Ç. İyn 19th, 2019

Rusiya ABŞ üçün SÜRPRİZ HAZIRLAYIR – Bütün Avropanı…

Müasirləşdirilən uzunmənzilli, nüvə potensiallı “Tu-22M3M” bombardman təyyarəsi ABŞ donanması üçün sürpriz olacaq.

Bunu rusiyalı hərbi mütəxəssis Yuri Knutov deyib.

“Russia Today” (RT) telekanalına müsahibə verən mütəxəssis qeyd edib ki, yaxın gələcəkdə “Tu-22M3M”in istifadə olunduğu coğrafiya Rusiya Müdafiə Nazirliyinin hava bazalarını müasirləşdirmək proqramı sayəsində genişləyəcək.

2018-ci ilin sonunda Krımdakı Belbek hava bazasında yeni uçuş zolağı inşa edildiyini xatırladan Knutov bildirib ki, “Tu-22M3M”lərin Krıma yerləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

“ABŞ-ın təyyarədaşıyan gəmiləri daim Qara dəniz hövzəsinə daxil olur. Əgər gərginlik artarsa, bombardman təyyarələrinin Krıma yerləşdirilməsi ABŞ donanması üçün sürpriz olacaq”.

“Tu-22M3M” təyyarələri Krıma yerləşdirilərsə, Avropanın istənilən nöqtəsindəki havadan və raketdən müdafiə sistemlərini məhv edə bilər. (publika.az)

Paylaşılıb
CrestaProject