Ç. İyn 19th, 2019

Tramp gülüş HƏDƏFİNDƏ: Biabırçı səhvə yol verdi – “”Gədə”ni prezident seçmişik…”

ABŞ prezidenti Donald Tramp öz Twitter hesabında Ayı Mars planetinin bir hissəsi adlandırıb.

Amerikalı lider NASA-nı Aya uçuşlarla bağlı söhbətlərə son qoymağı və əsas diqqəti daha irimiqyaslı kosmik proqramlara, o cümlədən, Marsa səyahətə yönəltməyə çağırıb. Tramp yazıda Ayın “qırmızı planet”in bir hissəsi olduğunu qeyd edib.

Onun bu yazısı sosial şəbəkədə rişxənd obyektinə çevrilib.

“7 iyun 2019-cu il. Ayın Marsın bir hissəsinə çevrildiyi gün”, – deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb.

“Biz astronomiyanı mənim dördyaşlı oğlumdan pis bilən bir “gədə”ni prezident seçmişik”,- deyə başqası qeyd edib.

Bəzi istifadəçilər isə Trampa Ayla Marsın fərqini şəkillərlə izah etməyə çalışıb. (oxu.az)

Paylaşılıb
CrestaProject