Ça. İyn 18th, 2019

Şuşa şəhər uşaq incəsənət və musiqi məktəblərinin hesabat konsertləri keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Şuşa rayon uşaq incəsənət və musiqi məktəblərinin hesabat konsertləri keçirilib.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şuşa rayon Niyazi adına uşaq incəsənət məktəbinin “Yaddan çıxmaz Qarabağ” adlı konserti keçirilib.

Konsertdə məktəbin şagirdlərinin ifasında muğamlar, xalq və bəstəkar mahnıları dinlənilib. Həmçinin məktəbin xor kolektivinin və “Təbəssüm” rəqs qrupunun çıxışı tamaşaçilar tərəfində maraqla qarşılanıb. Sonda tədris ilində fərqlənən müəllim və şagirdlər fəxri fərmanla təltif olunublar.

Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda Şuşa rayon Bülbülcan adına uşaq musiqi məktəbinin konserti keçirilib.

Konsertdə Azərbaycan Bəstəkarlar Ittifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Şuşa rayon icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, bəstəkarlar və digər   qonaqlar iştirak ediblər.

Tədbirdə məktəbin şagirdləri xalq mahnılarını, muğamları, Azərbaycan və xarici bəstəkarların əsərlərini məharətlə ifa ediblər.

Sonda konsertdə iştirak edən tədris ilində fərqlənən müəllimlər və şagirdlər fəxri fərmanla təltif olunublar.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Paylaşılıb
CrestaProject