyanın dövlət öz vəsaiti hesabına ödəyib, deyə bilməz ki, ay vətəndaş, sənin özəl təhsil müəssisəsində oxuyan uşağına da dəstək verirəm. Bu, vətəndaş üçün böyük vəsaitdir. Prezident İlham Əliyev bu ili sosial rifah ili elan edibsə, biz də buna əməl edək, dəstək verək. Bu maddə gündəlikdən çıxarılsın və geri qaytarılsın”, – deputat vurğulayıb.

Deputatlar Qənirə Paşayeva, Məlahət İbrahimqızı, Eldar Quliyev də qanun layihəsinin əleyhinə olduğunu qeyd ediblər.

“Bu rüsumlar sahibkarladan çox vətəndaşın cibindən çıxarılacaq. Kənd yerlərində, rayonlarda bağçalar çatışmır. Ondan-bundan xahiş edirik ki, bağçaların təmirinə kömək edin. Belə rüsumlarla kim gedib bölgələrdə bağça açacaq və bu rentabelli olacaq?!”, – Qənirə Paşayeva bildirib.
Komitə sədri Ziyad Səmədzadə isə çıxışında qeyd edib ki, bu, birinci oxunuşdur və deputatların fikirləri müzakirə olunacaq, nəticə çıxarılacaq. 
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə qeyd edib ki, ikinci oxunuşa qədər Təhsil Nazirliyi ilə məsələni yenidən müzakirə edəcəklər. (modern.az)

ABŞ İlham Əliyevlə Paşinyanı Vaşinqtona dəvət etdi – Qarabağda yeni PLAN

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşü Vaşinqtonda ola bilər. Bu məlumatı Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan açıqladı. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə apreldə XİN rəhbərlərinin Moskva görüşündən sonra bildirmişdi ki, Vaşinqton nazirlərin yeni görüşünü ABŞ-da təşkil etməyi təklif edir.
ABŞ da öz növbəsində açıqladı ki, münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəkləyirlər, lakin görüşün yeri və vaxtı hələlik bəlli deyil. Ortada sadəcə olaraq təşəbbüs var, amma Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində ABŞ və Rusiyanın təşəbbüsü ələ almaq uğrunda diplomatik mübarizə apardığı müşahidə olunur.
Erməni şərhçi Aram Amatuni Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinə dair hansısa planının olduğunu yazıb.
“Maraqlıdır ki, Məmmədyarov Vaşinqtonda XİN rəhbərlərinin görüşündən danışandan sonra, Mnatsakanyan liderlərin görüşə biləcəyini açıqladı. Yer və vaxt məlum deyil, lakin burada əsas olan Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda hansısa beynəlxalq tədbir çərçivəsində, yoxsa, xüsusi səviyyədə görüşməsidir. Əgər liderlər ikitərəfli görüş üçün Vaşinqtona səfər edəcəksə, bu, olduqca əhəmiyyətli məqamdır”, – deyə bildirib. (publika.az)

Çexiyada Qarabağ münaqişəsinə beynəlxalq ictimaiyyətin ikili standartlarından danışılıb

Bu günlərdə Çexiya Respublikası Praqa şəhər Bələdiyyəsinin ayırdığı binada “Qadın və uşaqların müharibədən sonra cəmiyyətə inteqrassiyası” mözvüsunda Azərbaycandan olan ekspertlər və çexiyalı QHT-çi və jurnalistlərlə birgə tədbir keçirilib.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova və hərbi psixoloq Azad İsazadə Azərbaycanın mülki əhalisinin, eləcə də Ermənistanın Qarabağ və ətraf rayonların işğalı ilə başlatdığı müharibənin qadın və uşaqlara vurduğu fiziki və psixoloji travmalardan, QHT-lərin bu işdə qadın və uşaqlarla aparılan işlərindən, psixoloji reabilitassiya prosesi haqqında məlumat veriblər. Çexiyalı jurnalistlərin Qarabağ münaqişəsinin səbəbləri və tarixi haqqında suallarına da ətraflı geniş cavablar verilib. Media eksperti Rövşən Əliyev isə “Media və Konfliktlər” mövzusunda diqqət çəkən çıxış edib. O, Azərbaycandan fərqli olaraq, ermənilərin 100 illik diaspora ənənəsindən və onların Azərbaycana qarşı xaricdə apardıqları uzunmüddətli neqativ təbliğatların konfliktin həllində necə problemlər yaratmasına diqqət çəkib. Tədbirin təşkilatçısı, Çexiya sosial-demokrat partiyasının üzvü, həmyerlimiz Zamiq Məmmədli isə tədbirin məqsədi, öz həyat hekayəsi, beynəlxalq ictimaiyyətin Gürcüstan və Ukraynadakı konfliklərlə müqayisədə Qarabağ mövzusuna laqeyd, bəzən ikili standartlarla yanaşmaları haqqında çexiyalı iştirakçılara məlumat verib. Tədbir çərçivəsində Azərbaycanlı məktəbli uşaqların Qarabağ və müharibə haqqında çəkdikləri rəsmlərlər də tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Elnur Eltürk

Ziyafət Əsgərov: “Açıq deyə bilmirlər ki, “ay Azərbaycan, biz sənin inkişafını istəmirik”

Azərbaycana qarşı bu cür çirkin kampaniyanın aparılması birinci dəfə deyil.

Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycanda “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı da belə hadisələr baş verdi: 

“İndi də Avropa liqasının final matçı keçiriləndə bu cür hadisələr baş verir. Burada məqsəd aydındır. Azərbaycanın müstəqil siyasətinə kölgə salmağa çalışırlar. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr çoxdur. Azərbaycanda istənilən beynəlxalq tədbir keçiriləndə hər vəchlə çalışırlar ki, bunun qarşısını alsınlar. Ancaq Azərbaycan buna imkan verməyəcək”.

Vitse-spikerin sözlərinə görə, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur: “Cənab Prezidentimiz ətrafında sıx birləşmişik, hansı hücum olacaqsa, adekvat cavabını alacaq. Bütün bunların bir səbəbi də odur ki, beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq işləsəydi hər kəs yerində oturardı. Açıq deyə bilmirlər ki, “ay Azərbaycan, biz sənin inkişafını istəmirik”. Biz hamımız bir səslə çəkici bir yerə vurmalıyıq”. (modern.az)

Azərbaycana vizanın qiyməti müəyyənləşdi – 350 dollar

Milli Məclisin (MM) mayın 17-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə edilib.

Turkustan.info-nun xəbərinə görə, adıçəkilən qanunun 17-ci (Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) maddəsinə əlavə edilən 8-ci bənddə qeyd olunur ki, xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan vətəndaşlarına münasibətdə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği eyni hərəkətlərə görə müəyyən edilən məbləğdən fərqli olduqda, dövlət rüsumunun dərəcəsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin ölkələrdə Azərbaycan vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq olunur.

Layihədə bildirilib ki, çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 350 ABŞ dolları müəyyənləşdirilib.  /Oxu.Az/

“Qarabağda general-qubernatorluq yaradıla bilər” – Millət vəkili

“Biz Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov Sultanovun 140 illik yubileyini qeyd etdik. Xosrov Sultanov dövlət elan olunanda altında torpaq və yanında milləti olmayan dövlətin müdafiə naziri məsuliyyətini üzərinə götürən şəxsdir”.

Bu fikirləri Milli Məclisdə deputat Fazil Mustafa deyib.
Millət vəkili xatırladıb ki, məhz Xosrov Sultanovun sayəsində Qarabağda erməni üsyanları yatırılıb və Qarabağda general qubernatorluq yaradılıb:

“Sonrakı mərhələdə general Tomsonun təşəbbüsü ilə general-qubernatorluq məsələsi Paris sülh konfransında müzakirə edilib. Nəzərə alın ki, biz sabah Qarabağda hərbi əməliyyatlar keçirə, lazım gəlsə general-qubernatorluq yarada bilərik. Bunun legitim hüquqi əsas 1918-ci ildə qoyulub. Hesab edirəm ki, Xosrov Sultanovun yubileyi dövlət səviyyəsində qeyd edilməli, onun abidəsi qoyulmalıdır. Əhməd Ağaoğlunun yubileyi ilə bağlı prezidentin sərəncamı oldu. Mən buna görə prezidentə təşəkkür edirəm”. 
Deputat əlavə edib ki, Azərbaycan üçün xidmət göstərənlər, tarixi şəxsiyyətlər tanıdılmalıdır ki, məğlub xalq sindromundan çıxaq.(publika.az)

Hesablama Palatasının bəzi səlahiyyətləri ləğv edilib

Hesablama Palatasının səlahiyyətlərindən biri ləğv edilib.

Turkustan.info-nun məlumatına görə, bununla bağlı “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilib.

Qanunun 6.0.2. bəndinə təklif olunan dəyişikliyə əsasən, qurum büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək. Buna qədər isə Hesablama Palatası büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verib.

Təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi səlahiyyətləri ləğv edilib.

Qanun layihəsinə dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.  /Redaktor.az/

Erməni separatçıları çevriliş planı hazırlayır

“Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ separatçıları arasında fikirayrılığı getdikcə dərinləşir. Qarabağ separatçılarının təmsilçiləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan bir-birlərini kəskin tənqid edirlər. Bu proses dayanmır. Paşinyan separatçıların lideri Bako Saakyanı xəbərdar etsə də, Saakyanın yaxın ətrafındakılar Paşinyana və Ermənistan hakimiyyətinin digər üzvlərinə qarşı tənqidlərini dayandırmırlar. Paşinyan bunu separatçıların Ermənistanın daxili işlərinə qarışması kimi qiymətləndirir”.
Bu fikirləri  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib kİ, Nikol Paşinyan “Qarabağ klanını” Ermənistanda bütün vəzifələrdən uzaqlaşdırıb, bir qismi həbs olunub.

“Qarabağ separatçılarının iki tanınmış nümayəndəsi var – eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan. Nikol Paşinyan Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırıb və onun qohumlarına qarşı korrupsiya ittihamları ilə bağlı cinayət işləri açılıb. Robert Köçəryan isə həbsdədir və onun üzərində məhkəmə prosesi davam edir. Ancaq məhkəmə prosesinin özü də Paşinyanı narahat edir. Çünki, birincisi, bir neçə hakim Köçəryanın məhkəməsini aparmaqdan imtina edib. Aydındır ki, həmin hakimlər “Qarabağ klanı”nın intiqamından qorxduqlarına görə çəkiliblər kənara. İkincisi, Köçəryan üzərindəki məhkəmə “Qarabağ klanı”nı canlandırıb, onlar məhkəmə salonunda belə keçmiş prezidentin hər gəlişini alqışlarla qarşılayırlar”. 

E.Şahinoğlu vurğulayıb ki, Paşinyanı Qarabağ separatçılarının açıqlamaları narahat edir: “Dağlıq Qarabağ separatçıları Robert Köçəryanın həbsdən azad olunmasını tələb edirlər. Paşinyan buna razılaşa bilməz. Paşinyanın separatçılara mesajı belədir: “Ermənistanın daxili işlərinə qarışmayın”. Buna baxmayaraq, separatçıların keçmiş və hazırki lideri Köçəryanın məhkəməsinə gedərək yenidən Paşinyanı narahat edən açıqlama veriblər: “Eks-prezidenti azad edin!” 

Paşinyanın Qarabağa səfərləri də nəticə vermir. Paşinyan düşünürdü ki, Xankəndinə səfərləri ilə separatçıların lideri Bako Saakyan üzərində nəzarəti gücləndirəcək. Bu, alınmadı. Bako Saakyan Robert Köçəryan və Serj Sərkisyanın təsiri altındadır və onlara xidmət edir. Serj Sərkisyanın tez-tez Dağlıq Qarabağa gəlişləri də bundan xəbər verir. Paşinyan “Qarabağ klanı”nı Ermənistanda hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Qarabağdakı separatçılar Moskvanın nəzarəti altına keçiblər. Xankəndinə təlimatlar daha İrəvandan deyil, Moskvadan gəlir”. 

Politoloq xatırladıb ki, 2020-ci ildə Dağlıq Qarabağda “prezident seçkisi” keçiriləcək: “Bako Saakyan namizəd olmayacağını bildirib. Deməli, “prezidentlik” uğrunda iki qüvvə arasında mübarizənin gedəcəyini proqnozlaşdırmaq olar. Paşinyan öz adamının Dağlıq Qarabağda “prezident seçilməsini” istəyir. Ancaq problem ondadır ki, Dağlıq Qarabağda Paşinyanın siyasətini qəbul edənlər zəifdilər. İkinci qüvvə “Qarabağ klanı” ilə Rusiyanın nəzarətindəki siyasətçilərdir. Onlardan birinin Dağlıq Qarabağın “prezidenti” seçiləcəyini söyləmək mümkündür. Bu isə o deməkdir ki, Paşinyanla separatçılar arasında fikir ayrılığı gələcək illərdə də davam edəcək. Hətta mümkündür ki, separatçılar Dağlıq Qarabağın “prezidentliyinə” Robert Köçəryanı və ya Serj Sərkisyanı gətirməyə çalışsınlar. 

