Ça. İyn 18th, 2019

Gün: İyun 1, 2019

Cinayət cəzasız qalanda, yoxsa Lətif Nəbiyev sindromu?!

Son illərin ən acı reallıqlarındandır ki, bəzi vəzifəli şəxslər dövlət tərəfindən onlara etibar edilən vəzifələrdən, hakimiyyət səlahiyyətlərindən yalnız qazanc mənbəyi, şəxsi istəklərinin təminatı və digər mənfi halların həyata keçirilməsi üçün istifadə edirlər.
Ən ağrılısı da odur ki, ağır cinayətlərdə iştirak edib vəzifələrindən atılmışların bir çoxu heç bir cəza almadan cəmiyyətdə arın-arxayın gəzib öz çirkin əməllərini davam etdirirlər. Neçə aylardır ki, sosial şəbəkələrdə, müxtəlif saytlarda və mətbuat orqanlarında Kəlbəcər rayonunda doğulmuş, hazırda Rusiya vətəndaşı olan, Abşeron rayonu Saray qəsəbəsi N.Nərimanov kücəsi ev 5-də qeydiyyatda olub orada yaşayan Abdullayev Rüstəm Həbib oğlunun hüquq-mühafizə orqanlarına, ali dövlət qurumlarına, xüsusilə Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri cənab Fuad Ələsgərova ünvanlanmış şikayət məktubu dərc edilir. O, ali dövlət qurumlarına üz tutaraq özünün əvvəllər hakim işləmiş Lətif Nəbiyev tərəfindən aldadılaraq külli miqdarda pulunun ələ keçirilməsi barədə haray çəkir, özünün pozulmuş hüquqlarının təmin edilməsini xahiş edir. Ancaq çox təəssüflər olsun ki, onun şikayətinə səs verən tapılmır.
Ölkə Prezidenti son çıxışlarında bir sıra məmurların vətəndaşların problemlərinə və şikayətlərinə biganə yanaşmaqlarından ciddi narazılığını bildirir və bu məsələni diqqətdə saxlayacağını xüsusi vurğulayır. Ümid edirik ki, Rüstəm Abdullayevin illərdən bəri davam edən şikayətləri çox yaxın zamanlarda ölkə prezidentinin də diqqətini cəlb edəcək və günahkarlar cəzasını alacaqlar. Ancaq bir məqam bizi olduqca narahat edir ki, necə olur ki, dələduzlar, işbazlar, vəzifə kürsüsünü dədəsinin mülkü hesab edən antipodlar məsul dövlət vəzifələrinə yol tapır və sonradan insanlara böyük problemləri yaşadırlar. Axı Rüstəm Abdullayevə problemlər yaşadan Lətif Nəbiyev də sıradan sadə birisi olmayıb. O, əvvəllər Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində, daha sonra isə Bakı şəhəri Suraxanı rayon məhkəməsində hakim işləyib. O, dövlətin ona etimad etdiyi bu səlahiyyətli dövlət vəzifəsində üzərinə düşən vəzifələri vicdanla icra etmək əvəzinə hakim mantiyasının arxasında gizlənərək dələduzluqla, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məşğul olub. Sonradan haqqında çoxsaylı şikayətlər, etirazlar ortaya çıxanda isə törətdiyi qanunsuz hərəkətlərin bədəli olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə işdən azad olunub. Lətif Nəbiyev hazırda hakim səlahiyyətindən mərhum olsa da, onun qanunsuz əməlləri, cəzasını almadığı cinayətləri bu gün də davam edir.
Görəsən məsul qurumlar narahat olmurlarmı ki, niyə onun hakim mantiyasındakı cinayətkar əməllərinə mütləq Prezident işə qarışandan sonra son verilməliydi. Narahatlıq doğuran daha bir məqam da ondadır ki, vaxtilə Lətif Nəbiyevin təmsil olunduğu məhkəmə sisteminə nəzarət edən dövlət qurumları bu başabəla “hakim”in törətdiyi cinayətlərə vaxtında reaksiya verməmələri üzündən onun bəd əməlləri bu gün də davam edir. Rüstəm Abdullayev Lətif Nəbiyevin qurbanlarından biridir. L.Nəbiyevin Rüstəm Abdullayevin başına gətirdiklərini bir daha yada salmaq istəyirik. O, öz başına gələnlər barədə Fuad Ələsgərova ünvanladığı ərizəsində yazır: “Lətif Ədil oğlu Nəbiyevlə 2008-ci ildə onun qohumları vasitəsi ilə tanış olmuşam. Sonra hər dəfə Bakı şəhərinə gələndə Lətif Nəbiyevlə görüşmüşük, onunla normal münasibətlərimiz olmuş, söhbət zamanı o mənim Rusiyada bizneslə məşğul olmağım bilmişdir. 2012-ci ilin may-iyun aylarında Lətif Nəbiyevlə bir yerdə olduğumuz zaman o, mənə bildirdi ki, Azərbaycanda tikinti-inşaat işləri aparmaq niyyətindədir, bunun üçün müəyyən avadanlıq alması lazımdır, lakin onun buna maddi imkanı çatmır. Ona təcili pul lazımdır. O, biznesi yaxşı bacarır, onun boyük gəlirləri olacaq və mənim ona verəcəyim pulu da tez bir müddətdə qaytaracaqdır”.
Beləcə sadəlövh Rüstəm peşəkar işbaz Lətifin qurbanına çevrilir. Min bir zəhmətlə Rusiyada qazandığı pullarını Lətif Nəbiyevə verir. Rüstəm Abdullayevin ərizəsindən daha bir neçə fraza: “Mən onunla uzun bir müddət ərzində tanış olduğuma görə ona inanırdım. Ona görə də Lətif Nəbiyevin göstərişi ilə onun qaynı Sadıqla birlikdə Bakı şəhərindəki banklardan birinə gedib Lətif Nəbiyevin mənə qabaqcadan vermiş olduğu bank hesabına 20.000 ABŞ dolları məbləğində pul köçürdüm. Lətif Nəbiyev dediyi vaxtda işə başlamadı. Mən ona bu barədə xəbərdarlıq etdikdə, o mənə dedi ki, sənədləşmə işlərində bir az ləngimə var, ona görə işə başlama ləngiyir. Mən ona narazılığımı bildirərək, işlərimin dalınca Rusiya Federasiyasına qayıtdım. 2012-ci ilin avqust ayında mən Rusiyada olan zaman Lətif Nəbiyev mənə zəng edərək işə başlamaq üçün əlavə pul lazım olduğunu bildirdi. Mən yenə ona inanaraq Lətif Nəbiyevə ilkin olaraq 2000 ABŞ dolları pul göndərdim. Sonra yenə Lətif Nəbiyev biznes işlərinin normal getdiyini, işlərin yaxşı olacağını bildirərək məndən yenə pul istədi. Həm də o mənə deyirdi ki, işləri çox yaxşı olacaq, məni də bu işə ortaq edəcək, ona verəcəyim puldan da artıq mənə pul qazandıracaqdır. Mən yenə də də ona inandım. Ona görə də Gəncə şəhərində yaşayan qardaşım Uğurluya zəng edərək pul tapıb Lətif Nəbiyevə çatdırmasını bildirmişəm. Qardaşım Uğurlu da hissə-hissə olmaqla Lətifə iki ay müddətində 28.000 ABŞ dolları pul vermişdir. Lətif Nəbiyev bu pulları alan zaman mənə bildirirdi ki, pulların hamısını 2012-ci ilin oktyabr ayının 20-nə kimi qaytaracaqdır. Hətta mənə əlavə pul da verəcəkdir. Lətif Nəbiyev mütəmadi olaraq mənimlə telefon əlaqəsi saxlayırdı və həmişə də mənə işlərinin yaxşı getdiyini, hər şeyin super olacağını deyirdi. 2012-ci ilin oktyabr ayının 20-dən sonra mən daimi olaraq ona zəng edərək pulu qaytarmasını tələb edirdim. Bu minvalla xeyli müddət keçdi, mən pulumu təkidlə tələb edəndə Lətif Nəbiyev tezliklə pulu qaytaracağını, ayrı-ayrı təşkilatlardan pul alacağını, eyni zamanda Sabunçuda evini, NZS-də 30 sot torpağını satıb və AKKORD şırkətindən 200.000-manat alıb mənə verəcəyini bildirirdi.Bu minvalla xeyli vaxt keçdi, lakin o müxtəlif bəhanələr gətirərərək pulu qaytarmırdı. 2017-ci ildə mən Azərbaycan Respublikasında olan zaman Lətif Nəbiyev mənə zəng edərək mənimlə vacib işi olduğunu bildirdi. Mən də elə bildim ki, mənim pulumu qaytaracaqdır. Onunla görüşən zaman Lətif Nəbiyev mənə bildirdi ki, yaxınlarda imkanlı şəxslərlə qohum olacaqdır (hətta qohum olacağı şəxslər barədə mənə ətraflı bildirdi). Ona vəzifə təklif olunubdur. Hər işi yaxşı olacaq, tezliklə mənim pulumu qaytaracaqdır. Böyük işlər görüləcək, səni də Rusiyadan gətirib bu işlərə cəlb edəcəkdir. 2017-ci ilin aprel ayında Lətif Nəbiyev mənə zəng edərək mənə adlarını dedikləri qohumlarının köməyi ilə Gəncə şəhərində su-kanalizasiya işləri görəcəyini və bu iş üçün ona 5000 ABŞ dollar pul lazım olduğunu söylədi və işlərinin uğurlu olacağını bildirirb nəticədə mənim ona verdiyim pulları tam qaytaracağını dedi. Mən onun yeni “qohumlarının” imkanlı olduğunu bildiyim üçün yenə də ona inandım və qardaşım Sultan vasitəsi ilə ona Abşeron rayonunun Saray qəsəbəsində iki dəfəyə 5000 dollar pul çatdırdım. Özüm də hissə-hissə olmaqla Rusiya Federasiyasından bank vasitəsi ilə Lətifə 4700 dollar pul göndərdim. 2017-ci ilin iyun ayında Lətifin təkidi ilə Azərbaycana qayıtdım, Lətiflə görüşdüm. Onunla söhbət zamanı mən gördüm ki, Lətif Nəbiyev bütün bu müddətdə məni aldatmışdır. Onun mənə bu müddət ərzində vəd etdiyi işlər onun dediyi kimi olmamış, dediyi qaydada biznes işi də qurmamışdır. Mən Lətifdən 60000-ABŞ dollarımı tələb edəndə o məni Gəncədə gördüyü iş yerinə apardı, məni işlə tanış etdi, bir neçə gündən sonra mənim xahişimlə işlə bağlı bağladığı müqaviləni mənə göstərdi, mən müqavilə ilə tanış olduqdan sonra ona dedim ki, bu müqavilə ilə heç bir qazanc əldə etmək mümkün deyil. O mənə dedi ki, nə işinə qalıb ayda təxminən 18000-manat qazancın olacaq. Mən də razılaşdım və fikirləşdim ki, heç olmasa qazancım olmasa da ona verdiyim 60000-ABŞ dollarımı geri ala bilərəm. Bununla da üç aya qədər onun yanında oldum. Bu müddətdə onun işinə kömək etdim və o mənə hissə-hissə 10000-manata qədər pul verdi. Sonra gördüm ki, Lətif məni yenə aldadır, hətta fəhlələrin pulunu belə xeyli vaxtdır ki, vermir. Ondan sonra fəhlələr ondan pulunu tələb etməyə başladılar. Lətif də hamının pulunu verəcəyinə söz verib Bakı şəhərinə qaçdı. Mən Lətifə zəng edərək nə vaxt Gəncə şəhərinə gələcəyini soruşurdum. O da mənə iki-üç günə gələcəyini bildirsə də Gəncə şəhərinə gəlmədi. Mən təxminən 10-15 gün gözlədikdən sonra Bakı şəhərinə gəldim. Lətif Nəbiyevin evinə gedib pulumu tələb etməyə başladım.

