Be. İyn 17th, 2019

Gün: May 19, 2019

Atatürk Qurtuluş savaşına gedərkən anası ilə belə VİDALAŞDI

Bu gün Türkiyədə Qurtuluş Savaşının başlanmasından 100 il ötür.  

Türkiyə mediası xəbər verir ki, 19 may 1919-cu ildə Qutuluş savaşına başlayan Qazi Mustafa Kamal Atatürk anası Zübeydə xanımla vidalaşarkən belə vida edib:

“Mən sabah Anadoluya gedirəm, ana. Buralarda nələr olacağı bəlli deyil. Selanikin başına gələnlər buraların da başına gələ bilər. Yurdu mən qurtaracağam. Əlimdən nə gəlirsə onu edəcəyəm. Bu işdə təhlükə çoxdur. Bunu bacara bilməyim daxili rahatlığımdan asılıdır. Məni düşündürməyin, gözüm arxada qalmasın. Məndən ötrü narahat olmayın.  Bu işdə gedib geri dönməmək də var. Haqqını halal et. Məni diqqətlə dinləyin, buralardan ayrılmayın. Hər şey pis olsa belə, bütün pullarınızı xərcləyin. Pulunuz qurtarsa, dəyərli nəyiniz varsa satın. Bir daha deyirəm ki, nə olursa, olsun buralardan ayrılmayın. Bir savaşa gedirəm, bacarmasam, sizi öldürərlər. O zaman mən ölmüş oluram”. (modern.az)

Gerbimizdəki təsvirlər NƏYİ İFADƏ EDİR? – VİDEO – FOTO

Azərbaycanın dövlət rəmzlərinin hər birinin öz tarixi var. Bayrağımızın ilk formaları, yaranması və onun üzərindəki hər bir elementin mənaları haqqında hamımız məlumatlıyıq. Hazırkı dövlət gerbi də müəyyən formalaşma dövrü keçib, ilkin variantlar təklif olunub, sonda ən optimal variant təsdiqlənib. Onun hazırlanması üçün keçirilən müsabiqədə rəssam dizayner Rafiq Məmmədov iştirak edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi ilk andiçmə mərasimini, “Əsrin müqaviləsi” və bir çox beynəlxalq tədbirlərin interyer dizaynının müəllifidir.

Turkustan.info bildirir ki,  AZƏRTAC-a açıqlama verən rəssam dizayner Rafiq Məmmədov qeyd edir ki, 1991-ci ildə Azərbaycan müstəqil olandan sonra gerbin hazırlanması üçün dövlət səviyyəsində müsabiqə elan olunub. Həmin vaxt mindən artıq gerbin eskizi komissiyanın seçiminə təqdim edilib.

Rəssamın sözlərinə görə, o da müsabiqəyə Azərbaycan xalçası ilə bağlı gerb təqdim edib . Xalçalarda simvol tapdığını deyən R.Məmmədov qeyd edib ki, dünyanın əksər gerblərinin üzərində quş şəkili var. Ona görə də müəllif xalçadakı quş şəkillərini gerbə köçürüb. Müsabiqə birinci yeri tutduğunu deyən rəssam gerbin üzərindəki rəmzin təsadüfü olmadığını söyləyir. Onun fikrincə, xalçalarda bir-birinin qarşısında duran quşlar dostluq, bərabərlik rəmzidir.

Lakin 1992-ci ildə müsabiqənin nəticələri ləğv olunub. Gerbin hazırlanması işinə yenidən başlanıb.

Rafiq Məmmədov bildirir ki, yeni müsabiqə təşkil olundu. Sonrakı mərhələdə 1920-ci ildə gürcü rəssam Knyaz Şerşavidze tərəfindən hazırlanan simvol Milli Məclisin müzakirəsinə çıxarılıb. Lakin bu peşəkar rəmzə bənzəmədiyi üçün Milli Məclis tərəfindən qəbul olunmayıb.

Daha sonra ona zəng olunaraq bu simvolun üzərində işləməsi ilə bağlı tapşırıq verildiyini deyən rəssam gerbin geraldika sənətinə uyğun hazırlandığını bildirib.

Müəllifin sözlərinə görə, gerb üzərindəki şəkillərin hamısının mənası var. Məsələn taxıl bolluqdur, palıd möhkəmlikdir, gerbdə, eyni zamanda, bayraq və 8 guşəli ulduz həkk olunub. Gerbin üzərindəki alova oxşayan simvol isə əslində yazıdır. Müəllif qeyd edir ki, məşəl allah sözü ilə əvəzlənib.

Rafiq Məmmədov deyib: “Arxivdə apardığı araşdırmalar zamanı məlum oldu ki, 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin gerbi olmayıb. O zaman Gürcü rəssam Knyaz Şerşavidzeye gerbin hazırlanması tapşırılır. Rusiyada teatr rəsmi olan Şerşavidze rəmzi 1920-ci ildə hazırlayır, ancaq bolşevik işğalı nəticəsində gerb qəbul olunmur”.

