Ç. İyn 19th, 2019

Qəribə varlıq peyda oldu – Gizli kamera ANBAAN ÇƏKDİ – Video

ABŞ-lı sosial şəbəkə istifadəçisi Vivian Qomes evinin təhlükəsizlik kamerasına düşən canlı ilə gündəmə gəlib.

Turkustan.info Life.ru-ya istinadən xəbər verir ki, qəribə varlıq bir neçə gün əvvəl evin çölündə yerləşdirilən kameralara düşüb.

Vivian Qomes əcaib görünüşü olan canlının yalnız onun evində yerləşdirilən kameralara düşdüyünü qeyd edib. Qonşu evlərdəki təhlükəsizlik kameraları müəmmalı şəkildə bu canlını qeydə almayıblar.

Əcaib varlığın diz hissəsindəki oynaqlarının qeyri-adi şəkildə hərərkət etməsi onun azyaşlı uşaq olması versiyasının üstündən xətt çəkir. Video ekspertlər tərəfindən araşdırılır.

/Redaktor.az/

Paylaşılıb
CrestaProject