Ca. İyn 27th, 2019

Nadir Qafarzadə türklərə ərə gedən qızlardan görün NƏLƏR DEDİ – ŞOK SÖZLƏR/VİDEO

Müğənni Nadir Qafarzadə türkiyəli kişilərə ərə gedən qızlara irad bildirib.

Sosial şəbəkədə türkiyəli qızlar arasında “Azərbaycanlı oğlana ərə gedərsiniz?” sorğusunu paylaşan sənətçi onların ailə dəyərlərini bəyənmədiyini etiraf edib.

Daha sonra əlavə edib ki, əcnəbi vətəndaşla ailə quran qızlar xoşbəxt olmurlar: “Türkiyəli qadınların çoxu təkəbbürlüdür. Onların ailələrində ər arvaddır, arvad ər. Yəni qadının sözü daha keçərlidir. Türkiyəli kişilərin bizim qadınlarla evlənməsinə səbəb bizim qadınlarımızın üzüyola olmalarıdır. Yəni “qapazı vur, çörəyini al əlindən” məsələsi.

Bizim bəzi sadəlövh “qızlarımız” fərq etməz, təki ər olsun deyə, gedirlər. Bir-iki ildən sonra qucaqlarında uşaqla atılırlar. Hətta çoxundan uşağı alıb yola salırlar. Atalar yaxşı deyiblər, ucuz ətin şorbası olmaz. Yaxşılardan uzaq”. (publika.az)