Ça. İyn 18th, 2019

Gün: İyun 3, 2019

“QHT rəhbərlərinin əsaslandırılmış təklifləri nəzərə alınacaq” – Azay Quliyev

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Turkustan.info xəbər verir ki, Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev sözügedən müzakirə ilə bağlı Twitter səhifəsində fikirlərini bölüşüb: “Bu gün “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsinin ilk ictimai müzakirəsini keçirdik. QHT rəhbərlərinin səsləndirdiyi əsaslandırılmış təklif və rəylər sonrakı mərhələdə nəzərə alınacaq”.

Kişilər diqqət! – Bundan istifadə atalıq şansını azaldır

“British Princeton” Universitetində aparılan araşdırmaya görə, steroiddən istifadə edən kişilərdə spermanın keyfiyyəti aşağı düşür.

Steroid insanın cinsi hormonlarına təsir edən, onların səviyyəsini süni yollarla müəyyən vaxt periodunda artıran kimyəvi preparatlardır.

Turkustan.info xəbər verir ki, alimlərin tədqiqatlarına əsasən, xüsusilə fitness və bodi-bilding idmanı ilə maraqlananlar, əzələ yığmaq istəyənlər steroidlərdən geniş istifadə edirlər.

Ancaq “British Princeton” Universitetində aparılan araşdırma steroid istifadəçilərində sperma keyfiyyətinin azaldığını sübut edib.  Təcrübəyə görə,  steroidlər orqanizmin  hormon balansını pozurlar. Hormon balansı sperma istehsalını zəiflədir.

İcbari tibbi sığorta ilə bağlı daha bir FƏRMAN

Azərbaycan prezidenti İlham Əliyev icbari tibbi sığorta ilə bağlı fərman imzalayıb.
Turkustan.info-nun məlumatına görə, fərmanda deyilir:
“Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12, maddə 2575) 2-ci hissəsinə “Talassemiya Mərkəzi” sözlərindən sonra “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” sözləri əlavə edilsin”.  /Bakupost.az/

Prezidentdən əhaliyə dəymiş ziyanla bağlı – Sərəncam

Prezident İlham Əliyev Astara rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılması haqqında sərəncam imzalayıb.

Turkustan.info xəbər verir ki, sərəncama əsasən, baş vermiş torpaq sürüşməsi nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 36 mənzilli yaşayış binasının tikintisi məqsədilə Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 2,3 milyon (iki milyon üç yüz min) manat ayrılıb.   /Axar.az/ 

Qanaxmalı qızdırma virusuna yoluxanlar artır

Rusiyanın Saratov vilayətində yaz mövsümü başlayandan 500-dən çox şəxs böyrək sindromlu, qanaxmalı qızdırma virusuna yoluxub.

Turkustan.info Rusiya mediasına istinadən xəbər verir ki, bugünədək onlardan 333 nəfəri xəstəxanalarda müalicə olunmaqda davam edir.

Bir müddət əvvəl vilayət rəhbərliyi uşaqların yay düşərgələrinə getməsini qadağan etmişdi.

Hazırda virusun yayılma mənbəyi ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, böyrək sindromlu, qanaxmalı qızdırma böyrəklərin zədələnməsi ilə müşayiət olunan kəskin virus xəstəliyidir.  /Modern.az/ 

Gürcüstan Qarabağda keçirilən qondarma çempionata etiraz etdi

Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində CONİFA tərəfindən keçirilən tədbirə münasibət bildirib.

Turkustan.info bildirir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, Gürcüstan XİN-in məlumatında qeyd edilir: “Tanınmamış Dağlıq Qarabağda Abxaziya və Tsxinvali bölgələrindən gələn futbol komandalarının iştirak etdiyi qondarma Avropa futbol çempionatı keçirilir. Həmin tədbirin təşəbbüskarı və təşkilatçısı CONİFA, yəni tanınmamış bölgələrin futbol assosiasiyaları konfederasiyasıdır. Əsasən tanınmamış bölgələrdən futbol komandalarından ibarət olan CONİFA və ona bənzər təşkilatları FİFA və UEFA tanımır. Buna görə Abxaziya və Tsxinvali futbol komandalarının bu cür qondarma çempionatda iştirak etməsi işğalçı rejimlərə hər hansı legitimlik vermək üçün əsas deyil və ola da bilməz”.

Məlumatda həmçinin bildirilir ki, Gürcüstan tərəfindən tanınmama istiqamətində həyata keçirilən siyasətə beynəlxalq ictimaiyyətin dəstəyi və mövqeyi dəyişməzdir və bu, bir sıra beynəlxalq sənədlər və bəyanatlarda əks olunub: “Tanınmama siyasətinin həyata keçirilməsi bizim xarici siyasətimizin prioritetlərindən biridir. Gürcüstan Xarici İşlər Nazirliyi tanınmama və gələcək risklərin qarşısının alınması siyasətini gücləndirmək üzrə fəal işi davam etdirir”.

Sabah Bakının bəzi hissələrində qaz olmaycaq – Siyahı

Bakının Nəsimi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yeni çəkilmiş diametri 400,160 və 110 mm-lik polietilen qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, sabah saat 10:00-dan təmir işləri tamamlananadək Nəsimi rayonu 1 və 2-ci Alatava, Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işlərinin Yasamal və Nərimanov rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.    (Trend.az)

Azərbaycanda bayram namazının vaxtı açıqlandı

İyunun 5-də Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.

Turkustan.info bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Metbuat.az-a verilən məlumata görə, bayram namazının qılınması iyunun 5-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində baş tutacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 6-na təsadüf edib, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 5-ə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Xatırladaq ki, bəzi ölkələrdə (Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və b.) Ramazan ayı münasibətilə bayram namazı sabah qılınacaq.

Babazanlıda yeni su təchizatı sistemləri istismara verilib – Foto

Ramazan bayramı və 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Salyan şəhərinin Babazanlı yaşayış massivində yeni yaradılmış su təchizatı sistemləri istismara verilib. 

Turkustan.info xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Salyan şəhərində ucaldılmış abidəsini ziyarət edib.

Babazanlı yaşayış massivində keçirilən açılış mərasimində Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illər regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Aran bölgəsində yerləşən Salyan rayonunda içməli su təchizatı həmişə aktual olub. Salyan şəhərində yeni mənbədən suyun verilməsinə başlandıqdan sonra şəhərdə su və kanalizasiya şəbəkələrinin yenilənməsi işləri davam etdirilir.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Salyan şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri davam etdirilir. Bu layihə çərçivəsində şəhərin uzun illərdir içməli sudan əziyyət çəkən Babazanlı yaşayış massivində də içməli su layihəsi icra olunub.

Babazanlı yaşayış massivi Salyan şəhərinin böyük bir hissəsini əhatə edir. Burada mərkəzləşdirilmiş su təchizatı sustemi mövcud olmayıb. Sakinlər uzun illər fərdi qaydada quraşdırılmış nasoslar vasitəsilə Kür çayından götürülmüş sudan istifadə edib.

Açılış mərasimindən sonra Rayon İcra Hakimiyyətində 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı münasibətilə tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov əhalinin içməli su və kanalizasiya xidmətləri ilə təmin olunmasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olduğunu xatırladıb. Tədbirdə əmək fəaliyyətindən fərqlənən su təsərrüfatı işçiləri təltif olunub.




Azərbaycanda ilk dəfə orta məktəb müəllimləri üçün qrupşəkilli biblioterapiya

Son dövrlərdə orta məktəblərdə psixoloji xidmətin keyfiyyətinin artırılmasına və şagirdlərin psixoloji problemlərin həllinə yönəlik tədbirlər yeni vüsət almışdır. “Addım” Gənclərin İnkişaf Mərkəzinin “Kitabla terapiya” adlı proqram xarakterli layihəsi bu tədbirlər içərisində özünəməxsusluğu ilə seçilir. “Addım”dan “Təzadlar”abildirilib ki, “Kitabla terapiya”larda daha çox qrupşəkilli biblioterapiyalar keçirilir. “biligi ilə sağalmaq” mənasını verən “biblioterapiya”nın tarixi 1810-cu ilə gedir çıxır. Qrup terapiyasının iştirakçıları bir müddət əvvəl elan edilmiş kitabı oxuyaraq psixoloqun moderatorluğu ilə onu müzakirə edirlər. İdentifikasiya, refleklsiya, katarsis və insayt mərhələlərindən ibarət müzakirələrdə xüsusi metodikalar tətbiq edilir. Nəticədə yanlış stereotiplər qırılır, motivasiya gücləndirilir, davranış pozuntuları korreksiya edilir, pozitiv düşüncələr formalaşır, yeni “sərvət dəyərləri”, mənəvi əxlaqi keyfiyyətlər qazanılır. 
Təşkilat bu üsulun orta təhsil müəssisələrində də tətbiqini təşviq etmək məqsədilə növbəti tədbirini mayın 30-da Frans Kafkanın “Çevrilmə” novellasının əsasında Zəngilan rayonunun müəllimləri və məktəb psixoloqları üçün təşkil etmişdir. Tədbirin başlanğıcında Zəngilan rayonu İcra Hakimiyyətinin məsul işçisi Şəngül müəllim çıxış edərək, orta məktəb müəllimlərinin peşə hazırlığının səviyyəsinin yüksəldilməsi üçün görülən işləri icra hakimiyyəti dəstəklədiyini eyni zamanda bu cür təşəbbüsləri gerçəkləşdirmək üçün kömək etməyə hər zaman hazır olduğunu bildirmişdir.
Daha sonra qrupşəkilli biblioterapiyaların aparıcı-psixoloqu Kamil Həmidov bu üsul barədə geniş məlumat verərək bildirmişdir ki, məktəb psixoloqları və müəllimlər tərəfindən səmərəli tətbiq olunsa və mütəmadi keçirilərsə orta məktəb şagirdləri arasında sosial fobiya, uşaq depresiyaları, sosial adaptasiya problemləri, intiharlar, “bulling”lər və digər neqativ halların sayı minimuma enər.
Qeyd edək ki, növbəti həftələrdə yuxarı sinif şagirdləri üçün 4 məktəbdə A.S.Ekzüperinin “Balaca şahzadə” novellası əsasında qrup terapiyaları keçiriləcək və bir sosial çarx hazırlanaraq yayılacaqdır“Addım” GİM layihənin donoru Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, Zəngilan rayonu İcra Hakimiyyətinə və dəstək olan digər qurumlara və şəxslərə təşəkkür edir.

QHT Şurasında vətəndaşların qanunvericilik təşəbbüsü ilə bağlı Qanunun müzakirəsi – FOTOLAR

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Tədbirdə Milli Məclisin deputatları və QHT ekspertləri iştirak edib. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev Şura ilə Milli Məclis arasında 2014-cü ildə imzalanan Memoranduma uyğun olaraq “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanun layihəsinin ictimai müzakirəsinin təşkil olunduğunu bildirib.

Milli Məclisin komitə sədri Əli Hüseynli qanun layihəsi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən QHT ekspertləri qanun layihəsi ilə bağlı fikirlərini bildirib, həmçinin rəy və təkliflərini səsləndiriblər.

Tədbirdə qaldırılan məsələlərə Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid aydınlıq gətirib.

Müzakirələrin davam etdirilməsi ilə bağlı tədbirdə ümumi razılıq əldə olunub.

 

Həmyerlimiz Tofiq Musayevin məşhur döyüşçü üzərində möhtəşəm qələbəsi – Video+Foto

Həmyerlimiz Tofiq Musayev Yaponiyanın Rizin liqasında növbəti döyüşünü qələbə ilə başa vurub. 

Turkustan.info xəbər verir ki, Tofiq Musayev rəqibi UFC liqasının tanınmış idmançılarından olan Daron Krikşenki məğlub edib. 

Tofiq Musayev iyun ayının ikisində yaponiyanın Tokyo şəhərində baş tutan döyüşün hər üç raundunu mütləq qələbə ilə başa vurub. Qeyd edək ki, Daron Krikşenkin rekordu 21-in 11-ədir. Döyüşçü keçirdiyi iyirmi bir görüşün onundan qalib kimi ayrılmışdır. 33 yaşlı idmançı UFC liqasında bir neçə döyüş keçirmiş, daha sonra isə Rizin liqası ilə müqavilə imzalamışdır. Tofiq Musayev isə bu günə qədər keçirdiyi 14 döyüşdən sadəcə 3-ündə ringdən məğlub kimi ayrılıb. 

Xatırladaq ki, Tofiq Musayevin bundan əvvəlki rəqibi Asiyanın məşhur MMA döyüşçüsü Nobumitsu Tayson olmuş, Tofiq Musayev rinqdən qalib kimi ayrılmışdı. T. Musayev MMA üzrə dünya, Avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur. Dünya reytinqində 97-ci yerdə olan Tofiq Musayev bu döyüşdən sonra 68-ci pillədə qərarlaşıb.

Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” adlı kitabının təqdimatı keçirildi – FOTOLAR

01 iyun 2019-cu il tarixdə Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovun “Bizdə şeir də var, sənət də vardır” adlı kitabının təqdimatı keçirildi.
Tədbiri Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov açıq elan etdi. Ramiz Göyüşovu təbrik edərək bildirdi ki, onun tədqiqatlarının mühüm cəhətlərindən biri bu günkü ictimai düşüncəni tamamilə əks etdirməsidir. Bu gün ictimai-siyasi sahədə fəaliyyət göstərən,siyasi prosesləri, hadisələri yaxından bilən, izləyən insan kimi onun yazıları mühüm əhəmiyyət daşıyır.
Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ramiz Göyüşovu kitabının  nəşri münasibətilə təbrik etdi. Bildirdi ki, onun toxunduğu mövzular ətraflı və çox əhatəlidir. Bu tədqiqatların hər biri dərin araşdırmaların nəticəsi və yuxusuz gecələrin məhsuludur. Tağı Əhmədov xüsusilə kitabda ədəbiyyatçılar və tarixçilərin fikirlərinin müqayisəli ifadəsini mükəmməl şəkildə öz əksini tapmasını qeyd etdi. Səməd Vurğunun “Vaqif” pyesi haqqında özünəməxsus fikirlərin kitabda çox ətraflı və maraqlı formada öz əksini tapdığını  vurğuladı. Sonda isə özünün yazdığı şeir parçasını qonaqların diqqətinə çatdırdı.
Qazax Xeyriyyə ictimai birliyinin sədri, elmlər doktoru, Azərbaycan Texniki Universitetin Elmi işlər üzrə prorektoru prof.İlham Pirməmmədov çıxışında tanınmış insanlar haqqında fikir bildirmək, məqalə yazmaq, təhlil etməyin hər adama xas olmadığını bildirdi. Bu təhlillər zəngin dünyagörüşü və tədqiq etdiyin şəxsiyyaət və onun dövrü haqqında bilgi tələb etdiyindən bunu ancaq geniş mütaliyəyə malik olan insanlar edə bilər. Ramiz Göyüşov ictimai xadim kimi ölkənin siyasi proseslərində, mədəni həyatında iştirak etdiyi kimi, həm də ədəbiyyatımızın keşiyində dayanır.
Kitaba ön söz yazan Filologiya elmləri doktoru, Azərbaycan Sənaye Universitetinin kadrlar müdiri, ədəbiyyatşünas alim, prof.Rüstəm Kamal ilk dəfədir qeyri-filoloqun məqalələr toplusuna ön söz yazdığını və bu halın xoş istisna olduğunu vurğuladı. O,bildirdi ki,Ramiz Göyüşov uzun illər rəhbər yerli icra hakimiyyəti orqanlarında vəzifələrdə çalışması ilə bərabər, həm də səmimi ədəbiyyatşünasdır. O yazdığı məqalələri ruhən duyaraq onunla sanki sirdaş olur. Onları özünün xatirə, ömür məkanına daxil edir və onlarla doğmalaşır. Rüstəm Kamalın sözlərinə görə artıq bu gün şairlər, yazarlar Ramiz Göyüşovun poetik zövqünə, elmi təhlillərinə və düşüncələrinə inanırlar. Ona öz kitablarını göndərirlər, ondan səbirsizliklə yeni yazılar gözləyirlər. Onun yazılarında sanki bir xatirə rüzgarı dolaşır.
“Bələdiyyə xəbərləri” saytının baş redaktoru Vüqar Tofiqli Ramiz Göyüşovu yenicə işıq üzü görən kitabı münasibətilə təbrik etdi. Kitab haqqında və kitaba daxil edilən məqalələrin bir çoxunu oxuduğunu, səlis və oxunaqlı şəkildə yazılan məqalələrin hər birini tədqiqat əsəri hesab etdiyini vurğuladı. Ramiz Göyüşovun “Məmurun ziyalı olması cəmiyyətin uğurudur” ifadəsinin ən uğurlu nümunəsi olduğunu söylədi. Məhz ziyalı məmur kimi ədəbiyyət aləmində də bundan sonra ona uğurlar arzuladı.
Təqdimatda,həmçinin Filologiya elmləri doktoru, professor Məti Osmanoğlu,Azərbaycan Dövlət Universitetinin Mülki Hüquq kafedrasının müdiri prof. Məhəbbət Dəmirçiyeva, çağdaş poeziyamşzın ünlü nümayəndələrindən şair Ramiz Məmmədzadə,Oktay Rza, Zaməddin Ziyadoğlu, Rafail İncəyurd, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun direktoru İbrahim İlyaslı və başqaları çıxış edərək kitab və kitabdakı məqalələri haqqında təəssüratlarını bölüşdülər.
Təqdimatın sonunda çıxış edən kitabın  müəllifi Ramiz Göyüşov ona göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Vurğuladı ki, yaradıcı insan üçün diqqət və qayğı ən vacib stimuldur. Ramiz Göyüşov yeni-yeni əsərlər, məqalələr əsasında yeni kitablarla oxucularını sevindirəcəyini vurğuladı.
Təqdimatdan sonra kitabların imzalanması mərasimi baş tutdu.

