Ca. İyn 20th, 2019

Rokfellerlərin beyin mərkəzinin üzvü Xankəndinə gəldi və…-FOTO

Dünən – mayın 10-da növbəti tanınmış əcnəbi elm adamı Azərbaycanın dövlət sərhədini pozaraq Xankəndinə gəlib. 
Erməni nəşrlərinin yaydığı məlumata görə, ABŞ-ın tanınmış Taftsa universitetinin professoru Mayk Con Qlennon separatçı rejimin “parlament sədri” hesab edilən  Aşot Qulyanla görüşüb.
Görüşdə həmsöhbətlər beynəlxalq hüquq, regional vəziyyətlə bağlı məsələləri müzakirə edib. Amerika professoru qondarma rejimin “beynəlxalq nüfuzunun artırılması” ilə bağlı separatçı məmura tövsiyələr verib, bu mövzuda fikir mübadiləsi aparılıb
Qeyd edək ki, Maykll Con Qlennon konstitusiya və beynəlxalq hüquq haqqında çoxsaylı məqalələrin və kitabların müəllifi olmaqla  Beynəlxalq Əlaqələr Şurasının(CFR) və Amerika Beynəlxalq Hüquq İnstitutunun, eləcə də  Amerika Beynəlxalq Hüquq Jurnalı Redaktorlar Şurasının üzvüdür. O, Konqresin müxtəlif komitələrində müşavir kimi də çalışıb.
Xatırladaq ki, Beynəlxalq Əlaqələr Şurası 1970-1980-ci illərdə Devid Rokfellerin rəhbərlik etdiyi və ABŞ siyasətinə güclü təsir göstərə bilən yarımgizli özəl qurumdur. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi mövcudluğunun ilk onilliklərində məhz “CFR”-in rəhbərliyi altında fəaliyyət göstərib. Z.Bzejinski, H.Kissincer, B.Klinton, C.Buş və digər məşhurlar Rokfellerlərin beyin mərkəzi rolunu oynayan bu təşkilatın üzvü olub və olmaqda davam edir.
P.S.  Sağ olsun “qara siyahı” və  bəyanat… 
(moderator.az)
Paylaşılıb
CrestaProject