Be. İyn 17th, 2019

Ankarada AGAH-ın təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti tanıdıldı

Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi (AGAH) İctimai Birliyi, Yurtdışı Türklər və Qohum Topluluqlar Başqanlığı (YTB) və Ankara Sosyal Bilimlər Universiteti (ASBÜ) ilə birlikdə “Könül Coğrafiyası” adlı iftar proqramı təşkil etdi.

Tədbirdə ASBU rektoru Prof.Dr. Mehmet Barca, YTB Başkan yardımcısı Sait Yusuf, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin 1. Katibi Ramil Qurbanov, T.B.M.M. Ordu Millət vəkili Metin Gündoğdu, T.B.M.M. Iğdır Millət vəkili Yaşar Karadağ, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı sabiq səfiri Hulusi Kılıç, Ankarada təhsil alan gənclər və 20-dən çox ölkədən 250 nəfərdən artıq beynəlxalq tələbələr iştirak etdi.

Axşam əzanının oxunması ilə birlikdə iftarını açan qonaqlara AGAH tərəfindən hazırlanan Azərbaycan mətbəxinin “şah əsəri” sayılan Şah Plov təqdim edildi.

Azərbaycan və Türkiyə Respublikasının dövlət himnlərinin ozunması ilə başlayan tədbirdə açılış nitqi ilə çıxış edən AGAH İctimai Birliyinin sədri Təbriz Raufoğlu, “Könül Coğrafiyası” Azərbaycan iftar proqramına gələn bütün qonaqları salamladı.

Dünyanın müxtəlif ölkələrindən gələn beynəlxalq tələbələrə Azərbaycanı tanıtmaqdan olduqca məmnun olduğunu qeyd edən AGAH sədri, yeganə arzusunun növbəti belə iftar proqramlarının Azərbaycanın işğal altında olan torpaqlarında, Şuşada və başqa rayonlarda keçirmək olduğunu vurğuladı.

Tədbirdə çıxış edən qonaqlar da Türkiyə-Azərbaycan ikili münasibətlərindən danışaraq, iki ölkənin artıq sadəcə qardaş deyil, əkiz qardaş dövlətlər olduğunu vurguladılar. Çışıx edən qonaqlar ramazan ayı münasibətilə keçirilən bu kimi iftar proqramlarının ölkələrin tanıdılması, gənclərin müxtəlif mədəniyyətlər ilə tanışlığı və ən əsası ramazan ayının hüzur və bərəkətinin birlikdə yaşanılması və yaşadılmasından ötürü olduqca vacib olduğunu qeyd etdilər.

İftar proqramından sonra keçirilən bəddi hissədə Azərbaycan haqqında tanıtım filmi nümayiş etdirildi. AGAH-ın xüsusi videoçarxlarla təqdimatı həyata keçirildi. Masalara yerləşdirilən Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi məlumat xarakterli materiallar dəvətlilərin diqqətini çəkdi və bütün qonaqlar müvafiq məlumatları incələdilər.

AGAH-ın dəvəti əsasında tədbirə qatılan HAZAR Azerbaycan Halk Dansları Derneğinin rəqqasları Azərbaycan milli rəqslərini nümayiş etdirdilər.

 

 

 

 

Paylaşılıb
CrestaProject