Ça. İyn 18th, 2019

Fuad Abbasovun həbsinin arxasındakı gizli məqamlar – ŞOK İDDİA

“Moskvada yaşayan Azərbaycanın qeyrətli oğulları Fuad Abbasovdan ötəri onun saxlandığı yerə, Moskva vilayətinin Korolyov şəhərinə gediblər. Orada həmin gün polis idarəsində olan növbə rəisi onlara deyib ki, Fuad sifariş əsasında həbs olunub”.

Bunu tarixçi-alim Dilavər Əzimli deyib.

O, həbs edilərkən azərbaycanlı jurnalistin haqlarının kobud formada pozulduğunu bildirib:

“Ondan qanunsuz olaraq telefonu müsadirə ediblər. Qalanını da hər birimiz bilirik. Bunları həmin növbə rəisi deyib. Buradan belə çıxır ki, Fuadı bizim orada olan erməniqarışıqlar və Rusiyaya satılan əclaflarımız zərərsizləşdirmək istəyirlər. Əslində, növbə rəisi sonda dedikləri ilə buna işarə edir.

Neçə vaxt idi ki, orada bizim diasporada baş verənlərdən, erməni əsilli və qızını da erməniyə verən, amma azərbaycanlı olan insanın əməllərindən yazırdılar. Bu yaxınlarda orada yeni komitə quruldu, onlar da Fuada qarşı təbliğata keçdilər.

Çünki Fuad milli qüvvədir, ona qarşı olanlar isə Rusiya və Ermənistan xüsusi xidmət orqanları ilə ilşkiləri olanlardır. Onlar çalışırlar ki, Moskvada Qarabağ adı səsləndirilməsin, Fuad kimi insanlar Moskva efirlərində Qarabağla bağlı erməniləri susdurmasın”. (teleqraf.com)

Paylaşılıb
CrestaProject