120 min Pentaqon əsgəri üçün hazırlıq başladı – ABŞ-ın məqsədi…

ABŞ ilə İran arasında siyasi gərginlik davam edərkən Vaşinqton Tehrana qarşı Körfəz ölkələri ilə əməkdaşlığı genişləndirmək cəhdləri edir.

Ötən gün ABŞ ilə Körfəz Əməkdaşlıq Şurasının hərbi nümayəndələrinin iştirak etdiyi Manama toplantısında Pentaqonun Körfəz ölkələrinin sularında və torpağında yenidən yerləşdiriləcəyi ilə bağlı qərar qəbul olunub.

“Şərkül Əvsat” nəşrinin xəbərinə görə, Səudiyyə Ərəbistanı və bəzi Körfəz Əməkdaşlıq Şurası ölkələri ABŞ qüvvələrini regionda yerləşdirmək tələbini qəbul edib. Xəbərdə o da qeyd olunub ki, ABŞ Tehrana qarşı savaşmaq istəmir, sadəcə “gözünü qorxutmaq” niyyətindədir.

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Donald Trampın İranın işğalı üçün 120 min əsgəri bölgəyə göndərmək istədiyi açıqlanmışdı.

ABŞ daha öncə “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi ilə 4 nüvə potensiallı B-52 bombardman təyyarələrini körfəzə yollamışdı. Pentaqon daha sonra İrandan gələ biləcək hücum ehtimallarına qarşı “Patriot” hava hücumundan müdafiə sistemi və “USS Arlington” amfibiya gəmisini bölgəyə göndərdiyini bildirmişdi.  (publika.az)

4 gündə beyni sıradan çıxaran və dəhşətli xəstəliklər yaradan QİDALAR – FOTO

Gün ərzində qəbul edilən bəzi qidalar beynin sağlamlığına mənfi təsir göstərir. Xüsusilə, beyinə gedən sinir hüceyrələrinin deformasiyasına səbəb olur. Hər bir insanın beynin sağlamlığına mənfi təsir edən bu qidaları tanıması vacibdir.

Sözügedən qidaların 4 gündə yeyilməsi belə onların oqranizmə mənfi təsir etməsinə kifayətdir.

ABŞ-da aparılan bir araşdırmada sınaq iştirakçılarına 4 gün boyunca səhər yeməyində şəkər və kəskin yağlı yeməklər verilib. Daha sonra həmin insanların beyin dalğaları və hərəkətləri müşahidə edilib. Nəticədə məlum olub ki, həmin insanlarda düşünmə və xatırlama funskiyaları getdikcə zəifləyib.

Buna bənzər digər bir araşdırma isə İngiltərədə aparılıb. Burada sınaq iştirakçılarının diqqət və hafizəsi ilə bərabər psixi vəziyyətlərinin də zərər gördüyü ortaya çıxıb. Eyni zamanda, mütəxəssislər artıq çəki və həddən artıq arıq olmağın da beyinə mənfi təsir etdiyini ortaya çıxarıblar. İdeal çəkiyə sahib olmayan insanlarda beyin tamamilə aclıq və ya toxluq hiss edir. Bu da mədəyə gedən sinir hüceyrələrini yanıldır. Beləliklə, ürək infarktı, iflic, diabet, oynaq və mədə-bağırsaq xəstəlikləri ortaya çıxır.

Beyinə 4 gündə zərər verə bilən qidalar

– Günəbaxan yağı istiliklə təmasda olarkən toksiki maddələr istehsal edir ki, bunlar da xolestrola mənfi təsir göstərir. Bu maddələr ürəyə zərər verdiyindən bədəndə qan dövranının normal axınını əngəlləyir. Balanssız qan dövranı sinirlərin sağlam şəkildə beyinə çatmasına mane olur. Beləliklə, beyində sağlam hüceyrələrin sayı azalır.

– Xəmir yeməkləri və şirniyyatların tərkibində yüksək miqdarda karbohidrat olur. Bu da bədəndə artıq yağların yığılmasına səbəb olur. Beyində bəzi neyronlar deformasiyaya uğrayır. Beyindəki neyronlar azaldıqca unutqanlıq kimi narahatlıqlar ortaya çıxır.

– Yarımfabrikat ət məhsulları sinir sisteminə zərər verir. İrəliləyən yaşlarda Alzaymer kimi xəstəliklərin yaranma riski daha çox olur.

– Rəfinə olunmuş şəkər qanda şəkərin miqdarını artırır. Bu maddə beyinə qədər gedib çıxır. Beyindəki şəkər miqdarı artdıqca protein azalır. Bu da sinirlərə mənfi təsir göstərir. Şəkər insanda öyrənmə qabiliyyətini aşağı salır. (publika.az)

Saakaşvilidən tərəfdarlarına hücum əmri

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili “Feysbuk” hesabında video-müraciətlə çıxış edib.

Turkustan.info xəbər verir ki, M.Saakaşvili özünün Vahid Milli Hərəkat Partiyasını və tərəfdarlarını hücuma səsləyib:

“Biz hücum və ancaq hücum etməliyik. Bizi hər dəfə seçkidən məhrum edirlər, seçkiləri saxtalaşdırırlar. İvanişvili hər dəfə fərqli fəndlərə əl atır”.