Cinayət cəzasız qalanda, yoxsa Lətif Nəbiyev sindromu?!

Lətif Nəbiyev
O mənə dedi ki, yaxın müddətdə verəsiyəm. Danışıq zamanı Lətifin oğlu Elxanın dediyinə görə Lətif məndən aldığı 9700-ABŞ dolları pulu qızı Günelin toyuna xərcləmişdir. Mən artıq onun məni aldatmasına tam əmin olduqdan sonra ona vermiş olduğum pullarımı intensiv surətdə, yəni özünə, oğluna, tanışlarına müraciət etməklə tələb etməyə başladım”.
Rüstəmin başına gələnlər bir detektiv romanın mövzusudur. Ən ağrılısı da odur ki, dələduzlar həmişə dildən pərgar olurlar. Öz qurbanlarını anakonda kimi sakitcəsinə, yavaş-yavaş udurlar. Onlarda sanki bir ovsunçu bacarığı da olur.
Rüstəm deyir ki, Lətif Nəbiyev Balakən rayonundan gətirdiyi, mühasib kimi təqdim etdiyi və öz dediyinə görə ər-arvad münasibətində olduğu Dilarə Bobrova üçün tutduğu evin kirayə pulunu da dəfələrlə məndən alıb.
Rüstəm Abdullayev aldadıldığını tam anlayandan sonra hüquq-mühafizə orqanlarına müraciət edir.
“Ondan sonra mən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişəm. Orada ərizəmlə bağlı heç bir araşdırma aparılmadan ərizəmi Abşeron rayon polis idasinə göndərmişlər. Abşeron rayon Polis İdarəsinin baş təhqiqatçısı Əsgərov Rəfael Tofiq oğlu material üzrə mənim və Lətif Nəbiyevin izahatlarımızı almaqla kifayətlənmiş, Lətif Nəbiyev izahatında mənim dediklərimi təsdiq etsə də təhqiqatçı buna əhəmiyyət verməmiş, material üzrə 26 fevral 2018-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Mən həmin qərardan Abşeron rayon prokuroruna şikayət etdim. Həmin qərar Abşeron rayon prokuroru tərəfindən ləğv edilmiş və materiallar araşdırılması üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə göndərilmişdir. Bu dəfə isə müstəntiq tərəfindən mənim və Lətif Nəbiyevin izahatımız qısaca alınmış, mənim əlimdə kifayət qədər sübutlar olmasına baxmayaraq (aidio danışıqları) buna əhəmiyyət verilməmiş, müstəntiq Vasif Zeynallının 26 iyul 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir”.
Göründüyü kimi cinayəti vaxtında aradan qaldırmalı olan səlahiyyətli qurumlar da məsələnin həllinə səthi yanaşmış, dələduz hüquqşünası vaxtında cəzalandırmaq əvəzinə vətəndaşın dövlətə olan inamını sarsıtmağa yönəlik addımlar atmışlar.
“Müstəntiq ərizəm əsasında mənim və Lətif Nəbiyevin izahatını çox səthi almış, obyektiv həqiqəti araşdırmaq istəməmiş, Lətiv Nəbiyevin özünün izahatında göstərdikləri xüsusatları belə yoxlamamışdır. O cümlədən mənim müstəntiqə dediklərim bütün xüsusatlar izahatımda yazılmamış, müstəntiq ona dediklərimin sonradan üzləşmə zamanı yazılacağını bildirmiş, lakin sonradan bizim aramızda üzləşmə aparmamışdır. Hətta prokurorun göstərişinə belə tam əməl etməmiş, ərizəm əsasında tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qərar qəbul etmişdir. Mən həmin qərarı qanunsuz və əsassız hesab edirək dəfələrlə Azərbaycan Respublikasının Baş Prokuroruna şikayət yazmışam. Lakin Azərbaycan Respublikasının Baş Prokurorluğunda mənim şikayətimə baxmaq belə istəmirlər, mənə məktubla cavab veriblər ki, müstəntiqin bu qərarından məhkəməyə şikayət verə bilərəm. Qanunda isə müstəntiqin qərarından mənim prokurora da şikayət vermək hüququm var.
Bu da onu göstərir ki, Lətif Nəbiyevin mənə sənin şikayətinə Azərbaycanda baxmayacaqlar deməsində bir həqiqət varmış. Sanki qərarı Lətif Nəbiyev yazır onlar da imzalayırlar. Mən Rusiya Vətəndaşı olsam da Azərbaycanda doğulmuşam, Azərbaycanı sevirəm, Azərbaycanın təəsübünü heç kimə verməmişəm və vermək də istəmirəm. Lakin mənim şikayətimə baxmayan hüquq mühafizə orqanları məni məcbur edirlər ki, mən Rusiya Vətəndaşı kimi hüquqlarımın qorunmasını başqa yerdə axtarım. Mən milliyətcə azərbaycanlıyam və mənim bir vətənim var, o da Azərbaycandır. Azərbaycan olan yerdə digərlərinə müraciət etməyi özümə qəbahət hesab edirəm. Mən Rusiya Azərbaycan Cəmiyyətinin üzvü olmuşam, Cəmiyyətin fəaliyyətində yaxından iştirak etmişəm. Lətif Nəbiyevin bu hərəkəti nəticəsində mən maddi cəhətdən çətinlik çəkirəm, ailəmlə birlikdə qohumlarımın himayəsi altında qalmışam. Bacı və qardaşlarım, anam məcburi köçkündürlər, mən həmişə onlara dayaq olmuşam, indi isə mən ailəmlə birlikdə imkanı olmayan məcburi köçkün qohumlarımın ümidinə qalmışam”.
Lətif Nəbiyev ixtisasca hüquqşünasdır və bu sistemdə səlahiyyət sahibi olub. Lakin hüququn haqq tərəzisini tamahı naminə əydiyi üçün əynindəki hakim mantiyası zorla soyundurulub. Onun qızı və 2 kürəkəni də hüquqşünasdır. Lətif Nəbiyev indi var gücü ilə çalışır ki, özünün bu sahədə yarımçıq qalan “arzularını” onların vasitəsi ilə “həyata keçirsin”. Ancaq belə bir dələduz insanın tərbiyəsini və dərsini almış kimsələrin onun “yolunu” davam etdirməyəcəyinə kim söz verə bilər?
Qalır son söz. Bu son sözü də yəqin ki, çox yaxın zamanlarda səlhiyyət sahibləri deyəcəklər. Lətif Nəbiyevi çoxdan haqq etdiyi “yerə” göndərməklə.

Manera.az

Daha bir rəis İŞDƏN ÇIXARILDI – Ramil Usubov CƏZALANDIRDI

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov daha bir kadrı cəzalandırıb.
Bu ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə polkovnik Əkbər İsmayılov təyin edildikdən sonra idarə daxilində yeniləmə işlərinə başlanılıb.

Bir müddət sonra İdarənin keçmiş fəaliyyətinin araşdırılması üçün nazirlik tərəfindən xidməti yoxlama aparılıb. Nəticədə, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə İdarənin Kadrlar şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Əliyev nazirin əmri ilə vəzifəsindən azad olunub və sərəncama götürülüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Tovuz RPŞ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Qrupunun baş inspektoru, polis polkovnik-leytenantı Kamil Quliyev saxta şəxsiyyət vəsiqəsi verdiyi üçün nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub. (qafqazinfo)

Zelenskiyə XƏBƏRDARLIQ EDİLDİ: Qanunu dəyişsən, devirəcəyik!

Əgər əvvəl qəbul edilən “Ukrayna dili” haqqında qanun ləğv edilsə, Zelenski hakimiyyəti devriləcək.