KİVDF-dən 2 müsabiqə qərarı: Qəzetlər və jurnalistlər üçün

İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:

  1. 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;
  2. Fondun 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi elanının müzakirəsi və təsdiqi.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor 2019-cu ilin II yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqənin iyunun 4-dən 27-dək “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçiriləcəyini bildirib. Vüqar Səfərli bildirib ki, ictimai-siyasi qəzetlərin 2019-cu ilin II rübündə qüvvədə olmuş qayda əsasında – 3 kateqoriya üzrə (gündəlik, günaşırı və həftəlik) maliyyələşdirilməsi təklif edilir.

İcraçı direktor bildirib ki, I kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 20 min manat maliyyə yardımının ayrılması təklif olunur.

II kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan, günaşırı (həftədə 3 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 10 min manat maliyyə vəsaitinin ayrılması məqsədəuyğun sayılır.

Vüqar Səfərli qeyd edib ki, III kateqoriyaya əsasən, son 3 ildə müntəzəm nəşr olunan, tirajı 2500 nüsxədən, satış və abunəsinin cəmi 1500 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 24-dən (A3, B2 formatda) az olmayan həftəlik ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi, onlara aylıq 5 min manat maliyyə vəsaitinin ayrılması təklif olunur.

Sonra məsələ ətrafında geniş müzakirələr aparılıb. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən – Bəhruz Quliyev, İntiqam Hümbətov, Ayaz Mirzəyev, Rasim Həsənov və Əvəz Rüstəmov KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı irəli sürülən təklifi qənaətbəxş qiymətləndiriblər. Müsabiqə elanı səsə qoyularaq yekdilliklə qəbul edilib.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Fondun 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə elan edəcəyi ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin 2019-cu il iyunun 4-dən iyulun 12-dək 19 istiqamət üzrə keçirilməsi təklif olunur. Vüqar Səfərli müsabiqənin şərtlərinə əsasən I yerin qalibi üçün 500, II yerlər üçün 400, III yerlər üçün 300 manat mükafatın nəzərdə tutulduğunu vurğulayıb.

Müşahidə Şurasının üzvləri müzakirələr zamanı Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyinin stimullaşdırılması və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini diqqətə çəkiblər. Daha sonra müsabiqənin elanı səsə qoyularaq yekdilliklə təsdiq edilib.

“Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcək” – Prezidentdən Ramazan təbriki

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib. Təbrikdə deyilir:

“Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram.
Bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.
Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini vermiş, böyük alimlər və mütəfəkkirlər yetişdirmişdir. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynamışdır.

Əziz bacı və qardaşlarım!

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram.
Ramazan bayramınız mübarək olsun!”

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2019-cu il.

Bu həqiqəti “sülh göyərçinlərinə” uca səslə deməyin vaxtıdır…

Bəxtiyar Səlimov

Əgər beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı təcavüzünə biganə qalmasaydı, 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününü qeyd edən körpələrin arasında balaca Zəhra da olacaqdı. Erməni hərb maşını bu körpə fidanımızın böyüyüb qol-qanad atmasına imkan vermədi. Füzuli rayonunun Alxanlı kəndində dünyaya göz açan Zəhra Quliyeva 7 iyul 2017-ci ildə Ermənistan ordusunun kəndi ağır silahlardan atəşə tutması nəticəsində nənəsi ilə birlikdə faciəli şəkildə həlak oldu. Şəhidlərimizin sırasına 14 aylıq balaca qızcığazın da adı yazıldı, qəbri doğma kəndində qazıldı…

Bütün müharibələrin bir gün danışıqlar masası ətrafında başa çatdığıyla bağlı həqiqəti heç kim inkar etmir. Hazırda tərəflər arasında qeyri-müəyyən vəziyyət ona görə davam edir ki, Ermənistan danışıqlar masasının ətrafında əyləşməkdən imtina edir. Beynəlxalq hüququn bütün prinsiplərinə tüpürən təcavüzkar dövlət ikili standartların qazandırdığı üstünlüklərdən faydalanmaqda davam edir. Status-kvonun bir gün dəyişəcəyi heç kimdə şübhə doğurmasa da, real mənzərə ürəkaçan deyi. Azərbaycan xalqının ikili standartlardan əziyyət çəkdiyi belə həssas dönəmdə qəfildın peyda olan “sülh göyərçinləri” çıxardıqları əcaib-qəraib səslərlə ovqatımızı təlx etməkdən çəkinmirlər. Bir müddət əvvəl Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu hədəfə götürən qarğa xislətli “göyərçinlər” indi də Azərbaycan bayrağının şərəfini öz azadlığından üstün tutan qəhrəman zabitimiz Ramil Səfərova dil uzadırlar. Köhnə bayatılar yeni orenjamanda təqdim olunmaqdadır.

Ermənistan sülhə hazır olmadığını hər fürsətdə büruzə verməkdədir. Mayın 30-da Azərbaycan Ordusunun mayoru, tabor komandiri Aqil Omarovun xaincəsinə qətlə yetirilməsi düşmənin təcavüzkar siyasətindən əl çəkmək niyətində olmadığını bir daha sübut etdi. Snayperlərin təmas xəttindən geri çəkilməsiylə bağlı müzakirələrin intensiv xarakter aldığı bir vaxtda düşmənin bu addımı təkcə özünüifşa deyil. Ermənilər bu hərəkətləri ilə həm də Azərbaycandakı “sülh göyərçinlərinin” ağzının üstündın tərs şillə vurmuş oldular.

Əgər bu adamlarda azca abır-həya hissi olsa, bundan sonra ağızlarını açıb bir kəlmə də danışmazlar… Beynəlxalq təşkilatların dəstəyi ilə regionda “nə hərb, nə sülh” siyasəti davam edir. Bu siyasətdən ən çox əziyyət çəkən Azərbaycan xalqıdır. İllər bir-birini əvəz etdikcə müharibə dəhşətləri acı xatirəyə çevrilərək, daha çox yaşlı nəslin leksikonunda çözələnir. Şahidlərin tədricən şəhidlərə çevrilməsi müharibə əleyhdarlarının əl-qolunu açıb. Zamanı dayandırmaq mümkün olmasa da, onu öz xeyrimizə çevirə bilərik.

“Sülh göyərçinlərini” susdurmaq üçün öz həqiqətlərimizi daha uca səslə söyləməyin vaxtıdır…

Evə girib 13 yaşlı qızı zorladı… Bakıda daha 3 İYRƏNC CİNAYƏT

Bakının Nəsimi rayonunda 13 yaşlı qız zorlanıb.

Turkustan.info bildirir ki. bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Polisə yeniyetmənin anası şikayət edib. Qadının sözlərinə görə, cinayət iyunun 2-də onların şəxsi mənzilində törədilib. Uşağın anası deyib ki, qızı ilə cinsi əlaqədə olan şəxsin adı Rəsuldur.

20-ci Polis Bölməsinin əməkdaşlarının araşdırması zamanı şübhəli şəxsin kimliyi müəyyən olunub. Məlum olub ki, cinayətkarın adı heç də Rəsul deyil. O, Masallı rayon sakini D.Nuriyevdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsin saxlanması istiqamətində tədbirlər görür. D.Nuriyevin zorakılıq qurbanının evinə necə daxil olması və cinayətin digər təfərrüatı aydınlaşdırılır.

Qeyd edək ki, zorlama faktı ilə bağlı daha iki şikayət Suraxanı və Səbail rayonlarından daxil olub. Birinci halda Həzrət adlı şəxs 23 yaşlı qızı zorlamaqda ittiham edilir. Digərində isə bir kişi 45 yaşlı qadını cinsi əlaqəyə məcbur edib. O, qadını fotolarını yaxınlarına göstərəcəyi ilə hədələyib.

Hər iki halda zərərçəkənlər polisə müraciət ediblər. Faktlarla bağlı araşdırma aparılır.

 

Bakıda “Hər bir şəhid bizim ailəmizdəndir” adlı sərgi açılıb

Azərbaycan Rəssamlar İttifaqında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Hər bir şəhid bizim ailəmizdəndir” adlı uşaqların əl işlərindən ibarət rəsm sərgisi açılıb.

Turkustan.info xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşıb.

Layihənin rəhbəri, istedadlı rəssam Ramin Allahverdiyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, bu gün ölkəmizin azad və toxunulmaz, övladlarımızın rahat və təhlükəsiz şəraitdə yaşaması üçün şəhidlərimizə borcluyuq. Bu səbəbdən də hər gün şəhidlərimizi ehtiramla yad etməliyik. Bugünkü tədbirin də qayəsində məhz bu məsələ dayanır. Bu gün təqdim olunan rəsmlər şəhidlərimizə ithaf olunub. Bu da ölməz Vətən oğullarını anmaq, yad etmək üçün deyərdim ki, bir fürsətdir.

O bildirib ki, tədbirdən sonra Şəhidlər xiyabanını ziyarət edərək ölməz şəhidlərimizin xatirəsini anacaqlar.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov şəhidlərimizə həsr olunan bu cür layihələr keçirilməsinin vacibliyindən danışıb. Bildirib ki, tədbirdə təqdim olunan əsərlər bütövlükdə türk dünyasına olan sevginin, şəhidlərimizin ruhuna olan ehtiramın təzahürüdür. Deyib ki, Türkiyənin ölkəmizdəki səfirliyi hər zaman Rəssamlar İttifaqının layihələrinə yardımçı olub.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Vətən torpaqlarının bütövlüyü naminə canından keçən hər bir şəhidin xatirəsi hamımız üçün əzizdir: “Bu gün iki qardaş ölkənin bayraqları bir yerə asılıb. Bu, bizi çox qürurlandırır. Biz bir millət, iki dövlət olaraq bütün zamanlarda bir yerdə olacağıq”.

Sonra səfirə balaca rəssamın rəsm əsəri, həmçinin şəhid Əbdülməcid Axundov haqqında çəkilmiş 2 sənədli filmin diskləri təqdim olunub.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, bu gün ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı göstərilir, onların inkişafı üçün hərtərəfli şəraitin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə xüsusi diqqət göstərib, uşaq və yeniyetmələrin sağlam və Vətənə layiqli vətəndaşlar kimi böyüməsi üçün bütün zəruri şərait yaradıb. Ümummilli Liderin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirilərək ölkəmizdə uşaqların hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə 20-dən çox uşağın 250-ə yaxın müxtəlif üslublarda işlədiyi rəsm əsəri təqdim olunub.

Dərslərin başlama və bitmə vaxtı yenə dəyişir? – NAZİRLİK AÇIQLADI

“Tədris ilinin müddəti ilə bağlı hər hansı dəyişiklik növbəti dərs ilində də gözlənilmir”.

Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Ümumi təhsil haqqında” Qanunda yer alan tədris ilinin müddətinin prezidentlə razılaşdırılması müddəası ilə bağlı görülən işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, indiki halda bu məsələ müzakirə edilmir: “Tədris ilinin müddəti ilə bağlı dəyişiklik olacağını düşünmürəm. Ən azından, belə bir məsələ nəzərdə tutulmur. Bununla bağlı müzakirələr yoxdur” . 

Xatırladaq ki, 2014-cü ildə Nazirlər Kabineti Təhsil Nazirliyinin təklifini nəzərə alaraq dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edib.  Dəyişikliyə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil – 1 fevral – 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində tətillər bunlardır – 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili. Yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən, respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər.

Bu qərara qədər isə ümumtəhsil məktəbində dərs məşğələləri, bir qayda olaraq, sentyabrın 15-də başlayıb mayın 31-də başa çatıb. Dərs ili 15 sentyabr – 29 dekabr və 6 yanvar – 31 may olmaqla iki yarımilə bölünüb. 

İllərdir ki, tədris ilinin müddəti ilə bağlı əvvəlki qaydanın tətbiqi tələbləri səsləndirilir. 

Çünki tədris proqramı mayın sonunda baş çatır, dərsliklər iyunun əvvəlində şagirdlərdən geri alınır. 

Ancaq kiçik və böyük summativlər iyun ayına salındığından dərsə davamiyyət məcburi olur. 

Qeyd edək ki, bu günlərdə ölkə başçısı İlham Əliyevin fərmanı ilə “Ümumi təhsil haqqında” Qanun təsdiq olunub.

Həmin qanunun 13.10-cu maddəsinə uyğun olaraq, tədris ilinin müddətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməlidir. 