Bu arada, son məlumatlara görə, Ermənistan Dağlıq Qarabağla sərhəddə hərbi postların sayını artırıb, gəlib-gedənlərin kimliyi yoxlanılır. Nikol Paşinyan Dağlıq Qarabağ separatçılarının Ermənistandakı tərəfdarları vasitəsilə İrəvanda çevriliş cəhdindən ehtiyat edir. Əgər Dağlıq Qarabağ separatçıları və İrəvandakı “Qarabağ klanı” Paşinyana qarşı çevriliş planını həyata keçirmək istəsə, bu Moskvanın razılığı ilə baş verəcək. Dağlıq Qarabağ separatçıları bir dəfə Ermənistanda çevriliş ediblər, 1997-ci ildə prezident Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdırıblar. Ona görə “Qarabağ klanı”nın çevriliş etmək təcrübəsi var. Klan Paşinyanın mövqelərinin zəifləməsini və hansısa səhv addım atmasını gözləyir”.  (azvision.az)

Ən böyük səhvimiz budur: Qarabağ məsələsində də eyni yanlış ucbatından…

Tarix İnstitunun Keşikçidağla bağlı bəyanatı təqdirəlayiq olsa da, fikrimcə daha fərqli bir metod izlənməliydi.

Turkustan.info bildirir ki, millət vəkili Fazil Mustafa AMEA-nın Tarix İnstitutunun Elmi Şurasının Keşikçidağla bağlı bəyanatını şərh edib. Millət vəkili hesab edir ki, burada uzaq tarixə baş vuraraq nəyisə xeyrimizə sübut etmənin heç bir anlamı yoxdur:

“Əsas başlanğıc olaraq 1918-ci ildə qurulmuş Azərbaycan Demokratik Respublikasının və Azərbaycan SSR-nin sərhədlərini təsdiq edən sənədlər götürülməli idi. Sonra isə Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdəki hüquqi və faktiki duruma diqqət yönəltmək lazım idi. Biz vaxtilə və indiyədək Qarabağ məsələsində də təqribən eyni yanlışın içərisinə girmiş olmuşuq. Qarabağ məsələsini də tarixi dava kimi yürütməyə çalışdığımızdan hansısa ədalətli və səlahiyyətli beynəlxalq jüriyə bunu isbatlamaq imkanını bizə kimsə tanımazdı və tanımadı da! Qalaq-qalaq birtərəfli qaydada yazdıqlarımız da əsasən dar çevrədə özümüzə təsəlli kimi müzakirə olundu. Biz bu davaya da 1918-ci ilin müstəqil dövlətlər tarixindən yanaşmalıydıq və problemi siyasi-hüquqi müstəviyə çəkməliydik. Yəni BMT bir dövlət olaraq Azərbaycanı və Ermənistanı hansı kvadrat kilometr üzərindən tanımışsa, onun dəyişməzliyi prinsipini israrla təkrar etməklə mübarizəmizi davam etdirməliyik. Keşikçidağ məsələsində də hansısa qeyri-müəyyənlik epizodları olsa belə, yenə də hüquqi və faktiki vəziyyətdən çıxış etməliyik. Və hökmən bu işə Türkiyəni də qatmalıyıq, onun Azərbaycana dəstəyini hiss etdirməliyik”.

Millət vəkili vurğulayıb ki, Azərbaycana qarşı ərazi iddiaları səsləndirmək bir savaş səbəbidir:

“Keşikçidağ Azərbaycanın ərazisidir, nəinki əvəzləməyə, heç gecələməyə də torpaq vermək olmaz! Unutmayaq, bu qətiyyən rəsmi Gürcüstanın layihəsi deyil, bu birbaşa rəsmi Gürcüstanın üzərinə kənardan yüklənmiş bir layihədir. Təsəvvür edin ki, adamlar özü üçün həyati çıxış və giriş qapısı olan iki dövləti, öz ərazisində yaşayan 400 minlik bir azərbaycanlı kütləsini düşmənə çevirir və özünün də həllolunmamış problemləri başından aşır. Bu cür məsələlərdə tərəddüdlü, gəvşək təkliflər vermək olmaz, dövlət tərəfindən vahid bir mövqe formalaşdırılmalıdır. Bu mövqe hamı tərəfindən bütün platformalarda səsləndirilməli və rəsmi Gürcüstanın diqqətinə çatdırılmalıdır”.   /Redaktor.az/

“Türkiyə ciddi təhdid qarşısında…” – Hökumətə həyəcan komandası verildi

“Türkiyə ciddi təhdidlə qarşı-qarşıya qalıb”.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir hökumətin bu təhdidə qarşı mübarizə tədbirlərini gücləndirdiyini bildirib: “10 günə yaxındır başqa bir təhdidə qarşı mübarizə aparırıq. Burada deyə bilmərəm, amma Türkiyə ciddi bir təhdid qarşısındadır. Bu təhdidin qarşısını xeyli dərəcədə almışıq. Onu deyə bilərəm ki, ciddi bir təhdiddir.

Bu, son dönəmlərdə yaxın coğrafiyanı əhatə edən proseslərlə bağlıdır. Buna görə də, hər kəsə “həyəcan” komandası verilib. İstanbul, Ankara – hər tərəfə…”. (teleqraf.com)

Fazil Mustafa dayanacaqlardan yığılan pullardan danışdı: “Büdcəyə daxil olmur”

“Dayancaqlarda avtomobilin 24 saat saxlanılmasına görə rüsum ödənilməsi normal haldır. Ancaq biz diqqət edək, görək Azərbaycanda saxlanılma hansı meyarlar əsasında aparılmalıdır”.
Bu sözləri Milli Məclisdə çıxış edən deputat Fazil Mustafa “Yol hərəkəti qaydası” haqqında qanunun müzakirəsi zamanı deyib.

Deputat əlavə edib ki, dayanacaqlarda yığılan pullar büdcəyə daxil olmur:
“Maraqlıdır, hava limanı və avtovağzala giriş üçün vəsait ödənilir. Xarici ölkələrdə hava limanına və ya avtovağzala 20-30 dəqiqə girib-çıxanlar rüsum ödəmirlər. Hesab edirəm ki, bizim hava limanına da 20-30 dəqiqə girib çıxan insanlar da ödəniş etməməlidir. Xüsusilə, nəzərə almaq lazımdır ki, hava limanına metro işləmir, insanlar məcburdur ki, ora taksi və ya şəxsi nəqliyyatı ilə getsin. İnsanlar kimisə yola salmaq və ya qarşılamaq məqsədilə qısa müddətə hava limanına daxil olursa, ondan rüsum alınmamalıdır. İndiki halda tətbiq edilən doğru hüquqi mexanizm deyil”.
Deputat əlavə edib ki, rüsumlarla bağlı da məsələdə bəzi problemlər var və onları həll etmək lazımdır: “İnsanlar viza almaq məqsədilə səfirliklərə müraciət edir. Bu daha çox şengen vizası ilə bağlı məsələdir. Həmin qurumlar ilkin araşdırma zamanı bilir ki, viza verilməyəcək, amma ödənilən rüsumlar mənimsənilir. Hesab edirəm ki, sənəd verəndə ilkin araşdırma aparılmalı və vətəndaşa bildirilməlidir ki, ona viza verilməyə bilər”. (publika.az)

Bakıda səfirlik binasından LGBT bayrağı asıldı – FOTO

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin binası önündə LGBT icmasının bayrağı asılıb. 

Bununla bağlı fotolar səfirliyin sosial şəbəkə hesabında paylaşılıb. 

Bunun 17 may – Homofobiya və Transfobiyaya qarşı mübarizə günü ilə əlaqədar olduğu bildirilib.

Qeyd edək ki, LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) cinsi azlıqların hüquqlarını müdafiə edən icmadır. 

Xatırladaq ki, ötən ilin bu günü də Britaniya səfirliyi qarşısında analoji hadisə baş vermişdi. (oxu.az)

“Avroviziya”da bayrağımızı tərs yapışdırdılar – FOTO

Xəbər verdiyimiz kimi, İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan, “Dare to Dream” (“Arzulamağa cürət et”) şüarı ilə keçirilən “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı yekunlaşıb. 

Gərgin gecədən sonra finala vəsiqə qazanan 10 ölkənin, eləcə də, Azərbaycanın təmsilçisi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Bu anda ekrana ölkə təmsilçimiz Çingiz Mustafayevlə Azərbaycanın “Avroviziya-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovanın görüntüsü gəlib.

Kadrlarda mikrofonun üzərindəki Azərbaycan bayrağının tərs yapışdırıldığı diqqətdən yayınmayıb. 

Qeyd edək ki, ikinci yarımfinal bitəndən sonra finalçıların çıxış sırasını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib. Püşkatmaya əsasən, Çingiz 20-ci nömrə altında çıxış edəcək. Ölkəmizi təmsil edən Çingiz Mustafayev mayın 18-də baş tutacaq böyük finalın ikinci hissəsində “Truth” mahnısını səsləndirəcək. (oxu.az)

Sumqayıtda silsilə yubiley tədbirləri keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıtın mədəniyyət müəssisələrində bir sıra yubiley tədbirləri keçirilib.

Sumqayıtın 70 illik yubiley tədbirləri çərçivəsində S.Rüstəmov adına uşaq incəsənət məktəbinin müəllim və şagird kollekltivi M.Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada konsert proqramı ilə çıxış ediblər. Konsertdə məktəbin xanəndə sinfi şagirdlərinin ifasında muğamlar, təsniflər və xalq mahnıları, saz sinfi şagirdi Aysun Ələsgərovanın ifasında saz havaları maraqla dinlənilib.

Sumqayıt şəhər Poeziya Evində Şəhər Mədəniyyət Evinin təşkilatçılığı ilə görkəmli ədib Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir solmaz yarapağam” adlı tədbir keçirilib. Tədbirdə dahi söz ustadının həyatı və yaradıcılığı haqqında geniş məlumat verilib, videoçarx nümayiş olunub. Sonra mədəniyyət evinin özfəaliyyət kollektivi üzvlərinin iştirakı ilə ədibin əsərləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümyiş olunub, şeirlər dinlənilib, musiqi nömrələri səslənib.

Q.Qarayev adına uşaq musiqi məktəbində Soltan Hacıbəyovun 100, İsmayıl Hacıbəyovun 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Soltan Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, “İsgəndər və çoban” operasından, “Karvan” simfonik lövhəsindən musiqi parçaları səsləndirilib. Konsertdə həmçinin, məktəbin fortepiano, violin, xalq çalğı alətləri şöbələrinin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Xarici İşlər Nazirliyi Laçın işğalı ilə bağlı açıqlama yaydı: “Ermənistan anlamalıdır ki…”

Sabah – 18 may Azərbaycanın Laçın rayonunun işğal tarixidir. 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Laçının işğalının 27-cı ildönümünü ilə əlaqədar açıqlama yayıb.

Nazirliyin mətbuat katibi Leyla Abdullayevanın təqdim etdiyi açıqlamada deyilir:

“27 il bundan öncə, 18 may 1992-ci il tarixində, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77.518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistanın işğalı rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.
Həmçinin dünya, yerli əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən, 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib; Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. 

Beynəlxalq hümunitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozan Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi Laçın rayonunda da qeyri-qanuni  fəaliyyəti davam etdirir; coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir. 

Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, bu qərarın 19-20-ci paraqraflarda Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb. 

BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələblərinə məhəl qoymayaraq, onları ciddi şəkildə pozaraq Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.

Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycan ərazilərinin işğalına əsaslanan status-quo dayanıqlı deyil və qəbuledilməzdir. Bölgənin, o cümlədən Ermənistanın özünün dayanıqlı, demokratik, sülh, sabitlik və təhlükəsizliyin təmin olunduğu bir şəraitdə inkişafı birinci növbədə, beynəlxalq hüququn aliliyinin təmin olunması, işğal amilinin aradan qaldırılması, məcburi köçkünlərin fundamental hüquqlarının bərpa olunmasından asılıdır. Yalnız Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindəki Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən dərhal, tam və qeyd şərtsiz çıxarılması və Azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulmasına və bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın bərpa olunmasına imkan yaradacaqdır.

Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi, Laçın, habelə ölkənin digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq kimi hüquqlarının təmin edilməsi və ümumilikdə münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur”. (modern.az)

“Emin 444″ün qətli böyük qan davasına çevrilə bilər – ŞOK FAKTLAR/FOTO

Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli “Emin 444″ ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Səfərovun qətli son günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Qətldən dərhal sonra 1995-ci il təvəllüdlü Həsən Tağıyev həbs olunub. Qətlə yetirilən Emin Səfərovun yaxınları isə Həsən Tağıyevin qətlin iştirakçısı olduğunu, qəddar qətlin sifarişçisinin kikboks üzrə dünya çempionu Zaur Yusifov olduğunu iddia ediblər. Zaur Yusifov mayın 14-də həbs olunub.

Onun atası Əli Yusifov “Yeni Müsavat”a bildirib ki, oğlunun cinayətin sifarişçisi olması haqda deyilənlər doğru deyil: “Emin Səfərovu Həsən Tağıyev vurub. Mən onları aralamaq istəmişəm, qoluma da bıçaq dəyib”.

Əli Yusifov deyir ki, hadisə baş verən gün ad günü olub: “Evə tərəf gedirdim. Qonşuluqda yaşayan Emin Səfərovun yolun kənarında maşınını saxladığını gördüm. Mənə evdə demişdilər ki, Emin Həsəni öldürəcəyini deyib. Bu vəziyyəti bilirdim. Baxdım ki, Emin maşınla dayanıb. Qapını açıb maşına oturdum. Eminə dedim ki, məni bir əmi, dayı kimi qəbul elə. Həsən də pis uşaq deyil. Həsən oğlum Zaurun yanında məşq edir. Oğlum müəllimdir, o da onun yanına məşq eləməyə gəlir. Eminə dedim ki, sən Allah, onunla işin olmasın. Emin də bizim məhəlləmizin uşağıdır. Qapı qonşuyuq. Eminə dedim ki, cavan oğlansan, təzə evlənmisən, sənə belə problemli işlər lazımdır? Söhbət edirdik. Emin maşını ”xoddadı”, təxminən 10 metr qabağa sürdü, dönüb maşını saxladı. Mənə də dedi ki, ağsaqqal, sənə yaxşı yol. Həmin məqamda ona zəng gəldi. Danışdı, həmin adama dedi ki, səni yığacağam. Bu dəmdə maşının qapısı açıldı, Həsənlə vuruşmağa başladılar. Mənə də bıçaq dəydi, qolumun qanı axa-axa evə tərəf qaçdım. Oğlanlarım evdən çıxıb məni xəstəxanaya aparıblar. Mən həddindən artıq qan itirmişəm. Mənim oğlanlarım o hadisədə iştirak etməyib. Bu haqda deyilənlər yalandır. İstintaq araşdırır, hər şey üzə çıxacaq”.

Əli Yusifov oğlu Zaur Yusifovun sələmçi olması ilə bağlı deyilənlərin də həqiqət olmadığını söylədi: “Mənim oğlum Avropa çempionudur. Onun sələm verməsi ilə bağlı deyilənlər yalandır. Oğlum idman ustasıdır, müəllimdir. Həsən onun tələbəsi olub. 6-cı mikrorayona gəlib yoxlasınlar, 1 adam desə ki, mənim oğlum sələmə pul verib, ondan imtina edərik. Bu şərdir, böhtandır. Emin belində pistolet gəzirdi, deyirdi ki, burada mənəm, məndən başqa oğul yoxdur. ”Çölə” çıxandan sonra deyir ki, hamı mənim sözümlə oturub durmalıdır. Yalandan da deyirlər ki, guya Zaura deyib ki, sən sələmə pul vermə, camaatı incitmə. Belə şey olmayıb. 4 nəvəmin canına and içirəm ki, belə şey olmayıb. Yalan deyirlər. Mənim oğlum obyektinin təmirinə pul tapa bilmir, gedib yoldaşının qızıllarını qoyub lombarddan pul götürüb. Hər ay da lombarda pul ödəyir. Əlimizdə sənədlər var. Bu qədər yalan, şər, böhtan olmaz. Bizi 6-cı mikrorayonda çox adam tanıyır. Bilirlər ki, belə işlərdən kənar insanlarıq”.

Əli Yusifov deyir ki, Emin Səfərovun boynuna kəndir atılaraq boğulması haqda məlumatlar da yalandır: “Həsənin maşına minməsi ilə onların arasında davanın başlaması ani oldu. Mən nə baş verdiyini anlamadım. Onları aralamaq istəyirdim, bıçaq qoluma dəydi. Maşından düşdüm evə tərəf qaçdım. Qanım axırdı. Orada kəndir filan olmayıb. Ekspertizanın rəyi var. Əgər kəndir olsaydı, yazardılar ki, onu iplə boğublar”.

Əli Yusifov deyir ki, Emin Səfərovun yaxınları onu, ailə üzvlərini təhdid edir, 2 obyektlərini yandırıblar: “Telefonuma zəng edib öldürəcəkləri ilə təhdid edirlər. Mənim 2 obyektimə hücum olub. Birinə benzin atıb yandırıblar. Obyektdəki yanğını yanğınsöndürənlər söndürüb. Bu haqda DİN-in 102 xidmətinə məlumat vermişəm. Digər obyektimə də benzin töküblər, yandıra bilməyiblər. Özümü, ailəmi öldürəcəkləri ilə hədələyirlər. Bələkdə nəvələrini doğrayacağam kimi hədələr alıram. Məcbur olub başqa ünvanda yaşayıram. Dövlətdən xahiş edirəm ki, bu məsələnin dəqiqliyi ilə araşdırılmasını təmin edib kimin cəzası varsa, versin, cəzaya çatdırsın. Emin Səfərov adam öldürməyə görə 10 il həbsdə olub, çıxıb narkotiklə bağlı həbs olunub. 15 gün əvvəl də həbsdən çıxıb. Onu silahla tutmuşdular. 10-15 gün saxlayıb buraxdılar. Mənim oğlumu həbs ediblər. Oğlum həmin vaxt evdə olub. Araşdırsınlar, həqiqəti üzə çıxarsınlar. Mənim oğlum günahkardırsa, tutulsun”.

Zaur Yusifovun anası Şirin Yusifova deyir ki, övladının günahı yoxdur: “Bu işdə vuran bəllidir, tutulan da odur. Emin Həsənlə mübahisə edib, oğlumu tutublar. Bizi anonim zənglərlə hədələyirlər. Emin Səfərovun keçmişini araşdırsınlar. Bu işi prokurorluq araşdırsın. Gedib Zaurun qohumlarını tapıb bizim şəxsiyyətimizi təhqir edirlər. Bunun qarşısı alınmalıdır”.

Şirin Yusifova oğlu Zaur Yusifovun həbsi ilə bağlı ədalətli araşdırma aparılmasını tələb edir: “Oğlum həmin hadisə olanda evdə olub. Amma onu tutublar. Həsən mənim oğlumun yanına gəlib-gedirsə, onun etdiyi əmələ görə mənim oğlum cavabdehdir? Bizi hədələyirlər. Belə zülüm olar? Dövlət bu məsələləri araşdırsın”.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

Terroristlər Azərbaycana aid neft maşınını partlatdı — VİDEO

Türkiyədən yanacaq daşıyan Azərbaycana məxsus  yük maşını Naxçıvan Muxtar Respublikası arasında yerləşən Dilucu Gömrük Məntəqəsinin dayanacağında partladılıb.

Turkustan.info xəbər verir ki, hadisə nəticəsində bir gömrük əməkdaşı xəsarət alıb və xəstəxanaya yerləşdirilib.  Tankerdə baş verən partlayış zamanı sürücü hadisə yerində olmayıb.

Türkiyə KİV-nin yaydığı məlumatda bildirilir ki, yanğın İran tərəfindən Türkiyə Dilucu Gömrük dayanacağına terrorçuların açdığı atəş nəticəsində baş verib. 

Belə ki, Naxçıvana keçmək üçün növbə gözləyən Azərbaycan  dövlət nömrə nişanlı neft daşıyan yük maşınına atəş açılıb. Türkiyənin bəzi informasiya agentlikləri yük maşının maye qaz daşıdığı haqqında məlumat yayırlar.  Nəticədə yük maşını tamamilə yanaraq yararsız hala düşüb. 

Hadisə yerinə hərbçilər, yanğın söndürən və təcili yardım briqadası cəlb edilib. 

Baş verən yanğınla bağlı ətraflı açıqlama verilmir.    /Unikal.org/

Türk ölkəsindən dünyanı SİLKƏLƏYƏCƏK AÇIQLAMA: “Nüvə silahlarımızı hazırlayırıq”

“Dünyadakı nüvə müharibəsinə daxil olmayacağıq”.

Bunu Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev deyib.

12-ci Astana İqtisadi Forumunun açılışında Türkiyənin “Milliyyət” qəzetinə müsahibə verən lider bildirib ki, Qazaxıstan dünya miqyasında sülhün tərəfdarıdır. “Ancaq bu, nüvə silahları ilə bağlı işlərimizin davam etmədiyi anlamına gəlməsin. Nüvə arsenalımızı qururuq, sınaq mərhələsindəyik”, – Nazarbayev deyib.

Qeyd edək ki, 12-ci Astana İqtisadi Forumu ötən gün start götürüb. Forumda 100 ölkədən 5 minə yaxın nümayəndə iştirak edib. Astana EXPO Konqres Mərkəzində keçirilən forumun builki əsas mövzusu “İlhamverici inkişaf: İnsanlar, Şəhərlər, İqtisadiyyatlar”dır.

Bölgənin Davosu kimi tanınan iqtisadi forum ilk dəfə 2008-ci ildə Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayev tərəfindən təşkil olunub. Forum Qazaxıstan başda olmaqla, Avrasiya və dünya miqyasında maliyyə və iqtisadi problemlərdən başqa gələcəkdə yaşana biləcək sosial-iqtisadi və ətraf mühitlə bağlı problemlərin və innovasiya imkanlarının müzakirə platformasıdır.

Bu il forum tarixində ilk dəfə gənclər və tələbələr tədbirə pulsuz qatılıb. (publika.az)

Gəncədə şok olay: 20 yaşlı gənc özünü teplovozun altına atdı

Gəncədə 20 yaşlı oğlan intihara cəhd edib.

Turkustan.info-nun xəbərinə görə, şəhər sakini Ş.Qurbanov özünü teplovozun altına atıb.

Teplovozun maşinisti əyləci vaxtında basdığından ölüm hadisəsi baş verməyib.

Xəstəxanaya yerləşdirilən Ş.Qurbanovun sol əlinın bir barmağı amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.  /Report/

 

Mahmudov həbsə gedir, Çovdarov isə azadlıq istəyir

Sabiq nazirin əmisi oğlu həbsxana yolunda; yaxın günlərdə isə Ali Məhkəmədə Akif Çovdarov və digərlərinin kasasiya şikayətinə baxılacaq…

“MTN işi” üzrə gözlənilməz gəlişmə müşahidə edilməkdədir. 2015-ci ilin oktyabrında Eldar Mahmudovun həbsə alınan komandasının üzvlərinə  məhkəmələrində loyal münasibət sərgilənir. Əvəzində Mahmudovun özünə və yaxınlarına qarşı addımlar atılmaqdadır.  Məsələn, MTN-in Nəqliyyat və Energetika və Sahələrində Təhlükəsizlik Baş İdarəsinin tabeliyindəki idarələrdən birinə rəhbərlik etmiş Akif Əliyevin cəzası 1 il azaldılaraq, 4 ilə endirilib. Bu barədə Ali Məhkəmədə qərar çıxarılıb. Qərara əsasən, A.Əliyevə verilən ittiham maddələri də dəyişib. A.Əliyev Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunmuşdu.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin asılmış vəziyyətdə meyiti saxlandığı istintaq təcridxanasındakı kamerasında aşkar olunmuşdu.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apelyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib. MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha 3 nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Akif Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib. Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Eldar Mahmudovun komanda üzvlərinin həbsindən 2 il sonra – 2017-ci ilin noyabrında sabiq nazirin köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir. Eldar Mahmudova vəzifədən çıxarılandan sonra həbs olunan sabiq MTN-çilərdən bir neçəsi isə artıq azadlığa buraxılıb.

Yaxın günlərdə Ali Məhkəmədə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və digərlərinin kasasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq.

Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanov Bakı Apelyasiya Məhkəməsinin barələrindəki qərarından narazıdırlar. Onların kasasiya şikayətinə Ali Məhkəmədə hakim Əziz Seyidovun sədrliyi ilə baxılacaq.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri – oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları – Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apelyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib. A.Əliyev cəza müddət başa çatdığı üçün bir müddət əvvəl azadlığa buraxılıb.