Bunu Ukrayna Baş nazirinin müavini Pavel Rozenko deyib. Rozenko Zelenskiyə Viktor Yanukoviçin taleyini xatırladıb və onun da Rusiyaya qaçacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Ukraynada qəbul edilən dil haqqında qanuna əsasən, ölkədə yalnız Ukrayna dilinin istifadəsi icbariləşdiriləcək. Bu qanun Ukraynada bir sıra şəxslərdə, o cümlədən, Prezident Zelenskidə narazılıq yaradıb. O, tezliklə bu qanunu yenidən nəzərdən keçirəcəklərini bildirib. (axar.az)

“Şəhid olan hər bir hərbçimizə görə düşmənin ən az 10 hərbçisi MƏHV EDİLMƏLİDİR!”

Tofiq Zülfüqarov: “Düşmən bilməlidir ki, bu cür addımlar ona çox baha başa oturacaq”
“Aqil Ömərovun şəhid edilməsi siyasi qətldir”

Azərbaycan ordusunun mayoru Aqil Ömərovun erməni snayperi tərəfindən şəhid edilməsi ölkəmizdə ciddi qəzəb və narahatlığa səbəb olub.

Bu qətl və onun arxasındakı səbəblər, habelə Azərbaycanın baş verənlər fonunda atması gərəkən addımalarla bağlı fikirlərini bilmək üçün sabiq XİN rəhbəri Tofiq Zülfüqarova müraciət etdik.

Tofiq bəy, Aqil Ömərovun şəhdi ediləsi ATƏT-in Minsk qrupu həmsdərlərinin bölgədə səfərdə olduğu bir vaxtda baş verdi. Sizcə bu cinayətin beynəlxalq təşkilat təmsilçilərinin regionda olduğu bir zamanda reallaşması həm də Ermənistanın ATƏT-in Minsk qrupuna qarşı etinadsızlığının, saymazlığının bir nümunəsi hesab edilə bilərmi?

-Mən bunu siyasi qətl adlandırıram. Mən belə hesab edirəm ki, bu qətli daxili siyasi maraqlara uyğun olaraq ya Qarabağ, ya da Paşinyan qruplaşmasına  yaxın radikallar törədib.

Minsk qrupunun hörmət və nüfuzu o qədər aşağıdır ki, onu ciddi qəbul etmirlər. Lakin əsas səbəb kimi daxili qarşıdurma amilini hesab edirəm. Çünki daxili qarşıdurmada yer alan qüvvələr maraqlıdır bir xarici düşmən formalaşsın, bütün diqqəti özünə yönəltsin. Buna görə də siyasi qətli törədiblər.

Demək belə çıxır ki, Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılan terror aktları bu gün də yenə dövlət səviyyəsində davam etməkdədir?

-Bəli. Qətl, terror Ermənistan siyasətinin əsas elementlərindən biridir. Əvəllər də ermənilər tərəfindən bu cür terror aktları törədilib. Onlar Amerikada məşhur bir keşişi qətlə yetirmişdilər. Çünki o, ermənilərə qarşı səsini qaldırmışdı. Xankəndində bu siyasətə dəstək verməyən ermənilərin bir neçəsini də öldürüblər. Ermənilərin qətlə yetitdiyi şəxslər arasında qadınlar da olub. Yadınızdadırsa, parlamentdə bu cür terror oldu. Seçkilərdən sonra da küçələrdə bu cür qətllər həyata keçirildi. Yəni qətl, terror ermənilərin adətidir. Bu qətllərdə siyasi məqsədlər mövcuddur.

Bəzi qüvvələr bu qətlin Ermənistan rəhbərliyinin siyasi iradəsinə qarşı gedən qüvvələr tərəfindən törədilə biləcəyini iddia edir və bu fikri onunla əsaslandırırlar ki, düşmən ölkədəki müəyyən qüvvələr Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil. Sizcə hərbçimizin Paşinyan və  ya Qarabağ klanı, yaxud onlara qarşı olan qüvvələr tərəfindən törədilməsinin Azərbaycan üçün hər hansı önəmi varmı? Bu məsələdə təsəlli axtarmaq, Paşinyanın bundan xəbərsiz ola biləcəyi fikrinə tapınmaq nə dərəcədə məntiqlidir?

-Mən bu hadisənin Paşinyandan, onun iradəsindən kənar törədilməsi fikrində deyiləm. Qarabağda bu günlərdə  terror qruplaşması yürüş keçirdi. Onlar Paşinyana yaxın olan radikal qruplardır. Paşinyan hakimiyyətə gələn kimi türmələrin qapısını açdı və onları azadlığa buraxdı. Baxmayaraq ki, onalr vaxtiylə polis zabitini öldürüblər və s. Yəni bu, Ermənistan hökuməti ilə terror qrupları arasındakı bağlılıqdan xəbər verir.

-Sizcə bu hadisə ilə əlaqədar olaraq Azərbaycan tərəfinin atmalı olduğu hansı addımalr var?

-Azərbaycan buna çox ciddi reaksiya verməlidir. Bu reaksiya ondan ibarət olmalıdır ki, düşmənin ən az ondan çox hərbçisini məhv etmək lazımdır. Onlar bilsinlər ki, bu cür addımlar atanda, bu, onlara oldquca baha başa oturacaq. Bunun başqa yolu yoxdur. Kiməsə nəyisə başa salmaq, humanizm prinsipindən yanaşmaq əbəsdir. Onlar açıq-aşkar Düşənbə razılaşmasını pozblar. Ona görə də onlara ciddi zərbə endirmək lazımdır. Bununla xəbərdarlıq etmək lazımdır ki, başınızı qaldırsanız, yenə vuracağıq. İsrail belə edir. Terror aktı baş verən kimi qarşı tərəfə ciddi zərbələr endirir. Bununla başa salır ki, ona qarşı çıxanı vuracaq. Təəssüflər olsun ki, indiki dünyada güc faktoru hələ də öz əhəmiyyətini itirməyib. (moderator.az)

İrəvanda ÇEVRİLİŞ CƏHDİ? – Paşinyana qarşı küçələrə axışdılar, həbslər var

“Adekvad” təşkilatı İrəvada baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyası təşkil edib.

Aksiya zamanı etirazçılar mərkəzi küçələrdəki asfalta “Yalançı Nikol” qrafitiləri yerləşdiriblər. Təşkilat bugünkü aksiyanı “Yalanın doğuluşu” adlandırdığını bildirib.

Təşkilatçılar ümumilikdə aksiyada 80 nəfərin iştirak etdiyini, onlardan 29 nəfərinin polis tərəfindən saxlanıldığını qeyd ediblər. (axar.az)

İlham Əliyev mühüm SƏRƏNCAM İMZALADI – 5 milyon manat ayrıldı

Prezident İlham Əliyev Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin (günərzi, sosial reabilitasiya, psixoloji, surdoloji və digər dəstək xidmətləri) genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,0 (beş) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

SON DƏQİQƏ: sərhəddə atışma, 2 şəhid, 5 yaralı – FOTO/VİDEO

Türkiyə-İran sərhədində türk hərbçilərlə PKK terrorçuları arasında atışma baş verib.

Türkiyə mediası xəbər verir ki, hadisə nəticəsində iki hərbçi şəhid olub, beşi isə yaralanıb.

Qeyd olunur ki, insident İğdır vilayətində baş verib. Atışmadan sonra Türkiyə ordusu bölgədə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. (publika.az)

ABŞ və Çin tarifləri bahalaşdırdı – İki dünya nəhəngi arasında ticarət savaşı şiddətləndi

ABŞ-la Çin qarşılıqlı şəkildə bir sıra mallara tarifləri qaldırıblar. Bu, dünyanın iqtisadi nəhəngləri olan 2 ölkəsi arasındakı ticarət savaşını daha da dərinləşdirib.

Qərb mediasının yaydığı məlumata görə, ABŞ iyunun 1-dən Çin mallarına qarşı tarifləri 25 faizə qaldırıb.

ABŞ prezidenti Donald Tramp mayın 10-da bildirmişdi ki, ümumilikdə 200 milyard dollarlıq Çin mallarına qarşı tarifləri 25 faizədək yüksəltmək fikrindədir. Amma bu tədbir, bu vaxtan əvvəl Çindən göndərilmiş mallara şamil edilmirdi.

Öz növbəsində Çin iyunun 1-dən təxminən 60 milyardlıq ABŞ mallarına qarşı tarifləri qaldırıb. Söhbət, 20-15 faizdən gedir və bu ABŞ-dan gələn malların təxminən yarıdan çoxunu əhatə edir.

Qeyd edək ki, mayın 10-da tərəflər arasında aparılan danışıqlar baş tutmadı. Tramp Çini, iki ölkə arasındakı ticarət mübahisəsini tənzimləyən razılaşmanın şərtlərini pozmaqda günahlandırır. Çin ittihamı rədd edir. Bu iki nəhəng ölkə arasındakıticarət savaşı səhm bazarlarını silkələyib, dünya iqtisadiyyatında geriləmə yaranacağı sarıdan narahatlıqdoğurub..

Tramp Çinin ticarət praktikasından daim gileylənib. ABŞ administrasiyası Çindən Amerikanın intellektual mülkiyyətinin oğurlanmasından tutmuş, ABŞ firmalarının və digər şirkətlərin Çin bazarında üzləşdiyi maneələrin ləğvinə qədər bir sıra sahələrdə dəyişikliklər tələb edir.

