Ç. İyn 19th, 2019

Ərdoğanın kişi xarakteri… – Putin

“Türk axını” qaz kəməri layihəsinin reallaşdırılması bir çox şeydə onun sayəsində başlandı ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kişi xarakterinin ən yaxşı keyfiyyətlərini və siyasi iradəni göstərdi.

 “RİA-Novosti”  xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin bildirib.

“Biz Türkiyə ilə “Türk axını”nı tikməyə razılaşdıq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kişi xarakterinin ən yaxşı keyfiyyətlərini və siyasi iradəni göstərdi. Biz hər şeyi ən yaxın bir neçə aya bitirəcəyik. Artıq dəniz hissəsində hər şey başa çatıb. İndi ərazidə iş gedir, tezliklə qurtaracağıq. İndi bizim avropa partnyorlarımız başqa marşrut üzrə qazımızı alacaqlar. Əgər, əlbəttə istəsələr”, – Putin Peterburq beynəlxalq iqtisadi forumun plenar sessiyasında deyib.

Qeyd edək ki, “Türk axını” layihəsi hər biri 15,75 milyard kubmetr ötürücü gücə malik iki xəttin tikintisini nəzərdə tutur. Birinci xətlə Türkiyə, ikinci xətlə isə cənubi və cənub-şərq Avropa ölkələrinə qaz çatdırılacaq.

Qaz kəmərinin 2019-cu ilin sonuna kimi işə salınması planlaşdırılır. (publika.az)

Paylaşılıb
CrestaProject