Belə bir vaxtda Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun işi Bakı Hərbi Məhkəməsinə daxil olub və hakim Elbəy Allahverdiyevin icraatına verilib. Cinayət işi üzrə 7 zərərçəkən var və onlardan biri YAP-ın Yasamal təşkilatının sədri Tağı Əhmədovdur. Tağı Əhmədov MTN-çilər tərəfindən ona 3 milyon manat ziyan vurulduğunu, həmin məbləğin  alınmasında Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun da adını çəkib. Belə görünür ki, Vüqar Mahmudovun məhkməsində digər zərərçəkənlər Tağı Əhmədovun kölgəsində qalacaqlar. Sabiq nazirin əmisi oğluna Tağı Əhmədov epizodu üzrə ittihamedici hökm veriləcəyi istisna deyil. 

Vüqar Mahmudov MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib. Onun adı “MTN işi”nin istintaqı başlayandan dərhal sonra gündəmə gəlib. Vəzifədə olduğu dövrdə V.Mahmudovun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. Belə iddialar da vardı ki,  MTN-çilərin qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilib ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar. Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan “obşiy kotyol”dan kimsə yayına bilməzdi. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətlərinin olması xəbərləri də təkzib olunmur. Göründüyü kimi, sabiq nazirin ən yaxın adamı həbsxana yolunda olsa da, Eldar Mahmudovun generalları israrla azadlıq istəyir.  /minval.info/

Belə oruc tutanların orucu qəbul olmur – Hacı Şahin

Sağlamlıq üçün tutulan oruc ibadət kimi qəbul edilmir. Oruc tutanın niyyəti Allah rizası üçün olmalıdır.

Turkustan.info bildirir ki, bu sözləri tanınmış ilahiyyatçı, “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Publika.az-a verdiyi müsahibədə bildirib.

Hacı Şahin bildirib ki, oruc tutarkən niyyəti qarışdırmaq olmaz:

“Müasir tədqiqatlar təsdiq edir ki, orucun sağlamlığa müsbət təsiri var. Peyğəmbərimiz də bu barədə hədis nəql edib. O buyurub ki, oruc tutun ki, sağlam olasınız. Təbii ki, orucun insan cisminə faydası danılmazdır. Lakin oruc tutanın niyyəti yalnız sağlamlıq ola bilməz. Ümumiyyətlə, istənilən ibadətin niyyəti Allah rizası üçün yerinə yetirilməsidir. Digər müsbət təsirlər özü-özlüyündə onsuz da hiss olunacaq. Odur ki, niyyəti qarışdırmaq olmaz. Hər hansı ibadəti Allah üçün tuturuqsa, onun sağlamlığa təsiri yenə də öz yerində qalacaq. İbadətin məqsədini dünyəvi məqsədlərlə məhdudlaşdırmaq olmaz”.

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi – FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində Karabakhmedia.az saytının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, Azərbaycanın ilk hərbi naziri, ikinci kabinetdə əkinçilik və əmlak naziri, Qarabağın general-qubernatoru,  Xosrov bəy Sultanovun 140 illiyi münasibəti ilə tədbir keçirilmişdir. 

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Tədbiri giriş sözü ilə Laçın rayonunun tanınmış ağsaqqalı Qəzənfər Hüseynovaçmışdır. 
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Turkustan.info xəbər verir ki, martın 16-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında Xosrov bəy Sultanovun yubileyi ilə bağlı keçirilmiş tədbirdə çıxış edən Cümhuriyyət tarixinin dəyərli araşdırmaçısı, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu  Xosrov bəyin ibrətamiz həyat və fəaliyyəti, Azərbaycanın azadlıq və müstəqillik əldə etməsi, ərazi bütövlüyümüzün, o cümlədən Zəngəzur və Qarabağ torpaqlarının erməni işğalından müdafiəsi, eləcə də xaricdə mühacir həyatı yaşadığı dövrlərdə Vətənimiz üçün gördüyü işlər haqda çoxlarının bilmədiyi faktlardan danışıb. 

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Nəsiman Yaqublu çıxışının sonunda Xosrov bəy Sultanovun yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Prezident İlham Əlyevə müraciət ünvanlanmasını təklif edib. Alim qeyd edib ki, Xosrov bəyin 100 il öncə -1919-cu ildə Qarabağın general qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.

Yubileydə Milli Məclisin deputatı Fazil Mustafa, 2012-ci ildə Xosrov bəyin qardaşı, xalq qəhrəmanı Sultan bəyin 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsinə nail olmuş Laçın Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov, tarixçi alimlər Şikar Qasımov, Ələmdar Şahverdiyev, tədqiqatçı Nazir Əhmədli, Xosrov bəyin qardaşı nəvəsi Laçın Paşayev, tədbirin təşkilatçılarından, gənc araşdırmaçı, Dr. Orxan Cəbrayıl və digərləri çıxış edib. 

Sonda tədbir təşkilatçılarından Qəzənfər Hüseynov çıxış edərək təşkilat komitəsinin yaradılması və Xosrov bəy Sultanovun 140 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət hazırlanmasını təklif etmişdir.
Yaqublu çıxışının sonunda Xosrov bəy Sultanovun yubileyinin dövlət səviyyəsində  keçirilməsi ilə bağlı Prezident İlham Əlyevə  müraciət ünvanlanmasını təklif edib.  Alim  qeyd edib ki, Xosrov bəyin 100 il öncə -1919-cu ildə  Qarabağın general qubernatoru olması faktı beynəlxalq səviyyədə xüsusilə vurğulanmalıdır.
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Tədbirə tanınmış jurnalist İlham Tumas aparıcılıq edib.  

Qısa tanıtım:

Xosrov bəy Sultanov  -1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının Qurdqajı kəndində (indiki Laçın rayonu) dünyaya göz açıb. Gəncə gimnaziyasını bitirdikdən sonra Odessada ali tibb təhsili alıb. 1918-ci ilin 28 mayında Tiflisdə Azərbaycan Milli Şurası adından Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Bəyannaməsinə imza atan 26 nəfərdən biri də Xosrov bəy Sultanov olmuşdur. Xalq Cumhuriyyətinin həmin gün təşkil edilmiş birinci hökumət kabinetində Xosrov bəy hərbi nazir postunu tutub. O, Zaqafqaziya seyminin və Azərbaycan parlamentinin üzvü olub. 

1919-cu ilin 15 yanvarında Xosrov vəy Qarabağın general qubernatoru təyin olunub. Həmin ilin 21 martında erməni-daşnak hərbi dəstələri Qarabağa yeganə keçid olan Əsgəran keçidini zəbt etmişlər. Amma daşnak generalı Dronun hərbi dəstələri Xosrov bəyin başçılıq etdiyi Azərbaycan əsgərləri tərəfindən mayın 30-da darmadağın edilmiş, Xankəndi və Şuşa geri alınmışdır. 

1923-cü ildən general Xosrov bəy Sultanovun həyatında mühacirət dövrü başlanmışdır. O, Türkiyədə, İranda (1926), daha sonra Fransa və Almaniyada yaşamış, Almaniyada Tibb Universitetində professor vəzifəsində çalışmışdır. Bundan sonra, 1936-cı ildə Türkiyəyə qayıtmışdır.

Xosrov bəyin ölüm tarixi 2016-cı ilin fevral ayına kimi 1947-ci il, vəfat yeri isə Trabzon göstərilsə də, məzarının yeri dəqiq məlum olduqdan sonra 7 yanvar 1943-cü ildə vəfat etdiyi və məzarının da İstanbulun Feriköy qəbiristanlığında olduğu məlum olmuşdur.

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR

Tarixin rəngli səhifəsi bozaranda…

İti zəka, zəngin bilik, dərin təfəkkür, hadisələri araşdırmaq qabliyyəti, olanlara mükəmməl şərh vermək, parlaq istedad hər insana nəsib olmur. Onun ərsəyə gətirdiyi bütün sənədli televiziya filmlərində bu keyfiyyətlər açıq-aşkar görünür…

Deyir ki,- “Hər hansı bir həqiqəti axtarıb tapmaq istəyirsənsə, sadəcə tarixin boz səhifəsini araşdırmalısan. Yəni gözləməlisən ki, həmin rəngli səhifə nə vaxt bozaracaq. Bozarandan sonra bütün bəzəklər, təhriflər silinəcək. Sadəcə hadisələrin məğzi qalacaq”…

Hər kəsin bir daxili dünyası vardır, deyirlər. Onun dünyasında haqq-ədalət öz zəhmiylə hökm sürür, həyat tərzini büsbütün nizamlayır. Necə deyərlər, düzə düz, əyriyə əyri söyləməyə onu vadar edir. Həm də rejissordur. Bir sıra tamaşalara, onlarla filmə quruluş verib…

Haqqında söhbət açdığım Mehriban xanım Ələkbərzadə Gəncədə dünyaya gəlsə də uşaq yaşlarından ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. 1982-ci ildə 17 saylı orta məktəbi bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı uğurla başa vurub. Həmin il təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıtdıqdan sonra “Azərbaycanfilm” kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini ərsəyə gətirib.
1991-ci ildə Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib.
Mehriban xanım müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin “Yaşa, ey haqq!”, Jan Koktonun “İnsan səsi”, Marşa Normanın “Gecən xeyrə qalsın, ana”, Mehriban Vəzirın “İlğım”, Afaq Məsudun “Cəza” əsərlərini tamaşaya hazırlayıb. “Space” televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu verilişlərdə bir sıra layihələrlə tamaşaçıların zövqünü oxşayıb. 2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. AMEA-nın “Yeni tarix” şöbəsinin elmi işçisidir. 
2003-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 2013-cü ildə isə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Bir neçə ildir ki, dalabadal Prezident Mükafatı alır…
2008-ci ilin əvvəllərində mətbuata verdiyi açıqlamasında televiziya fəaliyyətinə son qoyduğunu bildirib. Bunu nə üçün etdiyini bilmirəm, amma Mehriban xanımın “sehirli qutuda” yenidən görünməsini arzulayan tamaşaçılar çoxdur. 
Bayağı verilişlərin baş alıb getdiyi zamanda onun müəllif proqramı ilə hər hansı bir televiziya kanalında görünməsi həmin telekanala nüfuz gətirməzmi?..

Bəli, tarixin rəngli səhifəsi bozaranda həqiqət olduğu kimi görünəcək. Onda Mehriban xanım Ələkbərzadəni indikindən də çox sevəcəklər…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, çizgiler ve açık hava

Türk dövlətlərinin İqtisadi Birliyi yaradıldı – SON DƏQİQƏ

Bu saatlarda Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türk dünyası ilə bağlı mühüm qərar qəbul edilib.

Turkustan.info xəbər verir ki, Ortaq Türk Ticarət və Sənaye Palatası yaradılıb.

Qurumun yaradılması haqqında razılıq Qazaxıstan, Azərbaycan, Türkiyə və Qırğızıstanın rəsmi təmsilçilərinin toplantısında əldə edilib.

“Arsenal” erməni futbolçusunu Bakıya gətirməyəcək

İngiltərənin “Arsenal” klubunun erməni əsilli yarımmüdafiəçisi Henrix Mxitaryan Avropa Liqasının Bakıda “Çelsi”yə qarşı keçiriləcək final matçında iştirak etməyəcək.

Bu barədə “The Times” nəşri yazıb.

Mənbənin məlumatına görə, “topçular” mövsümün həlledici oyununda 30 yaşlı xavbekə bel bağlamayacaq və onu “təhlükəsizlik” səbəbindən Londonda saxlayacaqlar. Klub rəhbərliyi hesab edir ki, guya erməni futbolçunun Azərbaycana mümkün gəlişi ilə bağlı yaranan ab-hava, final matçı öncəsi komandaya mənfi təsir göstərə bilər.

Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.

Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib. (unikal.org)

ABŞ gəmiləri İranı mühasirəyə aldı: F-35, “Tomahavk”…

ABŞ Fars körfəzi və onun yaxınlığında minimum 7 hərbi gəmisini yerləşdirib.

Turkustan.info axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ Hərbi Dəniz İnstitutunun “USNİ News” portalı yayıb. Portal bu gəmilərin “Avraam Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərliyi altında olduğunu bildirib.

Məlumata görə, Fars körfəzinə ABŞ-ın idarəolunan raketlərlə təchiz edilmiş iki esmines – “MakFaul” və “Qonzalez” daxil olublar. Onların hər birində 90-a yaxın” Tomahavk” və digər raketlərin yerləşdirilə biləcəyi vurğulanıb.

Bundan başqa, BƏƏ sahillərində “Kearsarge” universal gəmisinin qərarlaşdığı bildirilib. Onun göyərtəsində 20-30 təyyarə və helikopterin yerləşdiyi qeyd edilib. Gəmidə F-35B təyyarələrinin ola biləcəyi vurğulanıb.

“Avraam Linkoln” gəmisi isə özünə Oman sahillərində yer edib. Onunla bərabər burada “Leyte Qalf” raket kreyseri, “Bainbric” esminesinin yerləşdiyi bildirilib.

