Ça. İyn 18th, 2019

Xaçaturovun ölkədən çıxışına qadağa qoyuldu – Həbs oluna bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi, Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun ölkədən çıxışına qadağa qoyulub. Bu barədə vəkil Miqran Poqosyan məlumat verib.

O bildirib ki, Ermənistan sərhədçiləri Xaçaturovun Gürcüstana getməsinə icazə verməyiblər.

Qeyd edək ki, Y.Xaçaturova qarşı ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürülüb. O, 2008-ci il 1 mart aksiyasının dağıdılması işi ilə bağlı istintaqa cəlb edilib.

Paylaşılıb
CrestaProject