Qeyd edək ki, bu gün Gürcüstanın beş rayonunda mer, səkkiz rayonunda isə bələdiyyə məclisi aralıq seçkiləri keçirilir.  /Modern.az/

Deputat Pərvin Kərimzadə: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir”

“Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşmasına, qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir”.

Bunu Modern.az-a açıqlamasında deputat Pərvin Kərimzadə deyib. O bildirib ki, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur.

“Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir. Azərbaycan daim ayrı-ayrı xarici dövlətlər, o cümlədən, qonşu ölkələrlə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevin Belçikaya etdiyi işgüzar səfəri də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdiyini göstərdi. Bir daha təsdiq olundu ki, ölkəmiz Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır. Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı Azərbaycanı Avropa İttifaqının etibarlı, məsuliyyətli tərəfdaş kimi qiymətləndirməsi bunu bir daha təsdiq edir”.

Onun sözlərinə görə, təcrübə göstərir ki, müstəqil ölkəmizin ortaya qoyduğu mövqe həm də respublikamızın yürütdüyü xarici siyasətin məzmununu nümayiş etdirir.

“Bu məzmun isə Azərbaycanın siyasi kursunun tamamilə müstəqil olduğunu, milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə qoruduğunu göstərir.

Tarixə nəzər salsaq, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərin TASIS, “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdiyini görərik. 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi isə Azərbaycan-Aİ əlaqələrinin hüquqi bazasını təşkil edir.

Azərbaycan Aİ-nin təşəbbüskarı olduğu beynəlxalq layihələrdə fəal iştirak edib. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması ilə təməli qoyulan əməkdaşlıq bu gün müxtəlif istiqamətləri əhatə etməklə münasibətlərə yeni çalarlar gətirib.

Brüsseldə Prezident İlham Əliyevin Donald Tuskla görüşündə Azərbaycan Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində fəal əməkdaşlığa da toxunulub, ölkəmizin istər Şərq Tərəfdaşlığı çərçivəsində və istərsə də ikitərəfli formatda Aİ ilə yaxından əməkdaşlığı xüsusi qeyd olunub. Həmçinin ölkə Başçısı İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin çox uğurla inkişaf etdiyini və ölkəmizin bu əlaqələrin genişlənməsinə böyük önəm verdiyini diqqətə çatdırıb.

Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyində iştirak edən Prezident İlham Əliyev Azərbaycanın dünyanı, xüsusən də Aİ-ni düşündürən ən vacib məsələyə enerji təhlükəsizliyinə töhfə verdiyini, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunduğunu diqqətə çatdırıb.

Təkcə onu xatırlatmaq yetər ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə Avropa İttifaqı ilk gündən dəstək verib, Azərbaycanla strateji tərəfdaşlığı, ticarət əlaqələrini davam etdirməyə maraqlıdır. Bu mənada, Prezident İlham Əliyevin Brüsselə səfəri, keçirdiyi görüşlər Azərbaycanla Aİ arasında tərəfdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir”-deyə P. Kərimzadə əlavə edib.

Rusiya yeni müharibəyə hazırlaşır, Qərb istiqamətində qoşun cəmləşdirilir

Estoniyanın müdafiə naziri Yuri Luyk Rusiyanın qərb istiqamətində yeni hərbi münaqişəyə hazırlıq gördüyünü bəyan edib.

Turkustan.info Baltik KİV-lərinə istinadən xəbər verir ki, nazir bu barədə keçmiş prezident Lennart Merinin xatirəsinə həsr edilmiş konfransdakı çıxışı zamanı deyib.

Luyk bildirib ki, Rusiya Qərb hərbi dairəsində 2018-ci ildə 7 yeni polk formalaşdırıb. Həmin polklar Estoniya ilə sərhədin cəmi 50 kilometrliyində dislokasiya olunub.

Nazir hesab edir ki, Moskva SSRİ-nin mövcudluğunun son illərində əldən verdiyi qlobal hərbi əhatəni bərpa etməyə çalışır. Müdafiə nazirinin sözlərinə görə, Rusiya yaxın illərdə NATO-nun zəifləyəcəyini hesablayır və öz planlarını bu hesablar üzərində qurur.

Estoniya müdafiə nazirinin sözlərinə görə, belə bir vəziyyətdə Avropada Rusiyaya qarşı sanksiya təzyiqlərinin yumşaldılması meylləri müşahidə olunur ki, bu da narahatlıq doğurur. Luyk deyib ki, Avropa Şurasının Moskvanın bu təşkilatdakı səs hüququnu bərpa etmək niyyətində olması narahatedicidir və belə getsə Rusiyaya qarşı sanksiyaların da ləğv edilməsi gündəmə gətirilə bilər.  /Cebhe.info/

Misr ehramları ətrafında partlayışlar- Terror hücumu

Misirdə, məşhur Gizaehramı ətrafında partlayış baş verib. AFP agentliyinin mayın 19-da polisə istinadla verdiyi məlumata görə, azı 17 nəfər xəsarət alıb. Sky News televiziya kanalının məlumatına görə, onlardan 10-u misirlı, 7-si isə Cənubi Afrikadandılar.