Vaşinqton nöqtəni qoydu: Türkiyəyə F-35-lər… – FOTO

“F-35 və bənzər döyüş təyyarələrinə zərər vermək məqsədilə istehsal olunan S-400 zenit raket kompleksinə sahib bir ölkəyə bu təyyarələri təhvil verməyi düşünmürük”.

Bunu ABŞ Hərbi-Hava Qüvvələrinin baş katibi Hezer Uilson deyib.

Baş katib Türkiyənin Rusiyadan aldığı S-400 havadan müdafiə sisteminə rəğmən, türk pilotların hələ də “Luke” aviabazasında F-35 qırıcılarının təlimlərini davam etdirdiklərini bildirib.

Uilson bildirib ki, Türkiyənin S-400 sistemlərini almaqdan imtina etməsini ümid edirlər və amerikalı diplomatlar bunun üzərində işləyir.

Bu arada, ABŞ Konqresi Nümayəndələr Palatasının bir qrup üzvü Türkiyənin S-400 və F0-35 arasında seçim etməsini tələb edib. Respublikaçılar Partiyasının nümayəndəsi Kevin Makkarti “Türkiyəyə verilən mesaj açıqdır. Türkiyə irəlilədikcə və S-400-lərə sahib olanda F-35-ləri əldə edə bilməyəcəyinə dair geniş, ortaq mövqeyimiz var”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi Ankaranın Rusiyadan S-400 sistemi tədarük edəcəyi təqdirdə F-35 proqramı üçün Türkiyənin yerinə başqa müttəfiq axtaracaqlarını açıqlamışdı. (publika.az)

Rasim Balayev Röyadan elə sözlər dedi ki… – “Toyların birində…” – VİDEO

Xalq artisti Rasim Balayev Əməkdar artist Röya Ayxanı bəyənmədiyini bildirib.

Röya bu yaxınlarda verdiyi açıqlamada Rasim Balayevi çox sevdiyini söyləmişdi. O, açıqlamasında “Uşaq vaxtı elə bilirdim, böyüyəndə Rasim Balayevə ərə gedəcəm” deyə etiraf etmişdi.

Rasim Balayev gecce.az-a verdiyi açıqlamada Röyanın bu sözlərinə belə cavab verib: “Eşitmişəm bu haqda. Bir dəfə toyların birində məni görüb, özü yaxınlaşıb dedi. Arzusu ürəyində qalıb”.

O, “müğənni kimi Röyanı bəyənirsiz” sualına isə “Belə də, ortabab müğənnidir”, – deyə bildirib.

Azərbaycanın “Avroviziya” təmsilçiləri – 11 ilin ən yaxşı və ən pis İFAÇILARI

Bu günlərdə bütün Avropanın gözü 64-cü “Avroviziya-2019” beynəlxalq mahnı müsabiqəsinə dikilib. Bu il yarışma İsrailin Təl-Əviv şəhərində yerləşən Təl-Əviv Expo Mərkəzində keçirilir. Maynın 14 və 16-da “Avroviziya 2019”un yarımfinalları keçirildi. Bu il “Avroviziya” musiqi yarışmasında ölkəmizi  “Truth” mahnısı ilə Çingiz Mustafayev təmsil edir. O, artıq finala adlayıb.  
Mayın 18-də keçiriləcək finalda iştirakçılar aşağıdakı ardıcıllıqla çıxış edəcəklər: 
Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.

Azərbaycanın “Avroviziya” musiqi yarışmasında iştirak tarixi haqqında xülassəni təqdim edirik:

Azərbaycan İctimai Televiziyanın Avropa Yayım İttifaqının üzvü olmasından sonra, 2008-ci ildə birinci dəfə qitə miqyaslı müsabiqəyə qatıldı. Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 53-cü Avroviziya Mahnı Müsabiqəsində ölkəmizi Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısı ilə təmsil etdilər. Müğənnilərimiz 132 xalla 8-ci yeri tutmağa nail oldular.

2009-cu ildə “Avroviziya” Moskva şəhərində təşkil olundu. Həmin il Azərbaycanı müsabiqədə 19 yaşlı Aysel Teymurzadə təmsil etdi.  Aysel müsabiqədə əslən Cənubi Azərbaycandan olan isveçli bəstəkar və müğənni Araşın bəstəsi olan “Always” mahnısını ifa etdi. Həm də tək yox, elə Araşla birgə duet formasında. Final mərhələsində 207 xal toplayan Aysel və Araş üçüncü pillənin sahibi oldular. Azərbaycan üçün kifayət qədər maraqlı keçən yarışmada səsvermə sırasında Ermənistanın ölkəmizə 1 xal verməsi finalın ən gözlənilməz hadisəsi oldu.

2010-cu ildə müsabiqəyə Oslo şəhəri ev sahibliyi etdi. Azərbaycanı bu mötəbər müsabiqədə təmsil etmək hüququ Səfurə Əlizadəyə həvalə edilmişdi. O, yarışmada isveçli bəstəkarlar Stefan Örn və Sandra Byurmanın bəstəsi olan “Drip Drop” mahnısını ifa etdi. Səfurə Əlizadənin 55-ci “Avroviziya” Mahnı Müsabiqəsinin finalındakı performansı 145 xalla 5-ci yerə layiq görüldü.

2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı “Odlar Yurdu”na gətirdi.

2012-ci ildə “Avroviziya” yarışması paytaxtımızın Kristal Zalında təşkil edildi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva “When the Music Dies” mahnısı ilə 4-cü yeri tutdu.

Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində keçirilən müsabiqədə Fərid Məmmədov “Hold Me” mahnısı ilə ikinci yeri tutdu. 
2014-cü ildən isə Azərbaycan yarışmalarda mütamadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016-cı ilsə isə Səmra Rəhimli 17-ci yeri tutdu.

2017-ci ildə Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva “Skeletons” mahnısı ilə təmsil edib və nəticədə 14-cü yeri qazanıb.

Ölkəmizin “Avroviziya” Mahnı Müsabiqəsində ən uğursuz çıxışı isə 2018-ci ildə Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən yarışda oldu. “X My Heart” adlı musiqini səsləndirən təmsilçimiz Aysel Məmmədova finala vəsiqə qazana bilmədi.

Nəhayət, bu il 64-cü “Avroviziya 2019” Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı mahnı ilə finala vəsiqə qazandı. (modern.az)

Tarix İnstitutundan Keşikçidağla bağlı möhtəşəm BƏYANAT

Tarix İnstitutunun Elmi Şurası Keşikçidağla bağlı bəyanat yayıb.

Həmin bəyanatı təqdim edirik:

Gürcüstanın keçmiş Daxili İşlər naziri, Müdafiə naziri, adı hər zaman korrupsiyada hallanan İrakli Okruaşvili, eyni zamanda Leyboristlər Partiyasının rəhbəri, 2012-ci il parlament seçkilərində və 2014-cü il prezident seçkilərində tam uğursuzluğa düçar olduqdan sonra partiya sədrliyindən istefa verməyə məcbur olan, sonra yenidən partiyasına qayıdan Şalva Natelaşvili bu yaxınlarda ölkələrində itirilmiş imiclərini yenidən bərpa etmək üçün qonşu və dost Azərbaycan və Gürcüstan respublikaları arasına nifaq salmaq üçün sərhəd bölgəsinə gələrək məsuliyyətsiz açıqlamalar və bəyanatlar səsləndiriblər. Onlar Azərbaycan Respublikasına qarşı ərazi iddiaları səsləndirməklə kifayətlənməyib, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlətməkdən də çəkinməmişlər. Onların bu çıxışları qardaş Gürcüstanda müəyyən ajiotaja səbəb olmuşdur, Azərbaycanda isə geniş ictimai dairələr arasında haqlı narazılıq doğurmuşdur. İlk olaraq qeyd edilməlidir ki, İrakli Okruaşvili və Şalva Natelaşvili kimilər gürcü xalqına dost və qardaş olan Azərbaycan xalqını “çoban”, “gəlmə” adlandırır, özlərini isə az qala bütün Cənubi Qafqazın ən qədim etnosu kimi təqdim edirlər. Hətta bəziləri həddini daha da aşaraq Gürcüstan Respublikasının aborigen əhalisi olan 500 minə yaxın azərbaycanlının yaşadıqları vətənlərindən çıxarılması ilə bağlı sərsəm fikirlər səsləndirir, məsuliyyətsiz çıxışlar edirlər. Bununla əlaqədar olaraq AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi şurası bütün məsuliyyəti ilə bəyan edir ki, Azərbaycan xalqı Cənubi Qafqazın, o cümlədən müasir Şərqi və Cənubi Gürcüstanın ən qədim aborigen etnoslarından biridir. Biz hər iki böhtançıya, həmçinin onlarla eyni fikirdə olan hər kəsə bildiririk: Azərbaycan xalqı qədim Azərbaycan – Albaniya dövlətinin tarixi varisidir. Albaniya dövlətinin ərazisi isə İberiyanın ən ucqar sərhədlərinə qədər uzanırdı. Cənab İrakli Okruaşvili və Şalva Naltelaşvili, sizin ata-babalarınız İberiya – indiki İmeretiya ərazilərində yaşayırdılar. İberlərin şərq qonşuları albanlar, albanların qərb qonşusu isə iberlər idi. Böyük Plini iki xalq arasında sərhəddin Dəryal keçidindən başladığını, burada Kumania (bəli, məhz Kuman!, cənab Şalva!) istehkamının yerləşdiyini, Hermastla – Armazi ilə üzbəüz cahanın hissələrə (Sarmatiya, Albaniya və İberiya) bölündüyünü yazır (Plini. VI.26.30). Strabon Kürün Araqvini qəbul etdikdən sonra dar vadi ilə Albaniyaya axdığını deyir ki, bu da müasir Msxeta ərazisinə uyğundur (Strabo, XI.3.2). Ptolemey, ümumiyyətlə, Telavi, Tiflis, Tianeti kimi şəhərləri Albaniya şəhərlərinin sırasında verir (Ptolemey, kitab 5, bölmə 12). Bu mənbələrlə tanış olun, əgər buna sizin elmi potensialınız imkan verməsə, onda gürcü müəlliflərinin əsərlərinə müraciət edin. Əgər bu ifadələri səsləndirənlər öz gürcü mənbələrini – Kartlis Sxovrebanın “Gürcüstanın xristianlığa döndərilməsi” bölməsini, Leonti Mrovelinin “Kartli çarlarının həyatı” əsərlərini oxusalar, e.ə. VIII-III əsrlərdə bu günkü bütün Cənubi və Şərqi Gürcüstan ərazisində gürcülərin buntürk, xəzər və hun adlandırdıqları qeyri-gürcü tayfalarının yaşadıqlarını qeyd etdiklərini görərdilər. Gürcü mənbələri qeyd edirlər ki, bu dövrdə Kartlidə xəzər nüfuzu o qədər güclü idi ki, iberlərin danışdığı altı dildən biri məhz xəzər dili olmuşdur, bütün gürcülər xəzər dilini bilirdi və danışırdı (Cənab İraklilər və Şalvalar! Bu məlumatları bir də oxuyun!).

Bu haqda baxın: Обращение Грузии. Пер. с древнегруз. Э.Такайшвили. Ред. М. Чхартишвили; [Ред. кол. Ш. В.Дзидзигури, М. Д. Абашидзе, З. Н. Алексидзе и др.]; АН ГССР, Комис. по источникам истории Грузии. – Тб.: Издательство «Мецниереба», 1989 – s.23; Леонти Мровели. Жизнь Картлийских царей. Перевод с древнегрузинского, предисловие и комментарии Г. В. Цулая. Москва, 1979 – s.25-28.

Bu məlumatları arxeoloji materiallar da təsdiq edir. Belə ki, bu iddiaları səsləndirənlər Şərqi Gürcüstanın e.ə. VIII-III əsr maddi-mədəniyyət nümunələrinə baxsalar, həmin ərazilərin tamamilə kimmer-iskit-sak və erkən alban-türk (Yaloylutəpə) mədəniyyətinə aid olduğunu görərlər. Bunu biz yox, məhz gürcü tarixçiləri – G.Alasania, Q.Melikişvili, M.Andronakişvili, R.Abramişvili, M.Sanadze və başqaları öz əsərlərində təsdiq edirlər (bax: Alasania G. Gürcüler ve İslam Öncesi Türkler – s. 9-10; Меликишвили Г. А. К истории древней Грузии. Тбилиси: Изд-во АН Груз.ССР, 1959, c. 128, 292).

