Ç. İyn 26th, 2019

15 yaşlı ananın diri-diri basdırdığı körpəsini köpək XİLAS ETDİ

Tailandda bir köpək dünyaya uşaq gətirdiyini ailəsindən gizlətmək istəyən 15 yaşlı ananın diri basdırdığı körpəni xilas edib.

Hadisə ölkənin Ban Nonq Xam bölgəsində baş verib.

Bölgədə yaşayan Usa Nisaixa adlı şəxs torpağı eşən köpəyin yanına gedəndə quyuda yeni doğulmuş bir uşağın olduğunu görüb.

Ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılan körpənin səhhəti yaxşıdır. (teleqraf.com)