Ç. İyn 19th, 2019

Nazarbayevdən sonra kim prezident olacaq? – Qazaxıstanda tarixi gün

Qazaxıstanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yerli vaxtla saat 07:00-da ölkənin 17 regionundan 12-də, o cümlədən Nur-Sultan, Almatı və Çimkənd şəhərlərində, Aqmola, Almatı, Şərqi Qazaxıstan, Cambul, Karaqandı, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Türkistan vilayətlərində səsvermə məntəqələri açılıb.

Turkustan.info xəbər verir ki, Aqtöbe, Atırau, Qərbi Qazaxıstan, Qızılorda və Mangistau vilayətlərində isə səsvermə məntəqələri Nur-Sultan vaxtı ilə saat 08:00-da fəaliyyətə başlayacaq.

Seçicilər ölkə ərazisində və onun hüdudlarından kənarda yaradılmış 9968 seçki məntəqəsində səs verəcəklər. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının seçicilər reyestrinə səsvermə hüququ olan 11 milyon 814 min vətəndaş daxil edilib.

Səslərin hesablanması və protokolların tərtib edilməsi səsvermə başa çatdıqdan dərhal sonra başlayacaq və 12 saatdan gec olmayaraq yekunlaşacaq. Səsvermənin yekunları bir həftə ərzində, yəni iyunun 16-dək dərc olunmalıdır.

Seçkilərdə mart ayında Prezident Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayevin də aralarında olduğu yeddi namizəd mübarizə aparacaq.  /Teleqraf.com/

Paylaşılıb
CrestaProject