 

İsveçdə qurulan Azərbaycan teatrından bir ilk: “Tumurcuq”dan Cümhuriyyətə ərməğan – FOTOLAR

İyunun 2-də İsveçin Stokholm şəhərində “Tumurcuq” teatrının premyerası keçirilib.  Premyera Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunaraq  “101 uşağın nəvələri” adı ilə təqdim olunub.  
Tədbiri ürək sözləri ilə açan Türk dram teatrının bədii rəhbəri və rejissoru Burcu Ada Soysop  açaraq “Tumurcuq”un ilk addımlarında və ilk premyerasında azərbaycanlı dostların yanında olduğundan qürur duyduğunu xüsusi vurğulayıb. Burcu xanım, teatrın bədii rəhbəri və rejissoru Sevinc Nəzərli başda olmaqla teatrın bütün kollektivini təbrik edərək bu uzun və zəhmətli yolda onlara səmimi-qəlbdən uğurlar arzulayıb. 
Teatrın mövzusu Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyəti qurduğu dönəmdə ilk işindən biri 100 gənci xarici ölkələrdə təhsil almağa göndərməsi olub. Məhz burdan qaynaqlanaraq Sevinc Nəzərli ssenarini bu məsələ üzərində qurub. Keçən əsrin əvvəllərində xaricə təhsil almağa gedən 101 (Azərbaycan Xalq Cumhuriyyətinin 101 illiyi şərəfinə simvolik olaraq 101 götürülüb) gəncdən biri Azərbaycanın ucqar kəndlərindən birinin yazma, oxuma bilməyən savadsız bir ailənin oğludur. O, həmin siyahıda adı olanlardan biri olaraq məsələni valideynlərinə anladır. Kənd yerində yaşayan bir ailə üçün təbii bir qeyri- adi qarşılandığı üçün öncə uşağa qarşı çıxsalar da sonradan razılaşaraq valideynlər onu xaricə təhsil almağa yollayırlar.
Tamaşanın ikinci hissəsində hadisələr müasir zamanda xaricdə təhsil alıb gəlmiş övladı təsvir olunur. 101 uşağın nəvələri adı da məhz burdan qaynaqlanır. Həmin nəvələrin indiki durumu tamaşanın ikinci hissəsinin mövzusu olur.
Onu da nəzərinizə çatdıraq ki, tamaşaya baxmaq üçün İsveçin bir çox şəhərlərindən  azərbaycanlılar gəlib. Tamaşa bütün izləyicilər tərəfindən böyük maraqla, coşqulu alqışlarla qarşılanıb. 
İsveçin cənub şəhəri olan Malmödan VAD birliyinin sədri və teatrşünas Ayə xanım Coşğun  gənc kollektivə dəstək olmaq üçün gələrək hədiyyələri ilə balaca tumurcuqları sevindirib. Həmçinin teatrın bədii rəhbəri və rejissoru Sevinc xanıma bu məsuliyyətli işi yorulmadan davam etməyi arzulayıb. Ayə xanım bildirib ki, “Tumurcuq”un açıldığını eşitdiyi ilk gündən  böyük sevinc hissi ilə bu yeni kollektivi izləyir həmçinin hər cür əməkdaşlığa hazırdır. Tamaşaya gəlincə anşlaqla keçən tamaşadan çox təsirləndiyini deyib. Peşəkar səhnədə ilk dəfə çıxış edən gənc kollektivin, balaca aktyor və aktrisalarımızın  belə mükəmməl oyununu görüncə qürurdan sevinc göz yaşlarını saxlaya bilmədiyini böyük həyəcanla anladıb.
Ayə xanım: “Son 17 ildə Azərbaycan teatr səhnələrindən uzaq qalmışdım. Balacalarımızın oyununu izlərkən çox böyük zövq aldım, uşaqların performansı inanılmaz idi, olduqca təbii və səhvsiz oynadılar. Fəxr etdim ki, İsveçdə belə bir teatr ənənəsinin əsasını qoydunuz və mükəmməl iş sərgilədiniz”. 
Tumurcuğa dəstək verən təşkilatlardan biri də İsveç Azərbaycan Konqresinin sədri Emil Mirzəyev olub. Emil Mirzəyev öz çıxışında Burcu xanıma Azərbaycan teatr dərnəyinə göstərdiyi xüsusi diqqət və qayğıya görə dərin təşəkkürünü bildirib. Eyni zamanda hər an “iki dövlət, bir millət” devizinə sadiq qalaraq böyük məmnuniyyətlə türk qardaşlarımızla gələcəkdə də əməkdaşlığa açıq olduğunu bildirib. Emil Mirzəyev “Tumurçuq”un kollektivini, teatrın rejissoru və bədii rəhbəri Sevinc Nəzərlini təbrik edərək öz hədiyyələri ilə balaca tumurcuqları sevindirib. Emil bəy, xüsusən, onu da qeyd edib ki, İsveçdə yaradılan ilk Azərbaycan teatrı olan “Tumurcuq” tarixdə bir ilkə imza atıb. Həm Azərbaycan tarixinin şanlı səhifəsindən biri olan Cümhuriyyət tarixinə müraciət edib, həm də ilk tamaşa ilə həm Azərbaycan həm də İsveç tarixində həm zaman tarixdə qalacaq önəmli bir iş ortaya qoyub.  
“Tumurcuq”un balaca qəhrəmanları Məhəmməd Əli Nəzərli, Xəyal Seyidov, Günel Brodin və Nigar Məsimli ilk dəfə olaraq aktyor və aktrisa kimi özlərini sınadıqlarını bildiriblər. Nəzərinizə çatdıraq ki, onların üçü İsveçdə doğulub böyümüş uşaqlar olaraq öz dillərində mükəmməl danışır.  Onlar bu işə sevinc və sevgiylə başladıqlarının məmnunluğunu yaşadıqlarını bildiriblər. Xüsusən də, tamaşanın uğurla nəticələnməsi və seyirci sevigisinin sevincini yaşamaqları onlara stimul verərək gələcək işlərində daha inam və ümidlə addımlamağa sövq etdiyini bildiriblər. 
Teatrın bədii rəhbəri və rejissoru Sevinc Nəzərlinin sözlərinə görə hazırlıqların çox qısa zamanda aparılmasına baxmayaraq uğurlu nəticənin əldə olunması onu ürəkdən sevindirərək gələcək planlarında stimul vermiş olub. Sevinc xanım onu da bildirib ki: “Məqsədimiz İsveçdə Azərbaycan mədəniyyətini yaşatmaq və təbliğ etməkdir. İsveç xalqı və ictimaiyyəti Azərbaycan mədəniyyətinin inciləri və tarixi ilə yaxından tanış olmalıdır. Bizim Müstəqil və demokratik dövlətimiz və dövlətçiliyimiz ənənəmiz var bütün bunları yaşatmaq üçün hər şeydən öncə bir sadə vətəndaş daha sonra İncəsənət universitetinin rejissorluq fakültəsini bitirən ixtisaslı və peşəkar bir rejissor kimi bu missiyanı yerini yetirmək üçün əlimdən gələni edəcəyəm. Mən teatr və mədəniyyətimizi təbliğ etməkdən böyük zövq alıram və bu yolda istənilən çətinliklərlə mücadilə etməyə hazıram”.
  

Saakaşvili nəşə çəkməyindən danışdı: “Fanatı deyiləm”

Gürcüstanın sabiq prezident Mixail Saakaşvili tələbəlik illərində marixuna çəkdiyini etiraf edib.

Turkustan.info xarici KİV-ə istinadən xəbər verir ki, o, narkotik vasitəni tələbəlik illərində çəkdiyi xatırlayıb.

“Mən tələbə olanda marixuanın dadına baxmışam. Amma xoşuma gəlməmişdi. Həm dadı, həm də iyi xoşuma gəlmir. Ona görə fanatı deyiləm”-deyə Saakaşvili açıqlama verib.

Mixail Saakaşvili mayın 28-də Kiyevə geri dönənə qədər Hollandiyanın Amsterdam şəhərində yaşayıb.   /Modern.az/

Türkiyə bəşəriyyətin ümididir – Ərdoğan

Türkiyə əvvəlki kimi iqtisadiyyatı və demokratiyası ilə bütün bəşəriyyət üçün ümid olaraq qalır.

Turkustan.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə bütün dostları və bəşəriyyət üçün ümid olaraq qalmağa davam edir. Terrorçuların hücumlarına məruz qalmasına baxmayaraq, bizim iqtisadiyyatımız və demokratiyamız nümunə olaraq qalır”, – Ərdoğan bildirib.

Ərdoğan son 17 ildə ölkədə Türkiyəni əlverişli vəziyyətə gətirən və fəxr oluna biləcək bir çox investisiya layihələrinin icra edildiyini qeyd edib.   /Axar.az/ 

Məhkəmədə “MİNİ ƏTƏK” qalmaqalı – Foto

Səməd Vəkilov

Hüquqşünas

Hakim Mehmet Yoylu vəzifəsindən azad edilib.

Bir neçə gündür Türkiyə mediasında ciddi müzakirə olunan  “mini ətək” qalmaqalı  hakim M.Yoylunun işdən azad edilməsi ilə nəticələnib. Bu barədə Türkiyə mətbuatına istinadən hüquqşünas Səməd Vəkilov məlumat verib. S.Vəkilov bildirib ki, İstanbul Anadolu 2. İş Məhkəməsinin hakimi   Mehmet Yoylu ilə İstanbul Barosunun vəkili  Tuğçe Çetin arasında  böyük qalmaqal yaşanıb. Məhkəmə prosesində hakim  M.Yoylu vəkilin ətəyinin  15 santmetr  dizindən yuxarı olduğunu və bunun vəkil əxalqına uyğun olmadığını söyləməsi məhkəmədə gərgin anlar yaşanmasına səbəb olub. Lakin hakim M.Yoylu öz fikirlərində təkid edərək iddiaçı tərəfin vəkili Dorukcan Davutoğluya müraciət edərək ondan dəstək almaq istəyib. Lakin vəkil D.Davutoğlu bunun şəxsi həyata müdaxiə olduğunu deyərək hakimə sərt təpki görsədib.  Hâkim M.Yoylu bununlada sakitləşməyib  ədliyyənin  yazı işləri müdürünü məhkəmə salonuna dəvət edərək onun da fikirini soruşub.Sonra hakim dahada irəli gedərək vəkil xanımın “mini ətəyinin” fotosunu çəkməkdə təkid edib.  Bütün bu olanlar məhkəmənin iclas protokoluna qeyd edilib.

Hakimin hərəkətlərini hiddətlə qarşılayan İstanbul Vəkillər Barosu Başkanı Mehmet Durakoğlu vəkillərlə birlikdə Ədliyyə Nazirliyinə gedərək şikayət ediblər.Həmçinin vəkil  Tuğçe Çetin xanımda etiraz əlaməti olaraq həmin geyimdə Ədliyyə Nazirliyinə şikayətə gedib. Vəkil xanım həmçinin etriaz əlaməti olaraq  həmin paltarda ayrıca həmçinin həyat yoldaşı ilə birlikdə fotosunu paylaşmışdır.    

 Araşdırma zamanı məlum olub ki, bu hakim M.Yoylunun vəkillərlə birinci qalmaqalı deyil. O bir gün əvvəl də vəkilləri mobil telefonla oynamaqda günahlandırıb.

     Hakim Yoylu 2011-ci ildə Balıkəsirdə hətta vəkil Muzaffer Zeybeki döymüş o 3 gün işə çıxa bilməmiş və vəkilin şikayəti əsasında  prokurorluqda hakim barəsində araşdırma başlansa da sonradan heç bir tədbir görülməmişdir. Lakin bu dəfəki qalmaqal hakim M.Yoylunun  vəzifədən azad edilməsi ilə nəticələnib.   

Şikayətə baxan  Hâkimler ve Savcılar Kurulu (HSK) Başkanvekili Mehmet Yılmaz hakim M.Yoylunun vəzifədən azad edildiyini açıqlayıb. 

 

 

“Azərbaycanla Türkiyənin qəlbi bir döyünür” – Əkrəm İmamoğlunun MÜSAHİBƏSİ

İyunun 23-də İstanbulda təkrar bələdiyyə seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyasının namizədi Binali Yıldırımdır.

Ana müxalifətin – Cümhuriyyət Xalq Partiyasının (CHP) isə namizədi Əkrəm İmamoğludur.

Modern.az saytı Əkrəm İmamoğludan müsahibə alıb. Turkustan.info həmin müsahibəni təqdim edir: 

– Əkrəm bəy, Türkiyədə təkrar seçki öncəsi gərginlik müşahidə olunur. Bu gərginlikdə özünüzü necə hiss edirsiniz?

– Təşəkkür edirəm. Mən yaxşıyam, özü də çox yaxşı. Mənəvi duyğularımızın çox yüksək olduğu Ramazan ayını geridə qoyuruq. Mən hər iftarımı seçicilərimin evində açdım, onlarla gözəl anlar yaşadım, mənəvi gözəllikləri bir-birimizlə paylaşdıq. Bu ənənəni sahurlarda da davam etdirdim. Biz Ramazan bayramını idrak edirik. Ramazan ayı bizi bir-birimizə daha da yaxınlaşdırmaq, bir-birimizi daha da yaxşı anlamaq üçündür. Biz də keçdiyimiz bir ayı belə yaşadıq.

Bilirsiniz ki, İstanbulda seçkilərin nəticələri haqsız olaraq ləğv edildi. Bununla belə, xalqımızla çoxlu görüşlər keçirdik, bir-birimizə sevgi alıb-verdik, gözəl söhbətlər etdik. Anaların dualarını bir daha yanımda hiss etdim, uşaqların gözəl baxışları heç zaman üzərimdən əskik olmadı. Gənclər də mənə böyük enerji verdilər. Bütün bunlara görə deyə bilərəm ki, mən özümü çox yaxşı hiss edirəm.

– CHP-nin bələdiyyə başqanlığına namizədisiniz. Rəqibiniz isə keçmiş baş nazir Binali Yıldırımdır. Proqnozunuz nədir, sizcə bu dəfə kim qələbə qazanacaq?

– 23 iyunda İstanbulda bələdiyyə seçkiləri keçiriləcək. 23 sentyabrda isə böyük ehtimalla İstanbul böyük şəhər bələdiyyə başqanlığımın 3 ayını tamamlayacağam. 23 sentyabr tarixi gələndə çox önəmli xidmətlərə imza atmış olacağam. Analar və onların övladlarına, uşaqlara həyatlarını asanlaşdıran, üzərlərindəki maddi yükü azaldan önəmli qərarları həyata keçirəcəyəm. Eyni zamanda, gələcəkdə daha çox xidmətlər edəcəyimizə işarə verəcəyəm.

Bəli, 23 iyunda seçkilərdir. Amma ilk olaraq “biz niyə bu seçkiyə gedirik” sualına cavab verməyim lazımdır. Bilirsiniz ki, 31 martda keçirilən bələdiyyə seçkilərini biz qazandıq. İqtidar partiyası AKP həmin gecə 3 min 870 artıq səslə seçkini qazandığını elan etdi. Ancaq biz bütün seçki qutularının nəticələrini ortaya qoyaraq, bunun doğru olmadığını, manipulyasiyaya yol verildiyini söylədik. Nəticədə də YSK (Yüksek Seçim Kurulu) bizim dediklərimizi doğruladı.

– Bəs AKP niyə seçkilərin nəticələrinin düzgün olmadığı məsələsində israr etdi?
– AKP və rəqibim məğlubiyyəti həzm edə bilmirdi. Min bir etiraz etdi, etibarsız səslərin hamısını saydırdı. Altı rayonda etibarlı və etibarsız sayılan bütün səsləri hesabladılar. Nəticə isə yenə də bizim qazandığımızı göstərdi.

57 qutudan çıxan səsləri yoxladılar. Yenə də nəticə bizim lehimizə yekunlaşdı. Dedilər ki, bəzi rayonlarda seçicilərin qeydə alınmasında problemlər olub, hiylələr qurulub.

Lakin bu iddiaların çürük olduğunu YSK da qəbul etdi. Bir sözlə, iqtidar partiyasının bütün etirazlarına baxmayaraq, bütün yoxlamalar bizim qazandığımızı göstərdi.

