Ç. İyn 19th, 2019

ADAU-nun rektoru Tovuz məktəbliləri ilə görüşüb

“Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində Tovuz rayon məktəbliləri ilə keçirilən görüşdə təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov iştirak edib. Bu cür görüşlər artıq silsilə xarakteri alıb və orta məktəb məzunlarına ixtisas seçimində kifayət qədər yardımçı olur.
Tovuz rayonunda buraxılış sinif şagirdləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən bu görüş də maraqlı olub, bir sıra suallara aydınlıq gətirilib. Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. Görüşdə rektor İbrahim Cəfərov ölkədə aqrar sahənin inkişafından və aqrar təhsilə dövlət qayğısından danışıb, ölkə iqtisadiyyatının bir hissəsini kənd təsərrüfatı təşkil etdiyini bildirib. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğunu diqqətə çatdırıb.
ADAU-nun məsul katibi Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıb ki, 
Universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin Telman Musayev abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında da ətraflı məlumat verib.
Görüşdə universitetdə kənd təsərrüfatında prioritet sayılan mütəxəsssis hazırlığında mövcud ixtisaslardan, dünya standartlarına cavab verən maddi texniki bazadan geniş söhbət açılıb.

Paylaşılıb
CrestaProject