Reuters xəbər verir ki, xəsarət alanların əksəriyyəti turistlərdir. Partlayıcı qurğu, turist avtobusu ətrafdan ötərkən baş verib. Polis və xilasedicilər hadisə yerində iş aparırlar.

Ərdoğan Kılıçdaroğlunun əlini sıxdı

19 May – Atatürkü anma, idman və gənclik bayramı münasibətilə keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə bir araya gəlib.

Turkustan.info xəbər verir ki, tərəflərin əl sıxıb salamlaşması diqqət çəkib.

Rəsmi mərasim Tütün limanı qarşısında keçirilib. Tədbirə rəsmilər, siyasi partiya liderləri qatılıb.

Səudiyyə Ərəbistanı müharibəyə hazırdır

Səudiyyə Ərəbistanı müharibəyə can atmır, lakin istənilən hücuma qətiyyətlə cavab verməyə hazırdır. 

İnterfaks”ın məlumatına görə, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr bəyan edib. 

O, İranı bölgədəki vəziyyəti gərginləşdirməkdə, habelə Birləşmiş Ərəb Əmirliklərində Səudiyyə Ərəbistanına məxsus neft tankerlərinə hücumda ittiham edib. 

“Əgər digər tərəf silahlı qarşıdurma yolunu seçsə, Ər-Riyad tam gücü və qətiyyəti ilə cavab verəcək”, – deyə nazir vurğulayıb.  /oxu.az/

Koçaryan azadlığa buraxıldı, Ermənistan qarışdı – Mitinq təyin edildi

Məhkəmənin eks-prezident Robert Köçəryanı Dağlıq Qarabağın indiki və keçmiş qondarma “prezidentlərinin” müraciəti əsasında zaminə buraxması Ermənistanda siyasi vəziyyəti gərginləşdirib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, ötən gün Köçəryanın həbsdən çıxmasını bayram edən tərəfdarları küçələrə çıxaraq yürüş ediblər. Polis onları müşaiyət edib, amma yürüşə müdaxilə olunmayıb.

Eləcə də Köçəryanın əleyhdarları küçələrə çıxıblar və onun yenidən həbs olunmasını tələb ediblər. Onlar hədələyiblər ki, əgər Baş prokurorluq qərardan protest verməsə və Köçəryan yenidən həbs olunmasa ölkə boyu itaətsizlik aksiyalarına başlayacaqlar.

Yerevanın Azadlıq meydanına toplaşan minə yaxın aksiyaçı oradan Baş prokurorluğun qarşısına yürüş edib və yenidən meydana geri dönüblər. Fəallardan Artur Movsisyan deyib ki, Köçəryanın azad olunması Ermənistanda məhkəmə sisteminin dəyişmədiyini göstərir. O, məhkəmənin qərarını baş nazir Nikol Paşinyana qarşı “sabotaj aktı”  adlandırıb.

“Bu onu göstərir ki, keçmiş siyasi elita hələ də məhkəmə sisteminə təsir edə bilir”-Movsisyan deyib. Əlavə edib ki, bu gün mayın 19-da saat 18.00-da Azadlıq Meydanında keçmiş prezidentin yenidən həbs olunması tələbi ilə mitinq keçiriləcək.

Prokurorluq isə məhkəmənin Köçəryanı zaminə buraxmaq qərarından protest verəcəyini açıqlayıb. Prokuror Petros Petrosyan deyib ki, ittiham tərəfi həbs qətimkan tədbirində isrralıdır, çünki Köçəryan azadlıqda istintaqın gedişinə təsir edə bilər.

Köçəryanın vəkili Ayk Alumyan isə deyib ki, onun zaminə buraxılması qərarından protest verilməsi qanuni deyil və eks-prezident bütün məhkəmə prosesi ərzində azadlıqda qalacaq. Lakin o prokurorun hakimiyyətin təzyiqi ilə qərardan protest verəcəyini gözləyir. Və hesab edir ki, məhkəmə bu protesti təmin etməməlidir.

Gözəl poeziya nümunəsi yaradan şair…

Poeziya romantik düyğuların təcəssümüdür. Mənəviyyata təsir edir, insanı düşündürür, səsə çevriləndə isə ruha sığal çəkir, könül oxşayır. Əslində şair doğulmaq xoşbəxtlikdir. Qısa müddətdə tanınırsan, sevənlərin artır. Bəlkə də ona görədir ki, min illər boyu şair olduğunu sübut etməyə çalışanlar da az olmayıb. Hətta yaşadıqları mühitdə şair kimi qəbul olunanları da çox olub. Doğrudur, əlahəzrət Zaman onların varlığını çoxdan unutdurub, amma seçib bu günümüzə təqdim etdikləri də az deyil. Bəli, xoşbəxt o şairdir ki, yaratdıqları özündən sonra da onu yaşadır. Kim bilir, bəlkə də haqqında söhbət açmaq istədiyim Saday Şəkərlinin də yaradıcılığı nəsildən-nəslə ötürülərək onu əbədiyaşar edəcək, bilmirəm. Amma onu yaxşı bilirəm ki, bu insan sözün əsl mənasında şairdir, gözəl poeziya nümunələri yarada bilib. Onunla tanış deyilik, heç vaxt üz-üzə gəlməmişik. Sadəcə şeirlərindən, bir də haqqında yazılanlardan tanıyıram:

