Ç. İyn 19th, 2019

İngiltərə Kral Ailəsinin rekord sərvəti

Hər addımı ilə dünya gündəmində olan İngiltərə Kral Ailəsi rekord sərvətə sahibdir.

Turkustan.info xəbər verir ki, Forbesə görə, ailənin təxminən 88 milyard dolları var. Qeyri-rəsmi mənbələr hətta bu sərvətin 1 trilyon dollardan çox olduğunu belə iddia edir. Sənət əsərləri, daş-qaşlar, daşınmaz əmlaklar sərvətin bir hissəsini təşkil edir. Ailənin ən varlı üzvü 530 milyon dollara sahib Kraliça Elizabetdir.

Bildirilir ki, kral ailəsi hər il İngiltərə iqtisadiyyatına milyardlarla dollar xeyir gətirir. Şahzadə Vilyam və Hersoginya Keytin 2013-cü ildə dünyaya gələn ilk övladları Şahzadə Corc 3,6 milyard dollar, 2015-ci ildə doğulan Şahzadə Şarlot isə iqtisadiyyata 5 milyard dollar xeyir verib.

Ailənin üzvləri istifadə etdikləri əşyalar, geyimlərlə firmaların satışlarının artmasına və milyonlarla dollar mənfəətə səbəb olurlar.     /Qaynarinfo/

Paylaşılıb
CrestaProject