Ca. İyn 27th, 2019

Hansı spirtli içki arıqladır? – Alimlərdən ŞOK ARAŞDIRMA

İddialara görə, alkoqol köklüyə səbəb olur. Lakin yeni tədqiqatlar göstərir ki, tekila arıqlamaq üçün faydalı ola bilər.

Xarici mətbuat xəbərlərinə görə, bu, Meksika içkisinin fanatları üçün şad xəbərdir.

Qanda qlükozanın səviyyəsinə tekilanın təsirini öyrənən Amerika Kimya Cəmiyyətinin məlumatına görə, bu içki aqava adlanan bitkidən hazırlanır. Bitki tərkibindəki şəkər aqavinami adlanır (aqavalı siropla qarışdırmayın) və bədən tərəfindən sovrulmur, odur ki, qanda şəkərin səviyyəsini yüksəltmir.

İddia olunur ki, aqava 2-ci tip şəkərli diabet xəstələri üçün də faydalı ola bilər.

Əlbəttə, bu, o demək deyil ki, dərhal mağazaya qaçmaq və tekila almaq lazımdır. Amma indi siz dəqiq biləcəksiniz ki, kökəlməmək üçün hansı kokteyl sifariş etmək olar. (publika.az)