Saday Əsəd oğlu Şəkərov 1959-cu ildə Cəlilabad rayonunun Bəcirəvan kəndində dünyaya gəlib. Səkkizillik məktəbi doğma yurdda bitirdikdən sonra Bakıdakı 18 nömrəli texniki-peşə məktəbində oxuyub. 1976-1980-ci illərdə Bakı sənaye-pedaqoji texnikumunun tələbəsi olub. 1980-1985-ci illərdə Rusiyanın Saratov Kənd Təsərrüfatı Mexanizasiyası İnstitutunda ali təhsilə yiyələnib. 1985-ci ildə “Məhəbbət ağacı” adlı ilk şeirlər toplusu Saratov şəhərində rus dilində işıq üzü görüb. O vaxtdan indiyədək iyirmiyə yaxın kitabı oxucuların ixtiyarına verilib…

Deyib ki:
-“Ay günümü göy əsgiyə,
bükən dünya, düyən dünya.
Qapımı dərd əlləriynən,
gecə-gündüz döyən dünya.

Kim heyrandı cürətimə,
bu quldurun qarəti nə?
Naxış vurub surətimə,
hey içimdən yeyən dünya.

Vədlər ağız sulandırıb,
pir başına dolandırıb.
Dirisini bulandırıb,
ölüsünü yuyan dünya.

Səbr et dedin, kərəm qıldım,
közdüm, kül olub qaraldım.
Hamı kam aldı, mən qaldım,
yiyən ölsün, yiyən, dünya.”

Dünya haqqında çox şeirlər yazılıb. Bəlkə də bu mövzunun yaşı poeziyanın yaşı qədərdir. Onu fərqli biçimdə təqdim etmək özü də bir ustalıqdır.
Bəli, Saday Şəkərli sözdən möcüzə yarada bilir. Onun qələmə aldığı şeirlərin hər biri mükəmməldir. Bunu da o deyib:

“Görün mən nə boyadayam,
nə dərdlər tutur qabım.
Cavabsızdı sualım,
sualsızdı cavabım.

Daşaram, görən olmaz,
coşaram, təbim dəniz.
Hər ləpə bir misramdı,
hər bir mətləbim dəniz.

Bircə şeirdi ruhum,-
canım bircə şeirdi.
Hər damara uyğundur,
qanım bircə şeirdi.

Bütövəm, vətən kimi,
sözüm parça-parçadı.
Dərbənd köhnə kilimdi,
Təbriz qədim xalçadı.

Gün batdı, səf pozuldu,
kəlmə-kəlmə dağıldım.
Qatar-qatar söküldüm,
ilmə-ilmə dağıldım.

Görün mən nə boydayam,
baxanda göz qamaşır.
Bir-bir düşür papaqlar,
fikirlər başdan daşır.

Dərdlərim tünd sirkədi,
çat verir hər gün qabım.
Keflənir hər gün məndə,
bir bəxtəvər əzabım”…

Yaradıcılıq əhval-ruhiyyəylə çox bağlıdır. Hər bir şeir yazılmamışdan öncə ağrı-acıdan, sevincdən, həsrətdən və ya sevgi yanğısından doğulur. Saday Şəkərlinin sevgi şeirlərinə də söz ola bilməz. Deyir ki:

“Gün batdı…
Ömür keçdi…
Gəlib çıxmadı qatar…
Tor basdı gözlərimi, ya dumanlar qatıydı?

Gün batdı…
Ömür keçdi…
Bir batan bir də batar,
Tezdən günün çıxması tanrı mükafatıydı.
Gün çıxdı…
Ömür keçdi…
Axıb, seyrəldi duman,
Damdı həsrətli gözdən göz yaşı xəzəl kimi,
Gün çıxdı…
Ömür keçdi…
Gəlmir könlümə daman,
Gecikir sevdiyim qız, gecikir əcəl kimi.”

Saday Şəkərlinin yaradıcılığı barədə çox deyilib. Yəqin ki, mütəxəsislər bundan sonra da düşündüklərini ifadə edəcəklər. Mən isə uzaqda yaşayan qərib bir oxucusu kimi, onu anladığım tərzdə, sizə təqdim etməyə çalışdım. Söhbətimi onun öz sözləri ilə bitirmək istəyirəm:

“Getdin…
Bir də gələrmiydin,
bir də deyib-gülərmiydin,
nədir sevda bilərmiydin,
bəs nədir məhəbbət, şair?