AKP məğlubiyyəti qəbul etməyərək, belə bir səbəb göstərdi ki, dövlət qurumlarının verdiyi siyahılar üzrə YSK tərəfindən seçilən seçki komissiyasının sədrləri ictimai vəzifə daşıyıcısı deyillər. Bunu əsas gətirib seçkinin nəticələrini ləğv etdilər. Maraqlısı budur ki, həmin komissiya sədrlərinə “hə” deyən YSK bu qərarı verdi. Bu addımın heç bir hüquqi əsası yoxdur. Rəsmi açıqlama da sübut etdi ki, YSK-nın qərarı hüquqi olmaqdan çox siyasi qərardır. Yəni YSK üzvlərinin əli ilə verilmiş siyasi qərarı ortaya qoydular.

– Əkrəm bəy, bunun Türkiyə üçün verdiyi zərərlərdən danışırlar. Amma sizin dilinizdən daha arqumentli bir fikir eşitmək yerinə düşərdi. Türkiyə YSK-nın bu qərarından hansı zərərləri gördü?
– Bu, ilk növbədə hüquqa, demokratiyaya zərbədir. Bütün Türkiyə də bunu gördü. Qərar mənim mandatımın əlimdən alınması ilə nəticələndi. Siz zərər barədə sual verirsiniz. Baxın, dediklərimlə paralel olaraq, 16 milyon insanın iradəsi, istanbulluların seçki hüququ heçə sayıldı.

Qəribə deyilmi? Seçicilər sandıq başına getdi, 4 səs verdilər və bunları eyni zərfə qoydular. O zərfləri də eyni komissiyalar açdı, saydı. Ancaq YSK-nın 7 üzvü muxtarlıq, rayon bələdiyyə sədrliyi və bələdiyyə məclis üzvlüyünü tanıdı. Təkcə mənim qazandığım seçkini etibarsız saydı.

Yəni eyni zərfdən çıxan 4 səsi sayan komissiyalar, üçündə xəta etməyib, lakin mənim qazandığımı göstərən səslərin sayılmasında yanlışa yol verib! Gəlin, daha da sadə izah edək. Fərz edin ki, 10 manatınız var. Bunun 7.5 manatı etibarlı, yerdə qalan 2.5 manatı isə etibarsızdır. Siz heç belə pul gördünüzmü?

Anlamaq çətin deyil ki, iqtidar siyasi gücündən istifadə edərək, məğlub olduğu seçkini yenidən keçirmək istəyir. Xalq, istanbullular isə edilən haqsızlığı, demokratiyaya vurulan zərbəni çox yaxşı bilir.

Təxminən bir aydır ki, seçicilərimlə görüşürəm, onlarla söhbətlər edirəm. Əhvalım çox yüksəkdir. Seçicilərimin də əhvalı eynilə mənimki kimidir.

Çünki seçkini qazanacağıq və 16 milyon istnabullu ilə birlikdə 16 milyona xidməti sürətlə həyata keçiricəyik. Buna heç şübhəniz olmasın.

– Belə bir açıqlamanız var: “Biz israrla bu millətin dava etməsini istəməyən, bu millətin qucaqlaşmağını istəyən insanlar olaraq israrla qucaqlaşacağıq”. Bu, terminologiyası radikal çıxışlarla zəngin olan Türkiyə siyasətçilərinə mesajdırmı?  

  Bəzi siyasətçilərin istifadə etdiyi dava ritorikası xalqı çox yorub, üzüb. Dava ritorikası bizi bir arada tutan dəyərləri erroziyaya uğradıb. Siyasət bu gün “mənə səs verən, mənə səs verməyən” ayrı-seçkiliyi üzərindədir.

Türkiyədə özlərinə səs verməyənlərə qarşı çox ağır ittihamlarla çıxış edən partiya funksionerləri və liderləri olub. Bu tendensiya toplumda ayrı-seçkilik yaradıb. Mən isə dava ritorikası dilindən istifadə etmədim. Hər kəsi qucaqlayan, sevgini öndə tutan, ürəkləri qovuşduran, ümidləri paylaşaraq böyüdən bir dildən istifadə etdim.

Siyasətin etməli olduğu şeyin bu olduğuna inanıram. Biz xidmət üçün varıqsa, xidmət edəcəyimiz şəxslərlə niyə dava etməliyik?! Heç bir siyasi baxış, inanc, məzhəb, etnik ayrı-seçkiliyi etmədən hamıya xidmət göstərəcəyimizi elan etmişəm.

Sadəcə, mənim təmsil olunduğum CHP-yə könül verənlərin, ittifaqda olduğumuz İYİ Partiyanın tərəfdarlarının deyil, AKP-lilərin də, HDP-lilərin də, MHP-lilərin də səsini istədim.

Çünki “hamınıza bərabər səviyyədə xidmət edəcəyəm, kiminsə partiya mənsubiyyətini soruşmayacağam” dedim. Bu sözlərim qarşılığını tapdı. Əmin olun ki, AKP-li, MHP-li qardaş-bacılarım da mənə səs verdi.

Mən içi və çölü bir olan, bu gün nə dedimsə, sabah da onu söyləyən bir siyasətçiyəm. Həmşəhərlilərim məni belə qəbul ediblər və belə də görməyə davam edəcəklər.

Onlarla təkcə seçkidən öncə yox, seçkidən sonra da qucaqlaşmağı davam etdirəcəyik.

Mən kreslomda oturan bələdiyyə sədri olmayacağam, küçələrdə gəzəcəyəm. Həmşəhərlilərimlə birlikdə masa ətrafında görüşüb problemlərini həll edəcəyəm.

 – Əkrəm bəy, mandatınızı alıb vəzifənizin icrasına başlasanız da, bu, çox qısa çəkdi. Siz YSK seçki nəticələrini ləğv edərkən bunun bir zarafat olduğunu düşündünüzmü?

– Əslində YSK-nın siyasi təzyiqlər nəticəsində belə qərar verdiyini düşünmək belə istəmirdik. Çünki bu, demokratiyanın yaralanması, hüququn böyük zərər görməsi anlamına gələcəkdi.

Lakin təəssüflər olsun ki, bir qrup özünü düşünən insanlar, bu pis qərarın verilməsinin səbəbi oldu. Onlar İstanbul xalqının zamanına, əməyinə sayğısız yanaşdılar. Halbuki, biz xidmət etmək üçün varıq və bunun həyəcanı içərisindəyik.

Qızğın müzakirələr getdiyi bir zamanda biz xidmət etməyə başladıq. 18 gün qısa görünə bilər. Ancaq bu müddət ərzində tələbələrimizin nəqliyyat, yoxsulların su məsrəflərinə çəkdikləri xərci 40 faiz azaltmağı bacardıq.

Sadəcə, dini bayramlarda deyil, milli bayramlarda da İstanbulda nəqliyyatın pulsuz olması haqda qərar qəbul etdik. Bu xidmətlərimizi, yoxsul evlərə pulsuz süd, çörək və su verərək davam etdirəcəkdik.

Analara xidmət, övladlarına sağlam bir gələcək bəxş etmək üçün addımlar atmağa başlayacaqdıq.

Bilirsiniz ki, yüz minlərlə gəncimiz işsiz və təhsilsizdir. Biz yeni iş yerlərinin açılması və təhsil üçün gücümüzü səfərbər edəcəkdik. İstanbulun qaynaqlarını bir ovuc insan üçün deyil, 16 milyon insan üçün istifadə edəcəkdik.

Bütün bunları istəməyənlər isə seçkinin nəticəsini ləğv etdilər. Bununla da bizi dayandıracaqlarını düşündülər.

Bu qərarı verənlər və verdirənlər etdikləri bu böyük yanlışı zarafat kimi görə bilərlər. Lakin əmin olun ki, bu zarafatı edənlər, sadəcə öz keflərini, oturduqları kresloları düşünürlər. İşləri-gücləri oturduqları kreslonu qorumaqdır.  

– Düşünürsünüz ki, siz bələdiyyə sədri seçilsəniz, İstanbulda haqq, ədalət öz yerini tapacaq?
 23 iyunda yenə biz qazanacağıq və bütün icraatlarımızı ən qısa zamanda reallaşdıracağıq. Kimsə əhvalını pozmasın, haqq, ədalət, hüquq öz yerini tapacaq. Çünki heç kim haqsızlıq üzərindən seçki qazanmaz. Kimsə haqsızlığa dayanaraq iqtidar ola bilməz, olsa belə, hakimiyyətini sürdürə bilməz.

24 iyunda demokratiyanın bayramını yaşayacağıq. Azərbaycan xalqı və sizlər də əminəm ki, eyni hisslər içində olacaqsınız. Heç şübhəniz olmasın: “Her şey çok yahşi olacak”.

 – Əkrəm bəy, Azərbaycanda da sizinlə bağlı prosesləri diqqətlə izləyən böyük bir kəsim var. Azərbaycana mesajınız nədir?

 – Azərbaycan Türkiyənin dostu və qardaşıdır. Azərbaycanın dərdi bizim dərdimiz, kədəri bizim kədərimizdir.

Mən 28 May – Respublika günü münasibətilə də Azərbaycan xalqını təbrik etmişdim. Bizim hər zaman qəlbimiz bir döyünüb və bundan sonra da belə olacaq.

13 yaşlı uşaq sərnişinlərə ölüm qorxusu yaşatdı – Qırıcılar havaya qalxdı

Sinqapurda 13 yaşlı sərnişinin “bomba zarafatı” hərbi hava qüvvələrini hərəkətə keçirib.

Turkustan.info BBC-yə istinadən xəbər verir ki, yeniyetmə Filippindən Sinqapura uçan sərnişin təyyarəsinə bomba qoyulduğu barədə polisə məlumat verib. Nəticədə ordu qüvvələri dərhal iki qırıcını havaya qaldırıb.

Göyərtəsində 144 sərnişinin olduğu layner hərbi təyyarələrin müşayəti ilə hava limanına enib. Axtarışlar zamanı təyyarədə partlayıcı qurğuya rast gəlinməyib. Yeniyetmə zarafat etdiyini etiraf edib. O polis nəzarətinə götürülüb.    /Redaktor.az/

Nəsiminin “Sığmazam”ını Afətdən sonra Ramal GÖRÜN NECƏ OXUDU – VİDEO

Müğənnim Ramal İsrafilov İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinə müraciət edib.

İfaçı qəzələ fərqli tərzdə musiqi bəstələyib. Mahnının aranjemanı Rabil Səfərliyə məxsusdur. Ramal bəstəni ilk dəfə ARB-nin “Bir arzum var” proqramında səsləndirib.

Qeyd edək ki, “Sığmazam”ı bundan əvvəl müğənni Afət Fərmanqızı hind musiqisi üzərində oxuyub. Onun ifası tənqid edilib.

 

Elmar Vəliyevdən yeni xəbər

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin sağlamlıq durumu haqda yeni məlumat yayılıb.
 
Turkustan.info moderator.az-a istinadən xəbər verir ki, ötən ilin 3 iyulunda sui-qəsd nəticəsində başından aldığı zərbə nəticəsində ağır xəsarət alan keçmiş başçının sağlıq durumu tamam normallaşıb və istər yaddaşı, istər həyat qabiliyyəti 95 faiz bərpa olunub. 
Bildirilir ki, ötən il Türkiyədən olan məşhur həkimlər onun sağlamlığını bərpa etməsi üçün 1 illik müddət təyin etmələrinə baxmayaraq, E. Vəliyev bu prosesi 1 ay tez, yəni 11 aya bərpa edib. Bu həkimlərin bir neçə gün öncəki təkrar müəyinəsinin nəticəsində bəlli olub. 
Məlumatda bildirilir ki, yaxın günlərdə təkrar Türkiyədə müayinələrdən keçəndən sonra E. Vəliyevin tamamilə sağaldığı barədə cəmiyyətə müfəssəl informasiya veriləcək, hətta ola bilsin ki, keçmiş başçı iddiaların təsdiqi kimi hansısa media orqanına video-müsahibə də versin.

Dəhşətli QƏZA: avtomobil ikiyə bölündü, 4 nəfər sağ çıxdı… – MÖCÜZƏVİ QURTULUŞ/FOTO

Türkiyənin Ağsaray şəhərində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Liseylərə keçid sınağına (LGS) gedən Nisa Öztürkün ailəsi ilə birlikdə mindiyi avtomobil başqa bir avtomobilə çırpılıb. Qəzadan sonra Öztürk ailəsinin avtomobili ikiyə ayrılıb.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Yaralılar Ağsaray Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Nisa Öztürk isə sınağa girə bilməyib. (publika.az)

Bayılda yaşayış sahəsindən neft çıxdı xəbərinə SOCAR-dan AÇIQLAMA – VİDEO

Bakının Səbail rayonu Bayıl-20-ci yaşayış sahəsində neft sızması olub.
Bu barədə məlumat və görüntülər sosial şəbəkədə yayılıb. 
Videodan göründüyü kimi yol boyu ətrafa yanacaq yayılıb. Məsələni dəqiqləşdirmək üçün SOCAR-ın mətbuat xidməti ilə əlaqə saxladıq.
Qurumun rəsmisi İbrahim Əhmədov bildirdi ki, sözügedən hadisə ilkin ehtimala görə su xəttinin bəndini aşması nəticəsində baş verib.

“Oradan gələn su rabitə xəttinin keçdiyi lyukun içindən yuxarı çıxmışdır. Su ilə yanaşı üzə çıxan qara maddə hasil edilən neft deyil və burada neft sızıntısından söhbət gedə bilməz, çünki həmin ərazidə neft kəməri keçmir. Su ilə çıxan qara maddə isə torpaq qatının altında mövcud olan neft şlamlarıdır ki, sudan yüngül olduğuna görə öncə həmin şlamlar üzə çıxa bilər.
Hadisədən xəbər alan kimi, əməkdaşlarımız 2 nasos maşını ilə suyu lyukun içindən sovurub çıxardılar. Daha sonra Azərsu-nun müvafiq xidmətinə məlumat verildi və Azərsu əməkdaşları bəndi aşılan həmin xətti müəyyən edib hadisəni aradan qaldırdılar”.
İbrahim Əhmədov bildirir ki, keçmiş neft yataqlarının ərazisində hasilat prosesləri tamamlandıqdan sonra torpaq səthinin altında şlamlar təbii olaraq qalır, çünki karbohidrogen ehtiyatlarının yerin altından bütövlüklə çıxarılması hazırda dünyada mövcud olan texnologiyalarla mümkün deyil. (baku.ws)

Mətanətin qızı AĞIR QƏZAya düşdü: gözü cırıldı – Maşın TIR-la toqquşub – FOTO

Əməkdar artist Mətanət İsgəndərlinin qızı ağır avtomobil qəzası keçirib.

Xanım sənətçi “Hər şey daxil”də qızının qəza xəbərindən danışıb.

Mətanət İsgəndərli ailə üzvlərinin qızının qəzaya düşmə xəbərini ondan gizlətdiklərini qeyd edib:

“Atam, bacım, gəlinimiz, Kərim bilirdi. Hətta məndən gizlin gedib qurban kəsiblər. Mənə deməyiblər!