Sabirin yaradıcılığına həsr olunan jurnal çapdan çıxıb

Bu gün Azərbaycan ədəbiyyatında satira janrının banisi Mirzə Ələkbər Sabirin doğum günüdür. M.Ə.Sabir 1862-ci ilin bu günü Şamaxı şəhərində anadan olub. 
Şairin nəvəsi Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti Sevda Tahirli Moderator.az-a açıqlamasında bildirib ki, bu gün Şamaxıda bununla bağlı tədbir keçirilir:
“Biz indi Şamaxıdayıq. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin və Şamaxı İcra Hakimiyyətinin nümayəndələri də iştirak edir. Ziyalılar, aktyorlar, mədəniyyət işçiləri də var. Burda indi ənənəvi olaraq Sabir günlərinə həsr olunan tədbir keçirəcəyik. Məzarını ziyarət edəcəyik. Bizim hətta Türkiyədən də qonaqlarımız gəlib. Türkiyədə M.Ə.Sabirə həsr olunan “Təmrin” jurnalı çapdan çıxıb. Diqqətiniz üçün hamınıza təşəkkür edirəm. Siz həmişə belə günlərdə Sabir bəyi xatırlayırsınız”. 

Hər kəsin gözlədiyi qərar bu tarixdə açıqlanacaq – Tramp bütün DÜNYAYA ELAN ETDİ

ABŞ-ın hazırkı prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinə namizədliyini 18 iyun tarixində rəsmi şəkildə açıqlayacaq.

Prezident bu barədə tvitter hesabında yazıb.

“İkinci dövr prezidentlik üçün yarışacağımı 18 iyunda birinci xanım Melaniya Tramp, prezident köməkçisi Mayk Pens və həyat yoldaşı Karen Pens ilə birlikdə Floridanın Orlando şəhərində elan edəcəm. 20 min nəfərlik “Amway Center”də keçiriləcək tarixi görüşdə bizə qatılın”, – Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ-da növbəti – 59-cu prezident seçkiləri 3 noyabr 2020-ci ildə keçiriləcək.

İlkin müşahidələrə əsasən, Demokratlar Partiyasında prezidentliyə namizədlik rəqabətində sabiq prezident köməkçisi Co Bayden açıq fərqlə irəlidədir. (publika.az)

Azərbaycanda 5 gün İŞ OLMAYACAQ

İyun ayında beş gün qeyri-iş günü olacaq.

Qeyri-iş günləri iyunun 5-i, 6-sı, 15-i, 17-si və 26-na təsadüf edəcək.

İyunun 5-i və 6-sı Ramazan bayramı, 15-i Qurtuluş günü, 26-sı isə Silahlı Qüvvələr günüdür.

Əmək Məcəlləsinə əsasən, iyunun 15-i şənbə gününə təsadüf etdiyindən bazar ertəsi, yəni iyunun 17-si də qeyri-iş günü hesab edilir. (publika.az)

Şəhidimizin qisası alındı – Qarabağda erməni hərbçisi vuruldu

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Azərbaycanən işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər Sipan Melkonyan ölüb.

Turkustan.info bildirir ki, bu haqda bu haqda Modern.az Ermənistan KİV-nə istinadən məlumat yayıb.

Məlumata görə, erməni hərbi qulluqçu iyunun 1-də, yerli vaxtla 07:30 radələrində cəbhənin cənub-şərq istiqamətində yerləşən hərbi hissənin müdafiə postunda vurulub.

Qeyd edək ki, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

İşıq, qaz və su ilə bağlı MÜHÜM DƏYİŞİKLİK: bundan sonra…

Azərbaycanın şəhər və rayonlarında inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələri və sistemləri, həmin sistemlərdə mövcud qoşulma imkanları (sərbəst gücləri) əks etdirilən məlumatları internet saytlarında yerləşdirməyən mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin əməkdaşları inzibati məsuliyyətə cəlb ediləcək.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.

Qaydaya əsasən, təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyırlar. Aparılan monitorinqlər nəticəsində məlumatların internet saytlarına yerləşdirilməməsi və ya yenilənməməsi aşkar edildikdə, Energetika Nazirliyitərəfindən aidiyyəti təchizat müəssisəsinə ünvanlanan məktub əsasında həmin müəssisə tərəfindən təyin edilən məsul şəxslər intizam məsuliyyətinə cəlb edilirlər. Təchizat müəssisələri 30 iş günü müddətində məlumatların internet saytlarına yerləşdirilməsi və ya yenilənməsi, habelə təyin edilən məsul şəxslərin intizam məsuliyyətinə cəlb olunması barədə Nazirliyə məlumat verməlidirlər. (publika.az)

Qarabağda atışma: erməni hərbçisi öldürüldü

İşğal altında olan Qarabağda erməni hərbçisi ölüb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 07:30 radələrində işğal altında olan Qarabağın cənub-şərq istiqamətində yerləşən qanunsuz hərbi hissələrdən birinin hərbi qulluqçusu, 2000-ci il təvəllüdlü Sipan Serjik Melkonyan məhv edilib

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir gün əvvəl erməni ordusunun snayperinin açdığı atəşlə Azərbaycan Ordusunun mayoru, batalyon komandiri Aqil Ömərov öldürülmüşdü.

Arvadını güllələyən prezident köməkçisi dövlət televiziyasında danışdı – İranda ortalıq qarışdı

İran prezidentinin keçmiş köməkçisi, bu günlərdə ikinci arvadını güllələdiyi üçün həbs edilən Məhəmməd Əli Nəcəfinin təcridxanadan dövlət televiziyasına verdiyi müsahibə ölkədə hiddətə səbəb olub.

Virtualaz.org xəbər verir ki, Nəcəfi saxlanıldığı polis bölməsində verdiyi müsahibədə deyib ki, xanımı Mitranı mübahisə əsnasında “təsadüfən” öldürüb.

Həm bu müsahibə, həm də hadisənin özü İranda böyük mübahisələrə səbəb olub. Dövlət televiziyasının müxbirinin Məhəmməd Əli Nəcəfidən aldığı müsahibə sosial hiddət doğurub, hakimiyyətin ünvanına kəskin tənqidlərə səbəb olub və ölkədə qadın hüquqları ilə bağlı məsələni gündəmə gətirib.

Həmin müxbir cinayətlə bağlı hazırladığı xəbərdə Mitra Nəcəfinin öldürüldüyü silahı da nümayiş etdirib. O xəbərdə Tehran Təhlükəsizlik İdarəsinin nümayəndəsi general Rza Lütfiylə müsahibə də yer alıb. O, Nəcəfinin beş dəfə atəş açdığını, Mitra Nəcəfiyə iki güllə dəydiyini deyib.

Sosial media istifadəçiləri cinayətdə şübhəli bilinən Nəcəfiyə müsahibə boyu “hörmətlə yanaşılmasını” da tənqid ediblər.

Növbəti gün Nəcəfi məhkəməyə məhbus geyimində gətirilib. Onun bu geyimdəki şəklinin paylaşılmasını iranlılar müsahibənin doğurduğu narazılığı azaltmaq cəhdi kimi qiymətləndiriblər 35 yaşlı Mitra 67 yaşlı Nəcəfinin ikinci arvadı imiş. İranda çoxarvadlılıq qanunla icazə verilən hal olsa da, onların arasındakı yaş fərqi də sosial mediada tənqid edilib.

İRNA xəbər agentliyinə müsahibə verən hakim Məhəmməd Səhriari son zamanlar Nəcəfiylə arvadı arasında problemlər olduğunu deyib. Hadisə zamanı Mitra Nəcəfinin 13 yaşlı oğlunun da evdə olduğu bildirilir.

Nəcəfinin ilk evliliyindən olan qızı isə istintaqa verdiyi ifadədə Mitranın “İranda bir kəşfiyyat qrupuyla əlaqəli olduğunu” deyib. Bunu Məhəmməd Əli Nəcəfi də iddia edib.

İslahatçılar qanadına yaxın şəxs kimi tanınan Məhəmməd Əli Nəcəfi 2018-ci ildə Tehran meri vəzifəsindən istefa verib.Bununla bağlı rəsmi açıqlamasında o, səhhətindəki problemləri səbəb göstərib. İstefadan dərhal sonra Nəcəfinin ikinci dəfə evlənməsi xəbəri yayılıb.

İslahatçı Həsən Ruhaninin qalib gəldiyi 2013-cü ildə Nəcəfi 7 ay prezident köməkçisi vəzifəsində çalışıb. Amerikanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Massachusetts Texnologiya İnstitutunun (MİT) riyaziyyat fakültəsini bitirmiş Nəcəfi müxtəlif vaxtlarda müxtəlif nazirliklərə rəhbərlik edib.

Qəzəblənmiş bələdiyyə işçisi binaya girib 11 nəfəri güllələdi – Dəhşətli qətliam

ABŞ-ın Virciniya ştatının Vircinia Biç şəhərindəki hökumət binasında odlu silahla 11 nəfərin qətlə yetirildiyi xəbər verilir. İlkin məlumata görə adamlara nəyə görəsə incik düşmüş işçilərdən biri atəş açıb.

Polis mayın 31-də bildirib ki, silahlı hüquq-mühafizə əməkdaşları tərəfindən öldürülənədək daha 6 nəfəri yaralayıb. Polis rəisi Ceyms Cervera deyib ki, sözü gedən şəxs Vircinia Biç bələdiyyəsinin binasında kimə gəldi atəş açırdı.

Rəsmilərin dediyinə görə atəş açan şəxs uzun müddət bu binada təmizlik işlərinə baxan əməkdaş olub. Onun hərəkətinin təfərrüatlı motivləri bilinmir. Hadisə yerli vaxtla gündüz saat 16-da, işçilərin həftəsonu üçün evə getməyə hazırlaşdıqları vaxt baş verib.

Rəsmi məlumatda deyilir ki, FTB yerli hüquq-mühafizə orqanlarına kömək edir. Son vaxtlar ABŞ-da odlu silahla törədilən kütləvi qətliamların sayı artıb. Bir çox adamlar hökumətin şəxsi silahlara nəzarət qanununlarını sərtləşdirməsini istəyirlər.

