Ca. İyn 27th, 2019

Ürək üçün ölümcül təhlükəli sayılan qida

Enerji içkiləri qısa müddət ərzində ürək üçün təhlükə yarada bilər.

Turkustan.info deyerler.org-a istinadən bildirir ki, belə bir nəticəyə Kaliforniyanın Sakit Okean Universitetinin alimləri apardığı təcrübələr zamanı gəlmişdir.

Tibb mütəxəssisləri tədqiqata 34 könüllünü dəvər etmişdir. Onların yarısına kofeyinli enerji işkilər, digərlərinə isə, enerji tərkibli olmayan, sadəcə onu imitasiya edən içkilər verilmişdir. Verilən içkilər bir saat ərzində içilməli idi.

Nəticədə enerji içkiləri içən qrupun sistolik və diastolik təzyiqi artmışdır. Bundan əlavə, mütəxəssislər belə bir təzyiqin ürəyin səhv işləməsinə və aritmiyaya səbəb ola biləcəyi bildirilmişdir.