Ç. İyn 19th, 2019

Tehranda 500-dən çox restoran bağlandı – SƏBƏB

İran polisi Tehranda 547 restoran və kafeni “İslam qaydalarına” əməl etmədiyinə görə bağlayıb. Xəbəri “Frans Pres” agentliyi yayıb. Paytaxtın polis rəisi Hüseyin Rahiminin adından yayılmış bəyanatda 11 nəfərin saxlandığı qeyd olunur. Fars xəbər agentliyi əməliyyatın son 10 gün ərzində aparıldığını yazıb.

Pozuntular sırasında isə “qanunsuz musiqi çalınması, pozğunluq” və sairə göstərilib. “İslam qaydalarına əməl olunması… polisin əsas missiyaları və məsuliyyətləri sırasına daxildir”, – polis rəisi bildirib.

Tehranın mühafizə məhkəməsinin rəhbəri isə vətəndaşları “əxlaqsız davranış” barədə məlumatları göstərilmiş telefon nömrəsinə mesaj göndərməklə xəbər verməyə çağırıb. Bu məhkəmə “mədəniyyətlə bağlı cinayətlər, sosial və mənəvi korrupsiya” hallarını araşdırır.

Tehranda qadınlar
Tehranda qadınlar

“Adamlar normaları pozanlar barədə məlumat vermək istəyə, ancaq bunu necə etməyi bilməyə bilərlər. İctimai şəkildə əxlaqsız hərəkətlərlə məşğul olmağı sürətləndirmək qərarına gəldik”, – ədliyyə sisteminin Mizan Online portalı Məhəmməd Mehdi Hacıməhəmmədə istinadla yazıb.

Hökumət 2012-ci ildə kafelərə müştərilərin davranışına nəzarət etməkdən ötrü təhlükəsizlik kameraları quraşdırmağı tapşırıb. Bəzi kafe sahibləri isə qapılarını bağlamağı seçiblər.

“Bizi nə qədər ağrıtsa da, dostlarımızı itirsək də… azından Böyük Qardaşa günçıxandan günbatanadək hər hərəkətimizi, anımızı, yaddaşımızı izləyib qeydə almağa imkan vermədiyimizdən məmnunuq”, – populyar Cafe Prague sahibləri o zaman Facebook-da yazırdılar.

Paylaşılıb
CrestaProject