Ça. İyn 18th, 2019

Şagirdlər üçün yay düşərgəsi neçəyə başa gəlir? – Video

Tətildə övladlarının vaxtlarını daha səmərəli keçirməsi və istirahətini təşkil etmək üçün bir sıra valideynlər onları yay düşərgələrinə göndərir.

Turkustan.info-nun Xəzər Xəbər-ə istinadən məlumatına görə, Sovet dövründə məktəblilərin böyük əksəriyyəti istirahətinin vahid qaydada təşkil olunan yay düşərgələrində keçirirdisə, indi vəziyyət fərqlidir. Hazırda yay düşərgələri daha çox özəl şirkətlər tərəfindən həyata keçirilir. Qiymətlər isə 14 gün üçün 500 manatdan başlayır.

Düşərgələrə daha çox aşağı sinif şagirdləri müraciət etdiyindən təhlükəsizlik məsələləri də xüsusi önəm kəsb edir. Yay düşərgələri təşkil olunarkən əsas üstünlük şagirdlərin dil bilgilərinin inkişaf etdirilməsinə, idman və istirahətlə yanaşı biliklərinin artırılmasına verilir.

Yay istirahətini bölgələrdəki düşərgələrdə keçirənlərlə yanaşı xaricə üz tutanlar da az deyil.B urda isə valideynlər övladlarını daha çox Avropa ölkələrinə göndərməyə üstünlük verirlər.

Onu da qeyd edək ki, dövlət müəssisələrində də düşərgələr təşkil olunur. Burda da şagirdlərin vaxtlarını daha səmərli keçirməsi üçün qoruqlara ekoloji turlar və tarixi abidələrə ekskursiyalarla yanaşı xarici dil kursları təşkil olunur.

 

Paylaşılıb
CrestaProject