Ç. İyn 19th, 2019

Fironların içkisi: 5000 min illik tarixə malik antik pivə

İsrail alimlərləri 5000 il yaşı olan mayayla pivə bişirə biliblər.
İsrail Qədim Əşyalar İdarəsi və üç İsrail universitetinin müəllimləri qazıntılar zamanı aşkar edilmiş kuzələrdən altı qədim maya növü əldə etməyi bacarıblar.
Onların sözlərinə görə, qədim Misirdə fironlar buna bənzər içki içiblər.
Alimlər ümid edirlər ki, antik pivə zamanla mağazalarda da satılacaq.
“Xatırlayıram ki, bu pivəni, nəhayət ki, bişirib qurtarandan sonra masa arxasına keçdik və hamımız ondan içməyə başladıq. Mən dedim ki, ya indi kefimiz çox yaxşı olacaq, ya da 5 dəqiqədən sonra hamımız ölmüş olacağıq” – Bar-İlan adına universitetin arxeoloqu Aren Mayer belə deyir.
“Amma biz ölmədik” deyə o, əlavə edir.
Qədim zamanlarda bu bölgədə pivə çörək kimi əsas ərzaq növlərindən biri olub, sosial statusundan və yaşından asılı olmayaraq bu içkini hamı içib.
Suyun çox vaxt infeksiya daşıyıcısı olması pivə və ya çaxırın daha təhlükəsiz içki olması qənaətini yaratmışdı.
O zamanlarda pivə taxıl bitkiləri və suyun qarışığından hazırlanırdı. Bu qarışığı bişirir, sonra da qıcqırması üçün günəşin altına qoyurdular. Əlavə dad üçün bəzən pivəyə müxtəlif meyvə ekstrakları da əlavə edirdilər.
Qədim pivəni bərpa etmək fikri, ilk olaraq, Yerusəlimdəki Yəhudi Universitetinin araşdırmaçıları Ronen Hazan və Mixael Klueşteynin ağlına gəlb.
Pivə bişirmə üzrə mütəxəssis İtay Qumanın da yardımıyla onlar müasir texnologiyaları tətbiq edərək 6 faizlik spirt konsentrasiyalı buğda pivəsinə bənzər içki və 14 faizlik spirt konsentrasiyalı bal likörü hazırlayıblar.
Daha əvvəl İtay Qutman geni modifikasiya olunmuş buğda növü əsasında 10 min illik pivəni bərpa edib. Amma araşdırmaçılar deyirlər ki, qədim mayanın özündən istifadə etməklə spirtli içki hazırlamaq bu vaxta qədər heç kimə müyəssər olmamışdı.
“Son dərəcə heyrətamizdir ki, qədim kuzələrdəki maya minillər boyu salamat qalıb, sanki qazılıb çıxarılmağı və yenidən həyata başlamağı gözləyirmiş. Fironların dövrünə aid pivə içmək qeyri-adi hadisədir, amma bu, həm də eksperimental arxeologiyanın nailiyyəti olaraq da əhəmiyyətli hadisədir. Yeri gəlmişkən, bu pivənin dadı heç də pis deyil” ” – doktor Hazan belə deyir.   (bbc.com)
Paylaşılıb
CrestaProject