Ça. İyn 18th, 2019

“Paşinyan Azərbaycana mesaj verir ki, istənilən vaxt hücuma keçə bilərsiz…”

“Baş nazirdən savayı  müharibənin başlamasına oynayan başqa bir güc görmürəm…”

Son günlər Ermənistan ictimai-siyasi dairələrində,  KİV-də, xüsusən Rusiyameylli nəşrlərdə hazırkı baş nazir Nikol Paşinyana qarşı ciddi basqı var. Onu işğalçı ölkə hakimiyyətini sarsıtmaqda, Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməkdə, birinci prezident L.Ter-Petrosyanın siyasi xəttinə və göstərişlərinə uyğun olaraq Qarabağı Azərbaycana təslim etmək cəhdlərində suçlayırlar.
Qatı anti-türk mövqeləri ilə seçilən politoloq, Ermənistan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qrant Melik Şahnazaryan yerli saytlardan birinə müsahibəsində Paşinyan barədə bunları deyib:
“Əgər Nikol Paşinyan hansısa pərdəarxası qüvvələrin sonradan məğlubiyyətin günahını Ermənistan hakimiyyətinin üzərinə qoymaq məqsədilə Qarabağa qarşı müharibə törətməyə  çalışdıqlarını yenidən bəyan edirsə,  o ya  yalan danışır,  yaxud da özünün haqqında danışdığı bu təhlükələrə qarşı cinayətkarcasına laqeydlik nümayiş etdirir.  Mən ilk varianta üstünlük verirəm,  çünki iki erməni dövlətində Paşinyandan savayı  müharibənin başlamasına oynayan başqa bir güc görmürəm.   Təəssüf ki, bu işlə məşğul olan, Ermənistanda müharibəni  qızışdıranları axtararkən Azərbaycana rahat hücum edə bilməsi  üçün açıq bir mesaj verən ölkə başçısı- Paşinyanın özüdür…”  (moderator.az)
Paylaşılıb
CrestaProject