Ça. İyn 18th, 2019

ABŞ-Rusiya münasibətləri buna görə gərginləşdi – Trampdan ETİRAF

“Məncə Rusiya ilə yaxşı münasibətlərə sahib ola bilərik. Əlaqələrimizin saxta caduluq üzündən zərər gördüyünü düşünürəm. Rusiya ilə yaxşı münasibətlərə sahib ola bilərdim”.

Bunu ABŞ prezidenti Donald Tramp deyib.

“Fox News”a müsahibə verən prezident bildirib ki, Moskva ilə Vaşinqton arasındakı münasibətləri düzəltmək şansı var.

Qeyd edək ki, 2016-cı il prezident seçkilərində Donald Trampın seçki kampaniyasının Rusiyanın dəstək verdiyi iddia olunurdu. Buna görə iki ölkə arasında münasibətlər gərginləşmişdi. (publika.az)

Paylaşılıb
CrestaProject