Yer oxşayıb, göy tutdumu,
bəs dəryalar boy tutdumu?
Sənə də bir toy tutdumu,
bu boyda səltənət, şair?

Sərsəm dünya, veyil dünya,
kürkünü tərs geyir dünya.
Duracaq yer deyil dünya,
bəli şair, əvət şair.

Yol uzaqdır…
Gözünü yum.
Həyat səhra, səhralar qum.
Nə yerdən bir sədaqət um,
nə göydən mərhəmət, şair!”

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Avropanın imtina etdiyi İŞİD məhbusları problemə çevrilib – İraqdan Brüsselə təklif

2014-cü ilin may-iyun aylarından etibarən səhnəyə çıxarılan İŞİD terror təşkilatı, başda Türkiyə olmaqla, Avropa və Afrika ölkələrinin başını ağrıdır. Elə görünür ki, hələ baş ağrıtmağa da davam edəcək.

ABŞ Prezidenti Donald Trampın “İŞİD bitdi!” nidalarını səsləndirməsindən sonra təşkilatın dünyada nəzarət altında saxladığı hər hansı bir bölgə qalmazkən, İŞİD gizli fəaliyyətə keçdi. Daha öncə 7 dəfə öldüyü və ağır yaralandığı iddia edilən təşkilat lideri Əbu Bəkir əl-Bağdadi isə gizli fəaliyyətə keçən tərəfdarlarına sosial media hesabları vasitəsilə mesaj verməyə davam edir.

Ancaq bütün bunlardan daha kritik önəmə sahib olan və həll edilməməsi daha böyük dərdlər yarada biləcək başqa bir problem var: yaralı və sağ ələ keçirilən xarici terrorçular məsələsi həll edilməmiş olaraq qalmaqdadır. Avropa isə Bağdad hakimiyyəti və terror təşkilatı PYD ilə apardığı bazarlığı davam etdirir. İndi İraqda siyasi pərdə arxasında müzakirə edilən xarici döyüşçülərin durumu ilə bağlı məsələ prosesin qeyri-müəyyənliyini ortaya qoyur.

Bildiyiniz kimi, AB ölkələri İraq və Suriyada həbsdə olan İŞİD-ə qatılmış vətəndaşlarını geri almaq, istintaq prosesini öz ölkələrində tamamlamaq istəmir. Ötən aylarda Tramp da Twitterdə belə bir mesaj paylaşmışdı: “İngiltərə, Fransa, Almaniya və digər avropalı müttəfiqlərimizdən Suriyada ələ keçirdiyimiz təqribən 800 İŞİD döyüşçüsünü təslim alaraq mühakimə etməsini istəyirik. İŞİD çökmək üzrədir. Xoş olmayan digər alternativ isə onları sərbəst buraxmaq məcburiyyətində qalmaqdır.”

Xatırladaq ki, İraqda ələ keçirilən terrorçular hökumətin nəzarətində olan həbsxanalarda saxlandığı halda, Suriyada həbsdə olan İŞİD döyüşçüləri YPG/PYD-nin əlindədir.

İndi İraqda 250 min m2 böyüklüyündə, ətrafı tikanlı məftillə sarılmış və müşahidə qüllələri olan, təhlükəsizlik səviyyəsi yüksək bir həbsxana düşünün. Hətta düşünməyin, İraqın belə bir həll planı hazırladığını söyləyək, siz də bilin. Bağdad hakimiyyəti belə bir həbsxana tikdikdən sonra Avropanın qəbul etmək istəmədiyi mühacir döyüşçüləri burada saxlamaq istəyir.

İraq gələn həftədən etibarən AB ölkələrinə öz terrorçuları ilə əlaqədar bir təklif verməyə hazırlaşır. Hətta Almaniya ilə ilk görüşü keçirib.

Təklifin qısa mahiyyəti budur: “Siz avropalılar Suriyada ələ keçirilən, öz vətəndaşınız olan İŞİD döyüşçülərini geri almaq istəmirsiniz, “Həll yolu axtarırıq” bəhanəsilə bizə “Hələlik saxlayın” deyirsiniz. O halda biz bu durumu qəbul edirik. Onlar üçün xüsusi bir həbsxana inşa edəcəyik və xərcini siz çəkəcəksiniz”.

Yalnız xarici döyüşçülərin saxlanması üçün xüsusi olaraq inşa edilməsi planlaşdırılan bu həbsxanada saxlanılacaq hər bir terrorçuya görə Bağdadın 10 milyon dollar tələb edəcəyi iddia edilir. Bununla birlikdə, Bağdad İŞİD döyüşçüləri mühakimə edilərkən Avropa ölkələrinin bu işlərə müdaxilə etməməsini istəyir. Avropalıların bu məhkəmə işlərinə müdaxilə etməsi hallarında, əldə edilən anlaşmanın anında ləğv ediləcəyini və həmin döyüşçülərin ölkədən çıxarılacağını söyləyir. Bax, İraqın əlində olan və Avropanı qorxuya salan kozır budur. Bağdad “Terrorçularınızı geri yollayarıq!” deyir.