Mənim balam oradan sağ çıxıb. Qızım qabaqda oturub. Amma sürücüyə heç nə olmayıb. Kürəkənimin dostunun yoldaşı olub rolda. Antalyaya gedirlərmiş. Böyük yük maşını, TIR-lardan olub, bunlar da 140-la gedirmiş. Gəlib vurub Ülkər tərəfdən. Qız maşın sürə-sürə “Redbull” açırmış. Qızım özü də sürücüdür. 14 ildir də maşın sürür. Deyir “Bəlkə də Allah məni saxladı”.

Yuxularım… Sonra deyirlər ki, yuxular düz deyil. Yuxumda gördüm ki, qara it üstümə gəldi. Həmin ərəfədə Ülkər qəzaya düşüb. Nə şar açılıb, nə də kəməri bağlı olub. Gözü buradan (kipriklə qaşın arasını göstərir) cırılmışdı. Göz qapağı gəlib gözün altına düşmüşdü. 

Neçə vaxtdır görürəm mənimlə görüntülü danışmır. Deyirəm “Ay Ülkər, məmnimlə niyə görüntülü danışmırsan?” Cavab verirdi ki, “Telefonum xarab olub”. Deməli, uşağın üzü-gözü nə gündə. Gözünü əməliyyat ediblər.

Nəsə hiss elədim ki, mənə tez-tez “Mama, gəl-gəl” deyir. Toylar qurtaran kimi getdim Türkiyəyə. Gedənə yaxın Ülkər mənə dedi ki, “Mama, hovuzun qırağında yıxılmışam. Üz-gözümü görsən qorxma”. Gedəndə görürəm Engin də (Qızı Ülkərin həyat yoldaşı) pərt kimidir. Axırda dedi ki, “Ay mama, mən qəzaya düşmüşəm”. Vay! Əgər onu mənə Bakıda desəydi, bəlkə də mən ölərdim, bəlkə paralic vurardı məni, bəlkə insult keçirərdim. Mən həyəcanlanan kimi mənim təzyiqim qalxır. Mənə deməyib, neçə gün xəstəxanda yatıb”. (milli.az)

Bakıda ƏN ÇOX MAAŞ hansı rayonda verilir? – SİYAHI

Bu ilin yanvar-fevral aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 min 84 nəfər artaraq 716 min 74 nəfər olub.

Bu ilin yanvar-mart aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,9% artaraq 817,3 manat olub.

Bakı şəhərində rayonlar üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı yanvar-fevral aylarında aşağıdakı kimi olub. (qaynarinfo)

Qənirə Paşayeva “Toplan”dakı bir itə sahib çıxdı

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında keçirilən Uşaq festivalı çərçivəsində “Toplan” sahibsiz itlərə qayğı Mərkəzi heyvansevərlər üçün müxtəlif tədbirlər, maarifləndirici viktorinalar, o cümlədən itlərin sərgisini də təşkil etmişdi. Tədbir zamanı “Toplan”da saxlanılan bir çox itə müxtəlif şəxslərin sahiblənmək imkanı da yaradılmışdı.

Festival zamanı sakinlərdən bəziləri sahibsiz itlərə sahib çıxaraq öz ailələrinə də aparıblar. Bunların arasında millət vəkili Qənirə Paşayeva da olub. Millət vəkili festivalda zonalara baxış zamanı bu yaxınlarda küçədən toplanaraq “Toplan” sahibsiz itlərə qayğı Mərkəzinə gətirilmiş bir itə sahiblənib.

Qeyd edək ki, “Toplan” sahibsiz itlərə qayğı Mərkəzində saxlanılan itlərə sahib çıxmaq istəyən şəxslər mərkəzə müraciət edə bilər. Mərkəzin əməkdaşları müraciət əsasında müvafiq sənədləşmə işi apardıqdan sonra vətəndaşlar itlərə sahiblənərək onları qayğı ilə əhatə etmiş olurlar. (trend)

 

Planetlərdən birinə Nəsiminin adı verildi

Planetlərdən birinə İmadəddin Nəsiminin adı verilib.

Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Beynəlxalq Astronomiya İttifaqı (BAİ) kiçik planetlərdən birinə onun adının verilməsi barədə qərar qəbul edib.

Müvafiq vəsatət Azərbaycan astronomu, BAİ-nin üzvü, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev tərəfindən qaldırılıb.

Nəsimi planetinin kataloq nömrəsi 32939, hərəkət zonası isə Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağıdır. Bu planet 1995-ci ilin oktyabrın 24-də Çexiya astronomları tərəfindən Klet rəsədxanasında aşkar edilib və uzun müddət 1995 UN2 şərti adını daşıyıb. İndiyədək o, dünyanın müxtəlif rəsədxanalarında 807 dəfə müşahidə olunub.

“Kommersant”: “Hacı Muradın qalıqlarını Qaxdan dağıstanlılar OĞURLAYIB”

XIX əsrdə Qafqazda ruslara qarşı müharibənin qəhrəmanlarından biri, imam Şamilin naiblərindən olan Hacı Muradın qalıqlarını Azərbaycandan Dağıstanın Xunzax rayonunun Tselmes kəndinin sakinləri oğurlayıb aparıb.

Bu məlumatı “Kommersant” yayıb. Qəzet məlumatın “qeyri-rəsmi olduğunu” qeyd edir.

Xəbər verildiyi kimi ötən həftə Dağıstan mənbələrində Hacı Muradın qalıqlarının doğulduğu Xunzax rayonunda yenidən dəfn ediləcəyi haqda xəbərlər yayılıb. Daha sonra Xunzax rayonunun adminstrasiyası bu məlumatı təkzib edib və rəsmi orqanların bu dəfn mərasimini təşkil etmədiyini, qalıqların Azərbaycandan çıxarılıb aparılmasının heç bir rəsmi instansiyalarla razılaşdırılmadığını açıqlayıb.

Lakin bazar günü sosial şəbəkələrdə Hacı Muradın Qax rayonundakı məzarının sinə daşının götürüldüyünü əks etdirən fotolar yayılıb. Bu isə o mənanı verirdi ki, məzar açılıb və qalıqlar oğurlanıb, gizli yolla Azərbaycandan çıxarılıb. Axşam saatlarında isə Hacı Muradın qalıqlarının Xunzay rayon mərkəzində yenidən dəfn edilməsi mərasiminə dair fotolar və xəbər yayılıb. Dəfn mərasimini Maqomed Amirxanovun başçılıq etdiyi “təşkilat komitəsi” həyata keçirib, mərasimdə rəsmilər iştirak etməyib və nitq söylənməyib.

“Kommersant”ın yazdığına görə Hacı Muradın qalıqları Xunzax rayonunun Tselmes kəndinin sakinləri tərəfindən Azərbaycandan oğurlanıb. Mərasim iştirakçıları deyiblər ki, dəfn kənd sakinləri arasında bu işin nə dərəcədə qanuni olduğu haqda diskussiyalara səbəb olub, amma yekunda qalıqları yenidən dəfn etmək qərarlaşdırılıb.

Xunzax rayon administrasiyası baş verənlərdən yaxasını kənara çəkib və rəsmi şəxslərdən heç kim mərasimdə iştirak etməyib. Administrasiyadan təkcə onu deyiblər ki, qalıqların Hacı Murada aid olduğuna dair heç bir rəsmi təsdiq yoxdur.

Azərbaycan rəsmi məqamları da bu günə qədər baş verənlərə heç bir şərh verməyib. Hacı Murad 1818-ci ildə Xunzaxda anadan olub, həmin vaxt Xunzax avar xanlarının paytaxtı idi. 1834-cü ildə Dağıstanın ikinci imamı Həmzət bəy və onun müridləri Xunzax xanlarını anaları Paxu-Bikə ilə birlikdə qətlə yetiriblər, xanlığın ərazisini ələ keçiriblər. Lakin sonradan Həmzət bəy qəsd nəticəsində öldürülüb. Nəticədə Xunzaxda Rusiya imperiyasına və Qafqazdakı Rusiya komandanlığına loyal hakimiyyət bərpa edilib. Həmin qəsddə və Xunzaxda hakimiyyətin formalaşmasında Hacı Murad rol oynayıb. Amma 1840-cı ildə Rusiyaya loyal olan digər avar liderləri ilə gərgin münasibətlər səbəbindən Hacı Murad Dağıstanın indiki Buynaksk kəndinə sürgün edilib. Yolda o qaçıb və imam Şamilin tərəfinə keçib, 1851-ci ilə qədər onun ən sadiq komandirlərindən biri olub. Bir versiyaya görə 1851-ci ildə Hacı Muradla Şamil arasında münaqişə yaranıb, nəticədə naibin ailəsi Şamilin əlində girov qalıb. Özü isə Tiflisə qaçıb. Orada imperiya Hacı Muradın Rusiyanın tərəfinə keçməsindən necə istifadə etməyi uzun müddət qərarlaşdıra bilməyib.

1852-ci ildə Hacı Murad bir neçə tərəfdarı ilə birlikdə dağlara qaçmaq istəyib, amma ruslar tərəfindən öldürülüb. Onun öldürüldüyünü sübut etmək üçün başını kəsib Rusiya komandanlığına aparıblar. Bədəni isə həlak olduğu ərazidə-indiki Qax rayonunda dəfn olunub. Hacı Muradın kəllə sümüyü Sankt-Peterburqdakı Böyük Pyotr adına etnoqrafiya və antropologiya muzeyində saxlanılır.

2019-cu ilin yanvarında Rusiya prezidentinin mədəniyyət və incəsənət üzrə müşaviri Vladimir Tolstoy “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironovun Hacı Muradın kəllə sümüyünün dəfn edilmək üçün Dağıstana verilməsi təklifi ilə bağlı deyib: “Dövlət başçısı Vladimir Putinin göstərişi ilə sizin Hacı Muradın kəllə sümüyünün dəfn olunmaq üçün Dağıstana verilməsi barədə təklifinizə baxılıb. Bu təklif əsasən dəstəklənib. Dağıstan rəhbərliyi ilə məsləhətləşmələrin yekunu olaraq qərar verilib ki, respublikadakı indiki siyasi situasiya nəzərə alınmaqla təhvil verilmə aktı daha sonra həyata keçirilsin”.

Qax rayonunun hüquq-mühafizə orqanları Hacı Muradın qalıqlarının oğurlanması iddiaları ilə bağlı araşdırma başladıb. Bu barədə virtualaz.org-a Milli Məclisin Qaxdan olan deputatı Azər Kərimli bildirib.

Kərimli deyib ki, hazırda rayondadır və Hacı Muradın məzarının bir hissəsinin dağıdılması faktını təsdiq edir.

“Hazırda Hacı Muradın qalıqlarının yoxa çıxması faktını nə təsdiq, nə təkzib edə bilərəm, çünki məzarüstü abidə yerindədir və salamatdır. Burada hazırda istintaq qrupu işləyir, habelə Bakıdan hüquq-mühafizə orqanlarının nümayəndələri bu gün rayona gəlməlidir. İstənilən halda bütün bu faktları araşdırmaq üçün dövlət komissiyası yaradılmalıdır. Əlbətdə, əgər təsdiqlənsə ki, böyük Hacı Muradın qalıqları respublikadan çıxarılıb, bu işdə günahı olan hər kəs cəzasını almalıdır”-deputat bildirib.

DİQQƏT! Bu avtomobillərə taxoqraf quraşdırılacaq

Azərbaycanda oturacaq yerlərinin sayı səkkizdən artıq olan avtobuslar taxoqrafla təchiz olunacaq.

Bu barədə Nazirlər Kabinetinin təsdiq etdiyi “Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqraflarla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət Qaydası”nda deyilir.

Qaydaya əsasən, sərnişin daşınması üçün nəzərdə tutulan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə səkkizdən artıq olan, maksimum kütləsi beş tondan artıq olmayan (M2 kateqoriyası) və beş tondan artıq olan (M3 kateqoriyası) avtobuslar, yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan avtonəqliyyat vasitələri (N2 kateqoriyası) və yük daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri (N3 kateqoriyası) taxoqrafla təchiz olunacaq.

Məqsəd ümumi istifadədə olan avtonəqliyyat vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə nəzarətin təşkilidir.

Şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri, daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələri, icazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan avtonəqliyyat vasitələri və taksi minik avtomobillərinin taxoqrafla təchiz edilməsi tələb olunmur.

Qeyd edək ki, taxoqraf avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazıdır. (oxu.az)

Tramp tvitterdən açıqladı: İSTEFA VERİR

ABŞ-ın İqtisadiyyat Məsləhətçiləri Şurasının prezidenti Kevin Hasset istefa verəcək.

Bu haqda ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb.

“Mənim və hökumətim üçün böyük işlər görən Kevin Hasset yaxın zamanda vəzifəsindən ayrılır. ABŞ-a qayıdan kimi onu əvəz edəcək istedadlı şəxsin adını açıqlayacağam. Kevinə bütün işləri üçün təşəkkür edirəm. O, gerçək bir dostdur”-, Tramp qeyd edib.

Donald Trampın Çin və Meksika ilə ticarət müharibəsi apardığı zamanda bu istefanın gəlməsi diqqət çəkib. Lakin mediaya açıqlama verən Hasset istefa ərizəsini prezidentə uzun müddət əvvəl verdiyini deyib.

2017-ci ilin sentyabrında şuraya prezident təyin olunan Hasset Tramp hökumətinin yeni vergi qanunlarını hazırlayan əsas şəxs kimi tanınır.

Xatırladaq ki, Donald Tramp Böyük Britaniyada səfərdədir. (publika.az)

ABŞ müharibə hazırlığına başladı – Gözlər İranda

ABŞ-ın İrandan gələcək təhlükələrə qarşı tədbir məqsədilə Yaxın Şərqə dislokasiya etdiyi “USS Abraham Lincoln” döyüş gəmisinin hücum qrupu və nüvə başlığı yerləşdirilmiş “B-52” bombardmançı qırıcısı hərbi təlimə başlayıb.

Turkustan.info xəbər verir ki, “F/A-18 Super Hornet” qırıcısı, “MH-60 Sea Hawk” helikopterləri və digər hərbi texnika da təlimlərə qatılıb.

ABŞ-ın mayın əvvəlində Körfəzə nüvə başlığı yerləşdirilmiş bombardmançı qıcılar və canlı hərbi qüvvə göndərməsi bölgədə vəziyyəti gərginləşdirib.

Rəsmi Vaşinqton Yaxın Şərqə göndərilən qrupa “Patriot” raket batereyası və “USS Arlington” döyüş gəmisinin qatılacağını da açıqlayıb.

İran tərəfi ABŞ-ın bu addımını müharibə hazırlığı adlandırır.  /Teleqraf.com/

İlahiyyatçıdan XƏBƏRDARLIQ: “Fitrə zəkatı verilməsə, oruc qəbul olunmaz!”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına əsasən, orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Bəs fitrə zəkatının miqdarı nə qədərdir və şərtləri necədir?

QMİ-nin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli “Report”a deyib ki, fitrə zəkatı bayram namazına qədər çıxarılmalıdır:

“Ailə üzvlərinin hər birinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü və s. ərzaq növlərini fitrə zəkatı çıxarmaq lazımdır. Bu ilki təqvimə əsasən, fitrə zəkatı iyunun 4-də axşam saatlarından iyunun 5-dək, daha dəqiq desək, bayram namazına qədər (08:00 və ya 09:00-a qədər) çıxarılması vacibdir. Fitrə zəkatı ehtiyacı olanlara verilməlidir. Hədislərdə qeyd olunur ki, fitrə zəkatı verməyənin orucu qəbul olunmaz. Bu, orucun qəbul olunmasının şərtlərindən biridir”.

