Ç. İyn 19th, 2019

Paşinyan: “Qarabağ erməniləri mənə qədər danışıqlar prosesindən tam xəbərsiz idilər”

Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı açıqlama verib.

Erməni KİV-nin xəbərinə görə, o, Qarabağdakı qondarma rejim rəhbərliyinin buna qədər münaqişə ilə bağlı əsas sənədlərdən xəbərsiz olduğunu deyib.

“Mənə qədər Qarabağ erməniləri danışıqların məğzi barədə ümumiyyətlə xəbərsiz idilər. Onlardan danışıqlar barədə 5 dəfə soruşmuşdum. Onlar xəbərsiz idilər”.

Paşinyan danışıqlar barədə bütün sənədləri separatçı rejimin rəhbərliyinə təqdim etdiyini deyib. (modern.az)

Paylaşılıb
CrestaProject