Ç. İyn 19th, 2019

3 yaşlı Zəhranı oğurlayan şəxs saxlanılıb

İki gündür itkin düşən və bu gün tapılan 3 yaşlı Zəhra Bağırzadəni qaçıran şəxs saxlanılıb. 

Turkustan.info bildirir ki, E-huquq.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi xəbərə görə, hazırda həmin şəxs polis tərəfindən dindirilir.

Cinayətlə əlbir olan digər şəxslərin də müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir. 

Paylaşılıb
CrestaProject