Ç. İyn 19th, 2019

Alimlər pivə haqqında İNANILMAZ FAKTI açıqladı

Alkoqol adətən baş ağrısı ilə assosiasiya edilir. Ancaq Qrinviç və İngiltərə Universiteti tərəfindən keçirilmiş tədqiqata əsasən, bir yarım litr pivənin istifadəsi bütovlükdə baş ağrısı və ümumilikdə ağrını əhəmiyyətli dərəcədə azaldır.

Xarici mətbuat xəbərlərinə görə, araşdırmanın nəticələri “Ağrı” jurnalında dərc olunub. İddia olunur ki, pivə paratsetamol kimi dərmanlardan daha effektiv təsir göstərir.

Alkoqolun ağrıkəsici təsiri

Qrinviç Universitetinin alimlərinin apardığı araşdırmada 404 nəfər iştirak edib. Araşdırma rəhbəri Trevor Tompson bildirib ki, bəlli miqdarda alkoqol istifadəsi analjezik (ağrıkəsici) təsir göstərir və ağrını azaldır. Onun bu, təsiri “kodein” preparatı ilə eynidir.

Tədqiqata əsasən, qanda alkoqolun 0,08% artması ağrıya dözümlülüyü artırır və nəticədə, ağrının intensivliyini azaldır.

Tədqiqatçıların bu nəticələri həmçinin alkoqolizmin səbəbini izah etmək üçün yeni bir yol ola bilər. T.Tompson daha sonra sözlərinə belə davam edib:

“Uzun müddətli sağlamlıq təsirlərinə baxmayaraq, bu fakt daimi ağrıdan əziyyət çəkən insanlar arasında alkoqoldan sui-istifadəni izah edə bilər”.

Tədqiqatçılar bu kəşfdən sonra alkoqolun təsirini əks etdirən, eyni zamanda onun uzunmüddətli mənfi təsirlərinə malik olmayan bir ağrıkəsici hazırlamağa ümid edirlər:

“Əgər biz heç bir əks göstərişləri olmayan dərman hazırlamağa müvəffəq olsaq, indikindən daha yaxşı potensial ağrıkəsici əldə edəcəyik”. (publika.az)

Paylaşılıb
CrestaProject