İlahiyyatçı bildirib ki, fitrə zəkatının miqdarı QMİ tərəfindən təqribən 5-10 manat civarında müəyyənləşdirilib: “Bu da hər bir ailə üzvünün adından və ailə başçısı tərəfindən ödənilməlidir. Əgər, ailədə 5 nəfər varsa, ailə başçısı tərəfindən 25-50 manat məbləğində fitrə zəkatı çıxarılmalıdır. Hədislərdə qeyd olunur ki, Ramazan ayında oruc tutmağın fəlsəfəsindən biri də ehtiyaclı insanların halından xəbərdar olmaqdır. Eyni zamanda bu, insanlarda paylaşmaq, bölüşmək, həmrəylik təəssüratı yaradır. Bununla da fitrə zəkatı bayram əhval-ruhiyyəsinin meydana gəlməsinə xidmət edir. Ona görə də imkanlı şəxslər ehtiyaclı insanları unutmamalıdır. Çünki bu, təkcə fərdi ibadət deyil, həm də sosial mahiyyəti olan bir ibadətdir”.

Qeyd edək ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir.

ADAU-da 2018-2019-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb

Iyun ayının 3-dən başlayaraq Azərbaycan Dövlət Aqrar Universitetində 2018-2019-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Boloniya tədris prosesinin tələblərinə uyğun olaraq universitetdə bu semestrin imtahanları test və şifahi üsullarla keçiriləcək.

Təhsil müəssisəsinin Mətbuat və ictimaiyyətlə əlaqə şöbəsindən Qalib Rəhimlinin məlumatına görə İmtahan prosesinə hazırlıq səviyyəsində heç bir problem olmayıb.  Sessiyadan  bir ay əvvəl  tələbələrin daha yaxşı hazırlığı üçün suallar verilib,  imtahanların test və ya şifahi keçirilməsi barədə  tələbələrlə məsləhətləşmələr aparılıb, onların bütün arzuları nəzərə alınıb. Hər dəfə olduğu kimi yenə appelyasia və imtahanlara nəzarət komissiyaları yaradılıb. Təbii ki, bütün işlər  şəffaflıq naminədir. Son 15 gündə Kənd Təsərrüfatı naziri,  cnab İnam Kərimov 2 dəfə universitetdə olub,  müxtəlif tələbə qrupları ilə görüşlər keçirib,  tədbirlərdə iştirak edib.  Nazir  İnam Kərimovun da tələbi universitet həyatının tam şəffaflaşdırılmasıdır və bu istiqamətdə illərdir ki, iş aparılır.

Qeyd edək ki, imtahan prosesi hamı üçün açıqdır, valideynlər, KİV və  ictimaiyyətin nümayəndləri imtahan prosesini auditoriyalarda açıq izləyə bilər.

İmtahanlardan bir gün əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov social şəbkələrdə fikirlərini bölüşüb və bildirib ki, əziz tələbələrim, sizlər üçün hər şərait yaradılıb. İndi isə söz sizindir. Siz semestr ərzində topladığınız bilikləri nümayiş etdirin, nəyə qadir olduğunuzu göstərin, çünki aqrar sahədə mövcud olan minlərlə iş yeri sizi gözləyir. Bu imtahan prosesində də hər dəqiqə yanınızdayam. Uğur sizinlə olsun.

Pompeo ABŞ-ın gizli planını ETİRAF ETDİ – Müharibə yenidən alovlanacaq və…

ABŞ hökumətinin İsraillə Fələstini barışdırmaq məqsədilə hazırladığı “Əsrin razılaşması” sülh planı daha çox Təl-Əvivin maraqlarını təmin edir.

“Vaşinqton Post” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

“Böyük Amerika Yəhudi Təşkilatları Rəhbərlərinin Konfransı”nın qapalı iclasında iştirak edən departament rəhbəri bildirib ki, plan təktərəflidir. Buna görə də lazımi diqqəti cəlb edə bilməyəcək. Prezident Donald Trampın bu ay açıqlaması gözlənilən sülh planı rədd edilə bilər: “Nəticədə bununla qarşılaşa bilərik. Plan orijinal deyildi. Bizim işimizə yaramadı. İçində iki yaxşı şey varsa, doqquz pis şey var. “Biz yoxuq” deyənlər olacaq. Lakin bizim üçün əsl məsələ planı necə tətbiq edə biləcəyimizə dair görüşlərin keçiriləcəyi məkanların olub-olmamasıdır”.

Pompeo Tramp hökumətinin planı ilə İsrail-Fələstin arasında donmuş qarşıdurmaların yenidən başlayacağının siqnalını verib. Əlavə olaraq, ABŞ Dövlət Departamentinin İsrailin Qərbi-Şəriəni ilhaq edəcəyi təqdirdə hansı addımları atmasına dair planlar qurduğu da iddia edilib.

ABŞ prezidenti Donald Tramp İngiltərə səfəri əsnasında Pompeonun “Vaşinqton Post”a sızdırılan açıqlamalarını dəyərləndirib. Prezident bildirib ki, Yaxın Şərqdə sülh planının uğurlu olması üçün əllərindən gələni edirlər: “Pompeo haqlı ola bilər. Çox insan da bunu söyləyə bilər. Yaxşı şansımız var. Baxaq görək, nə olacaq”. (publika.az)

100 baldan az nəticə göstərən abituriyentlərə ŞAD XƏBƏR

Abituriyentlər yaz imtahanında topladığı baldan asılı olmayaraq, yay imtahanında iştirak edə bilərlər.

Turkustan.indo xəbər verir ki, bu barədfə AzEdu.az-a  Dövlət İmtahan Mərkəzindən bildiriblər.

Məlumatda qeyd olunur ki, yaz imtahanında topladığı bal 100-dən az olan abituriyentlərin də yay imtahanında iştirak etmək hüququ var.

28 apreldə buraxılış imtahanı modelində qəbul imtahanı verməyən əvvəlki ilin məzunları isə yay qəbul imtahanında iştirak edə bilməyəcəklər.

Ali təhsil müəssisələrinə qəbul iki mərhələdə aparılır. Cari ilin məzunları üçün birinci mərhələ buraxılış imtahanları hesab olunur. Əvvəlki ilin məzunları isə buraxılış imtahanı formatında əlavə imtahanda iştirak etməlidirlər.

I mərhələdə  iştirak etməyən abituriyentlər II mərhələyə buraxılmır. Bu səbəbdən, 28 aprel buraxılış imtahanı modelində keçirilən imtahanda iştirak etməyən əvvəlki illərin məzunları yay qəbul imtahanında iştirak edə bilməyəcəklər.

Xatırladaq ki, yay qəbul imtahanlarına elektron qeydiyyat 30 may – 10 iyun tarixlərində aparılır.

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivi 4 saylı uşaq bağçasında “Siz bizim gələcəyimizsiniz” adlı konsert keçirib. Konsertdə uşaqlarının ifasında seirlər, mədəniyyət evinin solistləri Əli Əzizoğlu, Əliağa tapdıqlı, Pənah Məmmədlinin ifasında şən mahnılar, solo gitarada Samir Əlizadə və Samir Tapdıqovun ifasında “Popuri” dinlənilib,   “Solnışko” rəqs qrupunun ifasında vals, “Turan” milli rəqs qrupunun ifasında “Dağlar gözəli” və “Ləzginka” rəqs nömrə\ləri izlənilib.

4 saylı Diyarşünaslıq klubunun kollektivi Poeziya evində konsert proqramı təşkil edib. Nağıl qəhrəmanlarının aparıcılığı ilə keçən tədbirdə klubun“Buratino” rəqs qrupu “Buratino”, “Alleqro” rəqs qrupu hind rəqslərini nümayiş etdiriblər. Klubun solistləri Aslan Nuri və Güllü Əliyevanın ifasında  “Sən ey uşaqlıq”, Günəşim mahnı qrupunun ifasında “Günəş” və “Dostluq” mahnıları maraqla dinlənilib. .Tədbirin sonunda klubun fəal üzvləri fəxri fərmanla təltif olunublar.

Mərkəzi Uşaq Kitabxanasında “Uşaqlar – cahanın yaraşığı, gələcəyin ünvanı” adlı səhərcik keçirilib. Tədbirdə uşaqların ifasında doğma Vətənə, anaya, sülhə, həsr olunan şən mahnılar, rəqslər, şeirlər, səhnəciklər tədbir iştirakçılarına xoş təsir bağışlayıb. Daha sonra birincilər Z.Xəlilin “Mən tülküyəm” və V.Suteyevin “Kim “myau” dedi” nağılları əsasında hazırlanmışı kukla tamaşasını böyük maraqla izləyıblər.

Bülbül adına Uşaq İncəsənət Məktəbində konsert keçirilib. Konsertdə məktəbin şagirlərinin ifasında F.Əmirovun “Lirik rəqs” M.Mirzoyevin “Aşıqsayağı”, Masaraşvilinin “Karvan”, Ə.Camalın “Batabat yaylıqları”, Q.Qarayevin “Yürüş”, İ.Abdullayevin “Qərənfil” və digər dunya və Azərbaycan bəstəkarlarının əsərləri dinlənilib.

Q.Qarayev adına 1№li Uşaq Musiqi məktəbində fortepiano müəllimi Sevda Ələkbərlinin sinif konserti keçirilib. Konsertdə şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib,  mahnılar oxuyub və musiqili səhnəciklər göstəriblər.

F.Əmirov adına uşaq musiqi məktəbində keçirilən tədbirdə məktəbin xor kollektivinin, fortepiano və  saz, şöbəsi şagirdlərinin bir-birindən maraqlı ifası alqışlarla qarşılanıb.

Zəngilan Rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Bakı şəhər Nərimanov rayon 37 saylı Körpələr evi və uşaq bagçası ilə birlikdə tədbir keçirib. Tədbirdə usaqlar seirlər söyləyib, mahnı oxuyub,  rəqs ediblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

Hacı Muradın məzarını kimlər açıb? – Qaxın deputatı: “Komissiya yaradılmalıdır”

XIX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Hacı Muradın nəşinin yenidən dəfn edilməsi ətrafında qeyri-müəyyənlik davam edir. Rusiya KİV-ləri Hacı Muradın qalıqlarının iyunun 2-də Dağıstanın Xunxzax kəndində dəfn olunduğunu iddia edib.

Məsələ ilə bağlı Milli Məclisin Qax rayonundan seçilmiş deputatı Azər Kərimli bildirib ki, Hacı Muradın məzarı Qax rayonun Tanqıt və Baydarlı kəndləri yaxınlığında sıx meşəlik ərazidədir:

“O məzar təkdir, meşə massivində, fındıqlıq ərazidədir. Yəni nə kəndin içində, nə də kənd qəbristanlığında olmadığından mühafizəsi yoxdur. Bu gün olan vəziyyətə görə, başdaşı, sinədaşı yerindədir. Sadəcə üzü məzara duranda sağ tərəfdə yer daşlarının söküldüyü görünür. Amma bu o demək deyil ki, qalıqlar qəbirdən çıxarılıb”.

Deputat qeyd edib ki, bunu aydınlaşdırmaq üçün komissiya yaradılmalıdır:

“Çünki bunu gözlə görmək mümkün deyil. Dəqiqləşmə üçün rayon səviyyəsində komissiya yaradılmalıdır”.

A.Kərimlinin sözlərinə görə, əgər qalıqlar aparılıbsa belə, oğurlanaraq aparılıb:

“Amma bunu dəqiqləşdirmək lazımdır. Adi gözlə baxaraq, bunu ayırd etmək mümkün deyil. Rusiya KİV-lərinin yaydığı məlumata münasibət bildirmək üçün qəbir rəsmi olaraq açılmalıdır. İndiki məqamda biz bunu nə təsdiq, nə də təkzib edə bilərik”.

“Kafkazskiy uzel” saytı Çar Rusiyasına qarşı inqilabi dəstələrə rəhbərlik etmiş əfsanəvi çeçen qəhrəman Şeyx Şamilin ən yaxın silahdaşlarından olmuş və məzarı hazırda Qax rayonunda olan Hacı Muradın qalıqlarının doğulduğu Dağıstanın Xunxzax kəndinə aparıldığını iddia edib. Sayt Hacı Muradın  qalıqlarının basdırılması üzrə təşkilat komitəsinin sədri Maqomed Əmirxanova istinadən xəbər yayıb ki, qalıqlar iyunun 2-də dəfn edilib. İyunun 2-də isə onun qalıqlarının Xunxzaxda dəfn olunduğu iddia edilən fotolar yayılıb.

Məlumat üçün bildirək ki, Qafqaz müharibəsi dövründə İmam Şamilin naibi olan Hacı Murad 1852-ci ilin mayın 5-də qətlə yetirilib. Onun başı bədənindən ayrılaraq Peterburqdakı Hərbi Tibbi Akademiyaya göndərilib. 1959-cu ildən etibarən isə Antropologiya və Etnoqrafiya muzeyində saxlanılır. (modern.az)

Uşaqpulu bərpa olunacaqmı? – Deputat AÇIQLADI

Milli Məclisin son iclaslarında millət vəkili Fazil Mustafa bir sıra sosial problemlərə toxunub.

Problemli məsələlərin parlament səviyyəsində müzakirəyə çıxarılması həll yolunun tapılacağına ümidi artırır.

Bu məsələlərlə bağlı millət vəkili Fazil Mustafanın Redaktor.az-a müsahibəsinin birinci hissəsini təqdim edirik:

– Fazil bəy, uşaqpulunun bərpa edilməsi ilə bağlı Milli Məclisdə təklif irəli sürmüşdünüz. Təklifinizi nəzərə alaraq, uşaqpulunun bərpası ilə bağlı sizi müzakirəyə cəlb ediblərmi?

– Aldığım məlumata görə, hazırda bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Uşaqpulunun hansı kateqoriyadan olan uşaqlara və hansı formada verilməsi müəyyən edilir. Çünki söhbət böyük məbləğdən gedir. Təklif etmişdim ki, uşaqpulu başlanğıc kimi 6 yaşa qədər olanlara verilməlidir. Çünki uşağın sağlam böyüməsi ilk yaşlardan başlayır və bu, gələcəkdə dövlətin müdafiə qabiliyyətinin təmin edilməsi və ailə institutunun sağlamlığı üçün vacibdir. Bir çox ailələr uşaqpulu olmadığına görə, uşaqlarının sağlam qidalanmasını təmin edə bilmirlər. Ona görə də uşaqpulu ilə yanaşı, aliment fondunun yaradılması paralel aparılmalıdır. Aliment vermək mükəlləfiyyəti olan kişilər ödəniş etmədikdə, dövlət bu funksiyanı öz üzərinə götürərək, həmin şəxsdən pulu almalıdır. Nəticədə uşaq sağlıq və qida sıxıntısı yaşamaz.

– Milli Məclisdəki çıxışınızda bildirdiniz ki, Azərbaycanda orta aylıq əməkhaqqı Ermənistanla müqayisədə 26 dollar aşağıdır. Göstəricinin aşağı olmasına səbəb nədir?

– Azərbaycandan fərqli olaraq, Ermənistanda yaşayış səviyyəsi ağırdır. Orada qiymətlər bahadır. Çıxışımda Ermənistanla yanaşı, digər ölkələrin də adlarını çəkmişəm. Sadəcə orta aylıq əməkhaqqını dollarla hesabladıqda, ölkəmizdəki göstərici aşağı olur. Bu, əslində iqtisadi qiymətləndirmə meyarı deyil. Müqayisəni qeyd etməklə bildirmək istəyirdim ki, Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Yəni, məqsəd Azərbaycanla Ermənistanı müqayisə etmək üzərində qurulmayıb.

