Ç. İyn 19th, 2019

Hacı Muradın nəşinin DƏFN GÖRÜNTÜLƏRİ yayıldı – VİDEO

Yutub sosial şəbəkəsində Şeyx Şamilin naibi Hacı Muradın Dağıstanın Xunzax rayonunda dəfn edilməsini əks etdirən video yayılıb.

Videonun qeyd hissəsində görüntülərin H.Muradın dəfn mərasimində çəkildiyi yazılıb.

Qeyd edək ki, ötən gün Dağıstan mətbuatında Azərbaycanın Qax rayonunda dəfn edilmiş Şeyx Şamilin naibi Hacı Muradın sümüklərinin 31 may tarixində çıxarılaraq, iyunun 2-də öz vətənində – Xunzax rayonunda dəfn edilməsi haqqında məlumatlar yayılıb.

Qax rayon İcra Hakimiyyəti bununla bağlı heç bir rəsmi açıqlama verməyib. (kult.az)

Paylaşılıb
CrestaProject