OYUN BAŞ TUTDU… Oyun baş tutmadı

Əkbər Qoşalı

2019-cu il UEFA Avropa Liqasının Bakı finalı yüksək səviyyədə təşkil olundu.

2020-ci ildə – Avropa çempionatının 4 oyununun da yüksək səviyyədə təşkli ilə Bakı yenidən dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olacaq. 2020-ci ilin 2019-cu ildən daha uğurla keçəcəyinə inanırıq – Bakının buna yetkin gücü, qüsursuz bacarığı şübhə mövzusu deyil.  –  

Azərbaycan bütün dünyaya bir daha sübut etdi ki, istənilən uluslararası  tədbiri yüksək səviyyədə keçirmək imkanlarına malikdir! Və Bakı oyunların – futbola siyasət qatmaq cəhdlərinin pozulması baxımından da da öz gücünü bir daha göstərmiş oldu! “Çelsi” – “Arsenal” matçında neçə dəfə oyundankənar vəziyyət yarandığını bilməsəm də, oyunbazların oyundankənar duruma düşdüyünü bilirik artıq…   

Beləliklə, UEFA Avropa Liqasının Bakı finalının uğurla keçirilməsi bir daha, öz futbol təsərrüfatı ilə, bütövlükdə, dövləti, xalqı ilə Azərbaycan örnəyini, azərbaycanlı  bacarığını nümayiş etdirdi. Böyük, məsuliyyətli tədbirləri, eləcə də, bütövlükdə dünyanın diqqət mərkəzində olan futbol yarışlarını yüksək səviyyədə təşkil etmək baxımından necə bir təcrübəyə malik olduğunu göstərdi Azərbaycan.

Bilirsiz, UEFA Bakı finalı özlüyündə, respublikamızın (konkret halda, paytaxt Bakının) belə nəhəng tədbirləri təşkil etmək üçün infrastruktura (idman kompleksləri, xidmət sek­toru, təhlükəsizlik şərtləri və s.) malik olduğunun təsdiqinə, sübut aktına çevrildi.

Hələ oyundan xeyli öncə ( -finalçılar bəlli olduqdan sonra matçın niyə uuzzaqqq… Bakıda ke­çiril­mə­sindən tutmuş, ölkəmizin guya uyğun infrastruktura malik olmaması, azarkeşlərin gəlişi ilə bağlı hansısa “göydən düşmə”, nə bilim, “yerdən çıxma” məsələlərin, hətta təhlükəsizlik problemlərinin mövcudluğu, üstəlik, otellərin də çox bahalı olması kimi… bir sürü nəsnələr saydılar, dedilər, yazdılar, tirajladılar… Elə bil, futbol meydanı yox, siyasət meydanındaydı zalımuşaqları. (Siyasət dediyin də, bir siyasət ola barı)…

Məlumunuz – bu sadalananlar azmış kimi, bir də, “Arsenal”ın Mxitaryanına qarşı hansısa mənfi münasibət olması və onun qorunmasına təminat verilməməsi kimi iddialar sürüldü meydana. (Bir az da, belə getsəydi, meydanda topdan, futbolçudan başqa, daha nə desən olacaqdı)…

Və budur, oyun oldu, deyilən, yazılan, tirajlanan hoqqaların heç birisə öz təsdiqini tapmadı da, tapmadı…

“Bakı UEFA Avropa Liqasının final oyununu möhtəşəm təşkil etmişdi. …Final oyununun əla təşkil olunmasına görə Bakıya əhsən! Stadion dünya standartlarına cavab verir.” – bu sözlər kimindi, əfəndim? – Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts oyundan sonra deyib. (Xanım səfirin fikirləri Britaniyanın Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabında yerləşdirilib). Hə, bax, indi Paşinyanmı Mxitaryana zəng edəcək, Mxitaryanmı Paşinyana – ta özləri bilər, istərlərsə, telefondan asılı qalsınlar…

Bəli, Bakı gerçəklikləri bütün əsassız iddiaları dəf etdi. AZAL bütün reysləri qəbul etdi, hava limanında hər hansı problem yaşanmadı, otellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə təmin olundu. Oysa, ingilis klubları onlara verilən biletləri belə sata bilməmişdi…

Yetərincə azarkeş oyuna gələrək Bakı Olimpiya Stadionundakı bayramın iştirakçısına çevrildi.

Mxitaryana ən (!) yüksək səviyyədə təhlükəsizlik təminatı verildi, o, meydan fərariliyi etdi, üstəlik, klubu da, ona verilən biletləri düz-əməlli sata bilməmişdi, sonda da haqq etdiyi məlubiyyəti alar oldu…

Hələ bir də, işin başqa bir tərəfinə diqqət edin: Hüquq-mühafizə orqanlarının, asayiş keşikçilərinin peşəkar, sivil və mehriban davranışı ( -hətta, içkili ingilis azarkeşlərinin qarşıdurma yaratmaq cəhdlərinə qarşı dözümü!) diqqətlərdən yayınmadı, onların öz görəvini yüksək səviyyədə yerinə yetirdiyini aydın göstərdi. – Bəli, təkrarçılıq olmasın, bütün dünyada şuluq imicə malik ingilis azarkeşlərin bu “sərt özəlliy”i göz önündə tutularaq, bizim Bakı bəlkə bu kimi yarışmalarda heç bir ciddi insidentin yaşanmadığı ən təhlükəsiz şəhər olaraq tarixə düşdü!.. – Şair demiş, “Bizim Bakı – bizim ürək!”

 

Hər hansı bir problemin, ciddi insidentin olmaması “konfet kağızı” deyil, e! – Bu, bizim müvafiq sahəyə məsul həmvətənlərimizin yuxusuz gecələrdi, soyuqda, istidə, küləkdə… növbələrdi, gərgin əməkdi, yüksək məsuliyyət hisasinin təntənəsidir!

Bu təntənənin işığında daha nələri vurğulaya bilərik? – Həm futbola dair həm futbolla yanaşı? –

Oyundan öncə “fan-zona”ların yüksək səviyyədə təşkili, azarkeşlər üçün mümkün olan ən yaxşı ortamın yaradılması hamı tərəfindən etiraf olundu.

Oyun günü istər azarkeşlərin Qafqazın ən böyük stadionuna gəlişi, stadionda matçı seyr etməsi,  istərsə də, geriyə dönüş məsələləri yüksək səviyyədə təşkil olundu, ufaq bir sıxlıq belə yaşanmadı. Stadionu tərk edən azarkeşlərin rahat şəkildə nəqliyyata çatması və paytaxtın fərqli ünvanlarına çat­dırılması məsələsi peşəkar şəkildə həll olundu.

Toxunmadan keçməyəcəyimiz başqa bir məqamsa, könüüllülərimizlə bağlıdır. – I Avropa Oyun­larında, IV İslam Həmrəylik Oyunlarında və s. böyük tədbirlərdə olduğu kimi, könüllülərin çalışqanlığı bu dəfə də, işlərin daha rəvan, sakit həllinə böyük dəstək oldu. Bir daha göründü ki, Azərbaycanda könüllülük hərəkatı, necə deyərlər, institutlaşıb və vətənkeş gənclərimiz hər zaman dövlətin yanındadır!

 

İndisə gələk, oyundan sonra da, “qaşınmayan yerdən qan çıxamağ”a çalışanların ya şüuraltı ya şüurlu hərəkətinə: Bəzi xarici KİV-lərin stadionun guya dolmaması, boş yerlərin qalması kimi sərsəm iddialarına; bu iddiaya ən tutarlı cavab: ilkin nəticəyə görə, stadionda 60 minə yaxın azarkeş oyunu seyr etdi.  Oysa, ingilis klubları onlara verilən biletləri belə sata bilməmişdi…

Bakı finalını gözdən salmağa çalışan həmin o, “bəzi” yarlıqlı KİV-lər var ha, onlar görün daha nə yazmağı özlərinə rəva bilib? – “oyun çox sakit keçdi”; “ehtiras olmadı” və sanki həm belə olub həm də, bunlar məhz Bakının, bizlərin qüsuruymuş… Bax, bu dəqiq onu göstərir ki, “öz gözü tirlilər” Azərbaycanda keçirilən final matçı ilə bağlı diqqəti cəlb edə biləcək nöqsan tapa bilməyib də, bilməyib.

Əlbəttə, hazırlığın yüksək səviyyəsi xaricdəki anti-Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddialarını alt-üst etdi. Respublikamızın rəsmi dairələrinin olduqca səmərəli fəaliyyəti, mümkün problemlərin qabaqcadan müəyyənləşdirilməsi və onların aradan qaldırılması, deyilən sahədəki məqsədyönlü tədbirlər, habelə (insafən) tədbirin əsas təşkilatçısı olan UEFA başqanlığının prinsipial mövqeyi, bütün məsələlərə vaxtında müdaxilə etməsi və şaiyələrə imkan yaratmaması tədbirin uğurla keçirilməsinin başlıca səbəbləri sırasındadır. 

UEFA Avropa Liqasının Bakı finalı Azərbaycan dövlətinin, hakimiyyət strukturlarının, ictimai sektorun səmərəli, peşəkar fəaliyyətinin parlaq təsdiqi oldu. Qafqazın palmirası Bakı (ümumən Azərbaycan) göstərdi ki, 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkl etmək və uğurla keçirmək gücümüz, bacarığımız daxilindədir.

Bayrağın uca olsun, əziz Vətən! Mənim könülm deyir ki, gün gələcək, belə tədbirləri Şuşada keçirəcəyik! Mənim könlüm deyir ki, gün gələcək,UEAFA Avropa Liqası finalında Azərbaycan klubu çıxış edəcək! Və o zaman biz o finalın keçirildiyi şəhərə, ölkəyə nifrətlə, oyunbazlıqla deyil, məhəbbətlə, sevgi ilə gedəcyik. Bəlkə bir qüsurları olacaqsa da, biz öz ərdəmimizi göstərəcəyik; göstərəcəyik ki, qüsur axtarmağa deyil, zövq almağa gəlmişik… O günə bugündən salam olsun!