Beləliklə, müasir Tiflis şəhəri, onun qərbindəki Alban düzü və ətraf ərazilər İberiyanın deyil, İskit-sakların idarəçiliyində, daha sonra isə Albaniya dövlətinin sərhədləri daxilində olmuşdur. Ərəb işğalları zamanı Albaniya dövləti aradan qaldırıldıqdan sonra Ərəb Xilafəti keçmiş tarixi sərhədləri saxladı və Albaniya ərazisi Arran torpaqları kimi adlandırılmağa başlandı. VIII əsrin ortalarında bu ərazilərdə, Albaniya şəhəri, həm də İslamın sərhəd şəhəri olan Tiflis və onun ətraf ərazilərində (Borçalı da daxil olmaqla) Tiflis türk-müsəlman dövləti – Tiflis əmirliyi yarandı. Bu gün iddia qaldırdığınız ərazi Albaniya dövlətinin, Tiflis əmirliyinin torpaqlarının bir parçası olmuşdur. 300 ildən çox mövcud olmuş Tiflis əmirliyində Azərbaycan xalqı qədim mədəniyyət yaradıb. Yüzlərlə “Tiflisi” ləqəbi ilə görkəmli alimlər yetişdirib. Bu haqda xarici mənbələri, Azərbaycan tarixçilərini oxumaq meyliniz olmasa, gürcü müəlliflərin əsərlərinə baxın (Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Тбилиси: Общество «Цодна», Тип. «Сам-шобло», 1991).

İndi siz tarixi Azərbaycan torpaqlarında yerləşən Albaniya tarixi abidəsi olan David Qareci monastırı üstündə torpaq iddiası qaldırırsınız. Bu tarixi monofizit alban məbədinin diofizit İrakliyə, Şalvaya heç bir dəxli yoxdur. Elə «Тифлисские ведомости» qəzetinin 1832-ci ilin 2 saylı yanvar buraxılışında, Q.S.Qordeyev adlı müəllifin məqaləsində göstərilir ki, VI əsrdə Gürcüstanda Kürün sağ sahilində yaşayan “tatarların”, yəni Azərbaycan türklərinin başçısının adı Babakər idi və Keşikçidağ monastr kompleksində ilk kilsəni məhz o inşa etmişdir («Тифлисские ведомости», 1832, январь, №2). Bu ərazidə olan kilsələr və digər xristian abidələri də gürcü diofizit kilsəsinin deyil, müstəqil alban kilsəsinə məxsus alban mədəniyyət nümunələri idi. Onu da qeyd etmək lazımdır ki, David Qareci və onunla VI əsrdə bu ərazilərə gəlmiş 12 assuriyalı monofizit missioner müasir gürcülərdən etiqadlarına görə fərqlənirdi. Onlar monofizit albanlarla eyni etiqada malik idilər.

Bununla belə, Keşikçidağ kompleksi ilə bağlı dəfələrlə qardaş Gürcüstan tərəfinin istəkləri nəzərə alınaraq müxtəlif sazişlər imzalanıb. O cümlədən, 1921-ci ilin iyul ayında N.Nərimanov-F.Maxaradze sazişi də imzalanıb, sazişə əsasən, iki dövlət arasında sərhəd ümumi şəkildə müəyyən olunmuşdu. Bu saziş və bundan sonra 1929-cu ilə qədər imzalanmış daha bir neçə qətnamə ilə Keşikçidağ da daxil olmaqla Gürcüstan və Azərbaycan arasındakı mübahisəli sərhəd məsələsində müəyyən addımlar atılmışdır. Lakin hər dəfə də bu sazişləri siz İraki Okruaşvili, Şalva Natelaşvili və onun kimiləri pozmağa cəhd etmisiniz. Biz Azərbaycanda ərazi məsələlərini və problemlərini dərindən araşdırmışıq (bax: Elvira Lətifova, “Şimal-Qərbi Azərbaycan: İlisu sultanlığı”, Bakı, 1999; Əliyev Şirinbəy, “Şimal-Qərbi Azərbaycan: İngiloylar”, Bakı, 2007; Şamil Rəhmanzadə, “Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri)”. Bakı, “Aspoliqraf”, 2008; Arzu Məmmədova, “Car-Balakən camaatlığı XVII əsrin sonu-XIX əsrin əvvəl-lərində”, Bakı, UniPrint, 2009; “Şimal – Qərbi Azərbaycan”. Bakı, Şərq – Qərb nəşriyyatı, 2011).

Gürcüstanda da obyektiv tarixçilər bu məsələlərin kökünü yaxşı bilirlər. Ona görə də sizin kimilərin sərhəddəki sayıqlamalarına Azərbaycan tərəfindən cavab verənlər tapıla bilər. Bütün bu tarixi faktlar göstərir ki, sizin sərhəddəki çıxışlarınızın heç bir elmi əsası yoxdur. Sərhəddən bu tərəfdə yaşayanlar heç də sizin iddia etdiyiniz kimi Altaylardan gəlməyiblər və düşündüyünüz kimi “savadsız çoban” deyillər. Əslində isə, İrakli Okruaşvili və həmfikirləri başa düşməlidirlər ki, siz İberiyadan, yəni İmeretiyadan gəlib tarixi Azərbaycan torpağında yaşayırsınız.

Mədəniyyətsizlik və savadsızlığa qaldıqda, sizin mədəniyyətsiz dediyiniz bizim sərhədçilər yüksək mədəniyyət nümayiş etdirərək sizin söyüş və təhqirlərinizə cavab vermədilər. Vandalizmə, mədəniyyət abidələrinin məhvinə gəldikdə, sizdən soruşula bilər ki, Tiflis əmirliyinə aid olan qədim mədəniyyət abidələri hara getdi? Sultan Alp Arslanın Tiflis şəhərində ətrafdakı bütün tikililəri əzəməti ilə kölgədə qoysun deyə tikdirdiyi böyük və möhtəşəm məscidin aqibəti necə oldu? Tiflis əmirlərinin imarətləri hara yox oldu? (Лордкипанидзе М. Д. Тбилиси (IV- начало XII в.). Тбилиси: Общество «Цодна», Тип. «Самшобло», 1991 – s.50). Didqori vuruşmasından sonra işğal edilən Tiflisdə IV Davidin, sonrakı dövrdə isə I Demetrenin müsəlmanların hörmətini qazanmaq üçün baş çəkdiyi, xütbə dinlədiyi, ianə verdiyi məscidlər hara oldu? Nəhayət, Kürün sahilində ucalan möhtəşəm Şah Abbas məscidinin taleyi necə oldu? Tiflis şəhəri və ətrafındakı saysız-hesabsız türk-müsəlman toponimlərinin taleyi necə oldu? Ona görə də sizin kimilər gedib real tarixi dərindən öyrənsinlər və bir həqiqəti yaddan çıxarmasınlar: Keşikçidağdan bu tərəfə doğru yaşayan 10 milyon “çoban”ın müasir Gürcüstan ərazisində yaşayan və sizin ölkədən çıxarmağa hazırlaşdığınız 500 min “çoban”ın ana vətəni hal-hazırda yaşadıqları doğma torpaqlarıdır. Əsrlərdir İrakli kimilər o izləri silmək, abidələri “özününküləşdirmək” istəsələr də, o insanlar torpaq-larından, ana vətənlərindən qoparıla bilməz. Sizin sərhədlərinizdən qərbdə yaşayan daha 80 milyon “çoban”ın tarixinizdə oynadığı rolu da unutmamağınız məsləhət görülür. Eyni zamanda qeyd etmək lazımdır ki, IV David və Tamar əgər sizin “çoban” adlandırdığınız türk-qıpçaqlar olmasaydı, heç bir uğur qazana bilməzdilər. Məhz o “çoban”ların sayəsində IV David İberiyanın sərhədlərini genişləndirə bilmişdi. Belə ki, IV Davidin 60 minlik ordusunun 45 min nəfərə qədəri “çoban” adlandırdığınız türklər təşkil etmişdi

(Лордкипанидзе М.Д. История Грузии XI – нач. XIII вв. – s. 98, 105; Месхиа Ш.А. Дидгорская битва. Тбилиси: Издательство «Мецниереба», 1974 – s. 82). Siz isə dar və çətin zamanlarda sizi xilas edən bu “çobanları” yerindən-yurdundan sürgün etmisiniz, Axıska türklərinin torpaq məsələsini hələ də həll etmək istəmirsiz!

Daim sizi əhatə edən bu “çoban”lar heç zaman qoç başını kilsələrə yapışdırmamışlar. Xristian inancına və abidələrinə hörmətlə yanaşmışlar. İrakli Okruaşvili, Şalva Natelaşvili kimi “yüksək mədəniyyət”ə malik olan sizlər isə donuz başını məscidlərə yapışdırırsınız, nəinki xalqlar arasında ədavət toxumu səpməkdən çəkinmirsiniz, eyni zamanda öz soyunuzdan olan müsəlman acarlar və gürcülərə də dini mənsubiyyətlərinə görə düşmən münasibət göstərirsiniz. Tərəfinizdən xalqımızın ünvanına söylənilən söyüşlərə gəldikdə isə, bu söyüşlərin əsl ünvanı İrakli Okruaşvili, Şalva Natelaşvili və onlar kimilərdir.

Sizin kimilər tərəfindən Rusiyanı təcavüzkar adlandırmaq hal-hazırda dəbdədir. Bütün günahlarınızı Rusiyanın üzərinə yıxmaqla özünüzü təmizə çıxarırsınız. Bu, sizin öz işinizdir. Lakin onu da unutmayın ki, Çar Rusiyasını XVIII əsrdə Cənubi Qafqaza elə sizin kimilər gətirib. Georgiyevsk traktatını unutmayın! Onu da unutmayın ki, Gürcüstan respublikasının bütün çətin dövrlərində sizin “çoban” adlandırdığınız 500 min aborigen azərbaycanlı həmişə gürcü dövlətinin yanında olmuşdur.

Sizdən fərqli olaraq, Azərbaycan Respublikası dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının tarixi keçmişinə, inancına, abidələrinə hörmətlə yanaşır, onu qoruyub saxlayır. Azərbaycanın hər bir vətəndaşı Azərbaycan üçün əzizdir. Etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda heç kim Sizin düşündüyünüz kimi “qonaq” deyildir, hər kəs Azər-baycanın tam hüquqlu vətəndaşıdır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Ağstafa rayonunun ərazisində Keşikçidağ silsiləsinin bir hissəni əhatə edən mağaralar kompleksini Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu elan etmiş, bununla bölgənin Azərbaycan tarixinin ayrılmaz parçası olduğunu bir daha təsdiq etmişdir.

Azərbaycan və gürcü xalqlarının dost və qardaşlığı bütün dövrlərdə tarixin sərt sınaqlarından şərəflə çıxmışdır. Bu dostluq və qardaşlığa nifaq salmağa çalışanlar həmişə tarixin tullantılarına çevrilmişlər. Bunu unutmayın! (kult.az)

Adnan Oktarın həbsxanadan yayılan şəkli heyrət doğurdu – FOTO

Türkiyədə “Adnan xoca” çağrılan, Harun Yəhya imzası ilə kitabları dərc olunan, islamı özünəməxsus şəkildə təlim edən ilahiyyatçı Adnan Oktarın həbsxanadan yayılmış yeni fotosu təəccüb doğurub.

Adnan Oktarın kökəldiyi və saçlarını boyadığı məlum olub.

Bir çox cinayətlərdə, o cümlədən əxlaqsızlıqda günahlandıralan, axtarış zamanı evindən silah və antik əşyalar çıxan Adnan Oktar hazırda Ədirnə qapalı həbsxanasında təkadamlıq kamerada qalır. (teleqraf.com)

“Bu bənd sazişə salınmasa, Azərbaycan onu imzalamayacaq” – Deputat

Bir neçə gün əvvəl Belçikanın paytaxtı Brüssel şəhərində Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi ilə bağlı yubiley sammiti keçirildi. Bununla bağlı geniş məlumat verilmişdi. Ancaq mən təəssüf edirəm ki, bəzən mətbuatda yanlış məlumatlar da baş alıb gedir. Müxalifyönlü bəzi nəşrlər, saytlar belə bir fikir yayırlar ki, guya orada hansısa saziş imzalanmalı idi, ancaq imzalanmadı.

