Ça. İyn 18th, 2019

“Alyans” “viki”çiləri təltif etdi

“Alyans” Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin əməkdaşları “Fəxri Fərman”la təltif edib.

Mərkəzin könüllüləri tərəfindən Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 100-cü ildönümü ilə bağlı “Vikipediya”da Cümhuriyyət zamanında kəşfiyyat və əks-kəşfiyyat bölməsində, müasir dövrdə isə Azərbaycanın xüsusi xidmət orqanlarında, dövlətçilik tariximizdə ləyaqətlə xidmət edən insanlar haqqında məqalələr yaradılıb.

“Fəxri Fərman”ı “Alyans” rəhbərliyi adından “Trend” İnformasiya Agentliyinin direktor müavini,”Alyans” Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyi üzvü,tanınmış politoloq Arzu Nağıyev təqdim edib.

Arzu Nağıyev çıxışında “viki”çiləri gördükləri fəaliyyətlərinin əhəmiyyətini vurğulayaraq təbrik edib və onlara uğurlar arzulayıb.

“”Alyans”ın rəhbəri istefada olan polkovnik Şamil Süleymanov sizlərin fəaliyyətini təqdir edərək, mərkəzin könüllülərini “fəxri fərman”la təltif edib.

Ümumiyyətlə, Azərbaycan tarixi,mədəniyyəti və s. mövzularla bağlı böyük işlər görürsünüz. Milli yaddaşımızın zənginləşməsində mərkəzin fəaliyyət əvəzsizdir”, – deyə Arzu Nağıyev əlavə edib.

AMEA MEK-in direktor müavini Elnur Eltürk kitabxananın rəhbərliyi adından “Alyans”ın rəhbərliyinə və üzvlərinə öz təşəkkürünü çatdırıb.

Paylaşılıb
CrestaProject