Ca. İyn 27th, 2019

Dolu Zaqatalanı viran qoydu: 500 maşın, onlarla ev və bina… – FOTOLAR

Dünən axşam saat 10 radələrində başlayan güclü külək və dolu yağışı Zaqatala rayonunda ağır fəsadlara yol açıb.
Turkustan.info Bakupost.az-a istinadən məlumatına görə, güclü dolu yağışı rayonda 500-dən çox maşına ciddi ziyan vurub.
Güclü külək nəticəsində bir sıra fərdi yaşayış evlərinin və obyektlərin dam örtükləri uçub. Xeyli ağac kökündən çıxıb və ya qırılıb.  Rayonun böyük hissəsi işıqsız qalıb.
Bildirilir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dolunun yaratdığı fəsadları aradan qaldırmaqla məşğuldur.