Əkbər QOŞALI

Həşarət niyətli, danadişi xislətli bir millət

Yusif Alı Afşar

Müstəqilliyimizin 101-ci ildönümünü qarşılayırıq. Qutlu olsun! Ümumiyyətlə, 28 may 1918-ci il Azərbaycanın tarixində olduqca önəmli və gərəkli bir tarixdir. Bu tarix, həmçinin dövlətçiliyimizin dünya düzənində ən mötəbər rəsmi təsdiqidir. Böyük siyasi və diplomatik gedişlər sayəsində bu tarixdə ilk dəfə olaraq müstəqilliyimiz və ərazi bütövlüyümüz de-fakto və de-yure tanınmışdır. Sonralar əlimizdən gedən ərazilər isə Azərbaycan Xalq Cümhuriyyətinin daxili əraziləri idi. Heç mübahisəli ərazilər də deyildi. 1920-ci il isə tariximizin ağır, zülümlü, məşəqqətli, itkilərlə dolu növbəti faciələrinin başlanğıc səhifəsi oldu. İrəvandan sonra Göyçə, Zəngəzur, Dərələyaz, Dilican, Vedi mahallarını da əlimizdən verdik və Naxçıvan…

Və Naxçıvan kimi dünyada oxşarı, bənzəri olmayan bir yurd uzaqlığı yaşadıq…

18-19 may tarixlərdə qədim türk yurdu Naxçıvan şəhərində oldum. Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, Naxçıvanın Azərbaycandan qoparılaraq quru sərhədindən ayrı düşməsi məni ən çox düşündürən, narahat edən problemlərdən biridir. Yəqin elə hamımız üçün də Naxçıvan ətrafında baş verən problemlər narahatçılıq doğurur. Hər dəfə eşidirik ki, Azərbaycanın da iştirakçısı olduğu mötəbər beynəlxalq tədbirlərdə ölkəmizin xəritəsi gah Naxçıvansız, gah Naxçıvanı Ermənistan ərazisi kimi, gah da Azərbaycan Respublikasının xəritəsi daxilində Naxçıvan ərazisini təhrif olunmuş formada təqdim edirlər. Təbii ki, Naxçıvanla yanaşı Qarabağı da eyni formada təqdim edirlər. Hətta Qazağın, Tovuzun və Gədəbəyin də əraziləriniəksər vaxtlarda təhrif olunmuş xəritələrlə təqdim edirlər. Təpki və etirazlardan sonra ya xəritələr çıxardılır, ya da ki, erməni hiyləgərliyinə əl ataraq yanlışlığın texniki səhv olduğu bilidirilir. Əlbəttə, italyan, ispan, alman, vyetnamlı, malaziyalı bu halın təsadüfən baş verdiyinə inansa da, qəlbi yaralı, başı bəlalı bizlər inanmayırıq. Çünki bilirik ki, düşmənimiz çox məkirli, hiyləgər, qəddar, bizə qarşı barışmaz, nifrətlə doludur. Çox təəssüf ki, sadəcə, bilirik, amma dərk edə bilmirik. Əgər dərk etsəydik ki, düşmənimiz bizi öz kökümüzdən qoparıb və imkan da verməyir ki, kökümüzə qayıdaq, kökümüzə qayıdış üçün tapdığımız yolları, izləri də məhv edir.

Ümumiyyətlə, mən erməniləri bitkilərin kökünü kəsib gövdəsini qurudan ziyanverici danadişi həşəratına bənzədirəm. Həmin danadişinin təsəvvüründə erməniləri olduqca aydın və çılpaqlığı ilə ifadə etmək olar. Şərti olaraq bitkini Azərbaycan xalqı sansaq, bitkinin üzdə qalan gövdəsi bu günümüz, torpaq altında olan kökü isə dünənimiz, keçmişimizdir. Torpaq altında eşələnib özünə həyat qurub yaşayan danadişi həşaratı isə bizim düşmənimiz olan ermənilərdir. Bəllidir ki, danadışi həmişə bitkinin kökünü kəsərək gövdəni kökdən ayırır. Ən dəhşətli olanı da odur ki, danadişinin bu gizlin işi görməsindən heç bir xəbərimiz olmayır. O vaxta kimi hiss edilmir ki, bitki saralıb, solanda qurumuş gövdədən tutub dartdıqda onu kökündən ayrılmış görürük. Sonradan məhv olmuş bitkini sağlamı ilə əvəz etsək də yenidən torpaq altında gizlənmiş danadişi bitkinin kökünü kəsir. Ola bilsin ki, danadişini hansısa vasitə ilə məvh edə bilərik. Lakin o özündən sonra da təhlükəsini buraxmış olur. Belə ki, dətrinlikdə onun yumurtaları olur və o yumurtalardan daha təhlükəli davamçıları yetişir.

Eynilə ermənilər və o biri düşmənlərimiz də Azərbaycan xalqını öz kökündən beləcə qopardıblar. Hələlik biz dəkökündən qoparılmış, lakin kökdən yuxarıdakızəiftelləri vasitəsilə ayaqda dayanan gövdəyə bənzəyirik. Amma yüz illərdir ki, bizi ayaqda saxlayan o kiçik telləridə itirə-itirə gedirik. Borçalını, Dərbəndi, Təbrizi, Xorasanı, Qəzvini, Bəndər-Abbası, İrəvanı, Kərkükü, Mosulu, Ərbili də bax beləcə itirdik. Yüz illər boyunca kökümüzdən, milli kimliyimizdən o qədər uzaq saldılar ki, bir-birimizdən şübhələnərək albanların türklərə aidiyyətinin olub-olmadığını, Qafqazda yaşayan türklərin yerli, yoxsa gəlmə olduğunu, Babəkin islama, yoxsa ərəblərə qarşı döyüşdüyünü, kəngərlərin bizdən uzaq olduğu kimi cəfəng dartışmalar edirik. Hələ üstəlik öz kökümüzdən qopmağımıza, kökümüzə dönüş etməyimizə imkan verməyən yad mənəvi, dini dəyərlərə də sahiblənmişik. Bəli, artıq alaq otları kimi dizə qalxan düşmən toxumundan cücərən yalanlar onsuz da kökündən qoparılmış milli kimliyimizi də gözümüz öndündəməhv edir.

Bütün bunlar danadişi kimi yer altında, alaq otu kimi üzdə əl-ayağa dolaşan düşmənlərimizin bizə qarşı həyata keçirdiyi gizlin planların bir tərkib hissəsidir. Ermənilər bir gün, bir saat, bir dəqiqə, bir an belə sakit dayanmadan Azərbaycan xalqına qarşı məkirli plan hazırlayırlar. Onların bizə qarşı olan planları isə yüz il gözləsələr də ani fürsətdəcə həyata keçə bilir. Çünki onlar türk qanına və türk torpağına susamış millətdirlər. İnanmayanlar geri dönüb itirdiklərimizə baxa bilərlər.

Biz isə bu planlar haqqında bu və ya digər formada məlumatlar bilirik, amma bu planlardan törənəcək daha ağır faciələri dərk etmirik. Bax elə bilməklə dərk etmənin əyani sərhədini burada görmək olar. Yəni bilmək, dərk etmək deyil, dərk etmək isə hər şey deməkdir, kökə qayıtmaq deməkdir. Öz kökündən kəsilmiş bitkiyə vaxtında əlavə qulluq edilməsə tamam solub quruduğu kimi, kökündən uzaq salınmış bir millət də milli kimliyinə, kökünə sahib çıxmasa onun da varlığı solub, quruyacaq. Bax bu sahibliyin vacibliyini dərk etmək olduqca önəmlidir.

Dəhşətdir! Soyu naməlum olan, şərəfsiz ermənilər bu gün ağalarına güvənib bizimlə hansısa şərtlər daxilində, hədələrlə, təhdidlərlə danışır. Gah deyirlər ki, əvvəlcə Qarabağın beş rayonunu qaytaracağıq, gah deyirlər, yox o rayonları biz bufer zona kimi saxlayacağıq. Gah deyirlər ki, ümumiyyətlə, Qarabağı qaytarmayacağıq.Bax incə nüans buradan başlayır. Nədir erməniləri belə sözlər deməyə imkan verən? Bu birmənalıdır ki, Azərbaycan ordusu Ermənistanı bir neçə günün içindəcə yer üzündən silə biləcək qüdrətə qadirdir. Şanlı Aprel döyüşləri də bunu göstərdi. Bax bu bizim hərbi gücümüz. O da məlumdur ki, Azərbaycan siyasi imkanlar baxımından da dünyada Ermənistandan güclüdür. Bu da siyasi güc olaraq üstünlüyümüzdür. Yaxşı, onda incə məqam nədir? Gəlin, baxaq görək Azərbaycan ideoloji baxımdan, milli kimlik, milli özünüdərk baxımından ötən illərdə nələr edib?

Çox az şey!

Niyə?

