Ç. İyn 19th, 2019

Yuşenkoya cinayət işi açıldı – Sabiq prezident milyonlarla dollar mənimsəmədə ittiham olunur

Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko hakimiyyətdən sui-istifadə və dövlət mülkiyyətini mənimsəməkdə şübhəli bilinir. Təhqiqatçılar Kiyev yaxınlığında yaşayış kompleksinin qanunsuz özəlləşdirildiyini deyirlər. Mezhıhirıa kompleksi Yuşenkonun baş naziri və xələfi Viktor Yanukoviçin iqamətgahı olub.

Baş prokurorluğun sözçüsü Larisa Sarhan iyunun 6-da bildirib ki, Yuşenkoya poçtla və şəxsən informasiya verilib, o, “hakimiyyətdən sui-istifadə etməklə mülkiyyətin mənimsənilməsi, yaxud ələ keçirilməsi”ndə şübhəli bilinir.

2005-2010-cu illərdə prezident olmuş Yuşenko 540 milyon qrivna (19,7 milyon dollar) dəyərində əmlakı qanunsuz özəlləşdirilməsinə kömək etdiyi bildirilir. Yuşenko, yaxud onun vəkilləri ittihamlarla bağlı şərh verməyiblər. Kiyev yaxınlığında dəbdəbəli iqamətgah olan Mezhıhirıa 2007-ci ildə özəlləşdirilib, o vaxtadək dövlət əmlakı olub. Onu 2010-cu il prezident postuna keçmiş Yanukoviçə yaxın biznesmen özəlləşdirib.

Yanukoviç 2014-cü ilin fevralında Avromaydan hadisələri zamanı ölkədən qalıb. O vaxtdan 350 hektarlıq kompleks ərazisi milli parka və muzeyə çevrilib.

Paylaşılıb
CrestaProject