Ç. İyn 19th, 2019

Qətlə yetirilmiş məmur qadını kim izləyirmiş? – ŞOK KADRLAR

Sosial şəbəkələrdə Moskva vilayəti Ramenskoye rayonunun İctimai Palatasının sədr müavini Yevgeniya İsayenkonun qətlinin görüntüləri yayılıb.

Rusiya mətbuatının yazdığına görə, kadrlarda ağ rəngli “Mercedes ML” markalı avtomobilində boğularaq öldürülən qadının cəsədi əks etdirilib.

Y.İsayenko mayın 1-dən 2-nə keçən gecə itkin düşüb. Mayın 3-də onun cəsədi meşədə, özünə məxsus avtomobilin salonunda tapılıb. Qadın boğularaq öldürülüb. DNT ekspertizası avtomobildə və meyitin üzərində Moskva vilayətinin Ramenskoye rayonunun başçısı Andrey Kulakovun izlərini aşkarlayıb.

Dövlət məmuru ilə mərhumun uzun illər eşq məcərası yaşadığı məlum olub. A.Kulakov məşuqəsini öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Meyit qapalı tabutda dəfn edilib. Y.İsayenkonun qonşusu istintaqa verdiyi ifadəsində həmin axşam qadının öz avtomobili ilə yola düşdüyünü, arxasınca başqa bir maşının onu təqib etdiyini göstərib. Şahidin dediklərinin doğru olub-olmadığını müşahidə kameraları vasitəsilə yoxlamaq mümkün olsa da, kamera görüntüləri müəmmalı şəkildə yoxa çıxıb.(virtualaz.org)

Paylaşılıb
CrestaProject