Ç. İyn 19th, 2019

Başına 300 min qoyulan terrorçu məhv edildi

Türkiyənin Diyarbəkir şəhərində axtarışda olan və başına 300 min lirə qoyulan terrorçu öldürülüb.

Bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Məlumatda qeyd olunur ki, Diyarbəkirin Licə rayonunda keçirilən əməliyyat nəticəsində iki terrorçu məhv edilib. Araşdırmalar zamanı məlum olub ki, ölən terrorçulardan biri uzun zamandır axtarışda olan və tapılması üçün 300 min TL mükafat qoyulan Osman Gülən adlı şəxsdir. Osman Gülən terrorçular arasında “Civan” kod adı ilə tanınırıdı. (axar.az)

Paylaşılıb
CrestaProject