– Bir ailənin normal yaşaması üçün orta aylıq əməkhaqqı nə qədər olmalıdır?

– Bir ailənin normal yaşaması üçün yaşayış meyarı ilə bağlı müəyyən standart var. Bu standartda zəruri istehlak mallarının siyahısı əsas götürülür və nəticədə ümumi istehlak zənbili formalaşdırılır. İstehlak zənbilində hesablanan qiymət əsasında isə orta aylıq əməkhaqqı müəyyənləşdirilir. Azərbaycanda əhalinin normal yaşaması üçün orta aylıq əməkhaqqı minimum 800-1000 manat civarında olmalıdır. Çünki bir sıra problemlərin həll olunmaması başqa sahələrdə əlavə yük yaradır. Nəticədə əhali müxtəlif qurumlara qeyri-rəsmi ödənişlər etmək məcburiyyətində qalır. Məsələn, məktəbdə verilən təhsil yetərli olmadığına görə, valideyn büdcəsindən 200-300 manatı uşağın normal hazırlaşdırılmasına sərf edir. Həmçinin, idman sahələri pulsuz deyil. Uşaq hansısa idman növü ilə məşğul olarsa, valideyn vəsait ödəmək məcburiyyətində qalır. Ümumi infrastrukturun yaxşı çalışmaması fonunda uşağın ixtisaslaşması üçün müəyyən xərclərin ayrılması zəruri olur. İctimai nəqliyyatda metrodan başqa, alternativ variantlar yoxdur. Metroya çatana qədər isə avtobus dəyişmək lazımdır. Həmçinin, icbari tibbi sığortanın olmaması nəticəsində özəl xəstəxanalarda müayinə üçün minimum 40 manatdan başlayaraq ödənişlər edilməlidir. Xəstəlik ciddidirsə, bu zaman ödəniş məbləği getdikcə artır. Bütün bu amillər onu göstərir ki, əhalinin orta aylıq əməkhaqqı yetərli deyil və artırılmasına ehtiyac var.

– Azərbaycanda pensiyaçıların sayının az olmasını bildirmişdiniz. Pensiyaçıların sayının az olmasına təsir edən əsas faktorlar nələrdir?

– 90-cı illərdən sonra vətəndaşların əksəriyyəti “qara maaş” alırdılar. Buna görə də onların maaşı barədə heç bir sənəddə məlumat olmayıb. Bu baxımdan həmin vətəndaşların sığorta ödənişləri qrafası boş qalırdı. Sığorta qrafasının boş qalması vətəndaşın vaxtı çatanda pensiya ala bilməməsinə əngəl törədirdi. Hazırda pensiyaçıların sayının az olmasına təsir edən əsas amillərdən biri budur. Bütün hallarda pensiyaçıların sayının artırılmasına ehtiyac var.

– Pensiyaçıların sayının artırılması üçün yaş həddində dəyişiklik etmək çıxış yolu ola bilərmi və eyni zamanda, pensiya məbləği sosial rifah baxımından yetərlidirmi?

– Qanuna əsasən, kişilər 63, qadınlar isə 60 yaşında pensiya ala bilərdi. Əvvəllər müəyyən strukturlarda iş stajı 25 il nəzərdə tutulurdu. Vətəndaş 25 illik iş stajından sonra pensiya almaq hüququna malik olurdu. Bu məsələ sonradan ümumi yaşa görə hesablanmağa başlandı. Yaşa görə pensiyanın verilməsi müəyyən dərəcədə hər kəsə şamil olunub. Sadəcə 25 illik iş stajından çox işləyən vətəndaş daha çox pensiya alırdı. Əvvəllər məsul işdə və ya vəzifələrdə işləmiş, amma maaşı aşağı olan insanlar pensiyaya çıxanda müəyyən problemlərlə üzləşməyə başladılar. Ona görə də differensiya elə müəyyən edilməlidir ki, pensiya məbləği vətəndaşların minimum yaşayış səviyyəsini təmin edə bilsin.

Hazırda kişilər 64 yaş 6 ay, qadınlar isə 61 yaş 6 aydan sonra pensiya ala bilirlər. Azərbaycanda hər 1000 nəfərə 130 pensiyaçı düşür. Belarusda isə hər 1000 nəfərə 173 pensiyaçı düşür. Halbuki əhali sayımız eynidir. Ölkəmizdə əmək pensiyalarının orta məbləği Qazaxıstan, Belarus və Rusiyadan xeyli aşağıdır. Müəyyən təbəqə insanların sosial rifahını yaxşılaşdırmaq üçün pensiya məbləği yüksək olmalıdır. Pensiya alarkən qadınlarda ciddi problemlər çıxır. Çünki qadınların əksəriyyəti işsiz olur və pensiya vaxtı əziyyət çəkirlər. Vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün pensiya ilə yanaşı, sosial müavinətlər var. Lakin hər kəsin sosial müavinətlə təmin edilməsi mümkün deyil. Bu baxımdan sosial müavinətlər həll yolu deyil. Pensiya yaşının dəyişilməsi deyil, pensiya məbləğinin yüksəldilməsinə məcburuq.

– Pensiya məbləği təxmini nə qədər olmalıdır?

– Pensiya məbləği iqtisadi göstəricilərə əsasən, hesablanmalıdır. Bunun üçün öncəliklə yaşayış minumumu təyin olunmalıdır. Pensiya məbləği yaşayış minumumdan yüksək olmalıdır ki, vətəndaşlar maddi sıxıntı ilə üzləşməsinlər.   /Redaktor.az/

Bu məlumatları sayta vaxtında qoymayan məsul şəxslər məsuliyyətə cəlb ediləcək – QƏRAR

Nazirlər Kabineti “Şəhər və rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi
vahidi üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını (sərbəst gücləri) əks etdirən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasının və müddətinin müəyyən edilməsi qaydaları”nı təsdiqləyib.

Qaydalarda göstərilir ki, məlumatların təchizat müəssisələri tərəfindən internet saytlarına yerləşdirilməsi və onların ödənişsiz olaraq əldə edilməsi Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in 4-cü hissəsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.

İnternet saytlarına yerləşdirilmiş məlumatlarda dəyişikliklər baş verdikdə, həmin məlumatların təchizat müəssisələri tərəfindən yenilənməsi 3 iş günü müddətində həyata keçirilir.

Məlumatların təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi və yenilənməsi ilə bağlı Energetika Nazirliyi tərəfindən monitorinqlər aparılır.

Təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyırlar.

Aparılan monitorinqlər nəticəsində məlumatların internet saytlarına yerləşdirilməməsi və ya yenilənməməsi aşkar edildikdə, Nazirlik tərəfindən aidiyyəti təchizat müəssisəsinə ünvanlanan məktub əsasında həmin müəssisə tərəfindən təyin edilən məsul şəxslər intizam məsuliyyətinə cəlb edilirlər. (trend)

Nadir Elza Seyidcahan haqqında görün NƏLƏR DEDİ: Sütül..

Əməkdar artist Elza Seyidcahanın özünə “Sütül bəstəkar” titulu qoyması həmkarı Nadir Qafarzadəni təəccübləndirib.

“ATV maqazin” verilişinə danışan N.Qafarzadə sənətçinin özünə yeni titul seçməsinə belə münasibət bildirib:

“Elza, sən də ağ eləmə, nənəsən, nəvələrin var. Sütül nədir? 12 yaşında yeni başlayan uşaqlara sütül deyilir”. (publika.az)

Vanqanın Türkiyə öngörüsü gerçəkləşir? – Dəhşət…

Ötən gün Türkiyənin Sakarya bölgəsində baş verən 4,7 ballıq zəlzələ dünyaca məşhur görücü Vanqanın kəhanətlərini yenidən gündəmə gətirib.

Turkustan.info xəbər verir ki, Türkiyə mediası Vanqanın dəhşətli zəlzələ olacağı ilə bağlı öngörüsünü diqqətə çatdırıb.

Həmçinin qeyd edilib ki, bir başqa kahin Nostradamus da 2019-cu ildə dağıdıcı zəlzələlərin olması haqda öngörü irəli sürüb və məkan kimi Türkiyə ərazisinə işarə edib.

Bəzi mütəxəssislər də Türkiyədə dəhşətli zəlzələnin gözlənildiyini bildiriblər.  /Axar.az/

İş yerini dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.
 
Turkustan.info  xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. 
Elektron sənəd qəbulu iyunun 10-u saat 23:59-da başa çatacaq.
Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdiriləcək. Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürüləcək. Namizədlər müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak ediblərsə, üstünlük verdikləri balla müsabiqəyə qatıla bilərlər.
Müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurulacaq. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan sosial amillərin nəzərə alınması üçün namizədlər elektron qeydiyyatdan keçərkən tələb olunan xanalarda müvafiq sənədləri yükləməlidirlər.
Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcək. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcək.  /BakuPost/

Azərbaycanda məmur intihar etdi

Ağdamda poçt müdiri özünü asıb.

Turkustan.info-nun Oxu.Az-a istinadən əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, Ağdam rayon Qaradağlı kənd sakini, Qaradağlı poçt şöbəsinin rəisi, 1950-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı özünü asaraq intihar edib. 

İlkin ehtimallara görə, o, külli miqdarda borcunun olması səbəbindən özünü öldürüb.

Faktla bağlı araşdırma aparılır.

İsgəndər Həmidov iyunun 8-də Bakıya qayıdır: 6 aylıq qadağa

“Bildiyiniz kimi bir müddət əvvəl Azərbaycanın sabiq daxili işlər naziri, Azərbaycan Xalq Hərəkatının təsis olunması fikrinin müəllifi İsgəndər Həmidov səhhətində yaranan problemlərlə bağlı qəfil vəziyyəti ağırlaşdığı üçün Bakıda xəstəxanaya yerləşdirilmişdi. Xəstəxanada həkimlər onun əməliyyat olunmasının vacib və zəruri olduğunu bildirsə də, ailə üzvləri buna qəti şəkildə icazə vermədiyi üçün İsgəndər Həmidov xarici ölkələrdən birinə aparıldı. Uzun sürən müayinələrdən sonra, indi də ağır durumda olan İsgəndər bəyin sağlamlıq durumunun nəticələrinə dair cəmiyyətdə yayılan, həqiqətə uyğun olmayan informasiyaların qarşısının alınması üçün onun real vəziyyəti ilə bağlı məlumat vermək zəruri hesab edildi”.

Turkustan.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı sabiq nazirin köməkçisi yayıb.

Məlumatda bildirilir ki, ürəyindən əməliyyat olunması üçün xaricə aparılan İsgəndər Həmidovun böyrəyində kreatinin yüksək olduğu aşkarlandığı üçün əməliyyat həyatına ciddi təhlükə hesab edildiyindən həkimlər əməliyyatı qəti şəkildə mümkünsüz hesab edib: “Aparılan müayinələr nəticəsində müəyyən olub ki, İsgəndər bəyin sağ böyrəyində 4, sol böyrəyində isə 3 şiş var. Bununla yanaşı, onurğasında da şiş aşkar edilib. Bütün bunları nəzərə almaqla əməliyyat ertələnib və günlərlə ağır durumda olan İsgəndər Həmidovun səhhətinin müəyyən qədər toparlanması üçün çalışılıb. Sağlıq durumu ağır olduğu üçün bu müddət ərzində onunla görüşmək mümkün deyildi. Həkimlər hər cür söhbətin və bunun nəticəsində yaranacaq həyəcanın onun həyatı üçün təhlükə olduğunu bildirirdilər. Bundan başqa, aparılan müayinələr nəticəsində ikinci ağır durum ortaya çıxıb, şişlərlə bağlı biopsiya edilib və dəqiq nəticəyə gəlmək üçün əkilməyə verilib. Bu müddət ərzində həkimlər İsgəndər Həmidovun əsəbiləşməsinin və gərginləşməsinin qarşısını almaq üçün ölkə daxilində və xaricində baş verən bütün informasiyalardan kənar olmasını vacib hesab etdiyindən, heç kimə onunla görüşmək imkanı vermədikləri üçün İsgəndər bəyin AXH idarə heyətinin üzvləri və sıravi üzvlərinin həbsi barədə heç bir məlumatı olmayıb. Lakin dünən, nəhayət, onunla görüşə bildik. Həkimlərin yekun rəyinə əsasən, İsgəndər bəyin vəziyyəti ağır olaraq qalmağa davam edir. Lakin bütün bunlara baxmayaraq, İsgəndər bəy Azərbaycana qayıtmağa qərar verib. Bu qərara həkimlər etiraz edib və İsgəndər Həmidova bütün bunlarla bağlı, xəstəlik tarixçəsi haqqında həm şifahi, həm yazılı şəkildə məlumat təqdim edilib. Belə olan halda İsgəndər Həmidovun müalicəsinin ev şəraitində davam etdirilməsi şərti ilə ölkəyə qayıtmasına icazə verilib. Bununla yanaşı, həkimlər İsgəndər Həmidovun 6 ay müddətində hər hansı bir aktiv fəaliyyətlə məşğul olmasını qəti surətdə qadağan ediblər. Bu 6 ay içində isə müayinə və müalicə üçün mütləq yenidən geri qayıtmağı tövsiyə ediblər.

Bütün bunları nəzərə almaqla diqqətinizə çatdırmaq istəyirəm ki, İsgəndər Həmidov iyun ayının 8-də Bakıya qayıdacaq.

Bütün duyarlı şəxslərə, İsgəndər bəyin mübarizə yoldaşları və media mənsublarına bu müddət ərzində göstərdikləri diqqətə görə İsgəndər bəyin adından təşəkkür edirəm. Ümid edirəm, İsgəndər bəyin sağlamlıq durumunu nəzərə alıb, bu mövzu ətrafında spekulyasiya edilməyəcək”.

