Ç. İyn 19th, 2019

Türkiyə elə bir siyasi oyuna rəhbərlik edir ki… – Rus ekspert

Türkiyə S-400-lə bağlı böyük bir siyasi oyuna rəhbərlik edir.

Bu sözləri rusiyalı siyasi ekspert Fyodor Lukyanov deyib.

“S-400-lə bağlı danışıqların uzun müddət gündəmdə qalacağını düşünürdüm. Çünki bu prosesin özü belə Türkiyənin mənafeyinə xidmət edir. Belə ki, Türkiyənin ilk gündən bəri müstəqil oyunçu olduğunu, Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlıq etmək istədiyini göstərmək Rəcəb Tayyib Ərdoğanın xeyrinə oldu. Türkiyə S-400-dən əlavə Rusiyadan başqa texniki vasitələr də ala bilər. Ərdoğan artıq riskdən qorxmur. Unutmamalıyıq ki, Türkiyə üçün həm Rusiya, həm də ABŞ önəmlidir. Bu, çox çətin oyundur. Böyük və kiçik zədələrə yol aça bilər”, – deyə ekspert bildirib. (axar.az)

Paylaşılıb
CrestaProject