Bu təklifə qarşılıq olaraq, Avropa ölkələri də Bağdad hakimiyyəti ilə danışıqlarda əllərinin güclü olduğunu göstərmək üçün terror təşkilatı PKK-nın Suriya qolu olan PYD ilə görüşlər keçirirlər. İlk görüşün Almaniya ilə keçirildiyi bildirilir.

İddia edilir ki, Bağdadın əksinə, PYD Avropa təmsilçiliyi vasitəsilə Almaniya hökumətinə daha məqbul bir təklif verib. Siyasi qaynaqlarımdan aldığım məlumata görə, 17 apreldə PYD-nin həmsədri Ayşə Hesonun rəhbərliyində bir nümayəndə heyəti artıq Berlində bazarlıq üçün masaya oturub belə.

Heso, sözügedən hərbi cinayətkarların, – BMT ilə əməkdaşlıq edilərək, – qurumun Beynəlxalq Cinayət Məhkəməsində mühakimə edilməsini təklif edib. Bu da onların ölüm cəzası alması riskini ortadan qaldırar, dustaqların daha yaxşı şəraitdə saxlanmasını təmin edər. Əlbəttə, qiymətlə bağlı PYD-nin də təklifi var. PYD hər bir İŞİD döyüşçüsü üçün 4 milyon dollar tələb edir və “istəyirsinizsə, İraqdakı məhbusları da gətirin” deyir. “Pulunu verdiyiniz müddətcə, onlara da baxarıq” deyirlər.

PYD hələlik yalnız Almaniya ilə bazarlıq masasına oturub. Lakin məqsədi bəllidir. BMT ilə belə bir anlaşma əldə edərək, həm pul, həm legitimlik, həm də status qazanmaq istəyir. PYD-nin yaxın dövrdə digər Avropa ölkələrini də ziyarət etməsi planlaşdırılır. İraq da Almaniya ilə keçirdiyi ilk görüşünü tamamladı. İndi sırada digər Avropa ölkələri var.

Bu təklif almanlara daxili siyasətdə yumşaq keçidlər baxımından nə qədər məqbul görünsə də, bir əngəl vardır. PYD və YPG nə Almaniya federal hökuməti, nə də BMT tərəfindən bir dövlət olaraq qəbul edilmir. Almaniya XİN-in vəzifəli şəxslərilə keçirdiyim görüşdə onlar “Muxtar kürd administrasiyası adlandırılan qurumla heç bir rəsmi əlaqədən söhbət getmir” deyirlər.

Almaniya ilə əldə ediləcək anlaşma, bir növ, model, yol xəritəsi xarakteri daşıyacaq. Ancaq Berlin Türkiyə hökumətinə hörmət göstərməyə məcburdur. Bu səbəblə, Berlinin PYD ilə BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinə yönəlik bir anlaşma əldə etməsi gözlənilən bir durum deyil. Belə bir anlaşma əldə ediləcəksə, bu, yalnız İraqla mümkündür.

Çetiner Çetin

“Habertürk”, tərcümə Strateq.az-ındır.

Avstriyada siyasi böhran – hakim koalisiyada olan partiyanı rus oliqarx maliyyələşdiribmiş

Avstriya prezidenti ölkədə vaxtındanəvvəl parlament seçkisi keçirilməsini dəstəkləyib. Buna səbəb, son günlər vitse-kansler Haynz Kristian Straç ətrafında qopan qalmaqal olub.

Prezident Alexander Van der Bellen deyib ki, ölkənin nüfuzunu yalnız seçki xilas edə bilər.

Prezident mayın 19-da kansler Çancellor Sebastian Kurzla növbəti addımları müzakirə edib. Kurz bundan əvvəl, mümkün qədər tez parlament seçkisi keçirməyə çağırmışdı.

Bundan başqa o, mayın 18-də Strache-nin rəhbərlik etdiyi qatı-sağçı “Azadlıq partiyası” ilə koalisiyadan çıxdıqlarını bəyan edib. Kütləvi informasiya vasitləri (KİV) qalmaqaldan əvvəl Straçinin, özünü Alena Mayarova adlandıran rus qadınla söhbətini yayıb.

Görüş 2017-ci ilin iyulunda-Straçinin vitse-prezident olduğu seçkiyə 3 ay qalmış İspaniyanın İbiza adasında baş tutub. Makarova dövlət sifarişləri əvəzində onun partiyasının maliyyələşməsinə 250 milyon avro təklif edib.

Mətbuatın yazdığına görə, Makarova “saxta fiqur” olub, amma bunun kimlər tərəfindən təşkil edildiyi bəlli deyil. Jurnalistlər qeyd edirlər ki, Latviya vətəndaşı olan Makarova bir rusiyalı oliqarxın qohumudur.

Straç isə vəziyyəti “dolaşıq sərxoş məsələ” adlandırıb. O artıq tutduğu vəzifə və partiya rəhbərliyindən istefa verib.

