Ca. İyn 27th, 2019

İranda fotoqraf selfi çəkdirdiyi zaman imamı qətlə yetirib – QƏDR GECƏSİNDƏ

İranın cənubunda yerləşən Fars vilayətinin Kazerun rayonununda imam Məhəmməd Xorsənd soyuq silahla qətlə yetirilib.

Bunu İranın Fars vilayəti hüquq-mühafizə orqanının rəis müavini polkovnik Kavus Məhəmmədi deyib.

K.Məhəmmədinin sözlərinə görə, imam Qədr gecəsi mərasimindən geri dönən zaman mənzili qarşısında bıçaqlanıb.

İmam xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Polis polkovniki qatilin saxlanılması üçün əməliyyatın keçirildiyini bildirib:

“Qatil fotoqraf olub. O, ruhani ilə selfi çəkdirməyə israr edib və şəkil çəkdirərkən onu bıçaqlayıb”.

Xatırladaq ki, aprel ayında İranın Həmədan vilayətində bir ruhani odlu silahla qətlə yetirilib. (Trend)