Ç. İyn 26th, 2019

Azərbaycanda AĞLAGƏLMƏZ HADİSƏ – 30 yaşlı şəxs faciəvi şəkildə öldü

Tikinti aparılan ərazidə krandan qırılan tros fəhlənin üzərinə düşüb.

Hadisə Abşeron rayonu Məhəmmədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Yeddi gözəl” yaşayış kompleksində tikinti işləri aparılan zaman krandan qırılan tros orada çalışan 1989-cu il təvəllüdlü Taleh Tağıyevin üzərinə düşüb.

Nəticədə fəhlə aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (report)