Ça. İyn 18th, 2019

Ərdoğan qəti qərarını açıqladı – “Türkiyə Rusiyadan S – 400 zenit raket kompleksi almaq sazişini təxirə salmayacaq”

Prezident Rəcəp Tayyip Ərdoğan deyib ki, üzvü olduğu NATO-dan Birləşmiş Ştatların təzyiqinə baxmayaraq, Türkiyə Rusiyadan S – 400 zenit raket kompleksi almaq sazişini təxirə salmayacaq.

“Rusiyayla razılaşma əldə etmişik. Fikrimiz qətidir. Bu məsələdə geri çəkilmək söhbəti yoxdur”, – rəsmi Anadolu agentliyi Ərdoğana istinadla yazır.

Ramazan bayramı namazından sonra jurnalistlərə danışan Ərdoğan əlavə edib ki, ABŞ-ın Türkiyəyə Patriot raketləri satmaq təklifi Rusiyanınkı kimi yaxşı deyil. Ankaranın Moskvadan S400 sistemi almaq üzrə sazişi Türkiyəylə Birləşmiş Ştatlar arasında narazılıq mənbəyinə çevrilib, Vaşinqton sanksiyalarla hədələyib.

Müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Katrin Vheelbarger ötən həftə deyib ki, Ankara planlarını gerçəkləşdirərsə, bunun Türkiyənin birgə F-35 proqramı və NATO ilə əməkdaşlığı üçün “fəlakətli” nəticələri olar.

Vheelbargerin sözlərinə görə, bu sistemlər Türkiyənin Qərb alyansı ilə işləmək qabiliyyətinə ziyan vurar, Vaşinqtonu Ankaraya sanksiya tətbiq etməyə vadar edər. Türkiyə isə indiyədək təzyiqə dirəniş göstərib, alış planının “artıq bitmiş saziş” olduğunu deyib.

Paylaşılıb
CrestaProject