Bunu Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, birincisi, orada saziş imzalanması nəzərdə tutulmamışdı:

“Bu, yubiley sammiti idi və Avropa İttifaqı rəhbərləri ilə proqramı imzalayan ölkələrin rəhbərləri 10 ildə gedilən yola nəzər yetirməli, gələcək perspektivi müəyyənləşdirməli idilər. Belə də oldu. Eyni zamanda Azərbaycan orada ərazi bütövlüyü məsələsini də qaldırdı. Amma çox təəssüf ki, Avropa İttifaqında Ermənistanı müdafiə edən bəzi dairələr yenə də ikili standart həyata keçirdilər, ərazi bütövlüyü prinsipinin sammitin yekun bəyannaməsinə daxil edilməsinə razı olmadılar. Amma Azərbaycan öz mövqeyində qalır”.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında sazişin hazırlanması prosesi gedir və onun imzalanma günü rəsmi şəkildə bildiriləcək:

“Qeyd edim ki, sazişdə bizim üçün əsas məqam Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi olacaq. Bu bənd ora salınmasa, Azərbaycan onu imzalamayacaq. Bu saziş Azərbaycana nə qədər lazımdırsa, Avropaya da o qədər lazımdır. Azərbaycan o sazişi imzalayacaq nadir ölkələrdəndir ki, Avropadan nəsə xahiş etmir. Biz nə kredit, nə Avropa İttifaqına üzvlük, nə də ölkəmiz üçün hansısa xüsusi güzəştlər xahiş edirik. Bizim istədiyimiz bərabərhüquqlu əməkdaşlıq və tərəfdaşlıqdır. Avropa İttifaqı Azərbaycanın bu mövqeyini qəbul etməlidir. Biz kiminsə əlavəsinə çevrilmək, kiminsə forpostu, kiminsə hansısa siyasətində bir alət olmaq istəmirik. Azərbaycan müstəqil ölkədir, müstəqil daxili və xarici siyasəti var və kim bizimlə bərabərhüquqlu şəkildə əməkdaşlıq etmək istəyirsə, Azərbaycan da bu istiqamətdə əməkdaşlıq edəcək”.

Deputat insan hüquqları məsələsinin də sazişdə çox vacib yer tutacağını vurğulayıb:

“Biz Avropa İttifaqı ilə bu istiqamətdə geniş müzakirələr aparılmasında, bu məsələyə daha dərindən, daha geniş spektrdə yanaşmaqda maraqlıyıq”. (teleqraf.com)

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Şamaxıda

Ənənəvi mədəniyyət bayramı öz işini Şamaxı şəhərində davam edib.

Festival Şamaxı şəhər, Heydər Əliyev Parkında baş tutub. Mədəniyyət bayramında ziyarətçilər və qonaqlar “Nağaraçalanlar”, “Piriqulu” instrumental ansamblın maraqlı ifaları ilə qarşılanıb. Festivalın zəngin yaradıcılıq proqramını xalq çalğı aləti orkestrı və xor kollektivinin maraqlı çıxışları, istedadlı şagirdlərin yaddaqalan təqdimatları maraqlı edib.

Yaradıcılıq festivalı “Buta” rəqs, “Şirvan” folklor kollektivinin öznəməxsus çıxışları ilə davam edib.
Festivalda 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də qurulub. Məktəblilər görkəmli Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı kompozisiyada hazırlayıblar. Şairin obrazı məktəblilərin ifasında canlandırılıb, qiraət ustalarının təqdimatında şairin yaradıcılığından qəzəllər səslənib.

Yeri gəlmişkən bildirək ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi festivalın sərgi hissəsinə baxış keçirib.

Sərgidə metalişləmənin fərqli texnika və üsullarda hazırlanan misgərlik nümunələri, məişət qabları, kəlağayılar, bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağac, muncuq, kağız və digər materiallardan hazırlanan bəzək əşyaları, həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər sənət növlərinə aid olan yaradıcılıq nümunələri sərgilənib.

Yaradıcılıq Festivalının konsert hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur.

 

Türkiyə ilə bağlı daha bir KRİTİK QƏRAR – Tramp geri addım atdı

ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisində dəyişiklik edib.

Prezident gömrük vergisini yarıbayarı azaldaraq 25%-ə endirib.

Bu barədə Ağ Ev yazılı açıqlama yayımlayıb. Prezidentin açıqlamasında gömrük vergisinin niyə 50%-ə çıxarılması izah olunub. Sonra bildirilib ki, əvvəlki illərlə müqayisədə Türkiyədən idxal olunan poladın miqdarında azalma müşahidə edilib. Buna görə də gömrük vergisində endirim olunub.

Qeyd edək ki, ABŞ hökuməti ötən ilin 10 avqustunda Türkiyədən idxal olunan polada 50% gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Aliminium idxalına isə 20% vergi tətbiq olunmuşdu. Türkiyə bu qərarın Ümumdünya Ticarət Təşkilatının qaydalarına zidd olduğunu bildirmiş və ABŞ-ı təşkilata şikayət etmişdi.(publika.az)

Kürdəmir və Zərdabda təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin əməkdaşları, bitkiçilik və bitki mühafizəsi kafedrasının dosenti Vüsal Məmmədov, dosent əvəzi Aytəkin Məmmədova, ümumi əkinçilik, genetika və seleksiya kafedrasının assistenti  Zaur Məmmədov və həyat  fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəlimi Nurəddin Bağırov Kürdəmir və Zərdab rayonlarında  “Dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işlərinin keyfiyyətlə yerinə yetirilməsi və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda Dövlət Aqrar İnkişaf Mərkəzində və tarla şəraitində təlimlər keçiblər.

Təlimdə dənli və dənli-paxlalı bitkilərin becərilməsi ilə məşğul olan təsərrüfat sahibləri iştirak ediblər. Dosent Vüsal Məmmədov sözü gedən bitkilərə zərər vuran zərərvericilər və onların idarə olunması, dosent əvəzi Aytəkin  Məmmədova əkin sahələrində rast gəlinən xəstəliklərdən, bu sahədə fermerlərin görə biləcəyi tədbirlərdən, assitent Zaur Məmmədov dənli və dənli-paxlalı bitkilərə aqrotexniki qulluq işləri barədə çıxış edərək alaq otlarına qarşı mübarizə məsələlərinə toxunub və dənin keyfiyyətinin yüksəldilməsi yollarından danışıb.Baş müəllim  Nürəddin  Bağırov isə aqrar sahədə aparılan tədbirlər zamanı riayət olunması zəruri olan təhlükəsizlik qaydaları barədə məlumat verərək təsərrüfat sahiblərini maarifləndiriblər.

Təlimdə fermerləri maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.

ADAU-nun əməkdaşları Ağstafa məktəbliləri ilə görüşüb

Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyyəti tez-tez bölgələrdə olur, yuxarı sinif şagirdləri ilə görüşür, onları dinləyir, onların suallarını cavablandırırlar.  “Universiteti tanıdaq” layihəsi çərçivəsində görülən bu cür  işlər, təşkil edilən görüşlər sözün həqiqi mənasında orta məktəb məzunlarına ixtisas seçimində kifayət qədər yardımçı olur.

Daha bir görüş Ağstafa rayonunda-1 nömrəli məktəbin iclas zalında- yuxarı sinif şagirdləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ilə baş tutub. Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. Görüşdə rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələlər şöbəsinin məsləhətçisi Şahhüseyin Qurbanov   ölkədə aqrar sahənin inkişafından danışıb, rayon iqtisadiyyatın əsasını kənd təsərrüfatının təşkil etdiyini bildirib. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb.

ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki,
Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin Telman Musayev abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verib.

Görüşdə universitetdə kənd təsərrüfatında prioritet sayılan mütəxəsssis hazırlığında mövcud ixtisaslardan, dünya standartlarına cavab verən maddi texniki bazadan geniş söhbət açılıb.

Sonda Ağstafa məktəblilərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

 

Türkiyə “S-400” zenit raketlərini NATO sisteminə daxil etməyəcək

Rusiya tərəfindən Türkiyəyə veriləcək “S-400” zenit raket kompleksləri NATO sisteminə daxil edilməyəcək.

Turkustan.info Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə açıqlamanı Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu verib.

Nazirin sözlərinə görə, Ankara bütünlüklə raket komlekslərini öz nəzarətində saxlayacaq.

Trampdan Türkiyəyə zərbə – Güzəştli ticarət rejimi ləğv edildi

ABŞ prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib.
Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
“Mən qərara gəldim ki, Türkiyənin iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə – benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı”, – deyə ABŞ prezidentinin bəyanatında bildirilir.
Buna uyğun olaraq Vaşinqton həmçinin Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırır. (Report)

ABŞ Hərbi Hava Qüvvələrinin komandanı: “Türkiyə Rusiyadan S-400 raketləri almaqdan imtina edə bilər”

ABŞ Hərbi Hava Qüvvələrinin başçısı deyib ki, Türkiyənin Rusiyadan raketdən müdafiə sistemi almaqdan imtina etməsi hələ “mümkündür”. Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sitemləri almaq qərarı ABŞ-ın və Türkiyənin NATO müttəfiqlərinin etirazlarına səbəb olub.

ABŞ Hərbi Hava Qüvvələri naziri Heyzə Uilson mayın 16-da “Ankara son ntəcədə S-400 sistemlərini almaq barədə fikrini dəyişə bilərmi” sualına cavab verərkən bunun hələ “mümkün” olduğunu deyib: “Diplomatlar hələ də bu məsələnin üzərində işləyirlər”.

Birləşmiş Ştatlar bundan əvvəl dəfələrlə Türkiyə rəhbərliyini Rusiyadan raket sistemlərinin alınması planlarından geri çəkilməyə çağırıb, NATO müttəfiqləri isə S-400-lərin alyansın supermüasir F-35 qırıcılarına təhlükə olduğunu bildiriblər

Mayın əvvəllərində ABŞ-ın müdafiə naziri əvəzi Türkiyəyə xəbərdarlıq edərək bildirmişdi ki, Ankara Rusiya raketlərini almaq fikrindən daşınmasa, alyansın F-35 qırıcı təyyarə layihəsindən çıxarıla bilər.

Türkiyə NATO üzvü kimi hazırda bu layihəyə daxildir və hətta F-35 qırıcılarından 100 ədəd almağı planlaşdırır. Türkiyənin bir neçə müəssisəsi F-35 qırıcıları üçün ehtiyat və yığım hissələri istehsal edir. Ərdoğan bundan əvvəl Rusiyadan S-400 almaq planlarından heç vaxt geri çəkilməyəcəyini dəfələrlə bəyan edib. O deyib ki, ümumi dəyəri 2. 5 milyard olan 4 dəst S-400 sisteminin alınması artıq həll olunmuş məsələdir.

Prezident bütün sənədsiz evlərlə bağlı tapşırıq verdi

“Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək”.

Turkustan.info xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib.

Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq.

“30 ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab Prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq”, – deyə Eldar Əzizov bildirib.

/BAKU.WS/

Hacı Nurandan ÜZÜCÜ XƏBƏR GƏLDİ

Aparıcı Hacı Nuran Hüseynov yenidən Almaniyanın Düsseldorf şəhərinə yollanıb.

Turkustan.info xəbər verir ki, aparıcı orada əməliyyat olunacaq. Bu barədə Hacı Nuran özü məlumat verib.

“Ayağımdan əməliyyat olunacam” deyə, o, yazıb.

Qeyd edək ki, Nuran uzun müddətdir mütəmadi olaraq Almaniyada müalicə alır. O, xərçəngdən əziyyət çəkir.
/101.az/

Qulaq cingildəməsi: Dəhşətli xəstəliklərin carçısı… – Simptomları və müalicəsi

Qulağımız cingildəyən kimi “kimsə məndən danışır”  deyirik. Lakin bu o qədər də bəsit deyil. Bəs qulaq cingildəməsi nədir və nədən qaynaqlanır?
 
Turkustan.info medicina.az-a istinadən mövzu ilə əlaqədar faydalı məlumatı təqdim edir.
 
 Qulaq cingiltisinin əsan səbəblərindən biri də məhz qulaq kiridir. Həkimlər qulaq cingiltisini duyduğunuz anda ən az yarım saat klassik musiqi dinləməyi tövsiyə edir.  Bu zaman öz qulaq cingiltinizi eşitməyəcəksiniz.

Cingildəmənin altında yatan təhlükələr.
 
Anevrizm:
 
Damarlarda yaranan genişlənməylə əlaqəli olaraq bilinən anevrizm xüsusən baş beyin bölgəsindədirsə, qulaq cingiltisinə yol açır.
 
Şişlər
 
Eşitmə siniri qulaqdan qəbul edilən səsi beyinə ötürən sinirdir. Eşitmə sinirindən qaynaqlanan şiş əsasən təktərəfli cingiltiyə yol açır. Sürətli hal alan, keçməyən və anidən ortaya çıxmış təktərəfli cingildəmənin üstündə durmaq lazımdır. Bu, həm də eşitmə itkisi və baş gicəllənməylə bir arada yaşana bilər.
 
Metabolik xəstəliklər 
 
İnsanda şəkər xəstəliyi varsa, təzyiqində ani enmə-qalxmalar görülürsə, xolesterol yüksəkliyi, tiroid xəstəliyi varsa, müalicə edilməli olan bu xəstəliklər qulaq cingildəməsinə yol açır.
 
Qulaq infeksiyası
 
Hər cür qulaq infeksiyası, xarici qulaq, daxili qulaq infeksiyası qulaq cingildəməsinə yol açır. Hətta adi qulaq kiri belə qulaq cingildəməsinə yol aça bilər.
 