Ona görə ki, biz çox vaxt fərdi maraqları hər şeydən öndə tuturuq. Böyük əksəriyyət üçün milli maraqlar ikinci planda gəlir, bəzən. Maraqlıdır, görəsən niyə? Haqqı tapdanan biz, əzilən biz, bölünən biz, qırılan biz, qaçqın, köçkün düşən biz, qazanan düşmənlərimiz murdar ermənilər. Niyə biz “haqdan buyruq, ağzımıza quyruq” deyib güclülərin bizim halımıza acımasını, yazıqları gəlib “aya, dəyməyin bu fağırlara” deməsini gözləyirik. Özümüz güclənə bilmərikmi ki? Leksikonumuzda yeni zərb məsələ çevrilmiş “dünya birliyi bu haqsızlığa hələ də dözür”, “lazım gəlsə” kimi utacverici deyimlərdən nə zaman can qurtaracağıq. Bu gün Azərbaycan dünyaya açıq-aydın meydan oxumalıdır ki, Naxçıvanın Azərbaycandan ayrı düşməsinin səbəbi 1920-ci ildə Zəngəzur, Göyçə və Dərələyaz mahallarının Sovet Rusiyası tərəfindən Ermənistana verilməsi olmuşdur. Niyə, dünyaya səs salmırıq ki, 1918-ci ildə Zaqafqaziya Seymi buraxılarkən Qafqazın üç ölkəsi Azərbaycan, Gürcüstan və Ermənistan müstəqillik qazanarkən bu alçaq millətin dövləti cəmi 9 min kvadrat kilometrlik türk torpağında quruldu. Niyə, dünyanın nüfuzlu ali məktəblərində tarix, coğrafiya ixtisasları üzrə oxuyan bakalavr,magistr və doktorantlarımızelmi işlərində ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri faciələrdən mövzu götürüb faktlarla, mənbələrə istinad edərək ortaya iş qoymurlar.Baş verənlər ki, yaxın keçmişimizin hadisələridir. Nüvədi kəndinin verilməsi ilə Naxçıvana ən yaxın ərazini də əlimizdən alınması, Laçının kəndlərinin hissə-hissə “əridilərək” Dağlıq Qarabağ Muxtar Vilayətinə Ermənistandan quru yolun təmin edilməsi erməni millətçilərinin illərlə hazırladıqları planları deyildimi? Qazağın yüz hektarlarla münbit torpaqlarının Ermənistana verilməsinin heç mürəkkəbi də qurumayıb. Niyə, biz bunları bilə-bilə susuruq? Niyə, ölkənin yüzlərlə qeyri-hökümət təşkilatrları bu məsələləri dünyada qabartmırlar?

Baxın, Naxçıvan bütün varlığımızla sevdiyimiz vətənimizin bir hissəsidir. Amma bu gün Naxçıvana getmək üçün yeganə hava məkanından istifadə olunur. Quru ərazi ilə getmək üçün biz ikinci ölkənin ərazisindən tranzit icazəsi istəyirik. Qəribədir ki, icazə istədiyimiz torpaqlar da öz torpaqlarımızdır. Ağır dərddir.

Bundan ağır dərd isə Naxçıvan Muxtar Respublikasının 1920-ci ildə (1923-cü ildə Naxçıvan Muxtar Diyarı statusu almasını, həmçinin) yaradılmasının ildönümünü tarixi hadisə kimi bayram qismində qeyd etməyimizdir.Bəli, Naxçıvanı əldə saxlamağımız özü böyük, olduqca böyük uğur idi. Amma Naxçıvan hansısa bir ada deyil, Azərbaycanın hansısa ölkədə anklav ərazisi deyil ki, bu statusu böyük qələbəmiz sanaq. Naxçıvan əldən getmiş ərazilərimizin sonu sırasından bu statusu qazandı. Heç olmasa Naxçıvan Muxtar Respublikasının yaradılmasının ildönümünü qeyd etməyimizləyanaşı, bu günün həm də Zəngəzur, Göyçə, Dərələyəz mahallarımızın itkisi kimi də qeyd edək. Sadəcə, özümüz üçün yox, dünyaya çatdırmalıyıq ki, Sovetlər Birliyinə 114 min kv km ərazi ilə daxil edilən Azərbaycan ərazisindənbir-birinin ardınca torpaqlarımızı itirdik. 44–45 km enində zolaq ayrılaraq Araz çayınadək Ermənistana verildi və nəticədə Naxçıvan Azərbaycandan ayrı salındı.

Bayaq söylədiyim ki, ermənilərin gizli millivə terror təşkilatları Naxçıvana, Gəncəyə, Qazağa, Tovuza, Gədəbəyə qarşı da ərazi iddiaları üzərində yeni dəhşətli planlar cızırlar. Bəs bizim bu planlara qarşı hansı əks planlarımız var. Təbii ki, Azərbaycan dövləti var gücü ilə ermənilərin məkirli planlarının qarşısını almağa çalışır. Amma burada təkcə hər şeyi dövlət etməli deyil. Biz fərd olaraq, ictimai təşkilatlar olaraq bu dəhşətli planlara qarşı əks-hücuma keçməliyik. Niyə Zəngibasara, Göyçəyə, Dərələyəzə, İrəvana, Üç kilsəyə, Dilicana, Baranaya, Karvansaraya, Vedibasara, Basar-keçərə biz iddia qaldırmırıq? Axı bu ərazilər özbəöz türk torpaqları olaraq bizlərin yurdlarıdır. Niyə bu yurd yerlərimizin Spitak, Noraşen, Yeravan, Sisian, Eçimadzin və sair adlandırılması ilə bağlı elmi, elmi-publisistik məqalələr yazıb dünyanın nüfuzlu jurnallarında çap elətdirmirik? Niyə dünya ictimaiyyətini məlumatlandırmırıq? Bu haqsızlıqlara qarşı öncə biz susmuşuq. Amma ermənilər Amerikada, Avropada, Asyada nüfuzlu jurnallarda 100 il boyunca bizlərə qarşı silsilə məqalələr yazıblar. Ən dəhşətlisi isə odur ki, onlar dünya ictimaiyyətini inandıra bilmişlər ki, ermənilər bir neçə min il bu torpaqların yerli xalqı olublar. Sonra “vəhşi türklər” buralara köç etdikdən sonra bu ərazilərdən onları sıxışdırıb pərən-pərən salıblar. Sonradan ermənilər min zillətlə öz dədə-baba yurdlarına qayıtmışdılar. Hətta utanmadan qeyd ediblər ki, əgər bu torpaqlar ermənilərin olmasaydı ermənilər güclü Osmanlı imperiyasından, Qacarlar dövlətindən qorxub buralara gəlməzdilər. Həyasızlığın dərəcəsinə baxın. Alçaqlar Rusiya amilini gizlədərək, hətta özlərini təhlükələrə ataraq öz dədə-baba yurdlarına gələn məzlum xalq kimi özlərini dünyaya tanıda bilən şərəfsiz ermənilərdən bundan artıq nə gözləmək olar?

Heç nə!

Bəs bizim bu arqumentlərə qarşı kütləvi cavablarımız hansıdır. Biz taleyimizlə belə barışırıq: ermənilər bizim əbədi qonşumuzdur. Amma biz onlar üçün əbədi qonşu statusunda deyilik. Ona görə də biz daim ermənilərə qarşı hücum mövqeyində dayanmalıyıq. Daim hər şeyə hazır olmaq deyil, hər şeyin qarşısını almağa hazır olmalıyıq.

Baxın, bir gəlmə millət ki, tam olaraq köçürüldüyü torpaqlarda cəmi 90 ildə dövlət yarada bilibsə, demək ki, bu düşmən alçaq, şərəfsiz, namussuz da olsa birləşməyi bacaran toplumdular. Ermənistan dövlətinin ana yasasında belə türklərə qarşı ərazi iddiasını öndə veriblər. Biz isə erməniyə hələ də ciddi baxmırıq.Bu halımıza baxıb gürcülər də Borçalıda bir türk etnosunun belə tarixi dını özündə saxlamadan hamısını dəyişdirdilər. Farslar da…

1826–1828-ci illərdəki Rusiya–Qacar müharibəsi dövründə İrandan, Livandan, Osmanlıdan, Suriyadan Azərbaycana köçürülərək ən yaxşı ərazilərdə yerləşdirilən ermənilər 100 il sonra yerləşdikləri ərazilərdə bir nəfər də olsun qeyri-millət qoymadılar. Hamısını qırdılar, qovdular, didərgin etdilər. İrəvanı, Dilicanı, Zəngəzuru, Göyçəni əlimizdən alaraq Naxçıvanı ayrı saldılar ki, sonda ayrı düşmüş kiçik torpağı asanlıqla qopardacaqlar Azərbaycandan. Nə yaxşı ki, bəxtimiz üzümüzə güldü ki, zamanında Türkiyə sahib çıxdı Naxçıvana. Bəli, bu gün Naxçıvan Muxtar Respublikasını Azərbaycan ordusu, yurdsevər, qəhrəman naxçıvanlılar var gücləri ilə qoruyur. Amma bu qoruma da azdır. Biz düşmənin təxribatlarına, planlarına qarşı güclü planlar qurmalıyıq, hər sahədəonlardan güclü olmalıyıq. Bu gün biz bütün imkanlarımızla toparlanıb düşmənə qarşı birləşməliyik. Naxçıvanı Azərbaycandan ayıran əzəli türk torpaqları özümüzə qaytarılmalıdır, – deyə iddialarımızı ortaya qoymalıyıq ki, dünyaya səsimizi salsaq və bununla da ermənilərin Qarabağdakı işğalçılıq müqavimətlərini sındırmış olaraq.

28 May Respublika Gününüz qutlu olsun, dəyərli soydaşlarımız! Tanrı bizlərə Vətənimiz Azərbaycanın itirilmiş torpaqlarını qaytaracağımız günü qismət etsin. Biz bu günə hər gün hazır olmalıyıq.

