Ç. İyn 19th, 2019

Köçəryanın özü ilə yanaşı əmlakı və pulu da “azad olur” – QƏRAR

Bu gün İrəvan məhkəməsində sabiq prezident Robert Köçəryanın əmlakına qoyulan həbsin götürülməsi üzrə vəkilin iddiasına baxılıb.

Turkustan.info xəbər verir ki, məhkəmənin qərarına görə, Köçəryanla bağlı bu məsələdə müəyyən qədər pozuntuya yol verilib.

Xatırladaq ki, Köçəryanın əmlakına həbs qoyulması Xüsusi İstintaq Xidmətinin qərarı ilə olub. Ötən ilin iyulunda Xidmət Köçəryanla bağlı aparılan cinayət işinin istintaqında belə qərar çıxarıb. İş üzrə prokuror Petros Petrosyan bildirib ki, Köçəryanın əmlakı və pulu üzərinə həbs qoyulması qanunun tələbidir.

Köçəryanın vəkilləri isə hesab edir ki, bu qərar qanunsuz olub. Köçəryanın təqaüd hesabına da daha əvvəl həbs qoyulmuş və Ombudsmanın müdaxiləsindən sonra qərar dəyişdirilmişdi.   /Cebhe.info/

Paylaşılıb
CrestaProject