Ca. İyn 27th, 2019

Lənkəranda #e-vətəndaş proqramının təqdimatı keçirilib

Bu gün Lənkəran Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS Xidmətə daxil olan e-vətəndaş proqramının təqdimatı keçirilib.

Turkustan.info xəbər verir ki, Şuranın Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edərək e-vətəndaş proqramı barədə ətraflı məlumat verib və vətəndaşları QHT layihələrininin qiymətləndirilməsi prosesində fəal iştiraka çağırıb.

Lənkəran şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı və Lənkəran Dövlət Universitetinin tədris işləri üzrə prorektoru İdrak Əsgərov da çıxışlarında e-vətəndaş xidmətinin əhəmiyyətini vurğulayıblar.

Tədbirdə e-vətəndaş xidmətindən istifadə qaydalarıyla bağlı video təlimat nümayiş etdirilib.

 Lənkəranda #e-vətəndaş proqramının təqdimatı keçirilib
Lənkəranda #e-vətəndaş proqramının təqdimatı keçirilib