Ç. İyn 19th, 2019

Zelenski gözlənilmədən SOCAR məntəqəsinə gəldi – Dönər yedi (FOTOLAR)

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski qeyri-standart davranışları ilə insanların diqqət mərkəzindədir. Yeni prezidentin bu qəbildən olan növbəti hərəkəti azərbaycanlılar üçün maraqlı hesab oluna bilər.

Turkustan.info xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu gün Borosil yolu ilə hərəkət edərkən onu müşayiət edənlərlə birlikdə yol kənarında Azərbaycan Dövlət Veft Şirkətinin – SOCAR-ın yanacaqdoldurma məntəqəsində dayanıb.

Ukrayna Prezidenti məntəqədə dönər alaraq yoldaşları ilə birlikdə yeyib. Prezident Adminstrasiyasının rəhbəri Andrey Boqdan da Ukrayna lideri ilə birlikdə olub.

 

Fotolar Ukraynada yaşayan azərbaycanlı jurnalist Emil Hüseynlinin Facebook səhifəsindən götürülüb

Paylaşılıb
CrestaProject