Ça. İyn 18th, 2019

3 gün sonra kanalların yayımı dayandırılacaq

İyunun 10-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq.

“Teleradio” İstehsalat Birliyindən verilən məlumata görə, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

 

Birinci profilaktika martın 4-də keçirilib, ikincisi iyunun 10-da, üçüncüsü sentyabrın 16-da və dördüncüsü dekabrın 9-da keçiriləcək.  /Axar.az/

Paylaşılıb
CrestaProject