Dosent Yusif AlıAfşar

 

28- Dilimizdəki “may”, şüurumuzdakı “aprel”

Və ya sonuncu komsomolun etirafları

Elşən Əzim

Bu yazını yazmağa məni Cümhuriyyət günü paylaşdığım bir status, daha doğrusu o statusa olan reaksiyalar vadar etdi. Sosial şəbəkədə yazdığım iki cümlə ilə sovet dövrünün fəsadlarının, həmin dövrdən qalmış bəzi ənənələrin, şüurumuzda özünə yer eləmiş naftalin qoxulu düşüncələrin çağdaş cəmiyyətimiz üçün zərərlərli olduğunu işaıqlandırmağa çalışmışdım. Hər şeyə xırda məişət çərçivəsindən baxan bir dəstə cahil bu tale yüklü iki cümləyə özlərinə yaraşan biçimdə don geydirərək hörmət etdiyim şəxsləri üzərimə qaldırmağa çalışdılar. Özü də sosial şəbəkə müstəvisində də deyil, elə əsiri olduqları məişətin ən aşağı qatlarında… Və bu yazını yazmaqda məqsədim dünyaya baxışı hər hansı bir regionun gələnkləri çərçivəsindən kənara çıxa bilməyən, nəinki regionun, bir dərənin, nəinki bir dərənin, dərənin dərinliyindəki bir kəndin, nəinki bir kəndin, kəndin içərisindəki bir məhəllənin səviyyəsindən o yana keçə bilməyən mütrüflərə cavab vermək deyil, yarımçıq qalmış fikrlərimi tamamlamaqdır Hərdən yarızarafat, yarıgerçək deyirəm ki, sonuncu oktyabryat yaş həddi ilə bağlı təqaüdə çıxanda cəmiyyətimizdəki bütün çolaq tərəflər sağalacaq. Təxmini hesablamama görə, sonuncu oktyabryatın indi 35 yaşı olar. Mən isə sonuncu oktyabryat deyiləm, dəqiq deyə bilərəm ki, sonuncu komsomollardan biriyəm. Deməli yaxamı qırağa çəkməyim doğru olmaz. “Bu günahdan bir azca da məndə var” etirafında bulunmağım yerinə düşər. (Naşı dərzilərin bu sözlərimə də don biçməməkləri üçün deyim ki, rəhmətlik atam da kommunist olub və Sovet dövrünün ziyalılarından, elm və təhsil adamlarından, böyük şəxsiyyətlərindən, İctimai siyasi xadimlərindən danışmıram. Hədəfim o dövrün xırda məmurcuqları, məddah şair və yazıçılarıdır) Keçmiş sovet respublikalarının əksəriyyətində sosialist dövrünə aid olan, sosalizm realizmi deyilən qondarma ədəbi cərəyanın təsirindən çıxa bilməyən ədəbiyyatdan imtina edilib. Biz isə ədəbi zövqümüzü korlayan, söz sənətinin dərinləklərinə enməkdə bizə mane olan, 1937 qoxulu əsərləri hələ də övladlarımıza öyrədirik, onların da ədbi zövqlərini alt-üst edirik. Unuduruq ki, az-çox bədii təfəkkürü olan bir qələm sahibinin sətiraltı laylara varan iki cümləsini doğru anlamamağımızın da səbəbi məhz sözü ideologiya maşınına çevirərək bayağılaşdıran sovet cəmiyyəti olub. Yalnız 70-80-ci illərdə ədəbiyyat bir qədər azad nəfəs almağa başladı ki, bu şəraiti də uzaqgörən siyasətçi, Ulu öndər Heydər Əliyev yaratdı. Bu gün çağdaş cəmiyyətimizin ən yüksək səviyyədə mübarizə apardığı neqativ hallar Sovetin lazımsız mirasları deyilmi? Bu gün ölkə başçısının başlatdığı çoxşaxəli islahatların kökündə dayanan əsas məzmun köhnəfikirliliyin, gerizəkalılığın qarşısını almaq deyilmi? Bütün sahələrdə və mənə daha yaxın olan təhsil sahəsində baş verən inqilabi dəyişiklilərin, yaradılmaqda olan şəffaf mühitin, kadr islahatlarının əsas mayyitəi yeni düşüncənin, modern təfəkkürün oturuşmasına doğru atılan adddımlar hesab edilmirmi? Təhsil demişkən, əziz oxucum, illər öncə yaddaşımda ləkə, ürəyimdə çat kimi qalan bir hadisəni sənin də diqqətinə çatdırım. 2002-ci ildə yenicə müəllim işləyirdim. Məcburi köçkünlük dövrünün maddi sıxıntıları içərisində başa vurduğum təhsilimin ilk bəhrələrini görməkdəydim. Sənətimi sevirdim, ixtisasımın- dil və ədəbiyyatın sevdalısıydım. Məcburi köçkün məktəbinin azsaylı (kağız üzərində çox idi )şagirdləri əyləşən siniflərinə daxil olarkən qürur duyurdum. Sinifdən çıxanda tələbə vaxtımdan qalmış kostyumumun qolları dirsəyəcən təbaşir tozuna bulaşırdı. Sən demə həmin dövrdə mənim işlədiyim regionda təhsilə, məktəblərə rəhbərlik edənlər isə xirtdəyəcən dəhşətli korrupsiyaya bulaşırmışlar. Dövlət orqanlarının apardığı yoxlamalar elə iyrənc faktları ortaya çıxarmışdı ki, onları detalları ilə yazmağa müqəddəs bildiyim sözün saflığını, qələmin mürəkkəbini, hətta klaviaturamın düymələrini belə layiq bilmirəm. Sovet qalıqlarının törətdiyi bu əməllər məni sevdiyim sənətimdən iyrəndirməyə başlamışdı. Başımı götürüb qaçmaq istəyirdim təhsil sahəsindən. Uşaqlıqdan arzusunda olduğum mətbuata üz tutmaq istəyirdim. Ancaq nə Bakıda mənə dəstək olacaq bir kəs, nə paytaxta üz tutmağa yol pulum vardı. Doğrudur, paytaxta gedə bilməməyim yaradıcı potensalımı tükətmədi, fəqət daha da inkişaf etməsinə mane oldu. Paralel olaraq, bölgə mətbuatında da çalışdım, bir layihə çərçivəsində “Sovqat” uşaq qəzetinin baş redaktoru oldum, “Söz odası” qəzetini təsis etim, kitablarım nəşr olundu və s. Yəni bölgədə də olsam qismən mətbuata və ədəbiyyata yönəlik arzularımı da həyata keçirə bildim. Təhsil sahəsinə olan küskün ovqatım isə davam etməkdə idi. Şükrlər olsun ki, dövlətimizn yaratdığı şəffaf mühit gənc müəllimlərin də təhsildə önə keçməsinə səbəb oldu və bunlardan biri də mən oldum. (Yuxarıda göstərdiyim cinayət faktlarına etiraz edənlar tapılsa, daha dəqiq detallarla araşdırma yazısı yazmağa hazıram.) Bu yerdə böyük Sabirin bir beyti yadıma düşdü: Bəs niyə böylə bərəldirsən, a qare gözünü, Yoxsa bu ayinədə əyri görürsən özünü? Sözümün canı odur ki, Sovet dövründə də qeyrətli kişilər öz vəzifələrini şərəflə yerinə yetirdilər, milli-mənəvi dəyərlərimizi aşınmalardan qorudular, onlar öz işlərini görüb bitirdilər. Artıq onların gördüyü işlər bu gün üçün aktual deyil. Onların davamçısı olmaq da nə cəmiyyətimizə, nə də o rəhmətliklərə bir xeyir verməz. Zaman bizi daha intellektli, modern düşüncəli, kreativ olmağa səsləyir. Və siz də naşı dərzilər, paslı qayçılarınızla sözə “güllü don” biçməkdənsə, əsiri olduğunuz məişət qeybətlərinin dar gözlüyündən dünyaya baxmaqdansa, bir az şüurunuzda inqilab edin. 28 aprelin nökər, qul adına deyil, ondan 23 ay əvvəlki 28 mayın şərəfli vətəndaş adına layiq olmağa çalışın!!!

31.05.2019

İcra başçısı məşuqəsini boğub öldürdü- həyat yoldaşı seçim tələb edibmiş

Moskva vilayətinin Ramenskoye rayonunun başçısı Andrey Kulakov məşuqəsini öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Virtualaz.org “112” telegram-kanalına istinadən xəbər verir ki, Yelena İsayeva Ramenskoye rayonunun İctimai Palatasının sədr müavini vəzifəsində çalışıb. Qadın mayın 1-dən 2-nə keçən gecə itkin düşüb. Mayın 3-də onun cəsədini “Mercedes ML” avtomobilinin salonunda tapıblar. İsayeva boğularaq öldürülüb.

DNT ekspertizası avtomobildə və meyitin üzərində Kulakovun izlərini aşkarlayıb. Mənbə qeyd edir ki, qətldən az öncə Kulakovun həyat yoldaşı onun məşuqəsinin olduğunu öyrənib və ərinə təzyiq edib. Rayon başçısı seçimini edib.

Bu gün Kulakov “yalan detektoru”ndan keçirilib və təqsirli olması sübuta yetirilib.

Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq”

Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri şəhid Aqil Omarovla bağlı bəyanat yayıb.

“Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri Aqil Omarov işğalçı erməni ordusunun növbəti təxribatı nəticəsində şəhid olub. Qəhrəman Azərbaycan oğlunun mənsub olduğu Omarovlar ailəsinə dərin hüznlə baş sağlığı verir, şəhidlik zirvəsinə ucalan qardaşımızın ruhu şad olsun deyirik.

Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq. Bu acı xəbər dünyada yaşayan Azərbaycanlıların işğalçı erməni ordusuna olan nifrətini və qəzəbini daha da artırıb. Düşmənin cəbhədəki son təxribatı sülh danışıqlarının işğalçı dövlət tərəfindən imitasiya edildiyini bir daha sübut edir. Şanlı Azərbaycan Silahlı Qüvvələrinin düşmənə faciəvi hadisəylə bağlı adekvat olacağına inamımızı bildiririk.

Azərbaycan Respublikasının müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənovun “bizim bir şəhidimizə görə onların 10 hərbiçisi məhv ediləcək” bəyanatının icrasına ümid bəsləyirik”.