Ç. İyn 19th, 2019

ABŞ Dövlət katibi Gürcüstanın baş naziri ilə görüşür – Vaşinqtondan Tiflisə tam dəstək

ABŞ-ın Dövlət katibi Mayk Pompeo iyunun 11-də Vaşinqtonda Gürcüstanın Baş naziri Mamuka Bakhtadze ilə görüşəcək, “bir sıra ikitərəfli məsələləri” müzakirə edəcək.

İyunun 10-da Dövlət Departamentinin sözçüsü Morgan Ortagus deyib ki, Birləşmiş Ştatlar Gürcüstanın separatçı Cənubi Osetiya regionunda seçkiləri “tanımır”. “Bizim Cənubi Osetiya ilə bağlı mövqeyimiz aydındır. Bu regionlar Gürcüstanın ayrılmaz hissələridir”, – deyən Ortagus Vaşinqtonun “Gürcüstanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəklədiyini” vurğulayıb.

İyunun 9-da Cənubi Osetiyadakı rejimin keçirdiyi seçkini Tbilisi ölkənin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması hesab edir. Avropa Birliyi bu səsvermə nəticəsində formalaşacaq “konstitusion və qanunverici çərçivəni” tanımayacağını bəyan edib.

Gürcüstanın şimalında 53 min nəfərin yaşadığı Cənubi Osetiya 2008-ci ildə qısa Rusiya-Gürcüstan müharibəsindən sonra de-fakto müstəqilik qazanıb və Moskva onu tanıyıb.

İyunun 10-da verdiyi müsahibədə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib ki, Tbilisi bu iki regiona nəzarəti yenidən ələ alacaq: “Məncə, tədricən, işğal olunmuş ərazilərin əhalisi perspektivin şimalda (red: Rusiyada) olmadığını anlayırlar”.

Dekabrda prezident postuna keçmiş Zurabişvili AP agentliyinə Cenevrədə müsahibə verib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiyanın onun ölkəsinə göstərdiyi “çox ağır təzyiq”ə qarşı daha çox iş görməlidir. O, həmin təzyiqin Gürcüstan avro-Atlantik inteqrasiyaya doğru “təbii yol” aldığı üçün göstərildiyini vurğulayıb.

“Bizi oraya çatdıracaq fəaliyyət planım yoxdur. Ancaq məncə, NATO-ya və Avropa Birliyinə doğru yolumuzun uğurla bitəcəyi çox aydındır”, – Zurabişvili deyib. Gürcüstan prezidentinin fikrincə, Tbilisinin Qərbdəki müttəfiqləri birbaşa görüşlərində onun ölkəsi haqda çox danışmalıdırlar, “Rusiyayla hər bir görüşdə bu məsələ gündəmdə olmalıdır”. Zurabişvili Cenevrəyə Beynəlxalq Əmək Təşkilatının 100 illik tədbirlərinə gedib.

Paylaşılıb
CrestaProject