Ca. İyn 20th, 2019

Bakıda sərnişin avtobusu qəzaya uğradı: YARALILAR VAR

Bakının Zığ şosesində sərnişin avtobusu qəzaya uğrayıb.

104 saylı marşrut xətti ilə hərəkətdə olan avtobusun qəzaya uğraması nəticəsində dörd nəfər xəsarət alıb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 43 və 34 yaşlı qadınlar Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb. 

Hər dörd qadına bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub. (oxu.az)

Paylaşılıb
CrestaProject