Ça. İyn 18th, 2019

Zelenskinin təyyarəsi təcili Gürcüstana uçdu

Ukrayna prezidenti Zelenskinin təyyarəsi Gürcüstana uçub.

Turkustan.info-nun məlumatına görə, təyyarə ukraynalı qadın Yuliya Suslyakın uşaqlarını Ukraynaya çatdıracaq. Bu günlərdə uşaq ombudsmanı Nikolay Kulebey başda olmaqla Ukrayna nümayəndə heyəti Gürcüstan tərəfi ilə ilkin razılığa gəlib. 

Belə ki, Suslyakı Gürcüstan sərhədində saxlayıblar. O, 10 uşaqla birikdə Abxaziyaya keçmək istəyirmiş. Uşaqların yeddisinin təvəllüdünün eyni ildə olması sərhədçilərdə şübhə doğurub. Onlar uşaqların satılmaq üçün Abxaziyaya aparıldığını güman edirlər.   /BAKU.WS/

Paylaşılıb
CrestaProject