Qulaq pərdəsində yırtıq
 
Qulaq pərdəsində infeksiya, ya da yüksək səs ucbatından yırtılma baş verə bilər. Qulaq pərdəsində yırtılma cingiltiyə yol açır.

Orta qulaqda maye toplanması

Bunlar yuxarı tənəffüs yolu infeksiyaları, təyyarə ilə səyahət, üzdükdən sonra, ya da kiçik uşaqlarda burundakı artıq ətlə bağlı səbəblərdən yarana bilər.

Orta qulaqdakı maye infeksiyaya çevrilə bilər, ya da infeksiya nəticəsində maye toplanır.

Dərmanlar da səbəb ola bilər
İnsanlar bir yeri ağrıdığında tez dərmanlara əl atırlar. Ancaq bu, yanlışdır. Asprin, revmatizm dərmanları, antibiotiklər, sakitləşdirici dərmanlar, psixiotrik dərmanlar qulaq cingildəməsinə yol açır.

Allergik rinit

Burunda tıxanıqlıq, axıntı qulaqda tıxanıqlığa səbəb olur. Bu da qulaq cingildəməsinə yol açır.

Səbəbsiz cingildəmə

Səbəbsiz cingildəmə halında yüksək səsdən qorunmaq, LOR həkimi ilə məsləhətləşmək, duzu azaltmaq, siqaret, qəhvə, spirtli içkidən uzaq durmaq, gündəlik hərəkətlərlə qulağa gedən qan axınını artırmaq, dincəlmək, stressdən uzaq durmaq, çox yorulmamaq və bu cingilti səsindən narahat olmamaq lazımdır.
 
 Qulaq cingildəməsi xüsusilə yaşlı insanlarda daha çox müşahidə edilir.

Qulaq cingildəməsi, qulaq uğultusu və qulaq vızıltısına tibb dilində “tinnitus” deyilir. Qulaq cingildəməsinin çox müxtəlif səbəbləri var. Bunlar arasında qulaq çirki, daxili qulaq iltihabı, orta qulaq iltihabı, Meniere xəstəliyi, qızdırmalı xəstəliklər, yorğunluq, zəiflik, bəzi dərmanlar, yüksək və ya aşağı təzyiq ola bilər.
 
Qulaq cingildəməsi müxtəlif xəstəliklərdən qaynaqlana bilər. Xarici qulaq xəstəlikləri, orta qulaq xəstəlikləri, orta qulaq iltihabları, qığırdaq pozulması kimi səbəblərlə ortaya çıxa bilər. Səbəblər arasında ən çox görünəni isə daxili qulaqdakı tüklü hüceyrələrin degenerasiya olmasına görə ortaya çıxan qulaq cingildəmələridir. Buna sübjektiftir səbəb deyilir. Yəni xəstə tərəfindən eşidilir, sadəcə, başqası tərəfindən eşidilmir. Bir də obyektiv qulaq cingildəməsi var. Bunu isə başqası da qulaqları ilə eşidə bilər.
 
Qulaq cingildəməsinin qarşısı necə alınır?

Qrip infeksiyadan sonra da belə qulaq cingildəməsi ola bilir və bir neçə gün içərisində keçir. Amma qulaq cingildəməsi ilə əlaqədar müəyyən tədbirlər görülməlidir. Daxili qulaqdakı həssas tüklü hüceyrələrin pozulmaması üçün yüksək səsli musiqi dinləməmək, gurultulu yerlərdə olmamaq, çay-qəhvə və yağlı yeməklərin qəbulunu azaltmaq lazımdır. Qısacası, sağlam qidalanmaq, sağlam yaşamaq lazımdır.

Hər 5 adamdan 1-i bu xəstəliklə yaşayır

50 yaşından sonra qulaq cingildəməsi artır. Amma bu, gənclərdə olmur mənasına da gəlmir. Gənclərdə də bu xəstəlik görülə bilər. Dünyada aparılan araşdırmalara görə, 10-25 faiz qulaq cingildəməsi narahatlığını yaşaya bilir.

Qulaq çirki eşitmə zəifliyinə səbəb olur

Qulaq çirki qulaqda olması lazım olan, xarici qulaq yolundakı dərinin dəyişməsi nəticəsində yığılan ölü dəridir. Narahat olmağa çox əsas yoxdur, çünki qulaq özü-özünü təmizləyər. Təmizləyə bilmədiyi təqdirdə ölü dəri parçaları xarici qulaq yollarına yığılır. Tük diblərindən çıxan maye ilə birləşdikdə tünd qəhvəyi, qəhvəyi və ya qaraya yaxın “tıxac” yaradır. Qulaq çirki eşitmə zəifliyi də yarada bilər.

Müalicəsi varmı?

Qulaq cingildəməsinə görə müalicə tətbiq olunur. Xarici qulaq yolundakı çirkə, iltihabadan yaranan qulaq cingildəməsi varsa onlar aradan qaldırılır. Orta qulaqdakı iltihablara və xəstəliklərə bağlıdırsa, onları aradan qaldırmaq lazımdır. Daxili qulaqdakı keçməyən qulaq cingildəməsi insanları narahat edən, yuxularına haram qatan, hətta sosial və iş həyatını pozan cingildəmədirsə, bunun müalicəsi əvvəllər yalnız dərmanlarla aparılırdı. Həkimlər də xəstələrinə “bu cingildəməsi ilə yaşamağı öyrənəcəksən” deyərdi. Son 1-1,5 ildir lazer müalicəsi tətbiq olunur. Qulaq cingildəməsi ilə əlaqədar müalicələrin 70 faizi uğurla nəticələnir. Lazer müalicəsi dünyada 45-46 ölkədə tətbiq olunur.
Qulaq cingildəməsinin beyin xəstəlikləriylə də əlaqəsi var. Amma ümumi desək, xəstəliyin səbəbini tapıb ona görə müalicə tətbiq etmək lazımdır. Lakin qulaq cingildəməsi böyük nisbətlə daxili qulağa aid olur. Bunlarda da müalicə zamanı tibbi müdaxilə və lazer müalicəsilə 70 faizə çatan müvəffəqiyyət əldə olunur.

Minnesotanın azərbaycanlı Muxtarı…

Rusların belə bir kəlamı vardır- “Yaşamaq yaxşıdır. Yaxşı yaşamaq ondan da yaxşıdır”. Azərbaycanda onun hər cür şəraiti olub, necə deyərlər, ev-eşik, avtomobil, restoran. Amma qərara gəlib ki, Amerikaya köçsün, ömrünə rəng qatıb daha da gözəlləşdirsin. Azadlığın məhdudiyyət tanımadığı bu ölkədə yaşaya-yaşaya həyatdan mənəvi zövq ala bilsin. Övladına yüksək təhsil verib, onu xoşbəxt insan kimi böyütsün. Elə bu məqsədlə də əvvlcə ailəsini göndərib. Bir müddət sonra isə özü də bu ölkəyə köçüb…

…Atası Nurəddin Nəsirov Bakı Politexnik Texnikumunda kafedra müdiri işləyib. Eyni zamanda o vaxtki Azərbaycan Politexnik İnstitutunda riyaziyyat fənnini tədris edib. Anası Məryəm xanım Səfərova ixtisasca həkim olub. 1 nömrəli Bakı Tibb Texnikumunda həm kafedra müdiri və həm də texnikum həmkarlar təşkilatının sədri vəzifələrində çalışıb. Həmçinin Azərbaycan Tibb Universitetində də dərs deyib. Hər ikisi əslən Naxçıvanlı idi. Yeri gəlmişkən, əməkdar artist, tanınmış müğənni, rəhmətlik Yaşar Səfərovun bacısı oğludur…

Haqqında söhbət açdığım Muxtar Nəsirov 1966-cı ildə Bakıda dünyaya gəlib. 1981-ci ildə 258 nömrəli orta məktəbdə səkkizinci sinfi bitirərək Bakı Politexnik Texnikumuna qəbul olunub. 1985-ci ildə oranı avtomobillərin istismarı ixtisası üzrə qırmızı diplomla bitirib. 1985-ci ildə qəbul imtahanlarını uğurla verərək indiki Azərbaycan Dövlət İqtisad Universitetinin axşam şöbəsinin tələbəsi adına layiq görülüb. Sonra iki il ordu sıralarında xidmət edib. 1987-1993-cü illərdə qəbul olunduğu universitetdə təhsilini davam etdirərək iqtisadçı ixtisasına yiyələnib. Eyni zamanda 1987-1989-cu illərdə müxtəlif yerlərdə çalışıb. 1989-cu ildə “Almazdaş” koperativini yaradaraq 1997-ci ilədək Güzdək daş karxanasında işləyib. 1997-2012-ci illərdə Bakıda müxtəlif restoranlara rəhbərlik edib. Son işlədiyi yer, keçmiş “Torqovıy” küçəsindəki “M klub” restoranı olub. 2012-ci ildən ABŞ-ın Minnesota ştatında yaşayır…

…Ömür-gün yoldaşı Sərur xanım ixtisasca fransız dili müəllimidir. On səkkiz yaşında bir oğlu vardır. Adı Nurəddindir…

Muxtar Nəsirov ABŞ-a gələndən sonra bir il dil kurslarına gedib, müxtəlif işlərdə çalışıb. 2013-cü ildə “MN Transportation” şirkətini yaradaraq, hazırda həmin müəsissəyə rəhbərlik edir. Şirkətin tibbi cihazlarla təmin olunmuş xüsusi avtomobilləri vardır. İnsanların xəstəxanalara, klinikalara daşınması ilə məşğul olur…

“Minnesota Azərbaycanlıları Asossasiyası”nın fəal üzvlərindən biridir. Daha doğrusu, təşkilatın maliyyə məsələlərini o tənzimləyir. Tədbirlərinin baş tutması üçün maddi yardım göstərir, təşkilati məsələlərdə yaxından iştirak edir. Torpaqlarımızın azad olunması onun da ən böyük arzularındandır. Ölkəmizə əminamanlıq, insanlarına gözəl həyat diləyir. Balıq ovunu sevir. Asudə vaxtlarında balıq tutmaqdan ləzzət alır. Pianoda ifa etmək isə onun əsas hobbisidir. Tez-tez ailəsi ilə birlikdə Amerikanı səyahətə çıxır, ştatları gəzib tanış olur. İndiyədək Avropa ölkələrinin çoxuna səfər edib…

Bir başqa aləmdir, Muxtar. Şən, gülərüz, mərd, səmimi. Deyir ki,- “Minnesotaya yolu düşən hər bir soydaşımızın üzünə evimin qapısı açıqdır. Buyurub gələ bilərlər. Xidmətlərində durmaqdan məmnun olaram. Bütün azərbaycanlılar mənim bacı və qardaşlarımdır”…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, ayakta

Görüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, sakal ve açık hava

Görüntünün olası içeriği: 3 kişi, çiçek, düğün ve iç mekan

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, ayakta, gökyüzü, açık hava, su ve doğa

Uçan elektrotaksi sınaqdan keçirildi

Almaniyanın “Lilium” startap şirkəti uçan elektrik taksisinin prototipini havaya buraxıb.

Turkustan.info-nun məlumatına görə, 5 yerlik taksinin sınağı Münhen şəhəri yaxınlığında aerodromda keçirilib.

Qeyd olunur ki, 1,5 ton çəkili avtomobil şaquli vəziyyətdə havaya qalxıb və bir müddət havada asılı qalıb. Avtomobil məsafədən idarə olunub.

Növbəti sınaqlarda taksinin bir neçə manevr edəcəyi və üfüqi uçuş həyata keçirəcəyi gözlənilir.

2025-ci ildən başlayaraq Almaniyanın azı 2 şəhərində uçan elektrik taksilərin kommersiya fəaliyyəti nəzərdə tutulur. Bu taksilər bir saat müddətində uçuş keçirmək qabiliyyətindədir və maksimal sürətləri saatda 300 kilometrədək çatacaq.  /Trend/

Qarabağ separatçıları Köçəryan üçün 1 milyon dram təklif etdi

Qarabağdakı separatçı qurumun keçmiş və indiki rəhbərliyi Ermənistanın eks-prezidenti Robert Köçəryanı həbsdən azad etmək üçün cəhdlərini davam etdirir.

Arkadiy Qukasyan və Bako Saakyan Köçəryan barədə həb qətimkan tədbirinin dəyişdirilməsi üçün məhkəməyə 1 milyon erməni dramı girov təqdim ediblər. Qarabağ klanının başçısını həbsdən azad etmək istəyən separatçıların hərəsi 500 min dram pul qoyub.

Hələlik məhkəmə R.Köçəryanla bağlı qərarını elan etməyib. Xatırladaq ki, bundan əvvəl separatçılar Köçəryanla bağlı Ermənistanın baş prokuroruna da müraciət etmişdilər.   /musavat.com/