Floridada Azərbaycan sevdası ilə yaşayan Sevda həkim

Əməlləri, niyyəti çöhrəsitək gözəldir. Bu vəhdət onu daha mükəmməl, daha ecazkar göstərir. Dinlədikcə istər-istəməz bu xanıma heyran qalırdım. İnsanların uzunömürlü olması üçün neçə illərdir ki, elmi tədqiqatlar aparır. İnanır ki, nə vaxtsa elə bir tibbi vasitə tapacaq ki, insanlar ondan istifadə edib xeyli yaşayacaqlar. Poeziyanı çox sevir. Gözəl şeir nümunələrini mütaliə etməkdən zövq alır. Səyahət etməyi xoşlayır. Bu günədək Avropa ölkələrinin əksəriyyətinə səfər edib. İndi də Yeni Zelandiyada, Avstraliyada olmağı arzulayır. Elə bir gün olmur ki, evində Azərbaycan mətbəxinin təamlarından hazırlamasın…

Deyir ki,- “Mən çox xoşbəxt adamam. Qarşıma həmişə yaxşı insanlar çıxıb. Onlardan yüksək diqqət, ehtiram görmüşəm. Və bu da mənə müsbət enerji verib. Həyatın nə qədər gözəl olduğunu anladıb”…

…Rəhmətlik atası Malik Axundov əslən Masallı rayonunun Qızılağac kəndindən idi. Bakıda layihə insitututlarından birində şöbə müdiri vəzifəsində çalışıb. Anası Şükufə xanım əvvəlcə maliyyə nazirliyində şöbə müdiri olsa da ömrünün son illərində Bakı Səhiyyə İdarəsində maliyyə şöbəsinin müdiri işləyib. Bacısı Səbinə xanım Axundova isə həkim-endokrinoloqdur. Özəl klinikalardan birində çalışır…

Haqqında söhbət açdığım Sevda xanım Axundova Bakıda dünyaya gəlib. 1986-cı ildə 9 nömrəli məktəbdə orta təhsilini bitirərək Moskva Piraqova adına ikinci Tibb İnsitutuna qəbul olunub. 1992-ci ildə oranın pederatriya fakultəsini müvəffəqiyyətlə başa vurub. Sonra bir il Bakıdakı 6 nömrəli xəstəxanada internatura keçərək pediatr-endokrinoloq ixtisasına yiyələnib. Və həmin xəstəxanada qalaraq 2002-ci ilədək orada öz ixtisası üzrə həkim işləyib. Eyni zamanda Azərbaycan Endokrinologiya Mərkəzində professor Valeh Mirzəzadənin rəhbərliyi altında elmi araşdırmalarla məşğul olub. 2002-ci ildə ailə quraraq Amerikaya gəlib…

…Ömür-gün yoldaşı İsmayıl Davud Suriya əsilli ABŞ vətəndaşıdır. İxtisasca kompyuter üzrə mütəxəsisdir. İki övladı vardır. Qızı Aliyə 16, oğlu Əhməd isə 15 yaşındadırlar. Hər ikisi də xüsusi itedadlı uşaqlar üçün nəzərdə tutulan Kembric proqramına əsasən təhsil alır…

Sevda xanım ABŞ-a gəldikdən bir il sonra Cənubi Kaliforniyadakı Touro Beynəlxalq Universitetinin tibb fakultəsində fəaliyyət göstərən ictimai sağlamlıq üzrə doktoranturaya qəbul olunub. 2006-cı ildə elmi işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib(PhD). 2006-cı ildən Florida ştatının Fort Lauderdale şəhərində yaşayır və “Life Extension” şirkətində həkim işləyir. Eyni zamanda elmi tədqiqatlarını davam etdirir…

Deyir ki,- “Şirkətimiz əsasən insan ömrünün tibbin vasitəsi ilə uzadılması istiqamətində araşdırmalar aparır. İnanırıq ki, biz buna nail olacağıq”…

İctimai fəaldır. Azərbaycan naminə xeyli işlərdə xidməti olub. Töhfə xanım Eminovanın prezidenti olduğu “Floridanın Azərbaycan-Amerika Asossasiyası”nın təhsil məsələləri üzrə şöbəsinin rəhbəridir. Təşkilatın ərsəyə gətirdiyi tədbirlərdə yaxından iştirak edir. Asossasiyanın fəaliyyətindən ağız dolusu söhbət açıb, Azərbaycan naminə bu günədək gördüyü işləri sadalayır. Onların mahiyyətini dilə gətirir. Ştatın rəhbər orqanları ilə sıx münasibət qurduqlarını söyləyir. Bütün bunları dinlədikcə adamın ürəyi dağa dönür, belə bir soydaşının varlığından qürur hissi keçirirsən…

Az qala unutmuşdum, axı söhbətimin əvvəlində gözəllikdən danışırdım. Bəli, insanın niyyəti və eləcə də əməlləri gözəl olanda ətrafına nur saçır. Bu nur İlahi eşqin təzahürüdür…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor, yakın çekimGörüntünün olası içeriği: 3 kişi, gülümseyen insanlar, ayakta duran insanlar ve ayakkabılar

Görüntünün olası içeriği: 4 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, gökyüzü ve açık hava

Qadınlar ərlərinə ən çox BU GÜN və BU BƏHANƏ İLƏ xəyanət edirlər – ŞOK ARAŞDIRMA

Türkiyədə kişilərin təxminən 58 faizi, qadınların isə təxminən 40 faizi ömründə ən azı bir dəfə evlilikdən kənar intim əlaqədə olur.

Turkustan.info xəbər verir ki, bu haqda Cinsi Sağlamlıq İnstitutu Dərnəyinin (CİSED) araşdırmasında deyilir.

CİSED sədri, psixoterapist Cem Keçe həyat yoldaşlarına xəyanətlə bağlı rəqəmlərin əslində daha yüksək olduğunu, lakin bunun araşdırmanın nəticələrində əks olunmadığını bildirir və səbəbini belə açıqlayır:

“Təəssüf edirəm ki, biz aldadan və aldadılan bir cəmiyyətə çevrilirik. Kişilərin bir hissəsi nikahdan kənar sadəcə bir intim əlaqəni xəyanət olaraq görmürlər. Bəzi qadınlar isə evlilikdən kənar cinsi olmayan əlaqəni xəyanət olaraq qəbul etmək istəmirlər”.

Araşdırmaya görə, həyat yoldaşına xəyanət ən çox “iş yoldaşlarımla bir şey içəcəyəm” bəhanəsi ilə edilir. Həyat yoldaşlarını aldadanlar evə gecə yarısından əvvəl gəlirlər. Araşdırmaya görə, cütlüklər xəyanət edərkən adətən cümə günü saat 18:45-i seçirlər. (publika.az)

Mədənizi qorumaq üçün bunlara əməl edin

Gərgin iş qrafikində çalışanlar və oturaq həyat tərzi keçirənlər adətən mədənin xroniki qastritindən əziyyət çəkirlər.

Turkustan.info qafqazinfo-ya istinadən xəbər verir ki, həkimlər belə insanlar üçün xüsusi qidalanma rejimi və menyusu məsləhət görürlər. Belə ki, mədə ağrılarının və xəstəliklərin qarşısını almaq üçün hər gün eyni saatda qidalanmaq lazımdır. Gündə 4-5 dəfə az miqdarda qida qəbul edilməlidir. Yemək fasilələrində yüngülvari şor, banan, quru meyvə və müsli yemək olar.

Səhər yeməyində sıyıq, süd məhsulları və yumurta, nahara şorba, yağsız tərəvəzli ət, şam yeməyinə tərəvəzlərlə qaynadılmış hind toyuğu və ya sadəcə toyuq yeyilməlidir.

Bundan başqa, fiziki aktivlik artırılmalı, zərərli vərdişlərdən imtina olunmalıdır. Fast-fud, qazlı içkilər və çipslər isə qadağandır. Əlavə olaraq vitaminlər qəbul edilə bilər.

Bu gün Azərbaycan xalqının böyük oğlu Şapur Ənsarinin doğum günüdür

O da Azərbaycanın bütövlüyünü arzulayan aydınlarımızdan biridir. Böyük Azərbaycan sevdalısıdır. Bütün varlığı ilə Azərbaycana, millətinə bağlı adamdır…

Əsilzadələrə xas olan mədəniyyəti, kübar davranışı, iti zəkası ilə minlərlə insanın rəğbətini qazanıb. Onunla həmsöhbət olarkən azərbaycanlı olduğundan mənəvi zövq alırsan…

Əlli altı ildir ki, ABŞ-da yaşayır. Buna baxmayaraq, fikir və düşüncələrini ana dilində səlist, mükəmməl ifadə edə bilir…

Bəli, o da kifayət qədər maddi imkanı geniş olan yüzlərlə soydaşımızdan biridir, amma maddi imkanlarını milli mənəvi dəyərlərin təbliğinə xərcləməyi bacaran nadir insanlardandır…

Cəsarətli ziyalıdır. 2015-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının iclasında geniş nitq söyləyir. Təqiblərdən qorxmayaraq çıxışında cənubda yaşayan azərbaycanlıların haqqlarının İran dövləti tərəfindən kobudcasına pozulduğunu kəskin tənqid edir və bu problemi dünya ictimaiyyətinin nəzərinə çatdırır…

1999-cu ildə öz şəxsi hesabından bir milyon dollar ödəyərək ABŞ-dakı Amerika-Azərbaycan Ticarət Palatası üçün bina alıb. Üç rəngli bayrağımız bu gün də həmin binanın üstündə dalğalanır…

O, 1997-ci ildə xalq artisti, məşhur pianoçu Çingiz Sadıqovun müşayəti ilə Fidan və Xuraman bacılarının ABŞ-da konsertini təşkil edib və ABŞ-ın nüfuzlu orkestrlərindən birini kirayələməklə konsertin bütün maliyyə xərclərini özü ödəyib…

Azərbaycanda bir-neçə dəfə olub. Heç vaxt da əliboş getməyib. ABŞ-da müasir texnologiyalara uyğun, yüksək keyfiyyətli, on min tirajla audio disk buraxdıraraq, Bülbülün 100 illiyi münasibəti ilə Bakıda təşkil olunan yubiley tədbirinə hədiyyə edib…

O, 1974-cü ildə ABŞ-ın Miçiqan ştatı, Monro şəhərində yaratdığı özəl xəstəxananı 1994-cü ildən qocalar evinə çevirib və məhz onun maddi imkanları hesabına orada ahıl yaşlı insanların yaşaması ilə yanaşı, müalicəsi də yüksək səviyyədə təmin olunur. Qırx nəfərlik xidməti personalı olan həmin qocalar evi iki dəfə Miçiqan ştatında birinci yerə çıxıb…

Bu siyahını uzatmaq da olar, amma onun xeyirxah əməlləri saymaqla tükənməz. Kim bilir, Allahla öz arasında sirr kimi qalan neçə-neçə xeyirxah əməlləri vardır…

Yaş fərqlərinə baxmayaraq Cavad Heyətlə uzun illər dostluq edib və dostunun fəaliyyətinə də biganə qalmayıb, dəfələrlə maddi dəstək göstərib…

Deyir ki,- “Doktor Cavad Heyətlə bizi bir-birimizə bağlayan Azərbaycan sevgisi olub. O da mənim kimi Azərbaycan aşiqi idi. Doktor ömrünün son illərində Azərbaycanda tez-tez olurdu. Heydər Əliyevlə dostluq əlaqələri var idi. Heydər Əliyev ona çox həssas yanaşırdı. Hətta onun tapşırığı ilə Cavadın Bakıda yaşamasına şərait də yaratmışdılar. Bakıya səfərlərimin birində ona təklif etdim ki, Əbülfəz Elçibəylə görüşüb, onu ziyarət edək. O vaxt Elçibəy Kələkidən Bakıya təzə gəlmişdi. Cavad dedi ki, birdən bizim bu ziyarətimiz yaxşı qarşılanmaz. Doğrusu, nə mən, nə də o, Elçibəyi yaxından tanımırdıq. Amma İran dövlətinin azərbaycanlılara qarşı ögey münasibətini tənqid etməsi, onların hüquqlarının pozulması haqqında dedikləri çox xoşuma gəlmişdi. Dedim, narahat olma, heç nə deməzlər, o da Azərbaycan tarixinin bir parçasıdır. Nədənsə razılaşmadı, özüm gedib Elçibəylə görüşdüm”…

Heydər Əliyev ilk dəfə ABŞ-da olarkən onun Vaşinqtonda, Çikaqoda Azərbaycan diasporu ilə keçirilən görüşlərində yaxından iştirak edib, onunla şəxsən görüşə bilib…

Deyir ki,- “Heydər Əliyevə həmişə rəğbətim olub. Hələ sovet dönəmində Moskvada işləyərkən onun varlığından qürur duyurdum. Fəxr edirdim ki, SSRİ kimi nəhəng bir dövlətin başında duran insanlardan biri də Azərbaycan oğludur”…

O vaxt Azərbaycanın ABŞ-da səlahiyyətli səfiri olmuş Hafiz Paşayevlə bu gün də dostluq əlaqələrini saxlamaqdadır. “Hafiz müəllim yüksək intilektə malik, sözün əsl mənasında ziyalı, insanpərvər, işıqlı şəxsiyyətlərdəndir. Çox şadam ki, “Bir səfirin monifesti” kitabında mənə də yer ayırıb, söyləyir…

Haqqında söhbət açdığım bu xeyirxah insan- ABŞ-da çox məşhur ürək cərrahı, professor Şapur Ənsaridir. Onunla ABŞ-ın Bloomfield Hill şəhərindəki evində- Xalq artisti, muğam ustası Alim Qasımovun üç il bundan öncə ABŞ-a səfəri zamanı, xalq artistinin gəlişi şərəfinə düzənlədiyi ziyafətdə tanış olduq. Əllidən çox ABŞ-da yaşayan azərbaycanlının iştirak etdiyi bu məclisə məni də dəvət etmişdi. Dostluğumuz bu gün də davam edir…

O, 1936-cı ildə, iyunun 2-də Cənubi Azərbaycanın Marağa şəhərində mülkədar ailəsində dünyaya gəlib. 
1956-1963-cü illərdə Tehran Tibb Universitetində ali təhsil alıb. 1963-cü ildə İranda ABŞ-ın səfirliyində təşkil olunmuş müsabiqədən uğurla keçərək bu ölkəyə dəvət alıb. 1963-1968-ci illərdə ABŞ-ın Veysteti Tibb Universitetində ürək cərrahı ixtisasına yiyələnib. 1968-1971-ci illərdə Vaşinqtonda Corc Taun Universitetində təhsilini davam etdirib. 1971-ci ildə Miçiqan ştatının Monro şəhərinə dəvət almaqla həmin şəhərin iki böyük xəstəxanasında həkim-cərrah kimi çalışıb. Tezliklə kardiologiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1980-ci ilədək həmin vəzifədə işləyib.
1980-ci ildə Kanadaya dəvət alaraq bir il orada cərrah kimi fəaliyyət göstərib. 1981-ci ildə Vesqansen ştatının Mirvaki şəhər xəstəxanasında dünyaca məşhur amerikalı ürək-damar cərrahları ilə birlikdə beş il ürək damarlarının dəyişdirilməsi ilə məşğul olub və cərrahiyənin bu sahəsinə mükəmməl yiyələnib. O vaxta qədər dünya səhiyyəsində yalnız həmin xəstəxanada ürək damarlarını dəyişdirə bilirmişlər. Beləliklə o, ABŞ-da bu əməliyyatı apara bilən beş cərrahdan biri olur. 
1986-1989-cu illərdə Ohayo ştatında çalışır. 
1989-cu ildə İran İslam Respublikasına dəvət alır, iki il ərzində orada bir neçə mütəxəsis yetişdirməklə ürək damarlarının dəyişdirilməsi cərrahiyə əməliyyatlarının təməlini qoyur. 
1992-ci ildə yenidən ABŞ-a qayıdaraq Miçiqan ştatında çalışır. Ötən bu müddət ərzində o, elmi fəaliyyətlə də məşğul olub, ABŞ-ın müxtəlif universitetlərində bu elmin sirlərini tədris edib, tibb elməri doktoru, professordur…

Deyir ki,- “İran Azərbaycanında doğulsam da özümü müstəqil Azərbaycanın bir parçası sayıram. Çünki azaddır, millətimin dili dövlət dilidir, insanları ana dilimizdə məktəbə gedir, bu dildə danışır. Harada olsam, hansı mühitə düşsəm də Azərbaycanla fəxr edirəm, azərbaycanlı olduğumdan qürur duyuram”…

Bu gün böyük azərbaycanlı Şapur Ənsarinin doğum günüdür. Onu bu münasibətlə təbrik edir, Ona möhkəm can sağlığı, ağrı-acısız günlər arzulayırıq.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 2 kişi, Elman Eldaroğlu dahil, ayakta duran insanlar

Görüntünün olası içeriği: 8 kişi, gülümseyen insanlar, ayakta duran insanlar, yiyecek ve iç mekan

Görüntünün olası içeriği: 2 kişi