Səhiyyə Nazirliyi qriplə bağlı ölkədəki son vəziyyəti açıqladı

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qriplə bağlı son vəziyyəti açıqlayıb.

Mərkəzin direktor müavini Afaq Əliyeva Trend-ə deyib ki, adətən, yazın sonlarında respirator virus infeksiyalarına yoluxma sayı azalır:

“Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa doğru gedir. Hazırda ölkədə qrip xəstəliyi yoxdur”.

A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümü ərzində götürülən müayinə materialları arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümlə nəticələnmə baş verməyib:

“İnfeksion xəstəliklərin ölkəyə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görülür. Hər hansı yüksək temperaturlu şübhəli xəstə olarsa, onların aşkarlanması və izolyasiyası üçün sərhəd məntəqələrində şərait var. Eyni zamanda, yerlərdə də tibb müəssisələri tərəfindən epidemioloji nəzarət tədbirləri aparılır”.

Civəli termometrin sınması niyə qorxulu sayılır?

Civəli termometrin sınması həmişə təhlükəli hesab olunub. Ancaq çoxları içində təhlükəli hesab edilən maddənin olduğu bu əşya sınan zaman nə edilməli olduğunu bilmir.

Turkustan.info xəbər verir ki, bu metal ağır və maye formasındadır. Asanlıqla nəfəslə orqanizmə sovrulur. Bu zaman civə zəhərlənməsi deyilən qorxulu hal yarana bilər. Civə ilə zəhərlənmə zamanı ən çox sinir sistemi və böyrəklər zədələnir.

Termometr sınan zaman isə içərisindəki civə otaq şəraitində asanlıqla buxarlanır. Evdə termometr sınsa, bu qaydalara əmək etmək vacibdir: uşaqları həmin otaqdan çıxartmaq, tez bir zamanda otağın havasını dəyişmək, civəni içində su olan ağzı bərk bağlanan qaba yığmaq (əllə civəyə toxunmaq olmaz).

Civəni şprisdən istifadə edərək yığmaq olar. Daha sonra qaba boşaldıb ağzını möhkəm bağlamaq lazımdır. Civəni yığmaq üçün tozsoran və süpürgədən istifadə etmək olmaz! Bunları edə bilmədikdə isə Fövqəladı Hallar Nazirliyi və Toksikologiya mərkəzi ilə əlaqə saxlamaq lazımdır.

Civə evdə qaldıqda buxarlanıb zəhərlənmə verə bilər, ona görə yuxarda qeyd etdiklərimizə riayət etmək vacibdir! /Axar.az/

Azərbaycana neçə bal verdilər? – Ölkələr üzrə siyahı

İsrailin Təl-Əviv şəhərində keçirilən “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsi başa çatıb. Yarışmanın qalibi 492 xalla Hollandiya təmsilçisi Dunkan Lourens olub. Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə 297 xalla 7-ci yerdə qərarlaşıb.
Azərbaycana səs verən Avropa ölkələrinin xallarını təqdim edirik. Qeyd edək ki, bu xallar peşəkar münsif heyəti səsverməsinin nəticələridir.
– Portuqaliya– 8 xal,
– Malta – 8 xal,
– Şimali Makedoniya – 4 xal,
– San Marino – 4 xal,
– Esyoniya – 5 xal,
– Polşa – 2 xal,
– Norveç – 5 xal,
– İspaniya – 7 xal,
– Avstriya – 4 xal,
– Böyük Britaniya – 7 xal,
– İtaliya – 7 xal,
– Albaniya – 8 xal,
– Macarıstan – 5 xal,
– Moldova – 6 xal,
– İrlandiya – 7 xal,
– Rumıniya – 10 xal,
– Kipr – 6 xal,
– Avstraliya – 2 xal,
– Rusiya – 12 xal,
– İsveç – 5 xal,
– Litva – 10 xal,
– Serbiya – 3 xal,
– İslandiya – 4 xal,
– Gürcüstan – 10 xal,
– Yunanıstan – 8 xal,
– Latviya – 6 xal,
– Çexiya – 5 xal,
– Danimarka – 4 xal,
– Fransa – 6 xal,
– Finlandiya – 2 xal,
– Sloveniya – 10 xal,
– İsrail – 7 xal.
Ümumilikdə, peşəkar münsif heyətinin səsverməsi Azərbaycana 197 xal, televiziya tamaşaçıları isə 100 xal qazandırdı. Nəticədə Azərbaycan təmsilçisi Çingiz Mustafayev 297 xalla 7-ci yerdə qərarlaşdı.

Türkiyə və Rusiya birgə S-500 istehsal edəcəklər

Türkiyə Rusiya ilə birlikdə S-500 hava hücumundan müdafiə sistemləri istehsal edəcək.

Turkustan.info “Daily Sabah” nəşrinə istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir bəyanatı İstanbulda gənclərə görüşü zamanı edib.

Prezident eyni zamanda qeyd edib ki, Ankaranın həm Rusiyanın S-400 sistemlərini, həm də ABŞ-ın F-35 təyyarələrini əldə edə biləcəyinə əmindir.  /Oxu.Az/